Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 880
Saytda ismarıcların sayı - 4

Bölmələr

Sayğac

ILK-10 Azeri Website Directory

Ziyarətçilərimiz

free counters
  • 24Янв

    MİLLİ QÜRUR GÜNÜ

     Xalqımızın qürür və iftixarına çevrilmiş 20 Yanvar olaylarından 22 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı biz zaman-zaman çeşidli fikirlərə, rəylərə rast gəlirik. Lakin bütün əks qütbləri və mövqeləri  eyni nöqtədə birləşdirən məqam var: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu amalı müqəddəs tutduğunu, onun yolunda canından keçməyə hazır olduğunu az qala bütün dünyaya sərgilədi.
    1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı hadisələr, zorun gücü ilə dinc insanların qətlə yetirilməsi, milli azadlıq ruhunun və insan azadlığının ayaqlar altında tapdalanması, çökməkdə olan sovet imperiyasının adət etdiyi və hər zaman arxalandığı mənfur depressiya maşınının Azərbaycan xalqına qarşı törətdiyi məşum, amansız, əsrlərcə unudulmayan bir cinayət idi.
    Həmin gün 130-dan çox dinc, əliyalın insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, indiyə kimi taleyi məlum olmayan insanların olması-bütün bunlar şübhəsiz böyük dərd, faciə, unudulmaz ağrı-acı idi. Lakin eyni zamanda məhz bu hadisə mənsub olduğumuz xalqın milli azadlıq və müstəqillik amallarına sadiqliyinin, verdiyi önəmin daşıyıcısı idi.
    Əgər hadisəyə tarixi prizmadan yanaşsaq onda deməliyik-20 Yanvara aparan yol 1988-ci ilin qarışıq, ziddiyətlərlə dolu hadisələrindən qaynaqlanır. Axı, məhz həmin hadisələrdə xalq özünün ərazi bütövlüyünü qorumaq naminə qəti iradəsini ortaya qoydu. Vətəndaşlar ayağa durdular, İttifaq mərkəzinin Azərbaycana qarşı həyata keçirdiyi məkrli plana etiraz etdilər, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist fəaliyyətinin qarşısının alınmasını, haqq-ədalətin bərpasını istədilər.
    1990-cı il yanvarın 16-dan başlayaraq Bakıda xaotik proseslər baş verirdi, AXC fəallarının təkidi ilə insanlar müxtəlif yerlərdə istehkamlar qururdular. Daha ətraflı »

  • 24Янв

    ONLAR VƏTƏNİ SEVİRDİLƏR

     Yanvar ayının birinci yarısı, başa çatmamış bütün soydaşlarımız 1990-cı ildə baş vermiş qanlı hadisələrin ovqatına köklənirlər sanki. Azərbaycanın yeni, müasir tarixini titrədən o qanlı olaylardan artıq 22 il ötüb. Lakin buna baxmayaraq o hadisələrin xatirəsi qəlbimizdə solmayıb, öz rəngini, ağrı-acısını itirməyib.
    Heç unutmayacağıq sovet imperiyasının Haqq, Ədalət, Azadlıq uğrunda, öz torpaqlarının bütövlüyü naminə ayağa qalxmış xalqa qarşı etdiyi cinayətləri, tökdüyü qanları. Bunları unutmağa sadəcə mənəvi haqqımız yoxdur.
    Hər dəfə yanvar ayının  20-də keçdiyim dərsə məhz bu səpkidə başlayıram. Belə söhbətlər edir, şagirdlərimi xəyalən görmədikləri o məşum günlərə aparır, ən yaxın tariximizə faktların dili ilə ekskurs edirəm.
    Şagirdlərimdən İlhamın sözləri qəlbimizi ağrıdır:-Müəllim, mən həmin hadisələrə bir televiziya filmində tamaşa etmişəm. Bütün şəhər qərənfillərə bürünmüşdü. Qıpqırmızı qərənfillər elə bil şəhidlərin qanı idi, dil açıb danışırdı.
    Bəli, doğrudan da bu hadisələr bir xalqın dəyanətini və dözümünü sınağa çəkirdi sanki… Mövzunu Aytac davam etdirir:-Biçarə qərənfil, hər ilin yanvarında yadımıza sən düşürsən, səni sevdiklərinə-Qanlı Yanvar şəhidləri İlhamla Fərizəyə qovuşdurmaq üçün minlərlə insan Şəhidlər Xiyabanına tələsir. Daha ətraflı »

  • 24Янв

     Məlumdur ki, məktəb rəhbərlərinin əsas vəzifələrindən biri dərs prosesinə nəzarətdir. Bu mənada rəhbərlik hər bir müəllmin öz iş metodunu müstəqil, yaradıcı şəkildə müəyyənləşdirməsinə şərait yaratmalıdır. Dərs müəllimlərlə şagirdi vahid məqsədə doğru aparmalı, onlar arasında qarşılıqlı fəaliyyət yaratmalıdır.
    Açıq dərslərin səmərəsi onların düzgün təşkilindən bilavasitə asılıdır. Bu dərslərin mövzuları və dərs keçənlərin tərkibi hər bir məktəbin fənn metodbirləşmələrinin (V-XI siniflər) iclasında müəyyənləşdirilib direktora təqdim edilməlidir. Mövzu proqramın nisbətən çətin bölməsindən seçilməlidir ki, onun keçilməsi nümunəsində başqa müəllimləri öyrənmək mümkün olsun.Bundan başqa, həmin işin belə təşkili müəllimlərin məsuliyyətini və yaradıcılıq səyini artırmaqla yanaşı, həm də açıq dərsin elmi-metodik səmərəsini yüksəldir.
    Açıq dərs cədvəlinin tərtibi və təsdiqi tədris prosesində ən vacib məsələlərdəndir. Cədvəl dərs ilinin əvvəlində metodbirləşmələrinin təqdimatına əsasən direktor müavini tərəfindən tərtib olunur. Direktor tərəfindən təsdiq olunduqdan sonra məktəbin münasib bir yerindən asılır. Onun bir surətini təhsil şöbəsinin metodmərkəzinə göndərmək lazımdır. Çünki çalışmaq lazımdır ki, məktəbdəki açıq dərslərdə başqa məktəblərin müəllimləri, habelə rayon təhsil şöbəsinin məsləhətçi və metodistləri də iştirak etsinlər. Daha ətraflı »

  • 24Янв

    XALQIMIZIN BÖYÜK TARİXİ VƏ MƏDƏNİYYƏTİ VAR

      İran İslam Respublikası bizim qonşumuzdur. Əslində bu ölkə bizə qonşu yox, qardaş dövlətdir. Çünki burada dili dilimizdən, dini dinimizdən olan milyonlarla azərbaycanlı yaşayır. Amma İran İslam Respublikasının apardığı siyasət, onun rəsmilərinin, molla ruhlu siyasi xadimlərinin irəli sürdüyü ideyalar bəzi hallarda insanın qəlbini ağrıdır, suallar doğurur.
    İstər-istəməz İranın yayımladığı verilişlərə qulaq asmalı, bu verilişləri seyr etməli oluruq. Təkcə bir «Səhər» proqramında müstəqil respublikamıza yönələn nə qədər şərə, böhtana, yalançı ittihamlara rast gəlirik. Yaxın günlərin söhbətidir. «Səhər» proqramının efirinə yüksək çinli bir məmur çıxmışdı. İlahi, bizim ünvanımıza necə böhtanlar, yalan, şər üzərində qurulan ittihamlar yağdırırdı. Arada necə coşdusa, yüksək səslə buyurdu: «Şimali Azərbaycanda yaşayan xalqın damarından İran qanı axır». Bu sözləri onun tərəf- müqabilləri İranın efirlərində yayımlanan «Aysberq» verilişində də tez-tez təkrar edirlər.
    Bu cənaba demək istəyirəm: «Öz sözlərinə özün inana bilirsən? Başqa sözlə dilinin söylədiklərini qulağın eşidirmi? Axı, Azərbaycan xalqı dünya xalqları içərisində öz qədim mədəniyyəti, təmiz türk qanı  və əcdadlarından yadigar qalan milli-mədəni dəyərləri ilə seçilib fərqlənir. Daha ətraflı »

  • 24Янв

    QIZLARIN NİKAH YAŞI 18 OLDU

     Sağlam ailə cəmiyyətin təməlini təşkil edən mühüm dəyərlərdən biridir. Ailənin əsası isə nikahla qoyulur. Nikah hər kəsin könüllü olaraq qəbul etdiyi qərar olsa da, dövlət qanunvericiliyi ilə tənzimlənən hallara daxildir. Və ailə qurmaq istəyən vətəndaşların nikahla bağlı qanunlardan, onlara zaman-zaman edilən dəyişikliklərdən xəbərdar olması vacibdir. Ona görə, mövzunun əhəmiyyətini nəzərə alıb suallarımızı hüquqşünas, Yevlax Qeydiyyat İdarəsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu  Şölə xanım Əliyevaya ünvanlayırıq.
    - Şölə xanım, çağdaş dövrümüzdə nikahın hansı şərtləri var? Valideynin və ya bir başqasının təzyiqi ilə gənclər ailə qurmağa məcbur edilə bilərmi?
    - Suala görə təşəkkür edirəm. Çünki «Kür»ün oxucularına bu sahədə qanunvericilikdə müşahidə olunan son  yeniliklərdən söz açmaq istəyirəm. Bunlardan ən başlıcası, Azərbaycanda nikah yaşı artıq artıq 18-ə qaldırılıb. Qeydə dəyər , Ailə Məcəlləsinin keçmiş variantında nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 idi. Çağdaş günlərimizdə  bu fərq aradan qalxıb, artıq hər iki tərəf üçün nikah yaşı 18-dir. Onu da bildirmək istəyirəm ki, dünyada BMT-nin müvafiq konvensiyasına əsasən 18 yaşa qədər insanlar uşaq hesab olunur. Eyni zamanda, dünyada 200-ə yaxın ölkənin 135-də nikah yaşının minimumu 18-dir. Onu da bilməyə dəyər ki, bu məsələ ilə bağlı Cinayət Məcəlləsinin 176.1 maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə — 2000 manatdan 3000 manata qədər miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barədə törədildikdə təqsirkar 3000 manatdan 4000 manata qədər cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Daha ətraflı »

  • 24Янв

    QOCAMAN MƏKTƏBİN YENİ HƏYATI

     Şəhərimizin Heydər Əliyev prospektində ən müasir tikinti, arxitektura və memarlıq elementlərinin tələblərinə cavab verən, eyni zamanda dünya standartlarına uyğun gələn məktəb binasının tikintisinə başlanmışdır. Ötən ilin dekabr ayında keçmiş 2 nömrəli tam orta məktəbin yerində yeni məktəbin inşasını Bakıda yerləşən «Çarbağ» MMC-nin tikinti kollektivi öhdəsinə götürüb. Tikintinin iş icraçısı 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun mülki və sənaye tikintisi fakültəsini bitirmiş Vilayət Babayevdir. Müsahibimiz olan iş icraçısı bizə görüləcək işlər barədə məlumat verərək dedi ki, köhnə məktəbin yerində yeni 960 şagird yerlik üçmərtəbəli bina inşa olunacaqdır. Tikinti altına 1500 kvadratmetr ərazi düşür. Bütövlükdə məktəb həyətyanı sahə ilə birlikdə 1,5 hektar ərazini əhatə edir. Artıq qazma, təməlqoyma, hamarlama, bərkitmə, torpaq işləri və bünövrə qoyulması tamamilə yerinə yetirilmişdir. İnşaatçılar-armaturçu, qəlibçi, dəmirçi və bənnalar kürsünün hörgü işlərini başa çatdırmış, bitumla izolə əməliyyatı yerinə yetirilmişdir. Daha ətraflı »

  • 24Янв

     Ulu öndər Heydər Əliyevin ideyalarını ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uğurlu kadr siyasətinin nəticəsidir ki, 2004-cü ildən başlayaraq doğma şəhərimiz Yevlaxda dinamik və qlobal abadlıq, yenidənqurma və müasir şəhərsalma işləri həyata keçirilir. Son bir neçə ildə dəfələrlə şəhərimizin şərəfli qonağı olmuş ölkə başçısı burada davam etdirilən ardıcıl yenidənqurma işlərinə daim yüksək qiymət vermişdir. Bütün bunlara cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yevlaxda, həmçinin ona yaxın ətraf rayonlarda yeni layihələrə və memarlıq incilərinə uyğun yaşayış, xidmət və istirahət zonalarının salınması işlərinin sürətləndirilməsi məqsədilə şəhərimizdə «Azərmemarlayihə» Dövlət Baş Layihə İnstitutunun Aran Regional filialını açmışdır.
    2011-ci ilin sentyabr ayından fəaliyyətə başlayan filialın direktoru Nurlan Həsənovdan gələcək planları ilə bağlı ətraflı məlumat aldıq. O, bildirdi ki, regional filial respublikanın Ağdaş, Göyçay, Ucar, Hacıqabul, Bərdə, Tərtər, Mingəçevir, Ağcabədi, Goranboy və Yevlax da daxil olmaqla 10 rayonuna xidmət göstərir. Daha ətraflı »

  • 24Янв

      Su Kanal  İdarəsinin əməkçiləri bu günlərdə işlərinin ağırlıq mərkəzi kimi ictimai yaşayış binalarının həyətlərini seçmişlər. Onlar hazırda Heydər Əliyev prospektindəki 51 saylı ünvanda yerləşən beşmərtəbəli 48 mənzilli ictimai yaşayış binasının çirkab su kanalizasiyasını yenidən qururlar. Bunun üçün həmin əraziyə ekskavator,  torpaqqazan, qaynaq, digər texnika və avadanlıqlarla yanaşı, həmçinin işçi qüvvəsi səfərbər olunmuşdur. Çirkab su kanalizasiyasının yenidənqurulması işlərinin həyata keçirilməsinə iş icraçısı Faiq Alıyev və usta köməkçisi Vidadi Mikayılov başçılıq edir.
    Söhbət zamanı Faiq Alıyev bildirdi ki, burada 150 metr uzunluğunda 160 mm-lik plastik borularla kanalizasiya çəkiləcək və şəhərin Füzuli küçəsindəki fekal kanalizasiya sisteminə qoşulacaqdır. Binanın həyətində 2 yerdə keyfiyyətli dəmir-beton konstruksiyadan ibarət çirkab suların çıxış lükləri qoyulur ki, bu da kanalizasiya sistemlərinin normal işləməsini təmin edir. Burada işləri başa çatdırdıqdan sonra prospektdəki 53 saylı ictimai binanın kanalizasiya xəttinin əsaslı yenidənqurulmasına başlayacağıq.

    Ramiz HƏMİDOV.

  • 24Янв

     Gündən-günə böyüyən və gözəlləşən şəhərimizin təmizliyi də həmişə diqqət mərkəzindədir. Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin zəhmət adamları bu işin öhdəsindən vicdanla gəlmək üçün hər gün dan yeri sökülməmişdən küçə və meydanlara qulluq göstərirlər.
    İdarənin süpürgəçi qadınları da əllərindən gələni əsirgəmir, xidmət və texniki maşınların təmizləyə bilmədiyi əraziləri qaydaya salırlar. Süpürgəçilər briqadiri Zaur Həsənov zəhmət adamlarından Mətanət Qasımovanın, Minarə Musayevanın, Suqra Məmmədovanın, İntizar Əhmədovanın, Tahirə Qasımovanın, Arifə Hüseynovanın, Yeganə Qələndərovanın adını böyük iftixarla çəkdi. Onların yaxşı işinin daim şəhər rəhbərliyi tərəfindən yüksək qiymətləndirdiyini bildirdi.
    Şəkildə: Təmizlik yaradanlar Heydər Əliyev prospektinə qulluq göstərərkən.

    Foto və mətn Natiq CƏFƏROVUNDUR.

  • 24Янв

    Q Ə D İ M  Y U N A N I S T A N

    PLATON.
    Platondan soruşmuşlar: «Nə üçün müəlliminə öz atandan daha çox hörmət göstərirsən?» — O demişdir: «Çünki atam məni göydən yerə endirmiş, müəllim isə  yerdən göyə qaldırmışdır».
    …Tələbələri ilə söhbətlərin birində Platon insana belə bir tərif verir:
    - İnsan- ikiayaqlı lələksiz varlıqdır.
    Bundan sonra məşhur filosof Diogen bir xoruzu götürüb lələklərini yolur və öz tələbələrinə göstərib deyir:
    -Bu da Platonun insanı.
    Bunu eşidən Platon öz tərifinə aşağıdakı düzəlişi etməli olur:
    -İnsan yastı və enli ayaqları olan ikiayaqlı varlıqdır.

    PLUTARX.
    Qədim yunan tarixçisi və filosofu Plutarx deyirdi: «Fəlsəfə ehtiraslara qalib gəlməkdə insana kömək edir. Ancaq xeyirxah olan adam, həqiqətən, sağlamdır və əgər o ehtiraslara qapılırsa, deməli, xəstədir və onun müalicəyə ehtiyacı vardır. Buna görə də, fəlsəfə qəlbin təbabəti, filosof isə qəlbin həkimidir».
    Plutarx yazmışdır: «Aslan dərisindən tikilmiş kürkə bəzən tülkü dərisindən də yamaq vururlar».
    …İskəndəriyyə şəhərində yaşayıb-yaratmış görkəmli yunan astronomu və coğrafiyaşünası Ptolomey (eramızın II əsri) ilk coğrafiya atlasını tərtib etmişdir. Daha ətraflı »

Səhifə 1 cəmi 8812345678910...Sonuncu »

Yeni məqalələr

Yeni ismarıclar

  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...
  • Salam,sevimli yerlilerim.Azerbaycandan kenarda yashayan yevl...
  • Mən kitabı oxudum.Çox dəyərli kitabdır.Yevlax haqqında ətraf...
  • Azərbaycan mətbuatında xüsusi yeri olan sevimli "Kür" qəzeti...