Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 24Fev
    Digər BAKI BEYNƏLXALQ MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “TERROR MULTİKULTURALİZMƏ QARŞI:  XOCALI SOYQIRIMI-25“ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

     Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı:  Xocalı soyqırımı-25“ mövzusunda anım tədbiri keçirilib. Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri,  akademik Kamal Abdullayev insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açıb: “Bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Bu gün təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan xalqı xocalılıdır. Bu gün Azərbaycanın vətəndaşları, Azərbaycanın dünyadakı dostları mənən, qəlbən Xocalıdan sayıla bilərlər. Dünyada müxtəlif qurumlarda, parlamentlərdə Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlərin qəbul edilməsi istiqamətində həm  Azərbaycan Prezidenti İlham Əliyev, həm də ölkənin Birinci vitse- prezidenti Mehriban xanım  Əliyevanın böyük xidmətləri var. Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da bu gün xalqımızın dərdinə şərik olur. Əlbəttə ki, 26 fevral simvolik bir tarixdir, faktiki olaraq hər gün Xocalı faciəsi azərbaycanlıların qəlbində bir yara kimi qalır. Bəzən gənclər mənə sual verirlər ki, faciələrimizin qisasını almaq üçün, gələcəkdə bir daha təkrarlanmaması üçün nə edə bilərik? Mənim cavabım belədir: Ölkə Prezidentinin ətrafında daha sıx birləşək, onun Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş titanik zəhmətini doğru-düzgün qiymətləndirək və Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətə dəstək olaq.

    Daha ətraflı »

  • 20Fev
    Digər İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQ üçün şərhlər bağlıdır

    1 Fevralın 13-də Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaradılmasının 5-ci ildönümü münasibəti ilə təntənəli yığıncaq  keçirilmişdir. Şəhər rəsmləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin şəxsi heyəti ilk öncə  ulu öndərin abidəsi önünə gül dəstələri düzərək rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.

    YAP Yevlax rayon təşkilatının konfrans zalında keçirilmiş şəhər rəsmilərinin, ictimaiyyət nümayəndələrinin, Qarabağ müharibəsi əlillərinin, 5 nömrəli tam orta məktəbin “Şahin” hərbi idman oyunu komandası üzvlərinin iştirak etdikləri  yığıncağı Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi polkovnik Elxan Heydərov açmış, Dövlət himni səsləndirildikdən və vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra qurumun fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Vurğulamışdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Ordu quruculuğuna xüsusi diqqət və qayğı Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqət və qayğının nətcəsidir ki, Azərbaycan Ordusu öz yüksək döyüş və hərbi hazırlıq səviyyəsinə görə Cənubi Qafqazda liderdir. Daha sonra bildirmişdir ki, Ordu quruculuğu sahəsində aparılan islahatlar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması,bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi Azərbaycan Ordusunun daha da qüdrətlənməsinə, yeniliyə doğru forma və məzmunca dəyişməsinə xidmət edir.

    Elə ötən ilin aprel döyüşlərndə düşmən milli ordumuzun əlinin dadını gördü. Şöbə rəisi daha sonra hərbi xidmətə çağırış sahəsində kompüter və elektron sistemlərinin tətbiq olunmasını da həyata keçirilən yeniliklər sırasına daxil etmişdir. Natiq öz çıxışını bundan sonra da dövlətmizin başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının etimadını üzərlərinə düşən vəzifəni vətənə və dövlətə sədaqətlə xidmət etməklə doğuldacaqlarını bildirməklə yekunlaşdırmışdır.

    Daha ətraflı »

  • 20Fev
    Digər AKADEMİK HƏSƏN ƏLİYEV-110 üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN  TƏBİƏTİNİN VURĞUNU VƏ XİLASKARI

     Azərbaycan Prezidenti İlham Əliyev akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

    Bəs kimdir Həsən Əliyev?

    Həsən Əlirza oğlu Əliyev-görkəmli torpaqşünas alim, ictimai siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, 1952-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatıdır. (1978).

    Həsən Əliyev 15 dekabr 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur.

    Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini (1944- 1949), eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim(1945-1949), Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitutunun direktoru (1949-1952), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1952), Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi (1952-1957), Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri (1957-1967), Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru (1968-1993) vəzifələrində işləmişdir.

    Daha ətraflı »

  • 20Fev
    Digər KEYFİYYƏT İNFRASTRUKTURUNUN İNKİŞAFI RƏQABƏTƏDAVAMLI İXRAC MƏHSULLARI İSTEHSALININ VACİB AMİLİDİR üçün şərhlər bağlıdır

     Tarixi təcrübə sübut edir ki,  hökumət praktik fəaliyyətində  o zaman yaxşı nəticələr əldə edə bilir ki, konkret şəraitdə öz qarşısına həyata keçirilməsi mümkün olan ən mühüm və real vəzifələr qoymuş olsun. Ölkə qarşısında duran problemlər kompleksindən ən vacibini seçmək və siyasəti həmin istiqamətə yönəltmək çağdaş dövlət rəhbərindən daha böyük məharət tələb edir.

    Hər bir ölkə inkişafın müxtəlif mərhələlərində dayanır və konkret dövrdə qarşısında fərqli prioritetlər qoyur. Ölkə qarşısında duran konkret vəzifələri seçmək, cəmiyyəti, dövlət orqanlarını, ictimai təşkilatları və vətəndaşları onun yerinə yetirilməsinə istiqamətləndirmək ictimai-iqtisadi inkişafın önəmli məsələsidir.

    Təsadüfi deyil ki, indiki mürəkkəb beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla  inkişaf edir. Son illərdə neftin qiymətinin bütün dünyada kəskin şəkildə düşməsi nəticəsində ölkəmizdə dövlət investisiyaları azaldı, tikinti sektoruna az sərmayə qoyuldu və bu, müəyyən qədər iqtisadi çətinliyə gətirib çıxardı. Lakin belə mürəkkəb dövrdə də başa vurduğumuz ildə ölkədə sənaye istehsalı az da olsa artıb. Prioritet sahə olan qeyri-neft sektoru daha sürətlə inkişaf edib. Kənd təsərrüfatı istehsalı isə yüksəlib və yaxın gələcəkdə burada artımın daha da sürətlənəcəyi proqnozlaşdırılır. Çünki kənd təsərrüfatı sahəsində aparılan işlərin yaxın perspektivdə daha böyük nəticə verəcəyi gözlənilir.

    Daha ətraflı »

  • 20Fev
    Digər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    HƏMKARIMIZIN 70 YAŞI TAMAM OLDU

    1 Qəzetçilik ağır bir işdir. Oxucunun masası üstünə gələnədək böyük diqqət tələb edən proseslərdən keçir. Başqa qəzet redaksiyalarını bilmirik, amma bu işdə “Kür”çülərin əvəzedilməz köməkçisi şöbə müdirimiz, “Tərəqqi” medallı jurnalist RAMİZ HƏMİDOVDUR. 70 ilin də kürəyini məhz o yerə vurub. Və bu münasibətlə həmkarları olan bizlər-baş redaktorumuz Əminə xanım Yusifqızı başda olmaqla onu ürəkdən təbrik etdik, haqqında layiq olduğu sözlər, təriflər söylədik, arzularımızı bildirdik. Həm də gözəl şirniyyat süfrəsi arxasında.

    70 yaşlı yubilyar (hərçənd ki, maşallah ona bu yaşı vermək olmaz) çox məmnun qaldığı bu diqqətdən yana minnətdarlığını bildirdi və xüsusi qeyd etdi: – Belə bir kollektivin üzvü olmaq doğrudan da xoşbəxtlikdir.

    Elə kollektivimizin hər bir üzvü də o fikirdədir ki, nə yaxşı varsınız, bizim təkcə iş yoldaşımız yox, həm də gözəl məsləhətçimizsiniz, HƏMİDOV! Doğum gününüz mübarək!

    Daha ətraflı »

  • 20Fev
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ POLİS ORQANLARINDA VAKANT OLAN ORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNƏ XİDMƏTƏ QƏBULLA ƏLAQƏDAR MÜSABİQƏ ELAN EDİR üçün şərhlər bağlıdır

     Respublikanın şəhər, rayon polis idarə və şöbələrində  (Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) orta rəis heyəti vəzifələrinə hüquqşünas ixtisaslı mütəxəssislərin xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçirilir.

    Cəmi 150 vəzifənin (o cümlədən yalnız qadınlar üçün 10 yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifəsi) tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir. Müsahibə  -“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə, test imtahanları – müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərlə daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.

    Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış), yaşı 28- dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər. Daha ətraflı »

  • 20Fev
    Digər AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ üçün şərhlər bağlıdır

    2017/2018-Cİ TƏDRİS İLİ ÜÇÜN DİN-in POLİS AKADEMİYASINA ƏYANİ TƏHSİL ÜZRƏ KURSANTLARIN QƏBULU ELANI

     Azərbaycan Respublikası DİN-in Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli  idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (cari ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

    Abituriyentlər DİN-in xüsusi həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma- 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 18 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması- 18 dəfə, qaçış 100 metr məsafəyə-19 saniyə və 1000 metr məsafəyə – 5 dəqiqə 30 saniyə).

    Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet saytında yerləşdiriləcəkdir.

    Daha ətraflı »

  • 14Fev
    Digər İNFRASTRUKTURUN YAXŞILAŞDIRILMASI DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    İÇMƏLİ SU

     2016-cı ildə əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində olmuş, artezian və subartezianların, kanalizasiya-nasos stansiyalarının istismarı nəzarətdə saxlanılmışdır. Əhalinin içməli su ilə təminatında və çirkab, yağış sularının şəhərdən kənarlaşdırılmasında problemlər olmamışdır.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Malbinəsi kəndində 2 ədəd, Qaramanlı kəndində 3 ədəd, Rüstəmli kəndində 1 ədəd, Yevlax şəhərinin Çənlibel ərazisində 1 ədəd subartezian quyusu qazılaraq istismara verilmişdir.

    Rayonun Havarlı kəndinə Mingəçevir içməli sutəmizləyici qurğusundan 160 mm – lik boru ilə içməli su xətti çəkilmiş və 587 abonentə smart su sayğacları quraşdırılmışdır.

    Rayonun 12 kəndində əhalini ekoloji cəhətdən içməli su ilə təmin etmək məqsədilə modul tipli içməli sutəmizləyici qurğuların quraşdırılması və su xətlərinin çəkilməsi üçün texniki sənədlər hazırlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdur.

    Daha ətraflı »

  • 14Fev
    Digər ELEKTRİK ENERJİSİ üçün şərhlər bağlıdır

     Şəhərdə və rayon ərazisində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilmişdir.

    İl ərzində Elektrik Şəbəkəsində 1 milyon 200 min manatlıq tikinti işləri görülmüşdür. Qaraməmmədli və Rüstəmli kəndlərinin əhalisinin və həmin kəndlərin 2100 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən “Bakı” nasos stansiyasının elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə 6,5 km 35 kv – luq elektrik verilişi hava xətti çəkilmiş və transformator yarımstansiyası quraşdırılmışdır.

    Keçən dövr ərzində 24 ədəd kompleks transformator məntəqəsi quraşdırılmış, 45,8 km elektrik verilişi hava xətləri, 44 km magistral, 12,9 km abonent, cəmi 56,9 km izolyasiyalı (SİP) elektrik xətləri çəkilmişdir. 2000 – dən çox elektrik dayağı dəyişdirilmişdir.

    Meyvəli qəsəbəsi ərazisində olan əkin sahələrini suvarma suyu ilə təmin edən “Meyvəli – 1” və “Meyvəli – 2” nasos stansiyalarına və elektrik verilişi hava xəttlərində yenidənqurma işləri aparılmışdır.

    Daha ətraflı »

  • 14Fev
    Digər TƏBİİ QAZ üçün şərhlər bağlıdır

     Yevlax şəhərində və kəndlərdə qazlaşdırma işləri sürətlə aparılmış, ümumi abonentlərin 95 faizi təbii qaz ilə təmin olunmuşdur. Şəhər də daxil olmaqla 50 yaşayış məntəqəsindən 43 – ü qazlaşdırılmışdır.

    Cari ildə 1159 abonentə təbii qaz verilmişdir.

    4800 paqon metr müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, 23 ədəd yeni qaz tənzimləyicisi quraşdırılmışdır. Aparılan tədbirlər nəticəsində qaz itkisi 8 faizdən çox azalmışdır.

    Şəhərdə və rayonun kənd yaşayış məntəqələrində 46,2 milyon kub metr təbii qaz istehlak olunmuşdur. İstehlak olunmuş təbii qazın dəyərinin 93 faizi, yəni 4 milyon 396 min manatı ödənilmişdir.

    Daha ətraflı »

Səhifə 1 cəmi 21812345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...