Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 15мая
    Kəndlərimiz BARAMAÇILAR FƏALİYYƏTDƏ üçün şərhlər bağlıdır

     Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, xüsusilə ölkəyə valyuta gətirəcək kənd təssərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlara göstərdiyi əvəzsiz qayğı və diqqət, həmin məhsulların yetişdirilməsi məqsədi ilə dövlət səviyyəsində subsidiyaların verilməsi, bir sıra güzəşt və imtiyazların tətbiqi, ən nəhayət hazır məhsulların dövlət satınalma qiymətlərinin istehsalçıların xeyrinə ildən- ilə artırılması aqrar sahədə çalışanların fəaliyyətinə yeni stimul vermişdir. Hazırda ölkədə  barama yetişdirilməsi mövsümü başlanmışdır.

    Gəlirli və ixracyönümlü məhsul kimi özünü təsdiq etmiş barama istehsalı ilə məşğul olmaq istəyən həmyerlilərimizin sayı bu il xeyli çoxalıb. Bu məqsədlə rayonumuza 200 qutu barama toxumu gətirilərək kümçülərə paylanmışdır. Bütövlükdə bu il 126 ailə barama bəsləməklə məşğul olacaqdır ki, bu da 625 nəfər insanın mövsümi işlə təmin edilməsi deməkdir. Daha ətraflı »

  • 24Fev
    Kəndlərimiz “MAVİ ALOV” İNSANLARA RAHATLIQ, QƏLBLƏRƏ  SEVİNC BƏXŞ EDİR üçün şərhlər bağlıdır

     “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev vurğulayıb: ” 2004-cü ildə rayonlarda, demək olar ki, qaz yox idi. Mənim rayonlara səfərlərim zamanı insanların ən böyük arzuları ondan ibarət idi ki, xahiş edirik bizi qazla təmin edin. Amma biz özümüz özümüzü təmin edə bilmirdik. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır”.

    Regionlarda sosial infrastrukturun yaradılması – bu ilk növbədə şəhərlərin və kəndlərin qazlaşdırılması, yollarıın asfaltlanması, körpülərin, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikilməsi, yeni iş yerlərinin açılması deməkdir və məhz bunlar əhalinin böyük razılığı ilə qarşılanır. Gördüyünüz kimi, bu siyahıda ilk yerdə şəhərin və kəndlərin təbii qazla təminatı gəlir.

    Çünki yaşayış yerlərinin təbii qazla təmin edilməsi – bu sağlamlıq, rahatlıq, abadlıq, gözəllik və komfort həyat tərzidir.

    Yevlaxın gündən-günə təzələnən, müasirləşən simasına – infrastrukturun başlıca faktoru olan və son dərəcə keyfiyyətlə reallaşdırılan, özündə mavi cərəyan yaşadan qaz xətləri əlavə olunur.

    Şəhərimizin qazlaşdırılması başa vurduğumuz 2015-ci ildə də uğurla davam edib. Nə qədər kənd və qəsəbə, onların əhalisi mavi alov sevincini yaşayıb. Nə qədər meşələrimiz, yamyaşıl ağaclarımız, bir sözlə, ekoloji tarazlığı qoruyan, əhalini oksigenlə təmin edən, ərazilərimizi təbii fəlakətlərdən hifz edən ekosistem xilas edilib.

    Gəlin, 2015-ci ilin günlərini təqvim vərəqi kimi çevirək, təbii qaz sevinci ilə əlamətdar olan çağları geri qaytaraq, o anları yenidən yaşayaq.

    YUXARI QARXUNA “MAVİ ALOV” NOVRUZ ƏRƏFƏSİNDƏ GƏLDİ

     

    1Yurdumuza Baharın, Novruzun qədəm basdığı bir zamanda, sözügedən kəndin sakinləri iki bayramı bir gündə yaşadılar. Bu yerlərdə Novruzun gəlişi necə əlamətdar idi. Qarxunlular çoxdan həsrətini çəkdikləri təbii qazın açılış təntənəsinə qatılmışdılar. Onları salamlayan rəsmilər bildirdilər ki, artıq Yevlaxın əksər kəndlərinə təbii qaz verilib.

    Daha ətraflı »

  • 01Fev
    Kəndlərimiz İNZİBATİ ƏRAZİ  DAİRƏLƏRİ ÜZRƏ NÜMAYƏNDƏLİKLƏRİN HESABAT YIĞINCAQLARINDA üçün şərhlər bağlıdır

    “ÖTƏN İL BİZİM ÜÇÜN DƏ DÜŞƏRLİ OLDU”

    1 Aşağı Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şahin Əliyev hesabat məruzəsinə ölkəmizdə, eləcə də rayonumuzda, onun kənd və qəsəbələrində həyata keçirilən irimiqyaslı işlərdən, sosial və iqtisadi sahədə qazanılan uğurlardan bəhs etməklə başladı. Onu da vurğuladı ki, yola saldığımıız ötən il bizim üçün də düşərli oldu. Belə ki,fasiləsiz elektrik enerjisi, içməli suyu olan, məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası, feldşer- mama məntəqəsi, digər sosial yönümlü xidmət strukturları fəaliyyət göstərən Aşağı Salamabad, Qaraoğlan və Əcəmi kəndləri də nəhayət başdan-başa qazlaşdırıldı. Üç kənddə yaşayan 3 min nəfərdən çox insan  dövlət başçısının bu qayğısını da hədsiz minnətdarlıqla qarşıladı.

    2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” olduğunu diqqətə  çatdıran natiq  bildirdi ki,  ötən il nümayəndəliyin ərazisində ümumilikdə 260  hektarda taxıl, 0,8 hektarda kartof, 17 hektarda bostan-tərəvəz, heyvandarlığın yem bazasını möhkəmləndirmək məqsədi ilə 855 hektarda yonca və digər bitkilər yetişdirilmiş, nəticədə iribuynuzlu mal-qaranın sayı 5003, qoyun-keçilərin sayı 6700 başa, quşların sayı isə 20500-ə çatmışdır ki, bu da ölkədə ərzaq qıtlığının qarşısının  alınmasına aqrar sahədə çalışan həmyerlilərimizin töhfəsidir.

    Məruzəçi nümayəndəliyin  əhatə etdiyi hər üç kənddə  kəndarası yollara çınqıl döşənməsi, çirkab suların axıdılması üçün kanalların, suvarma arxlarının təmizlənməsi işlərinin  bu il də davam  etdiriləcəyini bildirdi.

    Daha ətraflı »

  • 27Yan

    İLİN YEKUNU ÜRƏKAÇANDIR

     3
    Aşağı Bucaq kənd İƏD üzrə nümayəndəlik 5 kəndi-Aşağı Bucaq, Yuxarı Bucaq, Gülövşə, Yenicə və Bəydillini əhatə edir.  Nümayəndəlikdə mövcud olan 1049 təsərrüfatda 4592 nəfər əhali yaşayır.

    2014-cü ildə nümayəndəliyə daxil olan təsərrüfatlarda  215 hektar taxıl əkilmişdir ki, bunun da 14 hektarı buğda, 201 hektarı isə arpa olmuşdur.

    Bununla yanaşı fərdi təsərrüfatlarda heyvandarlıq da inkişaf etdirilmişdir. Təsərrüfatlarda  5722 baş iribuynuzlu, 12522 baş xırdabuynuzlu mal-qara, 18327 baş 2quş mövcuddur.

    Hesabat ilində ərazidə yaşıllaşdırma işləri həyata keçirilmiş, 950-dən artıq müxtəlif növ ağac əkilmişdir.

    Görülən abadlıq işləri də ürəkaçandır. Belə ki, kənddaxili yolların 9220 metrlik hissəsinə çınqıl tökülərək hamarlanmışdır. Ərazi daxilində olan suvarma arxlarının 2124 metrədək hissəsi lildən və qamışlıqdan təmizlənərək əhalinin istifadəsinə verilmişdir.

    Ərazidə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 5 modul tipli sutəmizləyici qurğu istifadəyə verilmiş, Yenicə kəndinə isə təbii qaz çəkilmişdir.

    İl ərzində hər ayın son şənbə günləri iməcilik təşkil olunaraq kəndlərin ərazisində və kənd qəbristanlığında təmizlik və abadlıq işləri aparılmışdır.

    Bütün bunlar haqqında  ŞİH Başçısının Aşağı Bucaq İƏD üzrə nümayəndəsi Raqif Musayev məlumat verdi. Çıxışının sonunda böyük qürurla qeyd etdi ki, bu gün geniş akt zalında hesabat yığıncağı keçirdiyimiz Yuxarı Bucaq kənd ümumi orta məktəbi də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri qayğının bariz nümunəsidir.  

    Daha ətraflı »

  • 27Yan

     Səmədabad kənd İƏD üzrə nümayəndə Hüseyn Alıyev hesabat məruzəsinə nümayəndəliyin əhatə etdiyi 4 kənddə ötən il həyata keçirilmiş abadlıq, quruculuq, yenidənqurma işlərini, xüsusilə aqrar sahə ilə məşğul olan əhalinin taxılçılıq, yemçilik, heyvandarlıq və quşçuluğun inkişafı istiqamətində qazandıqları uğurları iştirakçıların diqqətinə çatdırmaqla başladı. Onu da iftixar hissi ilə qeyd etdi ki, nümayəndəliyin tərkibində olan Səmədabad, İsmayılabad, Nərimanabad və Bünyadabad kəndlərində işıq, qaz, rabitə, içməli su və digər sosial yönümlü zəruri məsələlər demək olar ki, müəyyən qədər öz həllini tapıb. Hamınız şahidsiniz ki, Bakı-Tibilisi İpək yolundan kəndimizə çəkilmiş güzgü kimi hamar asfalt yol bizə nə qədər rahatlıq bəxş etmişdir. Bütün bunlar ölkə rəhbərinin kənd yerlərində yaşayanlara göstərdiyi dövlət səviyyəsində qayğının tərkib hissəsi və parlaq nümunəsidir.

    Daha ətraflı »

  • 25Noy

     1Rayon əhalisinin təbii qaza olan ehtiyacının ödənilməsi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Marzılı və Hacıselli kəndlərindən sonra Yenicə sakinləri də təbii qazın verilməsi xəbərini əsl bayram ovqatı ilə qarşıladılar. Bu münasibətlə düzənlənmiş mərasimdə yenicəlilərin elliklə iştirakı da bunu təsdiq edirdi.

    Mərasimdə Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov çıxış edərək yenicəliləri təbrik etdi. Daha sonra ölkəmizdə keçirilən prezident seçkilərindən söz açan Q.Səmədov seçicilərin yekdilliklə  ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa, onun layiqli davamçısı İlham Əliyevə səs verdiklərini  xalq müdrikliyinin göstəricisi kimi dəyərləndirdi. Bildirdi ki, respublikaya rəhbərliyinin ilk günlərindən ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, xalqın maddi rifah halının yaxşılaşması uğrunda əzmlə mübarizə aparan cənab Prezident bu xətti bundan sonra da uğurla davam etdirəcək. Bu gün Yevlaxda daha bir yaşayış məntəqəsinə-Yenicəyə təbii qazın verilməsi də bunu təsdiq edir.

    Mərasimdə iştirak edən millət vəkili İlham Məmmədov da yenicəliləri məişətlərində əsaslı bir rahatlıq yaradacaq hadisə-evlərinə təbii  qazın verilməsi münasibətilə təbrik etdi.

    Sonra söz kənd sakinlərinə verildi. Onların hər birinin çıxışının ana xəttini göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq duyğuları təşkil edirdi.

    İştirakçıların alqış sədaları altında qazın verilməsini bildirən lent kəsildi və mavi alov şölələndi.

    Beləliklə, 176 təsərrüfatı özündə birləşdirən Yenicə kəndinin sakinləri çoxdankı arzularına çatdılar.

     

    Sənəm KƏRİMOVA.

     

  • 06İyn

    TAXIL BİÇİNİ   BAŞLANDI

     Cari ildə  Yevlax taxılçıları 14.614 hektarda buğda, 3665 hektarda isə arpa əkib becərmişlər. Taxılçılar bir neçə aydır  zəmilərdə gərgin becərmə işləri  aparırlar. Sahələrin becərilməsi, alaq otlarından təmizlənməsi, ziyanvericilərlə mübarizə mərhələsi artıq geridə qalmışdır.

    Ucsuz-bucaqsız görünən zəmilər kəhrəba rəngini almışdır. Bol məhsul vəd edən sahələrə taxılçılar indi daha böyük ümidlərlə nəzər salırlar. Onu da vurğulamağa dəyər ki, intensiv yağan yağışlar da taxıl zəmilərinə ciddi zərər verə bilməyib. Mütəxəssislər zəmilərə baxdıqdan sonra belə bir rəy vermişlər ki, bu mövsümdə rayonumuzda yetişdirilən taxıl zəmilərindən bol məhsul əldə etmək olar. Demək olar ki, buğda və arpa əkilmiş-cəmi 18.279 hektar zəmilərin məhsulunu operativ müddətlərdə toplamaq üçün kifayət qədər texnika fermerlərin ixtiyarına verilib.

    İyunun ilk ongünlüyündə taxılçılar minbir zəhmət bahasına yetişdirdikləri bərəkət ünvanlı məhsulun zəmilərdən toplanmasına artıq start veriblər.

    Rayonun Qoyunbinəsi, Qaramanlı, Aran, Malbinəsi, Kövər kimi iri taxılçılıq təsərrüfatlarında biçinə daha mütəşəkkil qaydada və keyfiyyət prinsipləri nəzərə alınmaqla başlanıb. Adına səhra gəmiləri deyilən taxılbiçən kombaynlar süfrəmizin əvəzsiz neməti olan kəhrəba məhsulu itkisiz toplamağa çalışırlar.

    Natiq CƏFƏROV.

     

  • 05İyn

    ARPA BİÇİNİ START GÖTÜRDÜ

     Bir neçə gündür ki, Yevlaxın taxıl zəmilərində arpa biçininə start verilib.

    Taxılbiçən kombaynlar qızılı rəngli zəmilərə çıxaraq elin bar-bərəkət məhsulunu toplamağa başlayıblar.

    Rayonun torpaq mülkiyyətçiləri cari ildə 2007 hektarda arpa yetişdirmişlər. Ən böyük arpa təsərrüfatları Yuxarı Qarxun, Ərəş, Aşağı Salamabad, Qaramanlı kəndlərinin ərazilərində yerləşir. Fermerlər və torpaq mülkiyyətçiləri taxılbiçən texnika ilə yüksək səviyyədə təchiz olunublar, onların ixtiyarında 54 müxtəlif markalı taxılbiçən aqreqat vardır , onlardan 17-si yeni alınıb.

    Ötən il taxılçılar 2264 hektar arpa zəmilərindən 5003 ton məhsul yığmağa müvəffəq olmuşdular. Cari ildə taxılçılar ötən ilki nəticələri  artırmaq, daha bol və keyfiyyətli məhsul əldə etməyə ümidli görünürlər. Daha ətraflı »

  • 14Noy

    KƏND TƏSƏRRÜFATI İCMALI

     …Bu il Yevlax pambıqçıları 918 hektarda gümüşü məhsul yetişdirmişlər. Strateji məhsul ustaları plantasiyalarda zəhmətlə dolu günləri başa vurmuş, cərgəaralarını seyrəltmiş, kollara vegetasiya becərmələrini optimal müddətlərdə aparmış, yaxın keçmişdə daha çox “ağ qızıl” adlandırılan məhsulun suvarılmasını aqrotexniki qaydalara uyğun həyata keçirmişlər. Ötən mövsümdə 719 hektar pambıq tarlasının hər hektarından 27 sentner məhsul toplayan torpaq mülkiyyətçilərinin cari ildən də gözləntiləri vardır.

    Onlar texnikanın gücündən istifadə edərək plantasiyalarda məhsul yığımını davam etdirirlər. Artıq, sözügedən 918 hektar pambıq tarlasından 396 ton bəyaz məhsul toplanıb emal müəssisələrinə verilmişdir. Pambıq yığımı soyuq nəfəsli noyabr günlərində də davam edir. Kəndli-fermerlər, torpaq sahibləri çalışırlar ki, minbir zəhmətlə becərdikləri məhsulun bir teli də sahələrdə qalmasın.

    …Qarğıdalı bitkisi insan orqanizmi üçün olduqca faydalıdır. Bu bitkidən alınan yağ isə Azərbaycan mətbəxlərinin əvəzedilməz brendi sayılır. Buna görə də rayonumuzun demək olar ki, əksər kəndli-fermer təsərrüfatlarında qarğıdalı hektarlarla sahəni əhatə edir. Bu bitki daha çox Qaramanlı,  Səmədabad, Tanrıqulular, Qarxun, Bucaq, Ərəbbəsrə kəndlərində fəaliyyət göstərən kəndli-fermer təsərrüfatlarında əkilib-becərilir. 2011-ci ilin məhsulu üçün 107 hektar sahədə təravətli və sağlamlıq üçün faydalı qarğıdalı əkilib-becərilmiş, qarğıdalıçılar sahələrdən 503 ton məhsul toplamağa müvəffəq olmuşlar. Daha ətraflı »

  • 13İyn

    TAXIL YIĞIMINA BAŞLANDI

    2011-ci ilin bərəkət zəmilərində artıq biçinə start verilib. Cari ilin məhsulu  üçün bu il 14 min 54 hektar sahədə qızılı rəngli, bar-bərəkət ünvanlı, elin misilsiz sərvəti olan taxıl yetişdirilib. Yerli taxılçılar, kəndli fermerlər cari ildə 11790 hektar sahədə buğda, 2264 hektar sahədə isə arpa yetişdiriblər.

    Qlobal iqlim dəyişikliyi, yazın olduqca yağışlı-yağmurlu, qışın isə  normadan quru keçməsi, mülayim olması taxılçıların işini ləngidib, məhsuldarlığa da xələl gətirib, taxıl zəmilərini müşahidə edib, öyrənən kənd təsərrüfatı mütəxəssisləri belə hesab edirlər ki, bəzi taxıl sahələrində sünbüllərdə boşluq var, bunun da nəticəsində hər hektardan əldə olunan məhsuldarlıq aşağı səviyyədə ola bilər. Lakin bütün bunlara baxmayaraq torpaq mülkiyyətçilərimizin proqnozlarına görə bu il sahələrdən ötən ilə nisbətən xeyli miqdarda artıq məhsul toplamaq mümkün olacaqdır. Ötən il torpaq mülkiyyətçiləri yetişdirdikləri buğda zəmisinin hər hektarından 27,4, arpadan isə 21,5 sentner məhsuldarlıq əldə etməyə müvəffəq olmuşdular ki, bu da orta hesabla taxıl sahəsinin hər hektarından 26,5 sentner məhsul  götürmək deməkdir.

    Artıq qızılı zəmilərdə taxılbiçən kombaynlar işə başlayıb. Onu da qeydə dəyər,  bu ilin  məhsulunu toplamaq üçün 52 taxılbiçən kombayn start götürüb, onlardan 30 ədədi yenidir. Bir sözlə, torpaq mülkiyyətçiləri taxılı sahələrdən optimal müddətdə toplamaq üçün texnika sarıdan heç bir problem yaşamırlar və biçin müddətində də yaşamayacaqlar. Daha ətraflı »

Səhifə 1 cəmi 212

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...