Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 17Mar
    Yevlax ŞİH-də T Ə B R İ K ! üçün şərhlər bağlıdır

    NOVRUZ MİLLİ BAYRAMIMIZDIR

    1 Əziz yevlaxlılar! Xalqımızın ən əziz bayramı – Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edir, hər birinizə xoş ovqat, əsl Novruz əhval – ruhiyyəsi arzulayıram. Novruz xalqımızın ən qədim milli bayramıdır. Onun tarixi – millətimizin yaşı qədər qədimdir. Bu tarix çoxlarının inanmayacağı qədər uzaq dövrlərdən – zamanın gözlə görünməz, ağılla düşünülməz dərinliklərindən başlanmışdır.

    Novruz bayramı təbiətlə, həyatla, yaradılışla bağlı, Azərbaycan xalqının səbirsizliklə gözlədiyi bayramlardan ən birincisidir. Ona bahar bayramı da deyirlər. Bu bayram təbiətin oyanması, gecə ilə gündüzün bərabərləşməsi, həyatın təzələnməsi ilə əlamətdardır. Novruz həm də xeyir – bərəkət bayramıdır. Novruz qışın qurtarmasının və yazın gəlməsinin carçısıdır. Novruz yeni ildir, baharın ilk təqvim günüdür. Onun gəlişi ilə torpaq canlanır, isti günlər başlayır. Xalqımız bu bayramı əsrlər boyu qeyd etmişdir. Yalnız öz müstəqilliyini bərpa edəndən sonra bayram ölkəmizdə dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.

    Novruz bayramını hər kəsin öz evində, ocağı başında qeyd etməsi xalqımızın gözəl adətlərindəndir. Lakin böyük ürək ağrısı və təəssüf hissilə azğın erməni millətçilərinin qondarma Qarabağ xülyası üzündən doğma yurd – yuvasından, elindən – obasından ayrı düşmüş soydaşlarımıza üz tuturam. Dərdlərinizi bir anlığa unudun, sizin üçün nə qədər çətin olsa da özünüzdə bir güc tapın, doğmalarınızı, yaxınlarınızı ətrafınıza toplayın, Novruz tonqalları çatın, bayram əhval – ruhiyyəsinə köklənin, şadlıq – şadyanalıq edin. Bu sizin hər birinizin haqqıdır. Xalq inanclarına görə bu bayramda nə dilərsən, nəyi arzu edərsən onun çin olmaq ehtimalı yüksəkdir. Arzu edirəm ki, növbəti Novruzu azad olunmuş yurd yerlərinizdə qarşılayasınız, bayram tonqallarının şöləsi bütün Qarabağı bürüsün. Ölkəmizin rəhbəri möhtərəm İlham Əliyev cənablarının qətiyyəti, apardığı ardıcıl uğurlu siyasət tezliklə bu arzumuzu reallığa qovuşduracaq.

    Yurdumuza bahar gəlir. Bahar deyəndə gözlərimiz önünə gül – çiçək, bar – bərəkət, gözəllik gəlir. Amma həqiqət naminə deməliyik ki, ölkəmizdə həyata keçirilən və regionların sosial – iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycanımız ilin bütün fəsillərində gözəldir, füsunkardır.

    Daha ətraflı »

  • 09Mar
    Yevlax ŞİH-də BAYRAMINIZ MÜBARƏK, ƏZİZ QADINLAR! üçün şərhlər bağlıdır

     Əziz qadınlar, analar və bacılar!

    Adınızla bağlı olan Beynəlxalq Qadınlar Günü bizi daha bir təntənəyə qovuşdurur. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. 8 Mart bəşəriyyətin ülvi bir varlıq olan qadına bəslədiyi məhəbbət və ehtiramı parlaq ifadə etdirən bayram kimi dünyada geniş qeyd olunur. İnsan cəmiyyətinin kamilliyi, mədəni inkişaf səviyyəsi, tərəqqisi qadına, anaya olan münasibətlə olduqca sıx bağlıdır. Qadınlar bəşəriyyətin taleyinə hər zaman həssaslıqla yanaşmış, taleyüklü problemlərin həllinə öz töhfələrini vermiş, bu gün də müasir dünyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər.

    Ana, qadın bizim üçün həmişə müqəddəs olan varlıqdır. Onun yolunda hər cür cəfa çəkmək, onu xoşbəxt etmək borc bilinib, şərəf sayılıb. Azərbaycan qadını tarixin ağır sınaqlarından daim alnıaçıq, üzüağ, böyük zəfərlərlə çıxmışdır. Tarixi vərəqlədikcə bir-birindən fərqli, çoxlu sayda qəhrəmanlıq salnamələrinə şahidlik etmək olar. O salnamələrdə Azərbaycan qadını diplomatdır, haqq-ədalət uğrunda döyüşən ərənlərimizin yaxın silahdaşıdır, mədəniyyət, incəsənət, elm xadimidir, övladlarının yolunda sözün həqiqi mənasında ömrünü şam kimi əridən fədaidir…

    “Qadınlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilməlidir”, deyən ulu öndər öz fəaliyyətində hər zaman bu prinsipə sadiqliyini isbatlamışdır.

    Daha ətraflı »

  • 09Mar
    Yevlax ŞİH-də ÜMUMRAYON TƏDBİRİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏTLƏ BAŞLAMIŞDIR üçün şərhlər bağlıdır

    3 Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş  ümumrayon tədbiri Şəhidlər xiyabanını ziyarətlə başlamışdır. Həmin gün Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov, şəhər rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət  nümayəndələri ilk öncə vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olanların məzarları önünə təzə-tər gül-çiçək dəstələri düzmüş, onların əziz xatirələrini ehtiramla yad etmişlər. Sonra tədbir iştirakçıları Xalq teatrının foyesində məktəblilərin Xocalı soyqırımı faciəsi ilə əlaqədar hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.

    Daha ətraflı »

  • 07Mar
    Yevlax ŞİH-də AZƏRBAYCAN-3 MƏHƏLLİ İLK PARTİYA TƏŞKİLATININ HESABAT-SEÇKİ YIĞINCAĞI üçün şərhlər bağlıdır

    2 Bu günlərdə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində növbəti hesabat-seçki yığıncağı keçirilmişdir. Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının geniş akt zalında keçirilmiş yığıncaqdan öncə  müstəqil Azərbaycanımızın memarı və qurucusu, xalqımızın  ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilmişdir. Hesabat  yığıncağında geniş məruzə ilə çıxış  edən Azərbaycan-3 məhəlli ilk partiya təşkilatının  sədri Taleh Rəşidov təşkilatın fəaliyyəti barədə məlumat  vermişdir. Bildirmişdir  ki, ətrafında 50 nəfər  partiya üzvünü birləşdirən təşkilatımız həmişə olduğu kimi bu hesabat dövründə də öz işini günün  tələbləri səviyyəsində  qurmuş, ictimai-siyasi fəallığı ilə fərqlənmiş, dövlət başçısının, bütövlükdə partiyanın qarşımızda qoyduğu  mühüm  vəzifələrin  icrasında nümunə göstərmişdir. Onu da qeyd etmişdir ki, təşkilatın boy sırası fəal gənclər hesabına getdikcə artır və qısa  zaman ərzində 19 nəfər gənc sədri  möhtərəm Prezidentimiz, ölkəmizi dünyada və regionda super dövlət kimi tanıtmış İlham Əliyev  cənabları olan dünənin, bu günün  və gələcəyin partiyasının üzvü olmağı  özlərinə şərəf bilmiş, partiya sıralarına daxil olmuşdur. Natiq çıxışının sonunda onu da qeyd etmişdir  ki, təşkilatın uçot-hesabat işləri, protokolların tərtibatı və üzvlük haqlarının ödənilməsi  əməliyyatları da dəqiqliklə öz həllini  tapmışdır.

    Sonra məruzə ətrafında çıxışlar olmuşdur. YAP Yevlax rayon təşkilatı idarə heyətinin üzvü ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, ŞİHB Aparatının baş məsləhətçisi Vaqif Əliyev və başqaları çıxış edərək partiyanın yaranması tarixindən, ölkəmizin ictimai-siyasi və iqtisadi həyatındakı möhtəşəm rolundan danışmış, Azərbaycan-3 məhəlli  ilk  partiya təşkilatının hesabat dövründəki fəaliyyətini müsbət dəyərləndirərək bu təşkilatın partiyamızın  aktiv təbliğatçıları olduğunu bildirmişlər.

    Daha ətraflı »

  • 07Mar
    Yevlax ŞİH-də KİÇİK VƏ ORTA SAHİBKARLARLA TƏLİMATİ GÖRÜŞ üçün şərhlər bağlıdır

    DSC_0060 Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün sahibkarlara dəstək olan Azexport.az portalı  bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarlarla  görüşünü və iş birliyini davam etdirir. Fevralın 18-də  belə bir  görüş  Xalq Teatrının  binasında keçirilmişdir. Təlimati görüşə Yevlax da daxil olmaqla respublikanın Mingəçevir, Ağcabədi, Ağdaş, Bərdə, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından  130-dan  çox sahibkar dəvət olunmuşdur. Qeyd  etmək  lazımdır  ki, görüşün keçirilməsində məqsəd ölkə Prezidenti İlham Əliyev cənablarının “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı il tarixli Sərəncamı əsasında yaradılmış Azexport.az portalının iş prinsipi, həmin  portala  daxil olma  və  istifadə qaydaları barədə sahibkarlara  geniş  məlumat  verməkdən  ibarətdir.

    DSC_0103Məhsul  istehsalçılarının  emal etdikləri və hazırladıqları  məhsulların dünya bazarlarına ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuş Azexport.az  portalından  istifadə qaydalarına həsr olunmuş təlimati  görüşü Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov açaraq ilk öncə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlını, bütövlükdə   tədbir işirakçılarını yevlaxlılar  adından salamlamış, mühüm dövlət əhəmiyyətli  tədbirin fəaliyyətinə  uğurlar arzulamışdır.

    Görüşdə çıxış edən Mərkəzin icraçı direktoru Vüsal Qasımlı tədbirin mahiyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, son dövrlər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və bu prosesin fonunda sahibkarların ixrac imkanları xeyli çoxalmışdır. Vurğulamışdır ki, kiçik və orta sahibkarlıq yeni iş yerlərinin yaranması, ölkələrdə iqtisadi inkişafı dəstəkləmək naminə böyük əhəmiyyət  kəsb edir. Və  Azexport.az portalı da məhz bu baxımdan sahibkarlara real imkanlar və şərait yaradır. V.Qasımli  çıxışının  sonunda sahibkarlara dövlət başçısı tərəfindən onlara yaradılmış  hərtərəfli şəraitdən səmərəli  istifadə etməyin vacibilyini də  vurğulamışdır.

    Daha ətraflı »

  • 20Fev
    Yevlax ŞİH-də DİNAMİK  İNKİŞAF DAHA GENİŞ VÜSƏT ALACAQ üçün şərhlər bağlıdır

    1 Fevralın 7-də Şəhər İcra Hakimiyyəti Başçısının hesabat yığıncağı keçirilmişdir.

    Əvvəlcə şəhər rəsmiləri ulu öndərin mərkəzi meydandakı  abidəsini ziyarət etmiş, önünə  gül-çiçək dəstələri düzmüşlər.

    Ulu öndər Heydər Əliyevin adını daşıyan Sarayın ev sahibliyi etdiyi tədbiri Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov  açaraq “2016-cı ilin sosial-iqtisadi inkşafının yekunları və qarşıda duran vəzifələr haqqında” hesabat məruzəsi ilə çıxış etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının möhtərəm Prezidentimiz tərəfindən daha da zənginləşdirilərək yeni dövrün tələblərinə  uyğun ardıcıl davam etdirildiyini, habelə genişmiqyaslı islahatların tətbiqi sayəsində son on üç il ərzində ölkəmizin iqtisadi göstəricilərinin sürətlə artdığını  vurğulayan ŞİH Başçısı yola saldığımız ilin də rayonumuzun iqtisadi və sosial həyatında əlamətdar olduğunu bildirmiş, əldə olunan uğurların əsas göstəricilərini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, regionların 2014- 2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilində də rayonumuzun  iqtisadiyyatının əsasını təşkil edən sahələrin dinamik inkişafı davam etdirilmiş,  bir sıra parametrlərdə  qazandığımız uğurlar ürəkaçan olmuş, səhiyyə, təhsil, mədəniyyət təşkilatlarının fəaliyyətlərinin yüksəldilməsi və təkmilləşdirilməsi istiqamətindəki infrastrukur dəyişikliklərində köklü islahatlar baş vermiş, rabitə, nəqliyyat, poçt, bədən tərbiyəsi, idman, gənclərlə iş günün tələblərinə cavab vermişdir. Tikinti-abadlıq, yenidənqurma, yeni sosial obyektlərin inşası və yaradılması işləri də ilboyu davam etdirilmiş, yeni  iş yerlərinin açılmasına önəm verilmiş, əhalinin pul gəlirləri xeyli artmış, dolanışıq səviyyəsi yüksəlmiş, davamlı içməli su, elektrik enerjisi, mavi  yanacaq və digər rabitə, kommunal xidmətləri ilə təminatı yoluna qoyulmuşdur. İnsanların sosial və məişət rahatlığına hesablanmış yuxarıda qeyd etdiyim genişmiqyaslı işlər rayonumuzun kənd və qəsəbələrindən də yan keçməmişdir.  

    23Qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafından bəhs edən ŞİH Başçısı rayon pambıqçılarının fəaliyyəti üzərində daha geniş dayandı. 1415 hektarda pambıq əkib-becərərək tədarük məntəqələrinə 3677 ton “ağ qızıl” təhvil verən fermer və pay torpaq sahiblərinin əməyini yüksək dəyərləndirdi və  rayonun Aran qəsəbəsi ərazisində aqrar sahənin genişləndirilməsində həlledici rol oynayacaq yeni Aqroparkın salınacağını, nəticədə yüzlərlə insanın işlə təmin olunacağını və ölkədə kənd təsərrüfatı bolluğu yaratmağa əsaslı stimul verəcəyini demişdir.

     Hesabat yığıncağında müzakirə olunan məsələlərlə bağlı Tərtər regional Qaz İstismar İdarəsinin Yevlax xidmət sahəsinin rəis müavini Azay Muxtarov, Su-Kanal İdarəsinin rəisi Sabir Həsənov, Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Elşad Abbasov, Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi Azər İsmayılov, “MKT-YEVLAX” filialının direktoru Şaban Həsənov və başqaları rəhbərlik etdikləri kollektivlərin hesabat ilində əldə etdikləri nailiyyətlər və qarşıda duran mühüm və həlli vacib məsələlərdən danışmış, auditoriyanı maraqlandıran sualları ətraflı cavablandırmışlar.
    Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov yığıncaqdakı çıxışında ölkədə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərindən, infrastruktur layihələrindən, sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən söz açdı. Qeyd etdi ki, aparılan düzgün daxili və xarici siyasət öz bəhrələrini verməkdədir. Dünya iqtisadi böhrandan əziyyət çəkdiyi bir vaxtda Azərbaycan inkişaf edir, dövlətimizin başçısının söylədiyi kimi, biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik.

    Daha ətraflı »

  • 20Fev
    Yevlax ŞİH-də XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI ŞİH BAŞÇISININ SƏRƏNCAMI üçün şərhlər bağlıdır

    4 Azərbaycan  Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirmi  beşinci ildönümü haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamına uyğun olaraq Şəhər İcra  Hakimiyyətinin Başçısı “Rayon ərazisində Xocalı soyqırımının 25-ci ildönümü tədbirlərinin hazırlanıb  keçirilməsi ilə  əlaqədar” sərəncam  imzalayıb.

    Sərəncamla təsdiq olunmuş və 10 bənddən ibarət tədbirlər planında  rayonun ümumtəhsil məktəblərində, klub, kitabxana, müəssisə, idarə və təşkilatlarında, qəsəbə və kənd İƏD üzrə nümayəndəliklərində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələrinin, dəyirmi masaların,  xocalılılarla görüşlərin keçirilməsi öz əksini tapıb.

    Tədbirlər planında ümumtəhsil məktəblərində və peşə məktəblərində ilk dərsin Xocalı soyqırımına həsr olunmasına, şagirdlər arasında soyqırımı faciəsi mövzusunda inşa yazı və rəsm müsabiqələrinin təşkilinə də önəm verilib. Bundan başqa faciənin ildönümünədək Şəhidlər xiyabanında təmizlk və abadlıq işləri görülməsi nəzərdə tutulub.

    Daha ətraflı »

  • 20Fev
    Yevlax ŞİH-də REGİONAL MÜŞAVİRƏ üçün şərhlər bağlıdır

     2Fevralın 10-da Şəhər Mədəniyyət Mərkəzinin geniş akt zalında “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti  “Tədarük və təchizat məsələlərinin müzakirəsi”nə həsr olunmuş regional  müşavirə keçirmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 11 aprel 2016-cı il  tarixli Sərəncamı  ilə   yaradılmış “Ərzaq  məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin əsas  istiqaməti ölkənin aqrar sektorunun  inkişafına nail olmaq, kənd təsərrüfatı   məhsullarının və ərzaq bolluğunun  təmin  olunmasına stimul vermək, satınalan təşkilatları-xəstəxanaları, körpələr evi-uşaq bağçalarını, təhsil müəssisələrini, digər dövlət obyektlərini vaxtında və keyfiyyətli  qida məhsulları  ilə təchiz  etməkdən  ibarətdir. Aran regionlar bölməsi  üzrə şəhərimizdə keçirilən müşavirəyə Mingəçevir,  Ucar, Ağdaş şəhər və rayonlarının İcra Hakimiyyətlərinin,  dövlət satınalan təşkilatların, həmçinin uşaq bağçalarının və xəstəxanaların nümayəndələri də dəvət olunmuşdur. Tədbiri Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini   Qənimət Qaraşov açaraq iştirakçılara Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədovun təbrikini  çatdırmışdır. 

    Daha ətraflı »

  • 14Fev
    Yevlax ŞİH-də PREZİDENTİN DƏYƏR VERDİYİ ŞƏHƏR üçün şərhlər bağlıdır

    1 Azərbaycan xalqı bütün parametrlərdən güclü və böyük xalqdır. Onun ümummilli lideri də elə öz adına layiqdir: böyük, güclü və əzəmətli… Bu gün biz sevinirik ki, ulu öndərin layiqli davamçısı, Heydər Əliyev məktəbini hamımızdan artıq səylə öyrənmiş, hamımızdan artıq örnək götürmüş öl- kə başçısı İlham Əliyev dünya azərbaycanlılarının fəxri və iftixar yeridir. İlham Əliyev həm Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinin məharətli daşıyıcısı, həm də yeni, müstəqil Azərbaycanın ən layiqli yeni lideridir.

    Bu gün ölkənin sosial – iqtisadi inkişafı Azərbaycan prezidentinin daxili siyasət xəttində təzahür edən əsas istiqamətlərdən biridir. Xalqın sosial vəziyyətinin və maddi rifah halının yaxşılaşmasını fəaliyyətində prioritetə çevirən ölkə başçımızın imzaladığı dövlət proqramları hesabına bu yöndə əsaslı irəliləyişlər əldə edilmiş, Azərbaycan sosial – iqtisadi inkişafın parametrlərinə, əhatə dairəsinə görə yeni bir mərhələyə qədəm qoymuşdur.

    Yevlax yaşının üstünə yaş gəldikcə cavanlaşan bir bölgədir. Bu inkişaf proqramlarının ardıcıl olaraq yerinə yetirilməsi ilə əlaqəlidir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn  vəzifələr hər yerdə olduğu kimi, Yevlaxda da inkişafa təkan verib. Ölkə miqyasında həyata keçirilən abadlıq-quruculuq tədbirləri rayonumuzun da həyatına dinamiklik gətirmiş, bir sıra sosial problemlərin həllini reallaşdırmışdır.

    Şəhər İcra Hakimiyyəti ötən illərdə olduğu kimi, 2016-cı ildə də rayon ictimaiyyəti, burada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla birlikdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən  strateji xəttə uyğun qarşıya qoyulan  vəzifələri həyata keçirməyə çalışmışdır. Nəticə uğurlu olmuşdur.

    2Ötən illərdə olduğu kimi, 2016-cı ildə də şəhərimizdə  bütün imkanlar və qüvvələr səfərbərliyə alınmaqla tikinti, abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Müasir tikinti meyarları əsasında, yüksək estetik zövqlə görülən, vətəndaşlarda razılıq və minnətdarlıq doğuran genişmiqyaslı abadlıq-quruculuq işləri şəhər mərkəzinin və digər yaşayış məntəqələrinin  simasını əsaslı şəkildə dəyişmişdir. 2016-cı ildə  tikinti-quruculuq işlərinə bütün maliyyə mənbələri hesabına qoyulan vəsait 34,5 milyon manat olmuşdur.

    2016-cı ildə rayonun iqtisadi,sosial-mədəni inkişafı istiqamətində həyata keçirilən tədbirlər məqsədyönlü və ünvanlı olmuşdur. Mövcud potensialın, əmək ehtiyatlarının və digər resursların sosial tərəqqi yönümündə  işə salınması, eləcə də rayonun sosial-iqtisadi inkişafı planının dəqiq icrası həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə uğurlu sayıla bilər.

    Daha ətraflı »

  • 14Fev
    Yevlax ŞİH-də PAMBIQÇILIQ SAHƏSİNDƏ ÜRƏKAÇAN GÖSTƏRİCİLƏR üçün şərhlər bağlıdır

     Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da  yaxşı yaşasın.

    İlham ƏLİYEV

    Azərbaycan Respublikasının Prezidenti

    1 2Ötən il rayonumuzun ictimai-siyasi və iqtisadi həyatının bir sıra sahələrində olduğu kimi, pambıqçılıq üçün də əlamətdar olmuşdur. İnnovasiya fermer təssərrüfatı ilə birlikdə hesabat ilində cəmi 1415 hektara yüksək  məhsuldarlıqlı  çiyid toxumu səpən rayon pambıqçıları həmin sahələrdə 3700 tona yaxın yüksək kondisiyalı “ağ qızıl” yetişdirərək tədarük məntəqələrinə təhvil vermişlər. Məhsulun 3282,3 tonu pambıqyığan maşınlarla, 394,7 tonu isə əllə  yığılmışdır. Bundan başqa, Yevlax pambıqçıları hər hektardan götürülən  məhsula görə də digər  pambıqçılıq rayonlarını geridə qoymuşlar.

     Bu uğurun qazanılmasına pambıqçılıq üzrə ixtisaslaşmış kəndli-fermer təsərrüfatları, pay torpaq sahibləri ilə yanaşı, ayrı-ayrı iş adamları da öz töhfələrini vermişlər.

    Ötən mövsümdə öhdələrindəki sahələrdə daha çox pambıq yetişdirməklə  möhtərəm Prezidentimiz və dövlətimiz qarşısında üzümüzü ağ edən, rayonumuzun adını şərəfləndirən Vaqif Məmmədovun, Zöhrab Həşimovun, Əfşar Həşimovun, Oktay Əsədovun, Mahir Əsgərovun, Nicat Quliyevin, Fərhad Əliyevin, Məlahət Əsgərovanın və onlarla başqalarının, sözün əsl mənasında, qürur hissi keçirməyə mənəvi haqları çatır.

    Daha ətraflı »

Səhifə 1 cəmi 4612345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...