Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 31Avq
    İqtisadiyyat MARAQLIDIR üçün şərhlər bağlıdır

    MƏRKƏZİ BANKDAN YENİ QƏRAR: XİDMƏT HAQQI 2 DƏFƏ AZALDILDI

     Mərkəzi Bankın İdarə Heyəti bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə yeni qərar qəbul edib.

    Mərkəzi Bankdan verilən məlumata görə, AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb. Bununla yanaşı,  nağd pulun məxarici üzrə tariflərə dəyişiklik edilib. İri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15  faiz tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05 faiz müəyyən edilib.

    Bank xidmətləri istehlakçıların hüquqlarının müdafiəsi, kredit məhsullarının dəyərinin şəffaflığının təmin edilməsi istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biri kimi Mərkəzi Bankın İdarə Heyətinin digər qərarı ilə “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında  Metodoloji Rəhbərlik” təsdiq edilib.

    Daha ətraflı »

  • 08мая

     Qanadlı fraza olsa da bu sözdə həqiqətin yükü böyükdür. Gündən-günə inkişaf edib, modern dövlətlər sırasına qoşulan respublikamızın hər bir guşəsində ulu öndərin evi vardır – bunlar Heydər Əliyev Mərkəzləridir.

    Elə ŞİH-in təşkilat dəstəyi ilə baş tutan maliyyə, bank və sığorta xidməti işçilərinin ulu öndərin 90 illik yubileyinə həsr edilən toplantısı da məhz dahinin adını daşıyan Mərkəzdə keçirildi.

    Salon qaranlığa qərq oldu, divardakı monitorda isə böyük hakimiyyət ustadının həyatının ən unudulmaz məqamlarını təsvir edən kadrlar canlandı. Bu kadrlarda böyük siyasət dahisinin həm də sevən həyat yoldaşı, qayğıkeş ata, istiqanlı baba obrazı sərgilənirdi, həzin musiqi sədaları  iştirakçıların gözü önündə ümummilli liderin yaşadığı mənalı və zəngin çağları sanki geri qaytarırdı.

    Tədbiri giriş sözü ilə açan “Kür” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı toplantıya qatılanlar önündə lakonik bir məruzə söylədi, azərbaycanlı siyasət dahisinin Vətən və xalq naminə qlobal əhəmiyyətli, titanik səviyyəli fəaliyyətinə güzgü tutdu, Yevlaxa və Yevlaxın zəhmətsevər insanlarına bəslədiyi sevgidən, qayğıdan söz açdı, böyük öndərlə görüşlərdən yaranan xatirələri dilə gətirdi. Daha ətraflı »

  • 22Dek

    XƏBƏRLƏR  ÜRƏYİNİZİ AÇACAQ VƏ DÜŞÜNDÜRƏCƏK

     …Azərbaycanda minumum aylıq əməkhaqqının məbləği 10 faiz artırılaraq 93,5 manata çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyev minimum əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilsin.
    …Azərbaycan Prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılsın”.
    Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən mədəniyyət, gənclər və idman müəssisələrində, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidro- meteorologiya və balıqartırma sahələrində, sosial təminat mü- əssisələrində, elm və elmi- tədqiqat müəssisələrində, idarə və təşkilatlarında, səhiyyə mü- əssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2001- ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılacaqdır.
    …Gələn il yanvarın 1-dən Azərbaycanda bütün pensiyaçıların pensiyası artırılacaq. Bunu Dövlət Sosial Müdafiə Fondunun  sədri Səlim Müslümov bildirib. “2012- ci ildə dövlət büdcəsində əməkhaqqı və pensiyaların artırılması üçün təxminən 800 milyon manat vəsait nəzərdə tutulub”. Bu sözlərin müəllifi olan maliyyə naziri Samir Şərifov daha sonra bildirib: “Bu kifayət qədər böyük məbləğdir. Ümumilikdə, bizdə əməkhaqqı və pensiyaların artırılması üçün müəyyən vəsait var, lakin bu məsələni uzunmüddətli perspektivdə nəzərdən keçirməliyik”. Daha ətraflı »

  • 12Yan

    MƏŞĞULLUĞUN TƏMİNATI-DÜZGÜN PEŞƏ SEÇİMİ, BİLİK VƏ BACARIQDIR

     İnsan həyatının taleyüklü məsələlərindən biri onun ixtisas və peşə seçməsidir. Təcrübə göstərir ki, bir çox insanlar yaşadığı yerin iqtisadiyyatının inkişafını, bir sözlə əmək bazarının tələbatını nəzərə almadan doğmalarının və yaxud da ətrafdakı  insanların təhriki ilə müəyyən ixtisas və ya peşə seçirlər. Onlar seçdikləri sahə üzrə ali təhsil aldıqdan sonra, bir çox halda isə  müəyyən müddət fəaliyyət göstərdikdən sonra peşə seçimində yanıldıqlarını anlayır və başa düşürlər ki, bu iş onlar üçün maraqsızdır, qəlblərində bu peşəni sevmirlər, beləliklə yenidən öz gələcəklərini müəyyənləşdirən qərarlar qəbul etməli olurlar. Bəzənsə, buraxılan səhvi düzəltmək mümkün olmur, insan bütün  ömrünü sevmədiyi, onda maraq doğurmayan bir işə həsr etməli olur.

    Deyilənə görə, qabiliyyətsiz insan yoxdur, həyatda öz layiqli yerini tapmayan insan var, cəmiyyət isə ona həyatda öz yerini tapmaqda, peşə seçimində yardımçı olmalıdır. Onu qeyd etmək istəyirəm ki, peşə seçimində gənclərə hər birimiz kömək etməli və onlara düzgün yol, onların xarakterinə, qabiliyyət və bacarığına uyğun fəaliyyət sahəsi göstərməliyik. Bu zaman gənclərin maraq və meylləri,eyni zamanda  əmək bazarında olan mövcud tələbat mütləq nəzərə alınmalıdır.

    Düzgün peşə seçimində hər kəs öz yerini və imkanlarını dəqiq bilməlidir. Aydındır ki, hamıda eyni qabiliyyət, eyni maraq və eyni bacarıq ola bilməz. Amma hər kəsdə hər hansı bir sahəyə müəyyən meyl və maraq vardır. Bu amilləri üzə çıxarmaqda peşəyönümünün rolu böyükdür. Bununla yanaşı, gənclərə peşəyə dair məsləhətlər, əmək bazarındakı real vəziyyət haqqında, eləcə də Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun bəzi maddələri barəsində məlumatlar verməyi məqsədəuyğun hesab edirəm. Çünki, bugün peşə və ixtisas düzgün seçilməzsə, gələcəkdə həmin peşə və ixtisas üzrə işlə təmin olunmaqda problem yaranır ki, bunun da nəticəsində işsizlik adlanan faciə ortaya çıxır.

    Gənclərin peşə seçimində və onların faydalı, davamlı əməyə hazırlanmasında məktəblərin və Məşğulluq orqanlarının rolu böyükdür. Daha ətraflı »

  • 04Fev

      Yevlax hava limanı. Çoxlarının yaxşı tanıdığı bir yer. Nabələd insanlar üçün isə bir az daha ətraflı təqdim etməli olsaq: Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Azalaqro” Yevlax Aviasiya Şirkəti.

     Aviaşirkətin qarşısında duran vəzifə Azərbaycan Hava Yolları QSC-nin tərkibində onun struktur bölməsi kimi fəaliyyət göstərib əhalinin və ölkə iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə olan tələbatını ödəmək məqsədilə istifadəsində olan “AN-2” tipli  hava gəmiləri vasitəsilə dövlət, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən verilən sifarişlər əsa- sında  istər respublika ərazisində, istərsə də onun hüdudlarından kənarda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən əsasən kənd və meşə təsərrüfatlarında  aviakimyəvi üsulla nəzərdə tutulan  və eləcə də xəritəçəkmə işlərində ərazilərin fotoçəkilişlərinin aparılması işlərini müəyyən olunan qaydada həyata keçirməkdir.

     Bu şəhərdə aviasiyanın tarixi onilliklərə söykənir. Tarixə qısa bir ekskurs.

     Yevlaxda ilk aerodrom I Dünya Müharibəsi dövründə salınmışdır. 1919-cu ildə aerodromun sahəsi bir az da genişləndirilmiş və Azərbaycan Mülki Hava Donanmasının ilk təyyarəsi hesab edilən “Yunkers- D294” o dövrdə bir neçə dəfə bu aerodromda yerə enmişdir. Daha ətraflı »

  • 04Fev

    “ALTERNQRUP”UN TÖHFƏSİ

      “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ndan irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində neft kəməri keçən bölgələrdə abadlıq-quruculuq işləri aparan qeyri-hökumət təşkilatları da fəal iştirak edirlər. Bu təşkilatlar yerli icma qrupları ilə müştərək fəaliyyət göstərərək regionlarda həlli vacib problemlərin aradan qaldırılmasında öz səylərini əsirgəmirlər.

     Belə qeyri-hökumət təşkilatlarından biri də müstəqil “Altenqrup” ofisidir. Qrup bu yaxınlarda “Ulduz” icma adı qazanmış Nemətabad kənd icmasının həyata keçirdiyi uğurlu layihələrlə tanış olmuş, icmanın lideri Saniyə Ridvanova və onun başçılıq etdiyi qrup üzvlərinin fəaliyyətini bəyənmişdir. Regionlarda alternativ enerji sistemləri quraşdıraraq təbii günəş enerjisindən alınan istiliyi lazımi obyektə yönəldən “Alternqrup” Nemətabad uşaq bağçasının bu qurğuya daha çox ehtiyacı olduğunu müəyyənləşdirərək, qrupun rəhbəri Bəxtiyar Ələsgərlinin başçılığı və təşkilatçılığı ilə qısa zamanda sözügedən uşaq bağçasında günəşin təbii enerjisi ilə işləyən alternativ enerji sisteminin qurularaq işə başlamasına start verdi.

     Neftdən gələn gəlirlər hesabına inşa edilən bu təbii istilik sistemi kənd uşaq bağçasının ən vacib problemini beləcə uğurla həll etdi.

     

    Aybəniz Qənbərova,             

    Nemətabad kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi.

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...