Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 07Mar
    Mədəniyyət YARADICILIQ EVİNDƏ XOCALI SOYQIRIMINA AİD TƏDBİR KEÇİRİLƏCƏK üçün şərhlər bağlıdır

     Şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Yaradıcılıq Evində xalqımızın qan yaddaşına çevrilən Xocalı qətliamının 25-ci ildönümünə həsr edilmiş ədəbi -bədii kompozisiya səhnə alacaq.

    Tədbir haqda qəzetimizə ədəbi-bədii kompozisiyanın ssenari müəllifi Zöhrə Adgözəlova məlumat verir.Onun dediklərindən: Bu faciə 25 ildir ki, qəlbimizdə açılan və heç sağalmayan bir yaradır. Kollektivimizdə birləşən yaradıcı ruhlu insanlar bu faciəni, bu ümumbəşəri kədəri qəlbində yaşadan insanlardır. Ona görə də ssenaridə Vətən, onun başına erməni əli ilə gətirilən müsibətlər, torpağımızı, yurdumuzu qoruyaraq şəhid olan mərd igidlər, sabaha inamla baxan, Xocalıyıya qayıdacağımıza inam bəsləyən  soydaşlarımız təsvir olunub.

    Daha ətraflı »

  • 07Mar

    Mədəniyyət üçün şərhlər bağlıdır

    2 İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Ana Vətən səninləyik” iki hissəli dramatik dastan tamaşasını Xocalı soyqrımının 25-ci il dönümünə həsr etmişdir. Yevlax teatrsevərləri müəllifi və quruluşcu rejissoru İftixar Piriyev olan tamaşaya baxmışlar.

  • 14Fev
    Mədəniyyət MƏDƏNİYYƏT üçün şərhlər bağlıdır

    MƏDƏNİYYƏTİMİZİN CƏFAKEŞLƏRİNİN ƏSAS NİYYƏTİ: YAXŞI İŞLƏMƏYİ BACARAN HƏMYERLİLƏRİMİZƏ YAXŞI DA İSTİRAHƏT İMKANLARI YARATMAQ

    2 Yevlax mədəniyyətində əmək sərf edən, fədakarlıq göstərən insanlar ötən il də yaradıcı imkanlarından bəhrələnərək şəhərimizin sakinlərinə mədəni xidmət göstəriblər. Əhaliyə göstərilən mədəni-maarif xidmətin səviyyəsinin yüksəldilməsi və rayonda gənclər siyasətinin həyata keçirilməsi məqsədi ilə Şəhər Mədəniyyət və Turizm Şöbəsi, eləcə də şəhər Gənclər və İdman İdarəsi tərəfindən tədbirlər təşkil edilmişdir .

    Şəhərin Kukla Teatrı məktəblərdə, uşaq bağçalarında yeni tamaşalarla balacaların görüşünə gəlmişdir.

    Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Kür” və “Karvan” musiqi kollektivləri şəhərimizdə təşkil edilmiş dövlət tədbirlərində, el şənliklərində, həmçinin əlamətdar günlərdə hərbi hissələrdə əsgərlər qarşısında  maraqlı proqramlarla çıxış etmişlər.

    Mədəniyyətin uğurlarından danışarkən onu da vurğulamaq yerinə düşər ki, keçən il Şəki şəhərində Respublikanın Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Şəki Şəhər İcra hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutan şirniyyat festivalında Yevlax mədəniyyətinin təmsilçiləri də iştirak edərək fəxri III yerə layiq görülmüş, diplom və medalla mükafatlandırılmışlar.

    Daha ətraflı »

  • 24Yan
    Mədəniyyət ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR üçün şərhlər bağlıdır

    DSC_0050 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Yevlax Mədəniyyət Mərkəzinin birgə  anım mərasimi keçirilmişdir.

    Əvvəlcə mərasim iştirakçıları  şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

    Anım mərasimini giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev açaraq  bildirmişdir ki, Vətən şəhidlərini heç vaxt unutmayacaq, 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə  həyatından keçmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki  Vətən və torpaq şəhidləri ilə ucalır.

    YAP Yevlax rayon təşkilatı aparatının rəhbəri Əli Quliyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax rayon komitəsinin sədri, əməkdar mədəniyyət işçisi Zöhrə Adgözəlova, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax təmsilçisi, baş məsləhətçi Rafiq Məmmədov çıxışlarında qeyd etmişlər ki, Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsindən 27 il ötür. Həmin qanlı gecədə imperiya ordusunun vəhşiliyi nəticəsində 140-dan çox əliyalın, günahsız insan amansızcasına qətlə yetirilmiş, 800-ə qədər adam yaralanmışdır. 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının mübarizə əzmini, iradəsini qıra bilmədi. Həmin faciədə həlak olan Azərbaycan oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar.

    Daha ətraflı »

  • 24Yan
    Mədəniyyət FACİƏNİN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA üçün şərhlər bağlıdır

     20 yanvar ümumxalq hüzn günü ilə əlaqədar Mərkəxi Kitabxana Sisteminin  geniş akt zalında “20 yanvar-tariximizin  qanlı və şanlı səhifəsi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Azadlıq mücadiləsinə qoşularaq qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dəyirmi masa tədbirinin iştirakçıları kitabxananın foyesində hazırlanmış sərgi və fotostendlə tanış olmuşlar. Tədbiri kitabxananın direktoru Vüsalə Məmmodova açaraq 27 il bundan öncə qırmızı imperiyanın təpədən dırnağa qədər silahlanmış qoşun bölmələrinin paytaxtımıza soxularaq dünyada misligörünməmiş qanlı faciə törətdikləri barədə qısa və konkret məlumat vermişdir.

    Sonra Bərdə Regional Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi, Yevlax rayonu üzrə nümayəndə Rafiq Məmmədov mövzu ilə bağlı geniş məruzə ilə çıxış etmiş, keçmiş sovetlər ölkəsinin ermənipərəst başçısı, Qorbaçovun sərsəm siyasəti və Azərbaycanın o vaxtkı rəhbərlərinin qətiyyətsizliyi, Moskvanın əlində alətə çevrilməsi ucbatından bu qanlı cinayətin baş verdiyini vurğulamışdır.

    Daha ətraflı »

  • 17Yan
    Mədəniyyət UĞURLARDAN DA SÖHBƏT AÇILMIŞDIR üçün şərhlər bağlıdır

    4 Yanvarın 11-də YAP Yevlax rayon təşkilatının “Mədəniyyət” məhəlli ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən hesabat-seçki yığıncağını giriş sözü ilə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq yaradıcısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı tarixi yoldan danışmış, bu partiyanı müstəqil dövlətimizi və xalqımızı daha xoşbəxt gələcəyə aparan siyasi qüvvə kimi dəyərləndirmiş, hesabat yığıncağının gedişinə uğurlar arzulamışdır.

    Ulu öndərin və vətənimizin  ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış ərənlərimizin əziz xatirələri birdəqiqəlik sükutla yad olunduqdan  sonra təşkilatın sədri Samir Novruzov geniş və əhatəli hesabat  məruzəsi ilə çıxış  etmişdir. Ötən hesabat dövründə əldə olunmuş uğurlar və qarşıda duran vəzifələri şərh edən məruzəçi öz çıxışında Mədəniyyət və Turizm Şöbəsinin, o cümlədən “Mədəniyyət” məhəlli ilk partiya təşkilatı üzvlərinin rayonumuzun  ictimai  siyasi həyatındakı fəaliyyətindən danışmış, bütün  siyasi  kampaniyalarda və insanların  istirahətlərinin nümunəvi təşkil  olunmasındakı xidmətlərindən faktların dili ilə nümunə  göstərmişdir.

    Daha ətraflı »

  • 30Dek
    Mədəniyyət HƏMYERLİMİZ, ƏMƏKDAR ARTİST GÜLÜSTAN ƏLİYEVA İLƏ NƏĞMƏLİ  GÖRÜŞ üçün şərhlər bağlıdır

     3Dekabrın 24-ü həftənin şənbə günü idi. Amma həmyerlimiz, əməkdar artist Gülüstan Əliyevanın yevlaxlılarla nəğməli görüşü bu şənbəyə bir qədər özəllik gətirdi, onu fərqləndirdi. Həmin gün müasir, geniş və işıqlı Heydər Əliyev Sarayında boş bir oturacaq tapmağı mümkünsüz edən  qələbəlik vardı.

    Toplaşanlar muğam, xalq və bəstəkar mahnılarının mahir ifaçısı olan həmyerlimizi və onu müşayiət edən professionallardan ibarət, virtuoz  sənətkarların cəm olduğu  ansamblı böyük coşqu ilə qarşıladılar.

    2Həmyerlilərini çox əlamətdar günlər ərəfəsində-Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində görməkdən məmnunluğunu bildirən müğənni onları təbrik etməyi, ən xoş arzularını bildirməyi də  unutmadı.

    Yevlaxlılar adından nəğməli qonağı Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov salamladı.

    Sonra söz musiqiyə verildi. Ürəyəyatan xoş ifası ilə Gülüstan Əliyeva saatlarla səhnəni tərk etmədi. Ürəkdən, sevə-sevə, canlı-canlı oxudu. Auditoriya isə təkcə gurultulu alqışlarla deyil, həm də təzə-tər gül dəstələri ilə istedadlı ifaçıya olan sevgi və rəğbətini sərgilədi.

    Daha ətraflı »

  • 08Noy
    Mədəniyyət NƏĞMƏLƏRİ İLƏ KÖNÜLLƏRİ FƏTH EDƏN GÜLÜSTAN üçün şərhlər bağlıdır

    1 Unudulmaz bir gecə yaşadım. Azərbaycan muğamının sədaları məni sehrli-sirli bir aləmə apardı. Şən, şux, təravətli mahnılar qəlbimi cuşa gətirdi. Lirik, duyğulu estrada stilində dinlədiyim şərqilər məhəbbət, sevgi, eşq dünyasının qapılarını üzümə açdı.

    Qısa zaman kəsiyində ruhən təzələndim, mənən zənginləşdim, ürəyim yaşadığım hisslərin təsiri ilə çırpındıqca sənətin cazibəsinə heyran oldum.

    Söylədiklərim çox sevdiyim xanım müğənni, tanınan və xalqımız tərəfindən sevilən Gülüstan Əliyevanın sənət dünyası barədədir.

    2Oktyabr ayının 28-də Azərbaycanın əməkdar artisti, həmyerlimiz, tanınan muğam ifaçısı, milli opera sənətimizin parlaq ulduzlarından biri Gülüstan Əliyeva Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Payız sevgisi” adlı solo konsertlə çıxış etdi.

    Solo konsertdə mən də Gülüstan sənətinin pərəstişkarı, dostu və nəhayət həmişə məhəbbətlə üz tutduğu həmyerlisi kimi iştirak edirdim.

    Axşam saat 20-00-da başlayan konsert Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəs- təyi ilə təşkil edilmişdi və Gülüstan Əliyevanın milli opera səhnəmizdə 20 illik yaradıcılığına həsr olunmuşdu.

    Demək istəyirəm ki, konsertə çox maraqlı və yaddaqalan tərtibat verilmişdi. Səhnə bu yaraşıqlı xarici görünüşə, yüksək diapazonlu səsə malik müğənninin adına, şöhrətinə layiq  dizaynı ilə göz oxşayırdı.

    Daha ətraflı »

  • 11Okt
    Mədəniyyət PAYTAXTDAN  MƏKTUB üçün şərhlər bağlıdır

    “KÜR”Ü BİZ DƏ SEVƏ-SEVƏ OXUYURUQ”

     Bakının Qala qəsəbəsində yaşayan soydaşımız Novruz Əkbərov (Əkbər) bu günlərdə redaksiyamıza bir məktub ünvanlayıb. Həmin məktubun mətnini nöqtəsinə, vergülünə toxunmadan oxucularımızın diqqətinə çatdırırıq. Məktubda deyilir:

    “Çox  hörmətli Əminə xanım!

    Mən yaradıcılıqla məşğul olan bir insan kimi  milli  mətbuatımızı, Azərbaycan teleməkanında göstərilən ədəbi-bədii verilişləri mütəmadi izləyir və bundan xüsusi bir zövq alıram. Sizin baş  redaktoru olduğunuz “Kür” qəzeti də respublikamızda yetərincə yüksək reytinqə malikdir. Mən internet saytında sizin qəzetdə  dərc olunan məqalələri, şeirləri xüsusi  maraqla oxuyuram.

    Çox istərdim ki, mənim də yazdığım şeirlər vaxtaşırı “Kür” qəzetində işıq üzü görsün.

    Sizə və yaradıcı kollektivinizə dərin hörmət və minnətdarlıq hissi ilə.

    Novruz ƏKBƏR

     

    Müəllifin xahişini nəzərə alaraq bizə ünvanladığı şeir nümunələrindən bir neçə seçmələri oxucularımıza  təqdim edirik.

     

    DAĞLAR

    Sənə güvəndiyim, ay ulu dağlar,

    Səni yağış vurub, dolu düşübdü.

    Başının üstündə şimşəklər çaxır,

    Köksünə hicranın xalı düşübdü.

     

              Birdən bizdən sarı qəribsəyərsən,

              Bizim qarğışımız tutubdu səni.

              Yadında, deyərdik xaraba qalsın,

              Nə var ki, atının nalı düşübdü. Daha ətraflı »

  • 06Sen
    Mədəniyyət FESTİVAL TƏƏSSÜRATLARI üçün şərhlər bağlıdır

    DİPLOMLARLA DÖNDÜK

    1 Avqustun 27-si yurdumuzun dilbər guşələrindən olan Qəbələ növbəti, həm də çox maraqlı bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Ölkənin və dünyanın ən yaxşı mürəbbə hazırlamağa iddialı ustaları bu qədim yurd yerinə toplaşmışdılar. Məqsəd burada keçirilən və artıq ənənə şəklini almış sayca IV Beynəlxalq Mürəbbə Festivalında iştirak etmək idi. Festival Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunmuşdu.

    “Qafqaz Karvansaray” hotelinin ərazisində baş tutan festivalda Türkiyə, Rusiya, İran, Çin-Sintzyan- Uyğur, Qana, Şimali Kipr Türk Cümhuriyyəti, Ukrayna və Özbəkistanın şirniyyat ustaları ilə yanaşı Azərbaycanın ümumilikdə 26 bölgəsinin-Bakı, Gəncə, Şəki şəhər, Ağdaş,Ağsu, Balakən, Gədəbəy, Goranboy, Göyçay, İmişli, İsmayıllı, Naftalan, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Quba , Sabirabad, Şamaxı, Ucar, Xaçmaz, Zaqatala və Zərdab rayonlarının şirniyyatçıları öz qabiliyyətlərini nümayiş etdirdilər. Onların içərisində biz də vardıq-Yevlax Mədəniyyət və Turizm Şöbəsinin təmsilçiləri.

    Festivalın açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış etdilər. Daha ətraflı »

Səhifə 1 cəmi 2512345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...