Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 19мая
    Təhsil RƏHBƏRƏ MƏHƏBBƏTLƏ üçün şərhlər bağlıdır

    4 Gülövşə kənd tam orta məktəbin müəlllim və şagird kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü ilk öncə məktəbdə qeyd edib. Bu münasibətlə keçirilən tədbirdə ulu öndərin örnək həyatı və fəaliyyəti barədə danışılıb, məktəbin şagirdləri ümummilli liderə həsr edilmiş ən yaxşı şeir nümunələrinin səsləndirildiyi kompozisiya təqdim ediblər.

    May ayının 10-da isə məktəbin müəllim və şagird kollektivinin nümayəndələri şəhərin baş meydanındakı qələbəliyə qatılmışdılar. Onlar ulu öndərin heykəli önünə üzərinə “Gülövşə kənd tam orta məktəbin kollektivi adından” sözləri yazılmış, rəngbərəng güllərdən hazırlanmış  əklil qoyaraq ehtiramlarını bildirdilər. Daha ətraflı »

  • 19мая
    Təhsil HEYDƏR ƏLİYEV-94 üçün şərhlər bağlıdır

    MÜKAFATLAR ABİDƏ ÖNÜNDƏ TƏQDİM EDİLDİ

    3 YAP Yevlax rayon təşkilatı ilə Şəhər Təhsil Şöbəsinin məktəblilər arasında keçirdikləri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş inşa yazı  müsabiqəsinə yekun vurulmşdur.

    “Heydər Əliyev Müstəqil Azərbaycan dövlətinin qurucusudur”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər” və “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzularını əhatə edən  inşa yazı müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin minlərlə şagirdi iştirak etmişdir.

    Rayon mərhələsinə vəsiqə alan 49 nəfər şagird arasında 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Elmira Ləzgiyeva birinci, 5 nömrəli tam orta məktəbin VIII sinf şagirdi Nigar Əliyeva ikinci, Qoyunbinəsi kənd tam orta məktəbin IX sinif şagirdi İlahə Qarayeva isə üçüncü mükafatlı yerin sahibi elan edilmişlər. Mayın 10-da ulu öndərin möhtəşəm abidəsi önündə əlamətdar tədbir iştirakçılarının təntənəli alqışları altında qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuş, təhsildə daha böyük uğurlar arzulanmışdır. Daha ətraflı »

  • 19мая
    Təhsil “AĞ ÖLÜMƏ, NARKOMANİYAYA “YOX” DEYİRİK” üçün şərhlər bağlıdır

    2  3Bu günlərdə 1 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri qarşısında “Ağ ölümə, narkomaniyaya “yox” deyirik” mövzusuna həsr olunmuş növbəti tədbir keçirilmişdir. YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin Rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbiri YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı açaraq məktəbli gəncləri salamladı. Müzakirəyə çıxarılmış mövzunun aktuallığını vurğulayan Əminə xanım ilk öncə narkomaniyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi və ictimai asayişin qorunması istiqamətindəki xidmətlərinə görə başda Şöbənin rəisi, polis polkovniki Vaqif Müslümov olmaqla RPŞ- nin əməkdaşlarına minnətdarlığını ünvanladı, onlara şərəfli və son dərəcə məsuliyyətli vəzifələrində uğurlar arzuladı.


    Çıxış üçün söz verilən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vaqif Müslümov tədbirin məqsədi barədə ğeniş məlumat verdi. Bildirdi ki, bir çox cinayətlərin kökü məhz erkən yaşlarından narkomaniyaya aludə olmaqdan, cəmiyyətimiz üçün təhlükəli və zərərli ünsürlərin təsiri altına düşməkdən başlayır. Ona görə də tövsiyəm budur ki, bütün gücünüzü və sağlam enerjinizi əsl vətəndaş, elmli, bilikli, ləyaqətli insan kimi  formalaşmağa sərv edəsiniz.
    Daha ətraflı »

  • 03мая
    Təhsil DÜZGÜN PEŞƏ SEÇİMİ HƏYATİ MƏSƏLƏDİR üçün şərhlər bağlıdır

    1 Bu günlərdə Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi yanında Dövlət Məşğulluq  Xidməti Yevlax rayon Məşğulluq  Mərkəzi ilə birgə    “Şagirdlərin erkən peşə seçməsində valideynlərin rolu” mövzusunda növbəti tədbiri 3 nömrəli tam orta məktəbdə keçirmişdir. Əsasən IX-XI sinif şagirdlərinin və valideyn nümayəndələrinin iştirak etdiyi tədbiri məktəbin  direktoru  Sevda Səmədova  açaraq qonaqları təqdim etmiş, tədbirin işinə uğurlar arzulamışdır. Rayon MəşğulluqMərkəzinin direktor əvəzi Adil Tağızadə şagirdlərin erkən peşə seçməsində valideynlərin həlledici rolu olduğunu  vurğulayaraq qeyd etmişdir ki, ölkəmizdə bu sahəyə dövlət səviyyəsində geniş önəm verilir. Çünki insanın ömür yolunu, yaşayış tərzini, dolanışığını, sosial güzəranını seçdiyi peşə – sənət müəyyənləşdirir. Lakin peşə -sənət düzgün seçilmədikdə sonu peşmançılıqla nəticələnir və  insan həyatda  heç bir  uğura imza  ata bilmir. Məhz buna görə də  bizim  hər birimiz, xüsusilə məktəblərin pedaqoji kollektivləri və valideynlər diqqətli olmalı, uşaqların peşə seçməsində onlara sərbəstlik verməli, hər birinin rəyini öyrənməli, zərurət yarandıqda  istiqamət verməyi də  diqqətdə saxlamalıdırlar. Çıxışını bəzi  valideynlər  övladlarının istəyi, qabiliyyəti, fiziki- psixoloji durumu, xarakteri ilə hesablaşmır, onları özlərinin  seçdikləri peşəyə-ixtisasa- sənətə  yiyələnməyə təhrik edirlər,-fikri ilə yekunlaşdıran natiq  bunun son dərəcə  zərərli   tendensiya olduğunu demişdir. Daha ətraflı »

  • 03мая
    Təhsil “ƏSGƏR ŞÖHRƏTİ” üçün şərhlər bağlıdır

     2Xalqımızın  qəhrəmanlıq  tarixinə daha  bir qızıl  hərflərlə  həkk olunmuş  Aprel döyüşlərinin ildönümü münasibətilə məktəbimizdə ədəbi-bədii kompozisiyalı tədbir keçirilmişdir. Vətənə Aruz, Polad, Araz, Vaqif, İldırım, ən nəhayət aprel  döyüşləri  zamanı Qəfərli  kimi  qəhrəmanlar   vermiş  kənd tam orta məktəbində düzənlənmiş “Əsgər şöhrəti” adlı tədbirə  şagirdlərlə yanaşı kənd sakinləri də gəlmişdilər. Tədbiri Qaraoğlan kənd tam orta məktəbin direktoru Ağalar Həsənov açmışdır. Vurğulamışdır ki, Aprel döyüşləri bir daha Azərbaycan əsgərinin vətənpərvərlik, qəhrəmanlıq hisslərinin çox yüksək olduğunu təsdiq  etdi. Nə qədər ki, yurdumuzun bir  parçası düşmən əsarətindədir bizim hər birimiz müsəlləh əsgər olmalı, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyinin qorunması naminə silaha sarılmış hərbçilərimizlə bir sırada dayanmalıyıq. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Ali Baş Komandanı olduğu Ordumuzun cəmi bir həmləsinin yağı düşmənə əməlli-başlı dərs olduğunu, -deyən direktor çıxışının  sonunda şəhidlərimizin əziz  xatirələrinin, ölməz ruhlarının  birdəqiqəlik sükutla yad olunmasını təklif etmişdir. Məktəbin tarix müəllimi G. Həsənova ta qədimdən bu günümüzə qədər mənfur  ermənilərin Azərbaycana  torpaq  iddiası ilə  təcavüzündən, onların simasızlıqlarından, ikiüzlü və riyakar  siyasət yeritmələrindən danışmışdır. İlk öncə meydana qaraoğlanlı  şəhidlərə həsr olunmuş “Döyüş yolu” mövzusunda tablolar gətirilmişdir Sonra söz məktəbin  istedadlı şagirdlərinə verilmişdir. Emin, İbrahim, Elnur, Mahir, Rizvan, Məhəmməd, Dünyamin, Ləman, Aytac, Esmira, Aynur və  Naridənin ifasında mübariz ruhda və qələbə notları üzərində köklənmiş şeir, deklomasiya, mahnı və musiqilər səslənmişdir. Həmin tədbirə keçən  ilin aprel döyüşlərində düşmənə  tutarlı cavab verərək qəhrəmanlıqla həlak olmuş Hacıyev Qəfərəli İntiqam oğlunun yaxınları da dəvətli idilər. Şəhidin  əmisi Zülfəli və bibisi Gülbəniz xanım şəhid ailələrinə və qəhrəman oğullarımızın əziz xatirəsinə göstərilən yüksək etimada, onların adının daim uca tutulmasına cavab olaraq öz minnətdarlıqlarını bildirmişlər. Daha ətraflı »

  • 03мая
    Təhsil BALACA İSTEDADLAR üçün şərhlər bağlıdır

    HAZIRCAVAB OĞLAN

    2 Haqqında yazmaq istədiyim qəhrəmanımın 7 yaşı var. Məni onunla rayonumuzun qocaman təhsil işçilərindən olan Sərvinaz Məmmədova tanış edib. Ömrünün tam 45 ilini ibtidai sinif müəllimliyinə həsr edən Sərvinaz xanım təqaüddə olsa da, peşə vərdişlərindən əl çəkə bilmədiyini, buna görə də valideynlərin müraciəti əsasında evdə balacalarla məşğul olduğunu və bu işdən hədsiz zövq duyduğunu söylədi. Dedi ki, elmin ibtidasını öyrətdiyi uşaqlar arasında Tuqay fərqlənir:- Dediklərimi tez qavrayan, öyrənməkdən doymayan Tuqay hərtərəfli uşaqdır. Bir də görürsən, düzüb-qoşduğu bir şeir söyləyir, Vətənlə, torpaqla, təbiətlə bağlı maraqlı suallar verir. Amma ən  ümdəsi, riyazi bacarığa sahibdir. O, baxmayaraq ki, II sinifdə təhsil alır, toplama-çıxma əməllərini çox sürətlə edir. Uşağın bu bacarığının  mən daha çox genlərlə bağlı olduğu qənaətindəyəm. Çünki onun babası Nizaməddin və nənəsi Maral müəllimlik ediblər, həm də yaxşı bir riyaziyyat müəllimi kimi tanınıblar. Daha ətraflı »

  • 18Apr
    Təhsil TƏHSİL XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

    YEVLAXLI MÜƏLLİMLƏR DƏ DİAQNOSTİK  QİYMƏTLƏNDİRMƏDƏN KEÇƏCƏKLƏR

    Yevlaxlı müəllimlər də diaqnostik qiymətləndirmədən keçəcəklər. 12-17 may 2017-ci il tarixlərində Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Ağdam, Xocalı və Laçın rayonlarının ümumtəhsil məktəblərinin də müəllimləri iştirak edəcəklər.

    Daha ətraflı »

  • 18Apr
    Təhsil APREL ŞƏHİDLƏRİ ANILDI üçün şərhlər bağlıdır

     Ötən ilin aprelini heç kəs unutmayıb və unutmayacaq da. Məkrli düşmənlərimiz bu dəfə də atəşkəsi pozaraq cəbhə bölgəsində gərginlik yaratdılar. Həmin günlərin həyəcanını bütün xalq yaşadı, hər birimizin ürəyi əlində silah düşmənə qarşı igidliklə döyüşən oğullarımızın yanındaydı, onların qəlbi ilə birgə vururdu qəlbimiz. Və Azərbaycan ordusunun amansız zərbələri tezliklə düşmənə həddini bildirdi, onu itkilər verərək işğal etdiyi  ərazilərdən geri çəkilməyə məcbur etdi. Bu qanlı döyüşlərdə ordumuz da itkilər verdi, amma həm də qazandığı qələbə ilə 2016-cı ilin aprel ayını xalqımızın tarixinə Qələbə ayı kimi daxil etdi.

    Bir il sonra ölkəmizin hər yerində aprel qələbəsi qeyd edildi, o günlərin şəhidlərinin əziz xatirəsi hörmətlə, ehtiramla anıldı. Daha ətraflı »

  • 18Apr
    Təhsil QAFQAZ ALBANİYASI VƏ QARABAĞ üçün şərhlər bağlıdır

    QARABAĞIN SİYASİ TARİXİNƏ ÜMUMİ NƏZƏR

     (Əvvəli ötən saylarımızda)

     Deyildiyi kimi, “Qarabağ” sözü “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir (“qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində rəng bildirməklə yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir). Hər iki komponent sırf türk – Azərbaycan mənşəli sözdür. İkinci tarixi adı Arsak (Arsaq) olmuşdur. Yəni “ər” və “sak”. Saklar, massagetlər qədim Qarabağın sakinləri olmuşlar. Ermənilər “Artsak” deyib, milyon dəfə yazsalar da, Qarabağ Azərbaycanın bir parçasıdır, ürəyidir ! Daha ətraflı »

  • 12Apr
    Təhsil MƏKTƏB HƏYATI üçün şərhlər bağlıdır

    MÜƏLLİMİN AMERİKADAN DÖNÜŞÜ… MƏKTƏB DİREKTORUNUN DİQQƏTİ… İŞTİRAKÇILARIN RƏYİ

     Yadımdadır, ötən ilin sonlarında  sevinc və iftixar hissilə redaksiyaya 5 nömrəli tam orta məktəbin direktoru Zərxanım Əhmədova zəng etmişdi. Bildirirdi ki, məktəbin biologiya müəllimi Günel Baxşəliyeva çox böyük bir uğura imza atıb:-O, İREX Proqramının qalibi olub. Azərbaycandan Amerika Birləşmiş Ştatlarına gedərək  tədris etdikləri fənlər üzrə təcrübələrini zənginləşdirmək, bacarıqlarını təkmilləşdirmək və  ölkə haqqında biliklərini artırmaq şansına sahib iki müəllimdən biridir. Düşünürəm ki, onun haqqında yazmağa dəyər.

    Üstündən hardasa 4-5 ay keçəndən sonra yenə də Zərxanım müəllimənin eyni duyğu ilə dolu dəvəti:-Günel müəllimə Amerikadan dönüb, məktəbimizdə onun həmkarları ilə görüşünü təşkil etmişik. Bu, respublika, rayon təhsili üçün önəmli hadisədir, odur ki, görüşə dəvətlilər arasında başqa məktəblərin də müəllimləri var.

    Tədbir elan olduğu saatda başladı. Zərxanım Əhmədova hər kəsi salamladı, Təhsildə Keyfiyyət və Nailiyyət Proqramı (TEA) haqqında məlumat verdi, bir zamanlar şagirdi, indisə həmkarı olan Günel Baxşəliyeva ilə bağlı fikirlərini çatdırdı, sonra isə sözü bu görüşə böyük həyəcan və ciddi hazırlıqla gəlmiş səbəbkara verdi. Daha ətraflı »

Səhifə 1 cəmi 5812345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...