Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 09Mar
    Səhiyyə HESABAT – SEÇKİLƏR YEKUNLAŞMAQ ÜZRƏDİR üçün şərhlər bağlıdır

     YAP Yevlax Rayon təşkilatının Şura iclasında təsdiq olunmuş qrafik əsasında ərazi və məhəlli ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları artıq yekunlaşmaq ərəfəsindədir. Çağdaş durumda rayon təşkilatının 85 məhəlli və ərazi ilk partiya təşkilatında 8500 nəfər siyasi həmfikir birləşib. Onlardan 4382 nəfərini qadınlar, 1948 nəfərini isə gənclər təşkil edir. Onu da qeydə dəyər ki,  indiyə kimi 79 məhəlli ilk partiya təşkilatında partiyanın IX konfransı ilə əlaqədar hesabat-seçki yığıncaqları keçirilmiş və sözügedən konfransa 310 nəfər nümayəndə seçilmişdir.

    Belə hesabat-seçki yığıncaqlarından biri də bu günlərdə “Səhiyyə” ilk partiya təşkilatında baş tutmuşdur. Burada YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, Qadınlar Şurasının sədri Əminə Əhmədova, təşkilatın sədr müavini Vahid Quliyev iştirak edirdilər.

    Siyasi həmfikirlər ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra yığıncağın sədri Əli Quliyev gündəlikdə duran məsələlərin müzakirəsi üçün toplantının öz işinə başladığını elan etdi. İştirakçılar YAP-ın sədr müavini Mehriban xanım Əliyevanın Birinci vitse-prezident seçilməsini dəstəklədilər.

    Sonra iştirakçılar önündə “Səhiyyə” məhəlli ilk partiya təşkilatının sədri Məhərrəm Gülməmmədov Azərbaycanın son dövrdə əldə etdiyi uğurlardan söz açdı və qarşıda duran vəzifələrə aydınlıq gətirdi.

    Daha ətraflı »

  • 09Mar
    Səhiyyə “KÜR”-ün EKSKLÜZİV MÜSAHİBƏSİ üçün şərhlər bağlıdır

    İCBARİ TİBBİ SIĞORTA: YENİ QAYDALARLA APARILAN XİDMƏTDƏN RAZISINIZMI?

     

    1 Dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin fevral ayının 1-dən Rayon Mərkəzi Xəstəxanası icbari tibbi sığorta xidmətinə keçib. Dünyanın qabaqcıl və sivil ölkələrinin səhiyyə sisteminin təcrübəsinə əsaslanaraq şəhərimizdə tətbiq olunmuş yeni iş metodunun start aldığı vaxtdan artıq bir ay ötüb. Başa vurduğumuz ilk ayın nəticələrini öyrənmək məqsədilə Qadınlar bayramı ərəfəsində xəstəxanada olduq, icbari tibbi sığorta xidmətinə məhz anaların necə qiymət verdiyini bilmək üçün xəstələrə suallar ünvanladıq.

    Suallarımıza Yevlax sakinlərinin verdiyi cavablarla qəzetimizin oxucularını tanış edirik.

    Əcəmi kənd sakini Şəfiqə Mirzəli- yeva: -Biz burada yeni və fərqli bir səhiyyə xidmətinin şahidi olduq. Xəstəliyimizlə əlaqədar müayinə ediləndə və müalicə üçün reseptlər yazılanda həmişəkindən keyfiyyətli bir yanaşma gördük.

    Daha ətraflı »

  • 14Fev
    Səhiyyə SƏHİYYƏ üçün şərhlər bağlıdır

    FƏALİYYƏTİN BAŞLICA İSTİQAMƏTİ:YEVLAXLILARA YÜKSƏK SƏVİYYƏLİ TİBBİ XİDMƏT GÖSTƏRMƏK

    3 Əhalinin sağlamlığına qayğı rayonda fəaliyyət göstərən tibb müəssisələrinin daim diqqət mərkəzində olmuş, bu istiqamətdə bir sıra işlər görülmüşdür.

    Ölkə əhalisinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2016-cı il fevral ayının 15-dən may ayının 1-dək rayon əhalisinin 90199 nəfəri tibbi müayinədən keçmişdir. Müayinədən keçənlərin 87 min nəfəri sağlam hesab edilmiş, 281 nəfəri stasionar, 2789 nəfəri ambulator müalicə almış, 61 nəfəri isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.

    İmtiyazlı və dispanser qeydiyyatında olan xəstələrin dərman və sarğı materialları ilə təchizatı yaxşılaşdırılmışdır. Diabetli xəstələrin pulsuz olaraq dərmanlarla təchizi sistemli xarakter almışdır. 3413 nəfər diabet xəstəsi, 65 nəfər böyrək çatışmazlığı olan xəstə dərmanla tamamilə təchiz olunur.

    İl ərzində 3567 nəfər stasionar, 151837 nəfər ambulator müalicə almışdır. Hesabat dövründə 1741 nəfər uşaq doğulmuş, 32391 nəfər uşaq  müxtəlif xəstəliklərə qarşı peyvənd almışdır. Bir yaşa qədər uşaq və ana ölümü faktı olmamışdır.

    Daha ətraflı »

  • 14Fev
    Səhiyyə İCBARİ TİBBİ SIĞORTANIN TƏTBİQİ İLƏ BAĞLI  PİLOT LAYİHƏNİN ŞƏHƏRİMİZDƏ TƏTBİQİ YEVLAXIN ÖNƏMİNİ BİR DAHA DİQQƏTƏ ÇATDIRDI üçün şərhlər bağlıdır

    Artıq Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığorta pilot layihəsi icra edilməyə başlayıb və 2017-ci il bu istiqamətdə önəmli il olmalıdır.

                                                    İlham ƏLİYEV

    Azərbaycan Respublikasının Prezidenti

     1İcbari tibbi sığortanın (İTS) tətbiqi artıq günümüzün tələbinə çevrilib. Əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması icbari tibbi sığortanın tətbiqinə başlanmasını zərurətə çevirib. Dövlət başçısının sərəncamı ilə  yaradılan və 2016-cı ilin fevralından fəaliyyətə başlayan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın  tətbiqi ilə əlaqədar pilot ərazi olaraq Yevlaxı və qonşu Mingəçevir şəhərini seçib.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru  Zaur Əliyev  İTS ilə bağlı fikirlərini mətbuata bu cür açıqlayıb: -Angentliyin yaradılması hökumətin sosial siyasətinin yeni istiqamətidir. Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə vətəndaşlarının tibbi xidmətlə daha keyfiyyətli təmin edilməsi əsas məsələlərdən biridir. Həmçinin tibbi sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissəsidir.  Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə əhalisinin tibbi xidmətlə daha keyfiyyətlə təmin edilməsi əsas məsələlərdən biridir. Agentliyin məqsədi səhiyyə  sisteminin maliyyələşməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin etmək, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artırmaqdır.

    Daha ətraflı »

  • 24Yan
    Səhiyyə YEVLAX RAYON MƏRKƏZİ XƏSTƏXANASINA DİREKTOR TƏYİN EDİLİB üçün şərhlər bağlıdır

    1 Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin əmri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb.

    Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə Azər İsmayılov direktor təyin edilib.

    Azər İsmayılov Azərbaycan Tibb Universitetinin məzunudur, daha sonra təhsilini Türkiyənin Ege Universitetində davam etdirmişdir.

    Qeyd edək ki, icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi  Mingəçevir və Yevlaxdakı dövlət tibb müəssisələrinə təyin edilən direktorlar inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcəklər.

  • 22Dek
    Səhiyyə “SAĞLAM QİDA-SAĞLAM HƏYAT” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLDİ üçün şərhlər bağlıdır

     Elmi-praktik konfransı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IX qrant müsabiqəsinin  “Sağlam qida-Sağlam həyat” adlı layihə təqdim etmiş və qaliblərdən biri olmuş “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi keçirmişdir.

    İştirakçıları əsasən  gənclər olan konfransı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Vaqif Əliyev açaraq sözü Birliyin müşaviri Aydın Mahmudova verdi.

    A.Mahmudov konfrans iştirakçılarını salamladıqdan sonra  layihənin məqsəd və vəzifələri barədə danışdı. Bildirdi ki, məqsəd elmi-praktik konfranslar vasitəsilə Yevlax, Mingəçevir, Ağdaş, Ucar şəhər və rayonlarında gənclərin sağlam qidalanma və sağlam həyatla bağlı biliklərini artırmaqdır. Və bugünkü tədbir bu silsilədən ilkdir. Yevlaxdan start götürən tədbirə Ucar rayonunda yekun vurulacaq.

    Birliyin departament rəhbəri Çingiz İsmayılov mövzu ilə bağlı məlumatları bir qədər də genişləndirərək konfransın sağlam gəncliyin formalaşdırılmasına, onların fiziki inkişafına, milli genefondumuzun qorunmasına, qida təhlükəsizliyi, sağlam qidalanma və onun mahiyyəti haqqında gənclərin elmi  biliklərini artırmağa, gənclər vasitəsilə təbliğat apararaq valideynlərə, cəmiyyətə müvafiq informasiya çatdırmağa böyük faydası olacağını bildirdi.

    Daha ətraflı »

  • 22Dek
    Səhiyyə İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN MÜTƏXƏSSİSLƏRİ ESTONİYAYA SƏFƏR ETMİŞDİR üçün şərhlər bağlıdır

     Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Sadiq Mədətov və Tural Qulu Estoniya Respublikasının Tallin şəhərində Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üçün təşkil olunmuş Səhiyyə Sistemlərinin Müştərək Şəbəkəsinin 2-ci görüşündə iştirak ediblər.

    İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Qlobal Fondun, Ümumdünya Səhiyyə Təşkilatının və Estoniya Sosial İşlər Nazirliyinin birgə dəstəyi ilə təşkil edilən görüşün məqsədi iştirakçı ölkələrin maliyyə, səhiyyə və icbari tibbi sığorta üzrə mütəxəssisləri ilə dövlət büdcəsində səhiyyəyə maliyyə resursları ayrılarkən meydana çıxan məsələlərin və səhiyyə sisteminin maliyyə dayanıqlığını təmin etmək üçün hazırlanan effektiv siyasət sənədlərinin müzakirəsi olmuşdur.

    Daha ətraflı »

  • 22Dek
    Səhiyyə ELAN üçün şərhlər bağlıdır

     Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir və Yevlaxda Maliyyəçi, Mühasib, Həkim koordinator, Statistik və Mütəxəssis vəzifələrinə vakant yerlər elan edir.

    Maliyyəçi işinə dair

    Tələblər:

     İcbari tibbi sığortaya dair qanunvericiliyin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasına, təkmilləşdirilməsi və inkişafına dair təkliflərin verilməsi;

     Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli istifadəsinin təşkil və koordinasiyası;

     Regionun səhiyyə qurumlarından aylıq, rüblük və illik maliyyə hesabatlarının ümumiləşdirilməsi və Agentliyin Mərkəzi aparatına təqdim edilməsi;

     Ştat heyətinin (sayının), əmək haqqı fondunun və smetanın digər maddələri üzrə təxsisatların və limitlərinin planlaşdırılması;

     Xərclərin maliyyələşdirilməsinin tənzimlənməsi;

     Regional bölməyə daxil olan müraciətlərin araşdırılmasının təmin edilməsi;

     Ali təhsil, müvafiq sahə üzrə azı 3 il iş stajı.

    Daha ətraflı »

  • 12Dek
    Səhiyyə İCBARİ  TİBBİ  SIĞORTA üçün şərhlər bağlıdır

    6 HƏFTƏLİK SƏYYAR KURSLAR YEKUNLAŞDI

     4Noyabr ayının son günlərindən birində Mərkəzi Şəhər Xəstəxanasında təşkil edilən və məqsədi İcbari Tibbi Sığortanın həyata keçirilməsinə yardım etmək olan səyyar kurslar öz işini başa çatdırdı. Sözügedən səyyar kurslar oktyabr ayının 17-dən start götürdü və 2 qrup olmaqla 100-ə yaxın kənd və şəhəri təmsil edən yerli həkimlərə ailə həkimi kimi yetişmək üçün metodları, üsulları öyrətdi.

    Səyyar kurslarda Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun təcrübəli, elmi dərəcəli həkimləri yerli tibb işçilərinə ailə təbabətinin sirlərini açıqladılar, öz ixtisasları çərçivəsində tibb elminin urologiya, nefrologiya, infeksion xəstəliklər, pediatriya, terapiya və s. mövzularında mühazirələr oxudular.

    3Səyyar kursların rəhbəri, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ailə təbabəti” kafedrasının müdiri, tibb elmləri doktoru Səadət Mahmudova “Kür”ün müsahibidir. O, əməkdaşımızın suallarına aydınlıq gətirir.

    – Bu gün hər 2 qrup səyyar kurslarda mühazirələrin oxunması və dinlənməsi başa çatır. Kursların rəhbəri kimi bu barədə fikriniz necədir?

    S.M. – İcbari Tibbi Sığorta (İTS) Azərbaycanda milli səhiyyə sistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən sosial layihədir. İTS-in əsas məqsədi Azərbaycan vətəndaşlarının sağlamlıq vəziyyətinin qorunması və yüksəldilməsi, əmək qabiliyyətinin və aktiv uzunömürlüyün təmin edilməsinə yönləndirilmiş keyfiyyətli, etibarlı,  müasir standartlara cavab verən xidmətlərin göstərilməsinə və əlçatan olmasına zəmanət verən universal və  dayanıqlı səhiyyə sistemini təşkil etməkdir.

    Daha ətraflı »

  • 30Noy
    Səhiyyə İCBARİ TİBBİ SIĞORTA üçün şərhlər bağlıdır
    2 Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru, sözügedən elm ocağının yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Təyyar Eyvazov Mərkəzi Şəhər Xəstəxanasında fəaliyyət göstərən səyyar kursun dinləyicilərinə mühazirə oxuyur. İnfeksion xəstəliklər, onların müayinə edilməsi, müalicə metodlarına həsr edilən bu mühazirə dinləyicilərin böyük marağına səbəb olmuşdur.
    Prorektor Təyyar Eyvazov mühazirənin sonunda səyyar kursun dinləyicilərini maraqlandıran sualları cavablandırmışdır.

     

Səhifə 1 cəmi 1612345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...