Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 24Yan
    İdman İ D M A N üçün şərhlər bağlıdır

    İLK SƏFƏR, İLK QƏLƏBƏ

     Şəhərimizdə yenicə fəaliyyətə başlamış şəhid Zöhrab Cabbarovun adını daşıyan Bütün döyüş növləri (BÜDO) üzrə idman klubunun yeniyetmə və gənc pəhləvanları ilk rəsmi görüşlərini paytaxtın Qobustan rayonunda reallaşdırmışlar. Belə ki, yanvarın 15-də Respublika Kontakt Karate Federasiyasının Qobustandakı idman kompleksində təşkil etdiyi birincilikdə ölkəmizin 17 şəhər və rayonunun idmançıları ilə yanaşı həmyerlilərimiz də iştirak etmişlər. Baş məşqçi Xaləddin Şirinov və məşqçilərdən Abdulla  Abdullazadənin yetirmələrindən 15 nəfər həmin qarşılaşmada şəhərimizi təmsil etmişlər. Sevindirici haldır ki, yeni ilin ilk idman yarışında həmyerlilərimiz daha mübariz və məhsuldar çıxış edərək doğma şəhərə 7 qızıl medalla  qayıtmış, bu qələbələri ilə şəhid adını daşıyan klubun nüfuzunu daha da artırmışlar.

    Daha ətraflı »

  • 17Yan
    İdman YENİ İDMAN KLUBUNUN AÇILIŞI üçün şərhlər bağlıdır

    1 Müstəqil ölkəmizdə, eləcə də şəhərimizdə sağlamlığın və fiziki kamilliyin  rəhni olan idmanın inkişafına və kütləviliyinə qayğı ildən-ilə artır. Elə bu qayğının nəticəsidir ki, həmyerlilərimiz məşqçi-müəllimlərin rəhbərliyi altında  şəhərimizdə fəaliyyət göstərən çoxsaylı idman baza, kompleks, klub və dərnəklərdə qəlblərinin hökmü ilə seçdikləri idman növlərinin texniki və taktiki  sirlərinə həvəslə yiyələnir, sağlam, güclü, vətənpərvər insan kimi formalaşır, respublika və beynəlxalq səviyyəli yarışlarda ölkəmizin və şəhərimizin idman şərəfini ləyaqətlə qorumağa  səy göstərirlər.

    Yenicə qədəm qoyduğumuz 2017-ci ilin ilk günlərində isə daha bir idman klubu yeniyetmə və gənclərin ixtiyarına verilmişdir. Gənc nəslin hərbi  vətənpərvərlik ruhunun daha da yüksəlməsini və onlarda çoxmübarizəli, bütün döyüş və kontakt karate idman  növlərinə yiyələnmək bacarığını təlqin edəcək həmin kluba şəhid həmyerlimiz Zöhrab Cabbarovun adı verilib. Klubun prezidenti şəhidin bacısı Kəmalə Cabbarova, baş məşqçisi isə yeddi qat dünya və Avropa çempionu, 2013-cü ilin döyüş növləri üzrə olimpiadanın qızıl mükafatçısı, 8-ci dan qara kəmər sahibi Xaləddin  Şirinovdur.

    Yanvarın 10-da “Dostluq” şadlıq  sarayının  geniş  ziyafət salonunu sahibkar hacı İlqar  Hüseynov təmənnasız  olaraq klubun açılışına  gələnlərin  ixtiyarına  vermişdi. Şəhər rəsmlərinin, idmansevərlərin, idmanın inkişafına və idmançılara xeyriyyəçiliyi ilə fərqlənənlərin dəvət olunduğu tədbiri klubun baş məşqçisi Xaləddin Şirinov açaraq qonaqları salamlamış, idmana yaxından   maddi və mənəvi dəstək  olanların ünvanına-xüsusilə Şəhər İcra  Hakimiyyətinə, hüquq-mühafizə, məhkəmə-prokurorluq  orqanlarının rəhbərlərinə, Gənclər və İdman İdarəsinin kollektivinə, Şəhər Təhsil Şöbəsinə, idmançıların yaxın  himayəçiləri Elsevər bəyə. Ucar rayonundakı Qazıqumlaq kənd tam orta məktəbin direktoru Rəhim Rəhimova, Əminə Əhmədova başda olmaqla uğurlarını daim öz səhifələrində işıqlandıran “Kür” qəzetinin yazarlarına və yerli  televiziyanın əməkdaşlarına idman ictimaiyyəti adından ən səmimi minnətdarlığını bildirmişdir.

    Daha ətraflı »

  • 28Dek
    İdman “MÜBARİZ” İDMAN  KLUBU FƏALİYYƏTDƏ üçün şərhlər bağlıdır

    2 Şəhərimizin S.C. Pişəvəri küçəsindəki 14 saylı ünvanda daha bir idman klubu yeniyetmə və gənclərin fiziki möhkəmlik və sağlamlıq mərkəzinə çevrilib. Həmyerlimiz, sahibkar Zahir Əfəndiyev yeni açdığı idman klubuna xalqımızın cəsur və rəşadətli oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  adını verib. O, bu nəcib hərəkəti ilə Mübarizin əziz xatirəsini bir daha  əbədiləşdirib. Mübariz kimi vətənpərvər, Vətənin ərazi bütövlüyünü təmin etmək naminə şərəfli yol seçən qəhrəman oğullara bənzəmək istəyənlər böyük həvəslə və ruh yüksəkliyi ilə bu kluba üzv yazılır, əlbəyaxa döyüş bacarığına yiyələnirlər. “Mübariz” idman klubunun rəhbəri Z. Əfəndiyev bizimlə söhbətində Şəhər İcra Hakimiyyəti Başçısının idmana yüksək və hərtərəfli qayğısından razılıqla danışdı.. Vurğuladı ki, sağ olsunlar, təklifimi bəyəndilər və mənə bu idman klubunu açmaqda yaxından yardımçı oldular. May  ayından bu klub fəaliyyət göstərir. Burada 6 yaşdan tutmuş 17 yaşadək  uşaqlar özlərinin sağlamlıqlarını və fiziki kamilliklərini artıra bilər. Uşaqlarla tanınmış idman dərəcəli məşqçilərdən Xaləddin Şirinov, Abdulla Abdullazadə və Məmməd Hüseynov məşğul olur. İdman klubunda yeniyetmələrə ən çox ilkin hərbi idman döyüş növləri öyrədilir ki, bu da gələcəkdə ordu sıralarında xidmət edəcək gənclərin hərbi hazırlıqları və fiziki  sağlamlıqları üçün mühüm şərtdir. İdman klubunu açmaqda daha bir məqsədimiz yeniyetmə və gəncləri  sağlamlığın rəhni olan idmana cəlb etməklə onları zərərli vərdişlərdən qorumaq, cəmiyyətə yararlı vətəndaş kimi yetişmələrinə nail olmaqdır.

    Daha ətraflı »

  • 29Noy
    İdman MÜŞFİQ ÇEMPİON OLDU üçün şərhlər bağlıdır
    5 Bu günlərdə Xaçmaz şəhər Olimpiya kompleksində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xətti ilə sərbəst güləş üzrə birincilik  keçirilmişdir. Həmin yarışda rayonumuzu təmsil edən yeniyetmə pəhləvanların cərgəsində keçmiş SSRİ- nin idman ustası Tofiq Tağıyevin yetirmələri də çıxış  etmişdir. İki gün davam edən  maraqlı və gərgin idman  mübarizəsi şəraitində keçən bu yarışda 4 nömrəli tam orta məktəbin IXc sinif  şagirdi Müşfiq Ocayev uğur qazanmışdır.
    Müşfiq 6 yaşından idmanın bu maraqlı növünü seçmiş, məşqçi-müəllim Tofiq Tağıyevin rəhbərliyi ilə öz üzərində daim çalışmış, yarışdan-yarışa texniki və taktiki təcrübəsini  artırmağa nail olmuş, nəhayət, müxtəlif səviyyəli yarışlarda şəhərimizin  idman şərəfini ləyaqətlə qorumağı bacarmışdır. Budur, Müşfiq yenidən daha bir yarışdan- Xaçmaz şəhərində keçirilmiş sərbəst güləş üzrə ölkə birinciliyindən də qələbə sevinci ilə qayıtmışdır. O, 59 kiloqram çəki dərəcəsində döşək üzərində qarşılaşdığı bütün rəqiblərininin kürəyini yerə vura bilmiş və nəticədə fəxri kürsünün birinci pilləsini fəth etmişdir. Gənc və perspektivli pəhləvanımıza bundan sonrakı idman mübarizələrində də çempion adını qorumağı arzulayırıq.
    Daha ətraflı »
  • 08Noy
    İdman İDMAN: ARAN-QARABAĞ ZONA BİRİNCİLİYİ üçün şərhlər bağlıdır

    CÜDOÇULARIMIZIN UĞURLU ÇIXIŞI

     Azərbaycan Cüdo Federasiyası bu yaxınlarda Bərdə Olimpiya kompleksinin geniş idman zalında cüdo üzrə Aran-Qarabağ zona birinciliyi keçirmişdir. Respublikamızın Aran və Qarabağ bölgəsinin şəhər, rayon və qəsəbələrinin idmançılarının təmsil olunduğu zona birinciliyindən qayıdan həmyerlimiz, respublikanının əməkdar  məşqçisi Naib Balaşov yarış təəssüratlarını “Kür”ün   çoxsaylı oxucuları ilə bölüşmək üçün redaksiyaya gəlmişdi. O, əsasən yeniyetmələrin və uşaqların iştirak etdiyi zona birinciliyində hər iki yaş qrupundan- 14-16 və 11-13 yaşlılardan ibarət cüdoçularımızın uğurlarından danışdı. Vurğuladı ki, Aran- Qarabağ zonası üçün  maraqlı qarşılaşmada 14-16 yaşlılar arasında Mehman Vəlizadə, Soltan Əhmədov, Sədi Bəhmənov, Kənan Əmirov, Sənan Əbdülzadə, Azər Qələndərli öz çəki dərəcələrində birinci, Elvin Əliyev, Azər Şərifov ikinci, Yusif Nadirov, Əyyub Qarayev üçüncü, 11-13 yaşlılar arasında isə Nihad İsgəndərov, Rəşad Abdullayev, İman Əhmədov, Kənan  Əliyev, Cahan İlyasov birinci, İsmayıl Nəsibov, Fəxri Allahverdiyev, Sənan Sadıqov ikinci, Köçəri Şirinov, Fərid Ədilov, Məhəmməd İbrahimov, Nihad Hümbətov, Rauf Qasımov və Anar Məmmədov üçüncü yerlə kifayətlənmişlər.

    Daha ətraflı »

  • 01Noy
    İdman İ D M A N üçün şərhlər bağlıdır

    TURNİRDƏ FƏRQLƏNDİLƏR

     Əvvəlcədən xəbər verdiymiz kimi, Xaldan kənd kompleks tam orta məktəbdə  SSRİ Xalq müəllimi Zahid Şöyübovun xatirəsinə həsr olunmuş ənənəvi turnir keçirilmişdir. İdmanın “Yunan-Roma” növü üzrə keçirilən turnirdə Xaldan  kənd tam orta məktəbin müəllimi, idman ustası Səlim Həziyev və Əkşəm kənd tam orta məktəbin müəllimi, idman ustası Xəqani Bəkirov, Tanrıqulular kənd tam orta məktəbin idman müəllimi Şöhrət Şükürov və Yevlax UGİM-in məşqçi müəllimlərindən əməkdar məşqçi Paşa Həmidov, Saleh Talıbov və Mübariz Cabbarovun yetirmələri də fəal iştirak etmişlər. Respublikanın bir sıra şəhər və rayon ümumtəhsil məktəblərinin balaca idmançılarının təmsil olunduğu maraqlı turnirdə Xaldan məktəbliləri Baxış Xəlilov I, Sahil Əlifov II, Güləhməd Əlifovla Rüstəm Rüstəmov isə müvafiq olaraq öz çəki dərəcələrində III yerə  çıxmışlar

    Daha ətraflı »

  • 25Okt
    İdman XATİRƏ TURNİRİNDƏ QALİB OLDU üçün şərhlər bağlıdır

     4Xaldan kənd kompleks tam orta məktəbində SSRİ Xalq müəllimi Zahid Şöyübovun xatirəsinə həsr olunmuş idmanın “Yunan-Roma” növü üzrə keçirilən ənənəvi turnirdə Tofiq Tağıyevin yetirmələri olan yeniyetmə pəhləvanlar da iştirak ediblər. Xaldanın, ətraf kəndlərin məktəbli güləşçilərinin qatıldığı gərgin yarışda Tofiq müəllimin yetirmələrindən10 nömrəli tam orta məktəbin IV sinif şagirdi Muhəmməd İsmayılov 23 kiloqram çəki dərəcəsində turnirin qalibi olmuşdur. Məşqçinin digər yetirməsi, 4 nömrəli tam orta məktəbin şagirdi Qasım Nəcəfov isə ikinci yerə çıxmışdır.

    Daha ətraflı »

  • 19Okt
    İdman İDMAN: SƏRBƏST GÜLƏŞ üçün şərhlər bağlıdır

    MÜŞFİQİN UĞURU

    6 Şəhər Uşaq-Gənclər  İdman  Məktəbinin təcrübəli məşqçi – müəllimi, keçmiş SSRİ- nin idman ustası Tofiq Tağıyevin yetirməsi Müşfiq Ocayevin sorağı bu dəfə respublikamızın dağlar qoynunda yerləşən Şamaxı şəhərindən gəldi. Şəhər 4 nömrəli tam orta məktəbin şagirdi 14 yaşlı Müşfiq respublika yığma komandasının tərkibində sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin şərəfinə Şamaxıda düzənlənən beynəlxalq turnirə qatılıb. İlk öncə Yevlaxlı idmansevərlərin diqqətini daha maraqlı nüansa yönəldərək onları Oleq Krapivinin avtobioqrafiyası ilə tanış edirik. Oleq Şamaxıda doğulub boya-başa çatmış, uzun illər respublikamızın idman şərəfini qorumuş, hətta dünya çempionu zirvəsinə yüksəlmişdir. Hazırda Ukraynada dövlət rəsmisi kimi xidməti vəzifədə müstəqil respublikamızı təmsil edir.

    Gəncliyində idmanın sərbəst güləş növü üzrə mötəbər yarışlarda doğma respublikamız Azərbaycana şan-şöhrət gətirmiş Oleq Krapivinin şərəfinə onun dünyaya göz açdığı Şamaxı şəhərində beynəlxalq turnirə start verilməsi  doğrudan da çox qürurverici haldır və bu onu göstərir ki, Vətənimizdə idmana və idmançılara müstəsna diqqət və qayğı var.

    Daha ətraflı »

  • 11Okt
    İdman İDMAN: CÜDO üçün şərhlər bağlıdır

    YARIŞDAN QIZIL MEDALLA…

    1 Ölkəmizdə, eləcə də doğma şəhərimizdə idmanın kütləviliyinə, gənc nəslin  fiziki cəhətcə sağlam və gümrah böyüməsinə göstərilən müstəsna diqqət və qayğı bu sahədə ilbəil   qazandığımız   uğurların başlıca rəhnidir. Ona görə də doğma  vətənimizin dünyada   idman  ölkəsi kimi  tanınması və məşhurlaşması  artıq  inkar edilməzdir. İdmanın sambo, “Yunan-Roma”, taekvando, sərbəst güləş,karate, cüdo və bir sıra digər növləri ilə məşğul olan neçə-neçə  həmyerlimiz müxtəlif səviyyəli yarışlarda  ölkəmizi və rayonumuzu ləyaqətlə təmsil  etməklə  idmansevərlərin dərin rəğbətini qazanırlar. Belə  gənclərimizdən biri də 3 nömrəli   tam  orta məktəbi iki il öncə bitirmiş,  Uşaq-Gənclər İdman məktəbinin cüdo bölməsində respublikanın əməkdar  məşqçisi Naib Balaşovun çalışdırdığı Aslan Fərhad  oğlu Mirzəyevdir. Aslanın dediyinə görə həyatında  ilk dəfə qələbə sevincinin ləzzətini 2005-ci ildə- səkkiz yaşı olarkən Mingəçevir şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilmiş zona birinciliyində görüb və o vaxtdan da bu estafeti davam etdirmək, daha  möhtəşəm zəfərlərə imza atmaq  naminə taktiki, texniki  və fiziki kamilliyini artırmaq yolunu tutub.

    Bir çox təltiflərin, mükafatların, kubokların sahibi olmuş, dünyanın  müxtəlif ölkələrində keçirilmiş mötəbər yarışların idman arenalarında   üçrəngli bayrağımızı yüksəklərə  ucaltmış həmyerlimiz Aslan doğma şəhərə yenə də əlidolu qayıdıb. Osetiyanın Alaniya şəhərində Rusiya   İdman Cəmiyyətinin cüdo üzrə düzənlədiyi açıq birinciliyinə dəvət almış  Aslan orada da  respublikamızın  idman şərəfini çox  yüksək  səviyyədə qorumuşdur. Rusiya Federasiyasının yüzdən artıq, o cümlədən dünyanın bir sıra ölkələrinin komandalarının təmsil olunduğu qarşılaşma yaş  fərqi olmadan çəki dərəcəsinə uyğun keçirilirdi. Həmyerlimiz 19 yaşlı Aslan 90 kiloqram çəki dərəcəsində özündən yaşca böyük olan peşəkar  idmançılarla əlbəyaxa olmuşdur.  Onun birinci rəqibi rusiyalı, ikincisi ermənistanlı, üçüncüsü gürcü, dördüncüsü qırğız, nəhayət beşincisi yenə də rusiyalı olub. Daha mübariz  ruhda və qələbə əzmi ilə meydana   çıxan Aslan rəqiblərinin hamısını  təslim olmağa vadar etmiş, bununla da öz çəki dərəcəsində açıq birincilik yarışının qızıl medalını və kubokunu qazanmışdır. Daha ətraflı »

  • 03Okt
    İdman İDMAN: CÜDO ÜZRƏ GƏNCLƏR ARASINDA AVROPA BİRİNCİLİYİ üçün şərhlər bağlıdır

    ASLAN REKORDUNU TƏZƏLƏDİ

    Həmyerlimiz, 3 nömrəli tam orta məktəbin məzunu, idmanın cüdo növü üzrə Dünya və Avropa yarışlarının mükafatçısı Aslan Mirzəyevin adı rayonumuzun idman ictimaiyyəti tərəfindən hörmətlə çəkilir. Bu pəhləvan cüssəli oğlan yarışlardan-yarışlara öz uğurlarını durmadan artırmaqla respublikamızın və rayonumuzun idman şöhrətini ləyaqətlə qorumaqda davam edir.

    Bu günlərdə yevlaxlı pəhləvanın indiyədək əldə etdiyi nəticələrini təzələdiyi barədə daha bir xoş müjdəni Uşaq-Gənclər İdman Məktəbinin  direktoru Tofiq İsgəndərovdan eşitdik. Respublikanın əməkdar məşqçisi Naib Balaşovun rəhbərliyi altında idmanın cüdo növünə hələ lap yeniyetmə yaşından böyük həvəs  və maraq göstərən Aslan  sentyabrın 14-dən 19-dək İspaniyanın Malaqa şəhərində baş tutmuş cüdo üzrə gənclər  arasında Avropa birinciliyindən yenicə qayıtmışdır. Ölkəmizin yığma komandasının  tərkibində mötəbər yarışda çıxış  etmiş həmyerlimiz öz çəki  dərəcəsində 5 idmançını ram edərək döşək üzərini məğlubiyyətsiz tərk etmişdir. Yığma komandamız isə finalda uduzmuşdur Nəticədə idmançılarımızın uğurlu çıxışları yığma  komandamıza Avropa ölkələrinin təmsil  olunduğu  mürəkkəb  və mötəbər yarışda ikinci fəxri yeri qazandırmışdır.  Beləliklə həmyerliiz Aslan  Mirzəyev təltif olunduğu mükafatlarının sayını Avropa birinciliyində qazandığı gümüş  medalla daha da artırmışdır. Daha ətraflı »

Səhifə 1 cəmi 1612345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...