Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 05Yan

    OCAĞINIZ GUR ŞÖLƏLƏNSİN

    Yurdumuza qış fəslinin qədəm qoyduğu bir gündə-dekabrın 21-də Salahlı kənd camaatı sevincli anlar yaşadı. Həmin gün kəndə təbii qaz çəkilişinin təntənəli açılış mərasimi düzənlənmişdi. Kənd camaatının sevincinə şərik olmaq məqsədilə tədbirə Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov və digər rəsmilər də gəlmişdilər. Təntənəli tədbiri Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Barat Məmmədəliyev açdı. Bildirdi ki, yaxın zaman çərçivəsində “AzəriQaz” İstehsalat Birliyinin Yevlax Qaz İstismarı sahəsinin inşaatçıları 3 km. məsafədən Salahlı kəndinə qaz çəkilişini reallaşdıraraq 5 yüzdən çox ailəyə mavi alovun istisini, hərarətini bəxş etdilər. Bütün bunlar möhtərəm Prezidentimizin xalqımıza göstərdiyi diqqət və qayğının parlaq nümunəsidir.
    Kənd ağsaqqalı Rəhim Əhmədov öz çıxışında müstəqil dövlətimizin son bir neçə ildə keçdiyi sürətli inkişaf yolundan danışdı, bugünkü firavanlığı xalqımıza bəxş edən ölkə başçısına kənd camaatı adından dərin minnətdarlıq duyğularını ifadə etdi.
    Salahlı kənd orta məktəbinin müəllimi Nümunə Abdullayeva da kənd ağsaqqalının fikirlərini öz ürək sözləri ilə daha da qüvvətləndirdi. Salahlı kəndində məskunlaşmış Kəlbəcər qaçqını Misirxan Musayev isə bu əlamətdar hadisədən duyğulandığını, sonsuz fərəh hissi keçirdiyini şeirlə ifadə etdi:
    Qış günlərin sanayardıq gündə biz,
    Hədsiz odun yandırardıq ildə biz.
    Çiçəklənir, abadlaşır ölkəmiz,
    Qarşılayın, Salahlıya qaz gəlir!
    Elə bil ki, bahar gəlir, yaz gəlir!

    Ağaclar da qoy yaşasın yüz ili,
    Bağ becərək, meşə salaq hər yeri.
    Qoy var olsun onu quran əlləri,
    Qarşılayın, Salahlıya qaz gəlir!
    Elə bil ki, bahar gəlir, yaz gəlir!

    Unutmarıq Prezidentin zəhmətin,
    Hər işdə var alın təri, mərd-mətin.
    Sizi sevən belə gözəl millətin,
    Neçə yanmaz ocağına qaz gəlir,
    Elə bil ki, bahar gəlir, yaz gəlir!
    Çıxış üçün söz verilən Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov ilk öncə qarşıdan gələn əlamətdar günlər-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir iştirakçılarını səmimi təbrik etdi. Onların sevincinə daha bir xoş ovqat qatan kəndə qaz çəkilişinin həyata keçirilməsini yüksək dəyərləndirdi. Onu da vurğuladı ki, Salahlı sayca Yevlaxın 21-ci kəndidir ki, qazla təmin olunur. Bu xeyirxah missiya yaxın gələcəkdə rayonun bütün kəndlərini əhatə edəcəkdir. Daha ətraflı »

  • 22Avq

    BALÇILIYA DA QAZ ÇƏKİLDİ

    Avqustun 15-i 180 ailə yaşayan Balçılı kəndinin tarixində əlamətdar gün kimi yadda qalacaq. Həmin gün şəhər rəsmiləri, digər idarə-müəssisə və xidmət təşkilatlarının nümayəndələri kəndə təbii qaz çəkilişinin təntənəli açılış mərasiminə qatılmışdılar. Kənd klubunun qarşısında düzənlənmiş tədbiri ilk öncə Balçılı kənd İƏD üzrə nümayəndə Elbrus Quliyev açaraq onların həyatında əlamətdar və yaddaqalan hadisə olan mavi alov çəkilişinin açılışında iştirak etməklə sevinclərini bölüşən Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədova, digər qonaqlara xoşgəldin dedi. 4 yerdə artezian quyusu, tibb məntəqəsi, rabitə şöbəsi, elektron ATS-si, kitabxanası, klubu olan, fasiləsiz elektrik enerjisi, suvarma suyu ilə təmir olunmuş, bir sözlə, insanların sosial-məişət həyatını təmin edən xidmətlərə sahib çıxmış balçılılıların rahatlığına zəmin yaradan mavi alov çəkilişinin də məhz möhtərəm prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində reallaşdığını vurğuladı və kənd camaatı adından dərin minnətdarlıq duyğularını ifadə etdi.

    Kənd sakinləri adından məktəb direktoru Xosrov Murğuzov, Elmira Əhmədova və başqaları çıxış edərək əhalinin məişət rahatlığına zəmin yaradan qaz çəkilişini həyata keçirənlərin ünvanına ən xoş arzularını bildirdilər. Cəmi 42 iş günü ərzində polietilen borular vasitəsi ilə 7,3 kilometr daşıyıcı, 9,5 metr daxili qaz xətti çəkərək 180 evi qazla təmin edən “İnşaat-Tikinti-Quraşdırma-NQ” MMC-nin əməkçilərinin zəhmətini yüksək dəyərləndirdilər.

    Sonra söz Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədova verildi. Natiq çıxışında nəinki doğma şəhərimiz Yevlaxda, onun kənd və qəsəbələrində, eləcə də ölkə səviyyəsində aparılan nəhəng abadlıq və yenidənqurma işlərinin, xalqın həyat səviyyəsinin getdikcə yaxşılaşması prosesinin yalnız möhtərəm prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısının parlaq nümunəsi olduğunu vurğuladı. Dövlət başçısının uğurlu siyasətinin müstəqil dövlətimizin daha xoşbəxt və işıqlı gələcəyinə etibarlı zəmin yaratdığını qeyd etdi. Yaxın gələcəkdə ölkə ərazisinin 90 faizinin mavi alovla təmin ediləcəyini vur- ğulayan natiq rayonumuzun Xaldan ərazisindəki bütün yaşayış məntəqələrində də bu xeyirxah işə başlanacağını bildirdi. ŞİH Başçısı qeyd etdi ki, Balçılı kəndində müasir standartlara cavab verəcək məktəb binasının tikintisi də nəzərdə tutulmuşdur. Daha ətraflı »

  • 06İyn

    TƏBİİ QAZ ŞÖLƏLƏNDİ

    Uzun illərdən sonra Ağqıraq kəndinin sakinlərinin təbii qazla bağlı arzuları reallaşdı. Kəndə təbii qaz verildi.

    Bu münasibətlə keçirilən tədbirdə  çıxış edən  kənd sakinləri Fəxrəddin Əmiraslanov və  Dilşad Rüstəmova ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının Azərbaycanı qarış-qarış yeniləşdirdiyindən, insanların güzəranlarının durmadan yaxşılaşmasından danışdılar, bildirdilər ki, təbii qazın yenidən onların məişətinə daxil olmasından olduqca məmnundurlar və bu işdə əməyi olan hər kəsə minnətdardırlar.

    Şəhər İcra hakimiyyətinin Başçısı Qoca Səmədov kənd sakinlərində bayram ovqatı yaradan hadisə-kəndə təbii qazın verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etdi və bildirdi ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində kəndlərimizin də siması dəyişəcək, insanların rahat və firavan həyat surməsi naminə daha böyük işlər görüləcək.

    Sonra alqış sədaları altında qazın açılmasını bildirən məşələ od vuruldu.

    Bundan sonra kənd sakinləri ilə təkbətək görüşüb söhbət edən ŞİH Başçısı onların problem və qayğıları ilə maraqlandı, səsləndirilən şikayət və təkliflərlə bağlı aidiyyatı təşkilat rəhbərlərinə göstəriş verdi.

    “KÜR”

  • 12Yan

  • 12Yan

  • 09Noy

    SƏMƏDABAD KƏNDİNDƏ

     Kənd əhalisi bu tədbirə çox böyük sevinclə toplaşıb. İnsanların üzündən-gözündən şadlıq, fərəh yağır. Onlar bir-biri ilə söhbət edir və bu söhbətlərdən ətrafa müsbət enerji süzülür. Çünki mövzu onların ürəyindəndir, bu gün onların kəndinə çoxdan arzuladıqları, həsrətində olduqları “mavi alov” verilir. 16 ildən çox çəkən qaz həsrətinə son qoyulur. Bir sözlə, Səmədabadda bu gün əsl bayramdır, el bayramının, el şənliyinin təntənəsini gənclər, qocalar, qadınlar, hətta uşaqlar da birgə yaşayır. Çünki qaz şöləsinin gətirdiyi bəxtəvərlikdən onların hamısına pay düşür.

     Elə qaz yanacağının Səmədabada çəkilməsi münasitbətilə təntənəli tədbiri açan ŞİH Başçısı da ilk öncə bayram münasibətilə hamını təbrik edir, onlarla ən xoş arzularını bölüşür. İcra Başçısının “Qaz mədəniyyətdir, rahatlıqdır, səldiqə-sahmandır, təmizlikdir, hərarətdir, onun yolunu hər bir evdə səbirsizliklə gözləyirlər.

    Bu gün Yevlaxın bir çox kəndlərində “mavi alov” şölələnir. Kənd əhalisi, xüsusən də qadınlarımız qaz olmaması ucbatından yaranan problem və qayğılardan uzaqdır. Fərəhlənməyə dəyər, çünki bu gün yaşadığınız kənd elektriklə, suyla, nəhayət təbii qazla etibarlı təmin olunub. Bu isə regionların inkişaf proqramının təşəbbüsçüsü və müəllifi olan, Azərbaycanı dünya miqyasında tanıdan dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu daxili siyasətinin bəhrələridir” sözlərini ürəkdən axıb gələn gur alqışlarla qarşılayırlar.

     Səmədabad sakinlərindən Bəsti Hüseynova, Mehman Nəbiyev, Şamama Ramazanova, Nazilə Əsədova və başqaları təntənəli tədbirdə çıxış edərək Azərbaycan Prezidentinə və eləcə də onun daxili siyasətini uğurla yerinə yetirən İcra Başçısına öz səmimi minnətdarlıqlarını çatdırırlar. Daha ətraflı »

  • 02Noy

    GÖZƏLLİYİN YENİ ÜNVANI-“İLĞIM”GÖZƏLLİK SALONU

     Qadınlar bütün yaşlarda gözəl olmaq istəyirlər. Odur ki, görüləsi işləri nə qədər çox olsa da, gözəllik salonlarına getmək, xidmətlərindən yararlanmaq üçün vaxt tapırlar. Şəhərimizdə belə salonların sayı çoxdur. Bu günlərdə onların sırasına daha biri, həm də xidmətinin növünə və keyfiyyətinə görə fərqlisi-“İlğım” gözəllik salonu əlavə olundu.

     Salonun açılış mərasimini YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı açdı. Bildirdi ki, son illər şəhərimiz görünməmiş bir vüsətlə böyüyüb, gözəlləşib, bütün sahələrdə sevinc gətirən uğurlar qazanılıb. Yevlaxlılar yaxşı işlədikləri, qurub-yaratdıqları kimi, istirahət etməyi, dincəlməyi, vaxtlı-vaxtında imiclərində yenilik etməyi də sevirlər və şəhərdə bu istiqamətdə fəaliyyət göstərən obyektlər  kifayət qədərdir. “İlğım” gözəllik salonu da xanımlarımızın arzu etdikləri ünvanlardandır. Sonra söz “İlğım” gözəllik salonunun rəhbəri Sevil Mirzəyevaya verildi. O, xüsusi vurğuladı ki, haqqında söhbət gedən xidmət sahəsində 20 ildən artıqdır ki, çalışır. Həmişə  müasir standartlara cavab verən, gözəlləşmək istəyən xanımlarımızın niyyətini reallaşdırmaq imkanlarına malik bir salonda işləmək ən böyük arzusu olub. Bu gün olduqca şaddır ki, həmyerlisi olan qadınların xidmətinə əlverişli ünvanda yerləşən gözəllik salonu istifadəyə verilir və o, salonun rəhbəridir.

     Sonra açılış mərasiminə qatılan xanımların salonla tanışlığı başladı. Sevil Mirzəyeva məlumat verdi ki, salonun böyüklüyü, istifadələrində olan ən müasir avadanlıqlar onlara eyni vaxtda bir neçə qadına xidmət göstərmək imkanı verir. Burada saçların kəsilməsi, boyadılması, qaynaq edilməsi, manikür, pedikür, gəlinlərin bəzədilməsi xidmətləri həyata keçirilir. Bundan başqa, xanımlara salonda kosmetoloji xidmət də təklif olunur.

     “İlğım”da işləyənlər, əsasən, gənclərdir. Bu isə o deməkdir ki, burada ən müasir, dəbdə olan imicə sahib olmaq olduqca asandır. “İlığm” gözəl görünmək istəyənlərin qulluğundadır.

     

    Afaq BAYRAMOVA.

  • 22Okt

    ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT

     Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirə səfərini başa çatdıraraq Yevlax şəhərinə gəlmişdir.

    Yevlax respublikamızın ən sürətlə inkişaf edən şəhərlərindən biridir. Yevlax şəhəri son altı ildə  tamamilə simasını dəyişmişdir. Hazırda Yevlax rayonu Azərbaycanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir. Ötən il rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 6,5 dəfə, sənaye məhsulunun həcmi 11,4 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2,4 dəfə artmışdır. İstehsal olunan sənaye məhsullarının 47 faizi xarici ölkələrə, o cümlədən İtaliya, İspaniya, Türkiyə, İran, Ukrayna, Rusiya Federasiyası və Gürcüstana ixrac olunur. Rayonda əsas kapitala yönəldilən investisyalar 971 dəfə artaraq 136,1 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi isə 372 dəfə artaraq 181,6 milyon manat təşkil etmişdir. 2004-cü ildən 2010-cu ilin oktyabrınadək Yevlaxda 7893-ü daimi olmaqla 14 min 700 yeni iş yeri yaradılmışdır.

     Dövlət başcısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular.

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin ətrafındakı parkı gəzdilər, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev burada aparılan abadlıq və quruculuq işləri barədə məlumat verdi.

     

    AzərTAc

  • 22Okt

     Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Prezident İlham Əliyev Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir.

    Şəhər ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi dövlət başcısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

     Prezident İlham Əliyev kollektivi və  ictimaiyyətin nümayəndələrini məktəbin açılışı münasibətilə təbrik edərək dedi:

    -Məktəbin tikintisi münasibətilə sizi təbrik edirəm, çox gözəl, müasir məktəbdir. İcra başcısı mənə dedi ki, buradakı məktəb çox bərbad vəziyyətdə idi, uzun illər təmirsiz qalmışdı. Bina söküldü və yerində belə gözəl, yaraşıqlı məktəb tikildi. Özü də bir saylı orta məktəb gərək hər cəhətdən bir nömrəli olsun. Sizi ürəkdən təbrik edirəm, bu, gözəl hadisədir. Uşaqlar da burada yaxşı oxuyacaqlar, müəllimlər üçün də şərait yaradılıb.

     Müəllimlər böyük işlər görürlər. Bu yaxınlarda Azərbaycanda müəllimlər günü qeyd olunmuşdur. Bu münasibətlə sizi bir daha təbrik edirəm. Müəllimlərin cəmiyyətdə rolu çox böyükdür və vacibdir. Gənc nəslin tərbiyə olunmasında, uşaqların yüksək bilik almasında müəllimlərin rolu birincidir. Biz elə etməliyik ki, bütün uşaqlarımız yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar. Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş üçün, həm də ölkələr üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların uğurları təhsilin səviyyəsi ilə bağlıdır.

    Nə təbii ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və bilik əsasdır. Çünki dunyanın inkişafı elmi-texniki tərəqqi ilə bağlıdır. Bunu əldə etmək üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk ad- dımları məktəblərdə atırlar. Daha ətraflı »

  • 22Okt

     Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Yevlaxa səfəri çərçivəsində “Azərtoxum” MMC toxumçuluq müəssisəsinin açılışında iştirak etmişdir.

     Müəssisənin kollektivi dövlət başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladı. “Azərtoxum” MMC-də yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, toxumçuluq müəssisəsinin tikintisi üçün 7 hektar torpaq sahəsi ayrılmışdır. İnşasına 2009-cu ilin iyununda başlanmış müəssisə 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən və evlərdən ibarətdir.

     Dövlət başçısı müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesi ilə tanış oldu, hazır məhsulların sərgisinə baxdı.

     Bildirildi ki, müəssisə müxtəlif növ dənli bitki toxumlarının istehsalı, hazırlanması və işlədilməsi ilə məşğul olacaqdır. Bu müəssisənin yaradılmasında əsas məqsəd rayonlaşdırılmış sortlar, super elit və yüksək məhsuldar toxum hazırlamaqdır. Burada dünyaınn ən mükəmməl və modern sistemləri, texnologiya, maşın və avadanlıq tətbiq ediləcəkdir. Mərkəz 100 min ton toxum hazırlamaq və işlətmək gücünə malikdir. Daha ətraflı »

Səhifə 1 cəmi 212

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...