Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 14Fev

    2016 – cı ildə şəhərin hüquq mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, onun profilaktikası və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüş, bu məqsədlə kompleks əməli tədbirlər həyata keçirilmişdir.

    EÖtən il ərzində Yevlax şəhəri və rayonu ərazisində 285 cinayət hadisəsi qeydə alınmış, cinayətlərin açılması faizi 96,9 faiz təşkil etmişdir.

    E2015 – ci illə müqayisədə qeydiyyata alınmış cinayətlərin sayı 2 cinayət faktı artmışdır.

    EHesabat dövründə qeydə alınmış cinayətlərin 33-nü ağır və ya xüsusi ilə ağır cinayətlər təşkil etmişdir.

    EŞəxsiyyət əleyhinə olan cinayətlərin sayı 53 olmuşdur. 2015- ci illə müqayisədə 14 fakt azalmış, açılmalar 98,3 faiz təmin edilmişdir.

    E2016 – cı ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 71 cinayət faktı aşkar edilmiş, 2015 – ci illə müqayisədə bu sahədə baş vermiş cinayətlərin sayı 5 fakt artmışdır. Hazırda şəhər və rayon ərazisində 423 nəfər dispanser, 198 nəfər isə profilaktiki qeydiyyatdadır.

    EYevlax şəhəri və rayon üzrə 2015 – ci ildə 157, 2016 – cı ildə isə 160 boşanma halı qeydə alınmışdır.

    EƏvvəlki ilə nisbətən boşanmaların sayı 3 fakt artmışdır. 2016 – cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən yanvar ayında 97, aprel ayında 92, iyul ayında 243 və oktyabr ayında 143 nəfər gənc hərbi xidmətə yola salınmış, gənclərin hərbi xidmətə göndərilməsi tapşırığına artıqlaması ilə əməl olunmuşdur.

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 14:54

İsmarıclar bağlıdır.