Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 14Fev

     Hesabat dövründə ümumilikdə 76,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

    2017 – ci ilin məhsulu üçün 245 hektarda kartof, 554 hektarda tərəvəz, 7100 hektarda təzə yonca, 10 min 70 hektarda taxıl, o cümlədən 5170 hektarda buğda əkilmişdir.

    Torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 2500 ton mineral gübrə satılmışdır.

    2016 – cı ildə 2015 – ci ilə nisbətən iri – buynuzlu mal – qaranın baş sayı 482 baş artaraq 68792, qoyunların baş sayı isə 10238 baş azalaraq 171472 baş olmuşdur.

    2016 – cı ildə 2015 – ci ilə nisbətən 108 ton ət, 132 ton süd, 34 min ədəd yumurta çox istehsal edilmişdir.

    2016 – ci il ərzində Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanalları üzərində olan 130 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparılmışdır. Bununla yanaşı, rayonun əkin sahələrinin suvarılmasına xidmət edən 430,5 km uzunluğunda suvarma kanalları lildən təmizlənmişdir. 5 və 6 nömrəli paylayıcı beton kanallarda əsaslı təmir işləri görülmüş və Nemətabad kəndinin əkin sahələrinin suvarılmasına xidmət edəcək 700 m uzunluğunda beton kanal çəkilmişdir. Bundan əlavə Kür çayının sol sahilində, Qaraoğlan və Yuxarı Qarxun kəndlərinin 420 hektar əkin sahəsini suvarmaq məqsədilə “Qaraoğlan” nasos stansiyası tikilib istifadəyə verilmişdir.

    Ölkə başçısının tapşırığına uyğun olaraq, Yevlax rayonunda 2016 – cı ildə 1415 hektarda pambıq əkini aparılmışdır. 2017 – ci ildə pambıq əkini sahəsinin 3000 hektara çatdırılması nəzərdə tutulmuşdur.

    2016 – cı ildə 2 tona yaxın barama istehsal olunmuşdur. 2017 – ci ildə barama istehsalının 6,5 tona çatdırılması nəzərdə tutulmuşdur.

    2016 – cı ildə təcrübə xarakterli olaraq 17 hektar fındıq tingi əkilmişdir. Əkilmiş tinglərdən yüksək məhsuldarlıq əldə edilərsə, gələcəkdə fındıq bağlarının da genişləndirilməsi üçün lazımi tədbirlər görüləcəkdir.

    Yevlax rayonunun Aran bələdiyyəsi ərazisində 6 min hektar torpaq sahəsində “Aqropark” yaradılır.

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 14:55

İsmarıclar bağlıdır.