Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 14Fev

     Şəhərdə və rayon ərazisində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilmişdir.

    İl ərzində Elektrik Şəbəkəsində 1 milyon 200 min manatlıq tikinti işləri görülmüşdür. Qaraməmmədli və Rüstəmli kəndlərinin əhalisinin və həmin kəndlərin 2100 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən “Bakı” nasos stansiyasının elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə 6,5 km 35 kv – luq elektrik verilişi hava xətti çəkilmiş və transformator yarımstansiyası quraşdırılmışdır.

    Keçən dövr ərzində 24 ədəd kompleks transformator məntəqəsi quraşdırılmış, 45,8 km elektrik verilişi hava xətləri, 44 km magistral, 12,9 km abonent, cəmi 56,9 km izolyasiyalı (SİP) elektrik xətləri çəkilmişdir. 2000 – dən çox elektrik dayağı dəyişdirilmişdir.

    Meyvəli qəsəbəsi ərazisində olan əkin sahələrini suvarma suyu ilə təmin edən “Meyvəli – 1” və “Meyvəli – 2” nasos stansiyalarına və elektrik verilişi hava xəttlərində yenidənqurma işləri aparılmışdır.

    2016 – cı ildə şəbəkə üzrə istehlak olunmuş elektrik enerjisinin dəyərinin 9 milyon 65,0 min manatı, yəni 98,8 faizi ödənilmişdir.Əhali qrupu üzrə abonentlər tərəfindən isə 4 milyon 327 min manatlıq elektrik enerjisinin dəyəri ödənilmişdir ki, bu da 95,4 faiz təşkil edir.

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 14:59

İsmarıclar bağlıdır.