Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 14Fev

    İÇMƏLİ SU

     2016-cı ildə əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində olmuş, artezian və subartezianların, kanalizasiya-nasos stansiyalarının istismarı nəzarətdə saxlanılmışdır. Əhalinin içməli su ilə təminatında və çirkab, yağış sularının şəhərdən kənarlaşdırılmasında problemlər olmamışdır.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Malbinəsi kəndində 2 ədəd, Qaramanlı kəndində 3 ədəd, Rüstəmli kəndində 1 ədəd, Yevlax şəhərinin Çənlibel ərazisində 1 ədəd subartezian quyusu qazılaraq istismara verilmişdir.

    Rayonun Havarlı kəndinə Mingəçevir içməli sutəmizləyici qurğusundan 160 mm – lik boru ilə içməli su xətti çəkilmiş və 587 abonentə smart su sayğacları quraşdırılmışdır.

    Rayonun 12 kəndində əhalini ekoloji cəhətdən içməli su ilə təmin etmək məqsədilə modul tipli içməli sutəmizləyici qurğuların quraşdırılması və su xətlərinin çəkilməsi üçün texniki sənədlər hazırlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdur.

    Su Kanal İdarəsi tərəfindən istehlakçılara 994,0 min manatlıq xidmət göstərilmiş, ödəniş isə 844,0 min manat, yəni 84,9 faiz olmuşdur. Əhali üzrə isə 525,0 min manat ödəniş olmuşdur ki, bu da 77,1 faiz təşkil edir.

     

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:00

İsmarıclar bağlıdır.