Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 14Fev

    1 Azərbaycan xalqı bütün parametrlərdən güclü və böyük xalqdır. Onun ümummilli lideri də elə öz adına layiqdir: böyük, güclü və əzəmətli… Bu gün biz sevinirik ki, ulu öndərin layiqli davamçısı, Heydər Əliyev məktəbini hamımızdan artıq səylə öyrənmiş, hamımızdan artıq örnək götürmüş öl- kə başçısı İlham Əliyev dünya azərbaycanlılarının fəxri və iftixar yeridir. İlham Əliyev həm Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinin məharətli daşıyıcısı, həm də yeni, müstəqil Azərbaycanın ən layiqli yeni lideridir.

    Bu gün ölkənin sosial – iqtisadi inkişafı Azərbaycan prezidentinin daxili siyasət xəttində təzahür edən əsas istiqamətlərdən biridir. Xalqın sosial vəziyyətinin və maddi rifah halının yaxşılaşmasını fəaliyyətində prioritetə çevirən ölkə başçımızın imzaladığı dövlət proqramları hesabına bu yöndə əsaslı irəliləyişlər əldə edilmiş, Azərbaycan sosial – iqtisadi inkişafın parametrlərinə, əhatə dairəsinə görə yeni bir mərhələyə qədəm qoymuşdur.

    Yevlax yaşının üstünə yaş gəldikcə cavanlaşan bir bölgədir. Bu inkişaf proqramlarının ardıcıl olaraq yerinə yetirilməsi ilə əlaqəlidir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn  vəzifələr hər yerdə olduğu kimi, Yevlaxda da inkişafa təkan verib. Ölkə miqyasında həyata keçirilən abadlıq-quruculuq tədbirləri rayonumuzun da həyatına dinamiklik gətirmiş, bir sıra sosial problemlərin həllini reallaşdırmışdır.

    Şəhər İcra Hakimiyyəti ötən illərdə olduğu kimi, 2016-cı ildə də rayon ictimaiyyəti, burada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarla birlikdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən  strateji xəttə uyğun qarşıya qoyulan  vəzifələri həyata keçirməyə çalışmışdır. Nəticə uğurlu olmuşdur.

    2Ötən illərdə olduğu kimi, 2016-cı ildə də şəhərimizdə  bütün imkanlar və qüvvələr səfərbərliyə alınmaqla tikinti, abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Müasir tikinti meyarları əsasında, yüksək estetik zövqlə görülən, vətəndaşlarda razılıq və minnətdarlıq doğuran genişmiqyaslı abadlıq-quruculuq işləri şəhər mərkəzinin və digər yaşayış məntəqələrinin  simasını əsaslı şəkildə dəyişmişdir. 2016-cı ildə  tikinti-quruculuq işlərinə bütün maliyyə mənbələri hesabına qoyulan vəsait 34,5 milyon manat olmuşdur.

    2016-cı ildə rayonun iqtisadi,sosial-mədəni inkişafı istiqamətində həyata keçirilən tədbirlər məqsədyönlü və ünvanlı olmuşdur. Mövcud potensialın, əmək ehtiyatlarının və digər resursların sosial tərəqqi yönümündə  işə salınması, eləcə də rayonun sosial-iqtisadi inkişafı planının dəqiq icrası həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə uğurlu sayıla bilər.

    2014-cü ilin sonundan etibarən neftin qiymətində kəskin enmə, dünyada geosiyasi vəziyyətin kəskinləşməsi və bundan irəli gələn iqtisadi problemlərin indiyədək davam etməsi, təbii ki, dünyanın bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi.

    Bu təsirlərin aradan qaldırılması üçün yaranan yeni iqtisadi şəraitdə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başlanıldı. Məsələn, iqtisadiyyatın şaxələndirilməsi həyata keçirildi, monetar siyasət aparıldı, bankların kapitallaşması sürətləndirildi. Nəticədə isə Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlaya bildi. Öz rayonumuzun timsalında da biz bunun şahidi olduq.

    Kənd təsərrüfatı ölkə iqtisadiyyatının əsas sahələrindəndir. Onun inkişafı ilə bağlı  Prezident İlham Əliyev  konkret tapşırıq və tövsiyələrini verib. Azərbaycanda kənd təsərrüfatı ilə bağlı məsələlərin xüsusi diqqət tələb etdiyini vurğulayan Prezidentin “Ona görə, mən bu sahəyə bu gün də, ümumiyyətlə, çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə, kənd təsərrüfatı məhsulları hesabına. Biz realist olmalıyıq… Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində  kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik”. Dövlət başçısının tövsiyə və tapşırıqları bizim də fəaliyyətimizin istinadgahıdır. Cənab Prezidentin tapşırığına uyğun olaraq  2016-cı ildə rayonda 1415 hektarda pambıq əkini aparılmış və dövlətə 3 min 677 ton “ağ qızıl” təhvil verilmişdir. İlk aylarını yaşadığımız 2017-ci ildə pambıq əkini sahəsinin 3 min hektara çatdırılması planlaşdırı- lır. Eyni zamanda barama istehsalının 6,5 tona çatdırılması nəzərdə tutulur.

    Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 6-da ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında 2016-cı il 16 mart tarixli sərəncama uyğun olaraq müvafiq strateji yol xəritələrini təsdiq edib.

    Sənəddə üçüncü strateji hədəf “insan kapitalının inkişaf etdirilməsi”dir. Burada  təhsilin bütün pillələrdə  keyfiyyətinin yüksəldilməsi mühüm amil hesab edilir. Xüsusi vurğulanır ki, məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi yüksəldilməli, təlim-texnologiya təkmilləşdirilməli, təmayülləşmə inkişaf etdirilməlidir. Sevinc hissilə bildirmək istəyirəm ki, dövlət başçısının və onun xanımının-Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ölkə təhsilinə göstərdiyi diqqət və qayğı Yevlax təhsilinin də inkişafına güclü təkan verib. İl-ildən təhsil sahəsində qazanılan uğurlar artmaqdadır.

    “Strateji yol xəritəsində” deyilir ki, onun icrası Azərbaycanda davamlı inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək. Bu sənəd növbəti iqtisadi islahatların konkret və ardıcıl reallaşdırılmasını təmin edəcək. Sözsüz ki, “Strateji yol xəritəsi”nin gerçəkləşməsi bizim də üzərimizə həllivacib məsələlər qoyur. Yeni inkişaf mərhələsində tutduğumuz vəzifəyə daha artıq məsuliyyətlə yanaşmaq, səlahiyyətlərimizi vicdanla, qanun çərçivəsində, xalq mənafeyini hər şeydən üstün tutmaqla icra etmək uğura xidmət edər. Bunu unutmamalıyıq!

    Uğurlarımız tək bunlarla yekunlaşmır. Şəhərdə və rayonun kəndlərində sosial- iqtisadi və mədəni istiqamətli çox sayda uğurlarımız vardır.

    Müvəffəqiyyətlər həmişə başı uca, üzü ağ edir. Amma onları əldə etmək üçün çalışmaq, həm də gərgin zəhmət bahasına və məsuliyyətlə çalışmaq gərəkdir.

    Azərbaycan dövlətinin ali məqsədi öz vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaqdır. Hakimiyyətin sosial sahədə həyata  keçirdiyi siyasət, möhtərəm Prezidentin fərman və sərəncamları, əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar nəticə etibarı ilə bütün təbəqələrdən olan vətəndaşların sosial rifahının daha da güclənəcəyi barədə nikbin proqnozlar söyləməyə tam əsas verir. Çünki ölkəmizin iqtisadi baxımdan qüdrətlənməsi sosial siyasətin səmərəli şəkildə həyata keçirilməsinə təkan verir.

    Sonda onu deməyi özümə borc bilirəm ki, hesabat ilində əldə etdiyimiz bütün uğurlarda hər bir yevlaxlının imzası var. Heç şübhəsiz, yaşadığımız 2017 – ci ildə də həmyerlilərimiz ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşəcək, vətənimizin rifahı naminə əllərindən gələni edəcəklər.

    Qoca SƏMƏDOV,

    Şəhər İcra Hakimiyyətinin Başçısı

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:02

İsmarıclar bağlıdır.