Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

    İnsanların səadət qədər fəlakətə də ehtiyacları var.

    «««

    Acı, ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir.

    «««

    Böyük insanlar bu dünyada  böyük əzablar çəkməlidir.

    «««

    Sevdiyimiz adamın hər yalanında həqiqət, sevmədiyimiz insanın hər həqiqətində yalan axtarmağımız necə də qəribədir.

    «««

    İnsanı ağrıdan xəyalların suya düşməsi yox, yaşanması mümkün olan xoşbəxtlikləri yaşamamaqdır.

    «««

    Deyirlər ki, heç nəyə təəccüblənməmək dahilərin işidir, amma məncə bu xüsusiyyət axmaqlara da aiddir.

    «««

    Həyata yenidən başlasa idim, saniyələrin də nəbzini tutardım.

    Rahatlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik böyük əzablardan sonra əldə edilən nemətdir.

    «««

    Qürurlu insan özünü tanıyan, özünü ən dərinliklərinə qədər mühakimə etməyi bilən insandır.

    «««

    İnsanın etdiyi ən böyük səhv özünü başqalarının qarşısında gülünc vəziyyətə salmaqdan qorxmasıdır.

    «««

    Əzab çəkmək ali zəka və həssas qəlbə malik insanlar üçün məcburiyyətdir.

    «««

    Xoşbəxt sonluq yoxdur.Çünki sonluq varsa xoşbəxtlik yoxdur.

    «««

    İnsan ruhunu yüksəldən əzab hər zaman kiçik xoşbəxtliklərdən daha yaxşıdır.

    Hazırladı: Sənəm KƏRİMOVA

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:50

İsmarıclar bağlıdır.