Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

     Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının məlum sərəncamına əsasən, keçiriləcək iri həcmli işlərdən biri də 2019 – cu ildə ümumrespublika üzrə əhalinin siyahıyaalınmasına hazırlıqdır. Bu məqsədlə Prezident Adminstrasiyasının rəhbəri cənab R.Mehdiyevin göstərişinə əsasən, 2017 – ci ilin əvvəlindən Şəhər İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 2016 – cı il tarixli 517 saylı Qərarının icrasını təmin etmək məqsədilə 2019 – cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar tədbirlər planına” uyğun olaraq yardım komissiyası yaradılmışdır.

    Bu məqsədlə Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan işlərdən biri də bütün yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Təsərrüfatbaşına uçot sənədlərinin düzgün aparılması bir sıra uyğunsuzluqları aradan qaldırır.

    Əhalinin siyahıyaalınması işlərinin 2017 – ci ilin əvvəlindən başlanması siyahıyaalınmanın nə qədər məsuliyyətli və əhəmiyyətli bir tədbir olduğunu təsdiq edir.

    Əhalinin siyahıyaalınması həm respublika, həm də iqtisadi – rayonlar və inzibati ərazi dairələri üzrə yekun məlumatların əldə olunması, gələcəkdə respublikamızda iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün planlaşdırılan strateji əhəmiyyətli işlərin yerinə yetirilməsində vacib məlumatlar hesab edilir.

    Daimi əhalinin uçotunun dolğunluğunu və düzgünlüyünü təmin etmək məqsədi ilə şəhər, qəsəbə və kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun dəqiqliklə işlənməsi əsas şərtdir.

    Əhalinin yaş qrupları üzrə bölgüsü, təhsil səviyyəsi, milliyyəti, əmək bazarı və insan resursları, əmək qabiliyyətli əhalinin sayı və s. məlumatlar regionların inkişaf proqramlarının hazırlanmasında, ölkənin müdafiə qüdrətinin artırılmasında, ərzaq təhlükəsizliyinin təminatında, yeni sahələrin yaradılmasında və inkişaf etdirilməsində, yeni iş yerlərinin yaradılmasında, işsizliyin və yoxsulluğun aradan qaldırılmasında vacib göstəricələr hesab olunur.

    Namiq MƏMMƏDOV

    Yevlax Rayon Statistika İdarəsinin rəisi

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:51

İsmarıclar bağlıdır.