Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

    QARABAĞIN SİYASİ TARİXİNƏ ÜMUMİ NƏZƏR

     (Əvvəli ötən saylarımızda)

     Deyildiyi kimi, “Qarabağ” sözü “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir (“qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində rəng bildirməklə yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir). Hər iki komponent sırf türk – Azərbaycan mənşəli sözdür. İkinci tarixi adı Arsak (Arsaq) olmuşdur. Yəni “ər” və “sak”. Saklar, massagetlər qədim Qarabağın sakinləri olmuşlar. Ermənilər “Artsak” deyib, milyon dəfə yazsalar da, Qarabağ Azərbaycanın bir parçasıdır, ürəyidir !

    Qarabağ anlayışı bizim eranın VII əsrindən işlənməyə başlaması, XII əsrdən isə geniş yayılması ilə tarixdə qalmışdır. Qarabağ təkcə Azərbaycanın deyil, bəşəriyyətin “inqa” sədasıdır. Muğamın, ruhun, bədənin ilahi siqnalıdır. “İNQA” – İslam, Namaz, Quran, Allah ilahi bəşər formulu, düsturudur. Bəli, dünyanın ən qədim insan məskənlərindən biridir  Qarabağ! Bu gün Qarabağın qarabaxt (qara bəxt) taleyi ürəkləri dağlayır. Mehdi Sahibi Əz-Zamanın götürə bilməyəcəyi intiqam timinin kəsişdiyi müqəddəs yerlərdən biri də Qarabağ olacaqdır. Türk – müsəlman birliyi gündən-günə genişlənir. TAQM – Türkiyə, Azərbaycan, Qırğızıstan, Monqolustan (bəli, Çingiz xanın “genləri” Avrasiyanın hansı bölgələrinə nüfuz edə bilməmişdi ?). Ərəb birliyi vaxt olacaq NATO-dan fərqli olaraq elə ədalətli mizam-tərəzili dünya düzənləyəcək ki, bəşəriyyətin xilaskarına çevriləcəkdir. Türk-müsəlman birliyi Azərbaycanı, onun işğal altında qalan Qarabağı iblislərdən təmizləyəcək !

    B.e.ə VII yüzillikdə Orta Asiyadan Azərbaycana, indiki Arazdan şimala immiqrasiya etmiş massagetləri (sakları) hələ e.ə. V əsrdə yaşamış Herodot da təsdiq edir. E.ə. IV əsrdə Alban say ittifaqı yaranmamışdan da öncə Əhəmənilərin X və XV satraplığa (mərzbanlığa) aid etdikləri qədim Azərbaycan torpaqlarının bir parçasıdır. Əhəməni çarı Kirin, ondan əvvəl isə Midiya hökmdarı Kiaksarın zəfər yürüşləri zamanı Arazdan şimalda, o cümlədən qədim Azərbaycan ərazisində (Arsak ərazisində) hələ sak-massagetlər özünün çarlığını yaratmışdı və Tomris Ana obrazı da o dövrün yadigarıdır. Deməli, bizim eradan əvvəl IV əsrə qədər massagetlərin güclü çarlığı olmuşdur. IV əsrdən isə indiki Qarabağ ərazisi də daxil olmaq şərtilə Alban say ittifaqı yarandı. Artıq Arazdan şimalda olan bütün torpaqlar Albaniya adlanırdı. Arsaq özü də 12 kiçik inzibati vahiddən ibarət idi. Yerli kaspilər, utilər, qarqarlar, gəlmə hunlar, basillər, xəzərlər əhalinin etnik tərkibini təşkil edirdi. Bizim eranın I-VI əsrlərində Arsaq Alban Arşakidlər çarlarının hakimiyyəti altında olub. VII-VIII əsrlərdə isə Mehranilər (Albaniyanın böyük Knyazı) sülaləsinin hakim dayağı olublar. Qarabağ bütün dövrlərdə Azərbaycanın tərkib hissəsi olmuş, antik və erkən orta əsrlərdə Albaniya dövlətinin (e.ə.IV-b.e. VII əsr) mühüm vilayətlərindən biri idi. Albaniya dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra bu din Qarabağda, xüsusilə onun dağlıq hissələrində də yayılmışdı. Ərəb istilaları (VII – IX  əsrlər), xüsusilə Albaniya dövlətinin aradan qaldırılması (705 – ci il) Qarabağın həyatına da ciddi təsir etdi. Ərəb istilalarınadək Qarabağın tarixi ərazisində əhali etnik baxımdan eyni kökdən olduğu halda, işğaldan sonra vəziyyət dəyişdi. Xilafətin Azərbaycan üçün faciəli siyasəti nəticəsində xristianlığın yayıldığı dağlıq hissədə Alban kilsəsinin mövqeyi zəiflədi. Bundan istifadə edən erməni Qriqorian kilsəsi dini üstünlüyü ələ aldı. Beləliklə, Qarabağın dağlıq hissəsində xristian albanlar arasında qriqorianlığın yayılması üçün əlverişli şərait yarandı və bununla da Qarabağın dağlıq hissəsində əhalinin qriqorianlaşdırılması, daha sonra isə erməniləşdirilməsi prosesi başlandı. Ərəb xilafətinin dağılmasından sonra Qarabağ müstəqil Azərbaycan dövlətlərinin tərkibində olmuşdur.

     

    Ardı var.

    Bakir QULİYEV

    Kövər kənd tam orta məktəbin tarix müəllimi

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:52

İsmarıclar bağlıdır.