Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

    BAYRAMI YÜKSƏK ƏHVAL-RUHİYYƏ İLƏ QEYD ETDİLƏR

    1Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax nümayəndəliyinin Mədəniyyət Mərkəzinin və  Yaradıcılıq Evinin Beynəlxalq Mədəniyyət Günü münasibətilə hazırladığı ədəbi-bədii kompozisiyalı tədbirə “Sahil” şadlıq sarayı ev sahibliyi etdi.

    Tədbirə qonşu Mingəçevir şəhər, Bərdə və Tərtər rayonlarının mədəniyyət kollektivlərinin nümayəndələri də dəvətli idilər.

    Azərbaycan mətbəxinin bir-birindən dadlı-ləzzətli təamlarının düzüldüyü süfrələr arxasında əyləşən tədbir iştirakçılarını əməkdar mədəniyyət işçiləri Zöhrə Adgözəlova və Eldəniz Mustafayev salamladılar.

    Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vaqif Əliyevə, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızına, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının aparat  rəhbəri Əli Quliyevə, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax nümayəndəliyinin baş məsləhətçisi Rafiq Məmmədo- va, 1 nömrəli musiqi məktəbinin direktoru İlqar Əhmədova söz verildi. Onlar toplaşanları Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar olaraq təbrik etdilər, fəaliyyətlərində uğurlar arzuladılar.

    Sonra mədəniyyət sahəsində xidmətləri olan bir qrup insana  Mədəniyyət İşçiləri müstəqil Həmkarlar İttifaqı Yevlax rayon komitəsinin, həmçinin YAP Yevlax rayon təşkilatının xüsusi təbrik təltifləri və fəxri fərmanlar təqdim olundu.

    Təbrikə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir, Tərtər və Bərdə nümayəndəliklərinin tədbirdə iştirak edən əməkdaşları da qoşuldular, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından zəruriliyini diqqətə çatdırdılar.

    Şəhər mədəniyyətinin cəfakeşləri tədbirə əliboş gəlməmişdilər və onların çıxışları əsl bayram ovqatı yaratmışdı. Bəşir Səfəroğlu adına Xalq Teatrının aktyorları Qurban Əliyev, Aynur Mustafayeva, Fəridə Həsənova, Teymur Mustafayev, Elnurə Xəlilova dramaturq Məhərrəm Əlizadənin “Gizli talant”, Kukla Teatrının aktyorları Zaur Qurbanov və Aynur Mustafayeva Rəhman Əlizadənin “Tülkünün uçuşu” əsərlərindən parçaları çox böyük ustalıqla canlandırdılar.

    Mədəniyyət Mərkəzinin “Sahil” vokal instrumental ansamblının müşayiəti ilə  Ədalət Əkbərov, Vasif Əsgərov, Orxan Əkbərov, Elsevər Mingəçevirli, Rəşad Hüseynov bir-birindən şən, oynaq mahnılarla tədbirin iştirakçılarını salamladılar.

    Saatlarla davam edən tədbir “Qədim İrəvan yallısı”nın sədaları altında sona çatdı.

    Məlumat üçün bildirək ki, 15 aprel Beynəlxalq Mədəniyyət Gününün təsis edilməsi 1935-ci ildə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel Beynəlxalq Mədəniyyət Günü kimi qeyd edilir. 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya və Litvanın təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq təşkilat  yaradılıb. Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.

    Afaq BAYRAMOVA

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:53

İsmarıclar bağlıdır.