Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

    KOSMOSA UÇAN İLK İNSAN-YURİ QAQARİN HAQQINDA HEÇ VAXT EŞİTMƏDİYİMİZ FAKTLAR

    12 aprel 1961-ci il Yuri Qaqarin kosmosa uçan ilk kosmonavt kimi tarixə düşdü. Bu gün həmin tarixdən 56 il keçir. Kosmonavtika deyiləndə ilk ağla gələn isim Yuri Qaqarin olduğu üçün onun haqqında maraqlı olan və bu günə qədər bilmədiyimiz faktları diqqətinizə çatdırırıq.

    «««

    * Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında  27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən pik nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Qaqarinin şifrəli ləqəbi “Kedr” olmuşdu.

    «««

    *Qaqarin tarixi uçuşunu yerinə yetirəndə cəmi 27 yaşı vardı. Sovet İttifaqının  kosmosa göndərmək üçün seçdiyi 20 kosmonavtdan biri Qaqarin idi. Sonradan bu  siyahıda yalnız iki nəfərin adı qaldı: Yuri Qaqarin və German Titov. Qaqarinin seçilməsinə səbəb onun daha sadə ailədən çıxması idi. Qaqarin fəhlə oğlu idi, Titov isə ziyalı  ailəsində böyümüşdü.

    «««

    *Uçuşa çıxanda ilk dediyi söz: “Getdik…” (“Poyexali”). Sonra isə əlavə edir: “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

    «««

    *Qaqarin hər şeyin qaydasında olduğunu söyləyir. Ancaq bir az keçmiş problem yaşanır. Paraşütlə SSRİ torpaqlarına enir. Onu ilk görən ana və uşağı olur. Bu qəribə adamı görüb qorxurlar. Qaqarin isə onlardan mərkəzlə əlaqə qurmaq üçün telefon istəyir.

    «««

    *Uçuş uğurla başa çatmışdı. Xəbər Moskvada böyük sevinclə qarşılandı. Paraşütlə eniş isə gizli saxlanıldı.

    «««

    *Kosmos uçuşunun ustalıqla yerinə yetirilməsindən sonra Qaqarinə medallar, ordenlər verildi. Sovet İttifaqı Qəhrəmanı elan olundu. Hədiyyələr arasında ipəkdən iç geyimləri və corablar da vardı.

    «««

    *Qaqarinin qaşının üstündəki yara izi ilə bağlı  bir sıra əfsanələr dolaşır. Həqiqət isə  tamam başqadır. Qaqarin Anna adlı bir qadınla bərabər olduğu vaxt xanımının əlinə keçməmək üçün evin pəncərəsindən tullanır  və həmin  məşhur yara o zaman ortaya çıxır.

    «««

    *Onu sevənlər çox idi, ancaq yüksələn nüfuzundan narahat olanlar da vardı. Qaqarinin nüfuzunun  aşağı düşməsi  üçün ona “alkaş” damğası da vurmuşdular.

    «««

    *Ölümündən sonra da bu iddia səslənirdi: kosmik gəmidən düşəndə içkiliymiş. Sonradan bu iddianın əsassız olduğu ortaya çıxdı.

    «««

    *Qaqarinin fərqli, qəribə bir insan olduğunu hər kəs söyləyir. Bir maraqlı fakt da var. Xruşşovla  görüşə gəldiyində rəsmi adamlar Qaqarinə baxıb təəccüblənirlər: ayaqqabısının ipi açılıbmış.

    «««

    *Kosmosa uçmazdan iki gün əvvəl Qaqarin xanımına məktub yazır. Dəhşətli bir hadisə baş verdiyi təqdirdə bu məktubla Qaqarin xanımı ilə vidalaşacaqdı. Xanımı ərinin bu işin öhdəsindən gələcəyinə inandığı üçün məktubu açıb oxumur. 1968-ci ildə, uçuşdan 7 il sonra kosmonavtın xanımı Valentina İvanovna məktubu oxuyur. Həmin tarixdə MİG-15 təyyarəsində ilk sınaq uçuşunu reallaşdıran  Qaqarin gözlərini əbədiyyən yummuşdu.

    «««

    *Qəzadan sonra hadisə yerində Qaqarinin gödəkcəsinin bir parçası tapılıb. Cibində isə ərzaq talonu, sürücülük vəsiqəsi, 40  rubl…

    Hazırladı: Seymur İSMAYILOV

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:55

İsmarıclar bağlıdır.