Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

     Ötən ilin aprelini heç kəs unutmayıb və unutmayacaq da. Məkrli düşmənlərimiz bu dəfə də atəşkəsi pozaraq cəbhə bölgəsində gərginlik yaratdılar. Həmin günlərin həyəcanını bütün xalq yaşadı, hər birimizin ürəyi əlində silah düşmənə qarşı igidliklə döyüşən oğullarımızın yanındaydı, onların qəlbi ilə birgə vururdu qəlbimiz. Və Azərbaycan ordusunun amansız zərbələri tezliklə düşmənə həddini bildirdi, onu itkilər verərək işğal etdiyi  ərazilərdən geri çəkilməyə məcbur etdi. Bu qanlı döyüşlərdə ordumuz da itkilər verdi, amma həm də qazandığı qələbə ilə 2016-cı ilin aprel ayını xalqımızın tarixinə Qələbə ayı kimi daxil etdi.

    Bir il sonra ölkəmizin hər yerində aprel qələbəsi qeyd edildi, o günlərin şəhidlərinin əziz xatirəsi hörmətlə, ehtiramla anıldı.

    Məktəbimizdə də Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirildi. Məktəbimizin geniş həyətində düzənlənmiş tədbiri məktəbin direktoru Zərxanım Əhmədova açdı, torpaqlarımızın işğalı, respublikamızda bununla bağlı yaranmış qaçqın və məcburi köçkün problemi, onun həlli üçün dövlətin həyata keçirdiyi əhəmiyyətli tədbirlər, erməni qəsbkarların bu gün əsirlikdə olan ərazilərimizdəki tarixi-mədəni abidələrimizə  qarşı qeyri-insani hərəkətləri, Aprel döyüşləri, xeyli ərazimizin və Lələtəpə kimi strateji əhəmiyyətli yüksəkliyin geri qaytarılması barədə danışdı.

    Tədbirdə məktəbin tarix müəllimi, həm də Aprel döyüşlərinin iştirakçısı olmuş hərbçi  Kəramət Əliyevin həyat yoldaşı Arzu Əliyeva da çıxış etdi. Bildirdi ki, ötən ilin apreli nə qədər gərgin, qanlı-qadalı günlərə şahidlik etsə də, özündə  Azərbaycan ordusunun rəşadətini, qüdrətini də yaşadır və biz bu gün bütün bunlar barədə fəxrlə, iftixarla söz açırıq.

    Sonra tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, Aprel döyüşləri şəhidlərinin şəkillərinin yer aldığı stendin önünə gül-çiçək dəstələri qoydular.

    Ülviyyə MƏMMƏDOVA,

    5 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:56

İsmarıclar bağlıdır.