Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

    YEVLAXLI MÜƏLLİMLƏR DƏ DİAQNOSTİK  QİYMƏTLƏNDİRMƏDƏN KEÇƏCƏKLƏR

    Yevlaxlı müəllimlər də diaqnostik qiymətləndirmədən keçəcəklər. 12-17 may 2017-ci il tarixlərində Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Ağdam, Xocalı və Laçın rayonlarının ümumtəhsil məktəblərinin də müəllimləri iştirak edəcəklər.

    MÜƏLLİMLƏR ÜÇÜN İKT TƏLİMLƏRİ

     

    Təhsil Nazirliyinin Təhsildə İnnovativ Texnologiya Təşkilatı (TİTT) Yevlaxda 15 günlük İKT təlimlərinə  start verib.

    4 nömrəli tam orta məktəbdə keçirilən təlimlər haqqında məlumatı əməkdaşımıza təlimçi Bilqeyis Quliyeva verib. O, bildirib ki, təlimlər inzibati və ibtidai sinif (fənn) qruplarına bölünüb və gün ərzində iki qrupda aparılır. Məqsəd müəllimlərin İKT biliklərinə mükəmməl yiyələnməsinə nail olmaqdır. Bu bir həqiqətdir ki, xüsusilə bölgələrdə müəllimlərin  informasiya-kommunikasiya texnologiyaları ilə bağlı bilikləri qaneedici deyil. Bu isə onlara tədris etdikləri fənləri müasir tələbləri səviyyəsində şagirdlərə çatdırmağa imkan vermir. Amma müəllimin İKT-ni yaxşı bilməsi onun bir pedaqoq olaraq yaradıcılıq imkanlarını nümayiş etdirmək, beləliklə də, keçilən mövzuların şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsinə nail olmaq imkanlarını artırır.

     Təlimlər  artıq başa çatmaq üzrədir. Bunun üçün istifadə olunan TİTT-in xəttilə hazırlanmış dərsliklər və başqa vəsaitlər təlim iştirakçılarına pulsuz olaraq paylanılıb. O dərslik və  vəsaitlərdə təlimlər çox sərbəst və aydın şəkildə  verilir.

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:57

İsmarıclar bağlıdır.