Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr

    KOMANDİR MİNNƏTDARLIĞI

     Ali Baş Komandanı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları olan Silahlı Qüvvələrimizin sıralarında nümunəvi xidmət etməyi ölkəmizin hər bir vətəndaşı özünə  böyük şərəf sayır. Hətta vətən qarşısında həqiqi  hərbi xidməti borcunu ləyaqətlə yerinə yetirmiş gənclərimizin çoxu yenidən müddətdən artıq hərbi xidmətdə qulluq etmək istəyində olurlar. Bu onu göstərir ki, Ali Baş Komandanın rəhbərliyi ilə müstəqil Azərbacan Respublikasının Milli Ordusunun, silahlı birləşmələrinin, qoşun hissələrinin gücü, qüdrəti döyüş qabiliyyəti, hərbi peşəkarlığı, hücum və müdafiə potensialı müasir ordu  quruculuğunun tələblərinə cavab verir. Məhz keçən ilin aprel  ayında düşmən təcavüzünün qarşısnı alarkən keçirdiyi uğurlu əməliyyat bu ordunun  şöhrətini, nəyə qadir olduğunu ortaya qoydu. Vətənimizin  ərazi  bütövlüyünü qorumaq uğrunda döyüşlərə atılaraq sinəsini sipər edən cəsur və qəhrəman oğullarımızın hərbi  vətənpərvərlik ruhunda böyüyüb tərbiyə almasında söz  yox ki, rayon rəhbərlərinin, valideynlərin, müharibə və əmək veteranlarının, gənclər təşkilatlarının, ümumtəhsil  məktəblərinin  pedaqoji  kollektivlərinin, bir sözlə ictimaiyyətin böyük rolu var. Belə nümunəvi əsgəri xidməti ilə başımızı uca  edən həmyerlilərimizdən biri də müddətdən artıq hərbi qulluq edən Xanabad kənd sakini BİNNƏTOV QİYAS AŞUR oğludur.

    Ordu sırılarında xidmətə başladığı gündən yüksək  intizamı ilə fərqlənən, döyüş, texniki və taktiki hazırlıq bacarığını artırmaq uğrunda daim öz  üzərində çalışan  kiçik çavuş Qiyas Binnətov haqqında bu günlərdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının ünvanına təşəkkür  məktubu gəlmişdir. “N” saylı  hərbi hissənin  komandiri polkovnik Oruc Abdullayevin göndərdiyi təşəkkür məktubunda həmyerlimiz barədə çoxlu tərif, xoş sözlər və minnətdarlıq duyğuları ifadə olunur. Təşəkkür məktubu belə vətənpərvər oğul böyüdüb tərbiyə edərək  ordu sıralarına göndərdikləri  üçün Şəhər İcra Hakimiyyətinə, Qiyasın valideynlərinə, bütövlükdə Yevlax ictimaiyyətinə hissənin şəxsi heyəti adından ürəkdən gələn sonsuz minnətdarlıq və ən xoş arzularla sonuclanır.

    Biz də belə vətənpərvər oğullarımızla fəxr  edir, onlara son dərəcə şərəfli və məsuliyyətli xidməti  vəzifələrində  həmişə  uğur  və qələbə sevinci  arzulayırıq!

    “KÜR”

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 15:59

İsmarıclar bağlıdır.