Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 11Fev

      2009-2010-cu tədris ilində buraxılış siniflərində mühüm yeniliklər gözlənilir. Artıq XI siniflərlə yanaşı IX sinfi başa vuran şagirdlər də bu ildən etibarən buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada verəcəklər.

     Onu da qeydə dəyər ki, ötən tədris ilində, yəni 2008-2009-cu ildə Azərbaycanın bütün ümumtəhsil məktəblərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirildi və sözügedən çərçivədə reallaşan imtahanlar təhsilin keyfiyyətinə olduqca müsbət təsir göstərdi, eləcə də şəhər ictimaiyyəti, xüsusən də valideynlər tərəfindən razılıqla, rəğbətlə qarşılandı.

     Ənənə bu tədris ilində də davam etdiriləcəkdir. Cari dərs ilində, yəni 2009-2010-cu ildə respublikanın təhsil nazirinin müvafiq əmri ilə ölkənin yenə də bütün ümumtəhsil məktəblərində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcəkdir. Və məhz bu mərkəzləşdirilmiş qaydada baş tutacaq buraxılış imtahanlarına hazırlıq məqsədi güdən sınaq testlərinin startı verilmişdir. Sınaq testlərinə şəhər 7 saylı orta məktəbdə 539 nəfər, Xaldan kompleks orta məktəbdə 348 nəfər, Malbinəsi kənd orta məktəbində 212 nəfər, Aran qəsəbə 1 saylı məktəbdə 218 nəfər XI sinif şagirdi cəlb edilmişdir. Ümumiyyətlə sınaq testlərində Yevlaxın bütün ümumtəhsil məktəblərində təhsil alan 1317 nəfər XI sinif şagirdi iştirak etmişdir. Sınaq testləri 4 imtahan mərkəzində keçirilmişdir. Hər sinifdə 18 nəfər olmaqla sınaq testlərinə qatılan bu ilin məzunları ayrı-ayrı məktəblərin şagirdləri sırasından seçilmişdilər. Bu isə öz növbəsində tanışlıq, dostluq zəminində baş verən köçürmələrin, bir-biri ilə məsləhətləşmələrin qarşısını almaq məqsədi ilə düşünülmüşdü. Sınaq testlərinə nəzarəti hər bir sinifdə şəhərin ibtidai sinif müəllimləri həyata keçirirdilər.

      Sınaq testlərinin bütün nəticələri orta məktəblərin pedaqoji şuralarında və Təhsilyanı Şura iclasında müzakirə olunacaqdır.

     Mart ayında buraxılış sinif şagirdlərini daha məsul və vacib yoxlama imtahanları gözləyir. Artıq respublikanın Təhsil Nazirliyi yoxlama imtahanlarının dəqiq vaxtını müəyyənləşdirmişdir. Belə ki, mart ayının 27-si və 28-də müvafiq olaraq orta təhsil və əsas təhsil kursları üzrə yoxlama imtahanları Təhsil Nazirliyi tərəfindən keçiriləcəkdir. Yoxlama imtahanlarında hər sinifdə yalnız 24 nəfər şagird biliklərini nümayiş etdirəcəkdir.  Orta təhsil kursu üzrə və eləcə də əsas təhsil kursu üzrə yoxlama imtahanlarının nəticələri respublikanın Təhsil Nazirliyi tərəfindən qiymətləndiriləcəkdir. Bu imtahanlarda şagirdlərin əldə etdikləri qiymətlər sinif jurnallarına yazılacaq və 2-ci yarımilin qiymətləri çıxarılarkən nəzərə alınacaqdır. Onu da qeyd etmək istəyirik ki, attestat və şəhadətnamələrin qiymətləri çıxarılarkən yoxlama və buraxılış imtahanlarının nəticələri diqqətdə saxlanacaqdır. Valideynlər və müəllmlər, o cümlədən şagirdlər də bilməlidirlər ki, hesablamanın bu qaydası ilə şagirdlərə müvəffəq qiymət almaq üçün iki dəfə şans verilir. Onlar verilən şanslardan uğurla istifadə edərək hər iki imtahandan yalnız müsbət qiymətlər almağa can atmalıdırlar. Məsələnin digər texniki cəhəti isə bundan ibarətdir ki, şagirdlərin cavab kartı yalnız kompüter vasitəsi ilə yoxlanacaqdır. Odur ki, onlar cavab kartlarının doldurulma qaydalarını dəqiq mənimsəməlidirlər.

     Beləcə, ŞTŞ şagirdlərə kömək məqsədi ilə artıq 4 zona üzrə bütün orta məktəblərin XI sinif şagirdlərini əhatə edən sınaq testlərini başa çatdırıb. Qarşıda isə gələcək məzunları daha məsul və daha gərgin yoxlama və buraxılış imtahanları gözləyir.   

                                       “KÜR”

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 11:32

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*