Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 28Fev

    1.ÜMUMİ MÜDDƏALAR

    Təlim dili: Azərbaycan dili.

    Təhsil forması: əyani.

    Təhsil müddəti: 3 il.

    Yaş həddi:15 sentyabr 2011-ci il tarixə qədər 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmayan ümumtəhsil məktəblərinin 8-ci sinfini bitirmiş oğlanlar qəbul edilirlər.

    Hərbi Liseylərə qəbul olmaq arzusunda olan namizədlər 01.04.2011-ci il tarixdən 30.04.2011-ci il tarixədək Hərbi Lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.

     Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

    1.Tərcümeyi- hal;

    2.Şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş);

    3.Sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə;

    4.Oxuduğu sinfin birinci yarımilliyinin qiymət cədvəli;

    5.3×4 santimetr ölçüdə 4 ədəd rəngli fotoşəkil;

    6.Valideyinlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusu tərəfindən təsdiq edilmiş razılıq ərizəsi;

    7.Burunətrafı boşluqların rentqenoqrafiyası;

    8. Sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;

    9.Qanın ümumi analizi, qan qrupu və rezus faktor;

    10.Tibbi göstərişə görə qanda İİÇV və sifilisə görə seroloji reaksiyaların olub-olmamasına aid müayinə;

    11.Sidiyin ümumi analizi;

    12.Nəcisdə helmintlərin yumurtalarının olub-olmamasına aid müayinə;

    13.Dizenteriya qrupuna aid müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;

    14.Psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

    15.Xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatda olub-olmaması haqqında məlumatlar, ambulator xəstənin tibbi kartası (keçirilmiş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartasından çıxarışlar, rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər(məktəblinin tibbi kartası f-26 /ı).

    Şəxsiyyət vəsiqəsi çağırışçının qeydiyyat vərəqəsi, ümumi orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən  şəxsən təqdim olunur.

    Sənədlər, Bakı şəhəri-18, Admiral Naximov küç.-1, C.Naxçıvanski adına Hərbi Liseydə qəbul olunur. Əlaqə telefonları: 479-80-24, 479-79-43, 479-81-25.

    Naxçıvan Muxtar Respublikasında  yaşayn gənclər sənədlərini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim etməlidirlər. Əlaqə telefonları: 544-00-15, 544-00-16.

     

    2.MƏRHƏLƏLƏR

    1-ci mərhələdə namizədlər müraciət etdikləri Hərbi Liseydə hərbi həkim komissyasından keçməlidirlər. Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər internet vasitəsi ilə elektron ərizə doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə Hərbi liseyin sənəd qəbulu komissyasına gələrək elektron ərizəni təsdiq etdirir və qəbul imtahanının başlama tarixinə 3-5 gün qalmış Hərbi Liseyin sənəd qəbulu komissyasından imtahana buraxılış vərəqəsi alırlar.

    Hərbi həkim komissiyasının tarixi sənəd qəbulu vaxtı bildiriləcək.

    2-ci mərhələ Tələbə Qəbulu üzrə Dövlət Komissyasında təşkil edilir.        

    Namizədlər Azərbaycan dili, riyaziyyat, fizika, kimya fənlərindən Azərbaycan dilində test imtahanları verirlər. Namizədlər Hərbi Liseylərə Tələbə Qəbulu üzrə Dövlət Komissyası tərəfindən təqdim olunmuş siyahılar əsasında qəbul edilirlər.

    Elektron ərizələrin yazılma, imtahana buraxılış vərəqəsinin verilmə,  imtahanların başlama tarixləri TQDK-nın saytında yerləşdirilir və kütləvi informasiya vəsitələrində elan olunur.

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 13:58

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*