Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 09Sen

    BALQABAQ bitkisinin insan sağlamlığı üçün çox böyük faydaları vardır. Tibb işçiləri onu çox böyük həvəslə ağ ciyər və bronxit xəstələrinə təyin edirlər. Hətta Pribaltikanın məşhur sanatoriya və müalicə ocaqlarında balqabaq bitkisindən xəstəliklərə qarşı mübarizə məqsədi ilə istifadə edirlər. Və bilməlisiz ki, bu bitkinin özü ilə yanaşı onun şirəsi də orqanizm üçün olduqca faydalıdır. Balqabaq şirəsi hansı xəstəliklər zamanı daha çox kara gəlir? Ümumi zəiflik, ürək-damar, piylənmə, qaraciyər və böyrək xəstəliyi, müxtəlif şişlər olanda bu şirə həkimlər tərəfindən məsləhət  görülür. Bu şirə sidikqovucu xassəyə malikdir, adenoid və prostat vəzinin xəstəliyi zamanı istifadə olunur. Həmçinin sözügedən xəstəliklər  zamanı həkimin təyin etdiyi kompleks müalicə üsullarına daxildir. Xəstə bu  şirəni balla birlikdə gecə qəbul edərsə, o əsəb sistemini sakitləşdirir, yuxunu normallaşdırır.

    …SARIMSAĞIN faydaları haqda saatlarla söhbət açmaq olar. Təsadüfi deyildir ki, bu bitkini təbii antibiotik adlandırırlar. Maraqlıdır ki, bu bitkinin şirəsi də orqanizm üçün çox faydalıdır. Bu şirə həkimlər tərəfindən orqanizmdə ümumi zəiflik, süstlük, hipertoniya, atereskleroz, yuxusuzluq, revmatizm, angina, enterit, kolit, bağırsaq xəstəlikləri müşahidə olunursa təyin edilir. Bilməlisiz ki, sarımsaq şirəsi iştahanı stimullaşdırır, mədə şirəsinin axmasına kömək edir, sidik ifrazını gücləndirir, bronxlarda selik toplanmasını tənzimləyir. Lakin ondan istifadə edənlər bilməlidir k, sarımsaq şirəsi böyrək xəstəliyindən və epilepsiyadan əziyyət çəkənlər üçün zərərlidir.

    …SOĞAN şirəsi təbabətdə müxtəlif yaraları tez  bitişdirib sağaldan, qrip əleyhinə, bəlğəmgətirən, sidikqovucu, işlətmə zamanı, babasilə qarşı dərman kimi məşhurdur. Bu şirədən müntəzəm istifadə etsəniz dişlərinizi möhkəmləndirər və saçlarınızın tökülməsinin qarşısını  ala bilər. Bu şirə həmçinin həzmi və iştahanı yaxşılaşdırır, gözlərin görmə fəaliyyətini artırır, əgər böyrəkdə daş xəstəliyi varsa, bu zaman oradan qumun sorulmasına yardım edir. Bu şirə eyni zamanda möhkəm zökəm, arıqlama, baş ağrısı və çibanlara qarşı da məsləhət görülür.

    …ŞALĞAM el arasında orqanizmdən duzların təmizlənməsi xüsusiyyətinə görə çox məşhurdur. Onun şirəsindən isə tibb işçiləri kəskin laringit, bronxial astma və poliartrit xəstəliyi zamanı daha çox istifadə edirlər.

    …AĞ TURP suyu öskürək, göy öskürək, nevralgiya, qanazlığı, podaqra, böyrək xəstəliyi zamanı təyin edilir. Onu müalicə məqsədilə belə qəbul etməlisiniz-xörək qaşığı həcmdə şirəni və  balı gündə 3 dəfə içməlisiniz. Uşaqlara yaşlarına müvafiq olaraq 1 çay qaşığı həcmində şirə və bal götürməlisiniz.

    …YEMİŞ şirəsi susuzluğu yatırır və bu zaman həm də əsəb sisteminə sakitləşdirici təsir edir. Sidikqovucu və yüngül tərzdə işlətmə xüsusiyyətinə malikdir. Atereskleroz, anemiya, böyrək, qaraciyər və sidik kisəsi xəstəliklərində müalicəvi preparat kimi istifadə olunur.

    …Hamınızın yaxşı tanıdığı KƏRƏVİZİN suyu da çox faydalıdır. Ondan piylənmə  və nevroz zamanı istifadə olunur, kərəviz suyu bədənin ümumi tonusunu yüksəldir, orqanizmin fiziki və zehni fəallığını artırır. Eyni zamanda nefrit və sidik daşı xəstəliyi, ödün soyuqdəyməsi, qadın xəstəlikləri və dermatit zamanı ondan istifadə etmək çox fayda verir.

    Çevirəni: S.ƏHMƏD

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 10:44

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*