Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 30Yan

    20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə şəhərimizin məktəbliləri arasında “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” adlı inşa müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə qalib adını 5 nömrəli tam orta məktəbin XI b sinif şagirdi Aytac Hüseynzadənin qələmə aldığı inşa yazısı qazanmışdır. Qəzetimizin bu sayında qalib yazını oxucularımıza təqdim edirik.
    “Biz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik. Onların xatirəsi bizim qəlblərimizdə həmişə yaşayacaqdır”.

    Heydər ƏLİYEV,
                                     Ümummilli lider.

     Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, heç gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan kimi gəlir, uçura-uçura, dağıda-dağıda gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, Qanlı 20 Yanvar kimi.
           O qanlı  gecədə atılan güllə,
           Qaranlıq küçəyə işıq saçırdı.
           Azadlıq təşnəsi mənim millətim,
           Zəncirə bağlanmış qolun açırdı.
    20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə, 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər.
    Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlıq arzusu idi.
    Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın Dağüstü parkı kimi tanınan məkan Şəhidlər Xiyabanına döndü.
    Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da, məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə oğulların varlığıdır.
    Ulu öndər 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verərək bu faciəni törədənlərin kimliyini dünya ictimaiyyətinə çatdırdı. O ağır günlərdə xalqı ilə həmrəy oldu, xalqın sınmış inamını özünə qaytardı.
    İnsan üçün ən müqəddəs şəxs onu dünyaya gətirən anadırsa, onu müqəddəsliyə bağlayan vasitə Vətən torpağıdır. Çünki ana öz övladını onun özü üçün də müqəddəs olan Vətən torpağında dünyaya gətirir. Vətən bizim şöhrətimiz, qeyrətimiz, ülviyyətimizdir.  İnsan üçün ən ümdə olanı Vətən torpağının azadlığı və toxunulmazlığıdır. Azadlıq heç kimə xoşluqla verilmir. Azadlıq qanla, canla qazanılır, qorunur və gələcək nəsillərə əmanət verilir. Azərbaycan xalqı da əsrlərlə azadlıq uğrunda çarpışmış, istiqlal naminə mübarizə aparmışdır.
    Azərbaycan bizə ulu babalarımızın müqəddəs əmanəti, ərmağanıdır. Bu torpağın hər bir qarışı ölüm-dirim çar- pışmalarında şəhid olmuş ata-babaları- mızın qanından yoğrulmuşdur. Odur ki, bu gün damarlarında ulu babalarımızın qanı axan hər bir azərbaycanlı torpa- ğını, azadlığını qanları, canları bahasına qorumağa hazırdır.
    Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan ordusunun daha da qüdrətlənməsi, ən müasir döyüş silahları ilə təchiz edilməsi üçün həyata keçirdiyi siyasətin nəticəsidir ki, bu gün Milli Ordumuz düşmənin hər hansı bir təcavüzünə layiqincə cavab verməyə qadirdir.
    İnanıram ki, biz, şəhidlərin ruhunu sevindirəcək, onların səpdiyi azadlıq toxumunun cücərtilərini göyərdəcək, Qarabağ torpağını, eləcə də işğal altında olan bütün torpaqlarımızı düşməndən azad edəcək, şəhidlərimizin qisasını alacağıq. Azərbaycanı bir daha dünyaya layiqincə tanıdacağıq.
     İgid oğulların qəhrəmanlığı,
     Tanıdar xalqını bütün cahana.
     Vətənçün canından keçən oğullar,
     Azadlıq bəxş edər Azərbaycana!

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 11:44

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*