Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 14İyn

     Anadan olduğu Aran qəsəbəsində bir neçə meliorasiya idarəsi olub, melioratorların işi və həyatı ona sirli-sehrli bir aləm təsiri bağışlayıb. Odur ki, hələ 9-cu sinifdə oxuyarkən qərarını qətiləşdirib: meliora- tor olacağam!

    Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun(indiki Memarlıq və İnşaat Universiteti) meliorasiya fakültəsinə daxil olanda sevincinin həddi-hüdudu olmayıb. Sevdiyi ixtisasın yaxşı mütəxəssisi olmaq üçün könlünü bütünlükdə gecəli-gündüzlü oxumağa verib.

    Əvvəl 12 saylı Tikinti-quraşdırma idarəsində usta kimi əmək fəaliyyətinə başlayıb. Hərbi xidmətə yollanıb və geri döndükdən sonra Yuxarı Qarabağ Kanal İstismar İdarəsində mexanik, sahə rəisi, mexaniki dəstənin rəisi, meliorasiya şöbəsinin müdiri kimi çalışır.

    Əmək kitabçasından Melioservis idarəsində baş mühəndis, 2003-cü ildən sonra isə idarənin rəisi vəzifəsində işləməsini də öyrənirik.

    Bacarığını, rəhbərlik və  iş təcrübəsini nəzərə alıb daha sonra onu Suvarma Sistemləri İdarəsinə rəis təyin ediblər. Və illərdir ki, Telman Əsədov layiqli bir meliorator kimi üzərinə düşən vəzifənin yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün əmək sərf edir.

    İşi kimi ailəsi də onun üçün doğma və əzizdir. İki oğul, iki qız atası olan Telman Əsədov söhbət zamanı övladları barədə  iftixarla danışır. Amma xüsusi vurğulayır ki, kiçik oğlu bir sahədə onun yolunu davam etdirir. Vaxtilə idmanın sambo və cüdo növləri ilə ciddi məşğul olduğunu, hətta SSRİ idman ustası dərəcəsinə layiq görüldüyünü deyən Telman müəllim Cavidin də karate üzrə Avropa çempionu olduğunu fərəhlə bildirir.

    Dörd bir-birindən şirin nəvəsini ömrünün mənası hesab edən Telman müəllimlə söhbətimizi bu günlərdə aldığı mükafatla davam etdiririk. Sevincinin hədsiz olduğunu söyləyən həmsöhbətimiz sonda deyir:

    -Ölkə başçısına əməyimə verdiyi böyük dəyər üçün çox minnətdaram. Bu mükafatı bütünlükdə yevlaxlı melioratorların çətin, amma gərəkli və şərəfli əmyinə verilən qiymət hesab edirəm.

    Xanım NƏSİBOVA.

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 16:35

Bir ismarıc

WP_Cloudy

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*