Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 13мая

     Heydər Əliyevin yenidən hakimiyyət olimpinə qayıtması Azərbaycanı böyük bəlalardan qurtardı. 7-8 yaşlı bir uşaq idim və şahidi olduğum, yaddaşıma həkk olunan acı xatirələr bugün də yadıma düşəndə halım pis olur. Bütün respublikanı bürüyən hərc-mərclik, dövlət məmurlarının özbaşınalığı həddini aşmışdı. Gördüklərim qorxulu filmləri xatırladırdı.  Televizor ekranlarında gördüyümüz qanlı səhnələr, zirehli hərbi texnikanın doğma Bakımızın küçələrində meydan sulaması. Yatsaq yuxumuza da girməzdi ki, “böyük qardaşlarımız” azadlıq, müstəqillik istəklərimizin dinc ifadəsinə güllələrlə qarşılıq verəcəklər. Bakı qana boyandı…

     Amma nə yaxşı ki, xalqın Heydər Əliyev kimi oğlu, dar gündə üz tutacağı xilaskarı, dayağı vardı.  Onun gəlişi ilə qaranlıqlar içərisində çırpınan ölkəmizə sanki gün doğdu. İnsanların çöhrəsindəki hüzn, kədər qeybə çəkildi. Ölkəmizdə ictimai-siyasi vəziyyət  stabilləşdi, iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrində əsaslı tərəqqinin şahidi olduq.

    Bu gün dövlət sükanı arxasında ulu öndərin həyat məktəbini keçmiş İlham Əliyev cənablarıdır. Onun da şahidiyik ki, çox qısa zaman ərzində ölkəmiz başdan-başa dəyişib, inkişaf edib və bu istiqamət eyni templə davam etdirilir. Demək ulu öndərin ideyaları ölməzdir, yaşayır və canından artıq sevdiyi Azərbaycanı daha xoş gələcəyə aparmağa qadirdir.

     Ölkəmiz əsl bayram ovqatını yaşayır. Ümummilli liderin anadan olmasının 87-ci ildönümü ümumxalq bayramı kimi geniş qeyd olunur. Elə bu bayram günlərində ulu öndərə olan sevgi və ehtiramımı ifadə etmək üçün bu kiçicik qeydləri qələmə aldım.

     

    Sirac MİKAYILOV.

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 14:18

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*