Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 08Apr

    ƏMƏKDAŞIMIZ LİDERDİR

     2004-cü ildən başlayaraq özünün “qızıl dövrünü” yaşayan, artıq 7500 tirajla oxucularının görüşünə gələn “Kür” qəzetinin əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi, müxtəlif mövzu və istiqamətləri əks etdirən fərdi jurnalist yazıları müsabiqələrinin də müntəzəm iştirakçılarıdırlar. Bu günədək kollektivin üzvləri dəfələrlə həmin müsabiqələrin qalibi titulunu qazanmışlar. Yaradıcılıq müsabiqəsində qəzetin müxbiri, oxucuların qələminə, yaradıcılığına yaxından bələd olduğu, qəzet səhifələrində müxtəlif janrlardakı çıxışlarını daim izlədikləri Xanım Hopal qızı Nəsibova sözün həqiqi mənasında liderliyi qoruyub saxlayır. O, demokratik və azad cəmiyyət quruculuğuna töhfə vermək istiqamətində jurnalistlik məharətini göstərməklə ciddi tarixi, elmi, mədəni, milli və toponomik ənənələrə söykənən tədqiqat xarakterli yazıları ilə müsabiqədə iştirak edib və 4 dəfə fəxri yeri tutmaqla nəinki çalışdığı “Kür” qəzetinin, eləcə də gündən-günə gözəlləşən şəhərimizin ədəbi ictimaiyyətinin etimadını layiqincə doğruldub.

    KİVDF-in Novruz bayramı münasibətilə keçirdiyi bu dəfəki fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri sırasında da Xanım Nəsibova vardır. O, xüsusi diplomla yanaşı 1000 manat pul mükafatına da layiq bilinmişdir. Qazandığı uğur münasibətilə həmkarımızı təbrik edir, ona yeni yaradıcılıq nailiyyətləri arzulayır, liderliyi qorumağı diləyirik. Sükanı belə saxla, Xanım xanım!

    “KÜR”çülər.

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 12:13

Bir ismarıc

WP_Cloudy

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*