Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 21мая

    ULU ÖNDƏRƏ MƏHƏBBƏTİN NÜMAYİŞİ

    ÜMUMMİLLİ LİDERİN ADINI DAŞIYAN MEYDANDAN REPORTAJ

    1 2013-cü  ilin 10 may günüdür. Hava da gözəldir, insanların ovqatı da. Dahinin adını daşıyan prospektboyu qələbəlik müşahidə olunur. Əllərində gül-çiçək dəstələri tutanların çöhrələri gülür, gözlər işıqlı hisslərdən güc alır. Dahi öndərin 90 illik yubileyi günü hamının ünvanı eynidir – Heydər Əliyev əzəmətinin boy verib görsəndiyi meydanda ucalan vüqarlı abidəyə monitordan səslənən və hər bir misrasında azərbaycanlı siyasət dahisinin obrazı 2canlanan nəğmənin müşayiəti ilə yol alırlar. Onlar abidəyə təkcə əllərindəki təravət saçan buketləri, əklilləri yox, həm də qəlblərindəki sevgini, sönməyən, illər keçsə də azalmayan məhəbbəti gətirirlər. Bir azdan mərasim öz iştinə başlayır, ilk öncə dahinin abidəsi önünə şəhər rəsmiləri, tanınmış ziyalılar, hüquq-mühafizə orqanlarının rəhbərləri güllər düzərək dərin ehtiramlarını ifadə edirlər. Onlardan estafet alan şəhər sakinləri dahinin abidəsi önündən keçərkən necə də həyəcanlı, qürurlu  görünürlər. Öz hisslərini şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Həmzəyeva belə ifadə edir: –  Heydər Əliyev epoxası heç vaxt bitməyəcəkdir. Çünki bu epoxa yalnız tarix deyil, daha çox gələcəkdir, Vətənimizin və xalqımızın gələcək perspektivlərini müəyyənləşdirən qüdrətli amildir.

    Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına, siyasət dühasının müəyyənləşdirdiyi siyasi kursa dərindən inamı ona görə diqqət çəkəndir ki, bu ideyalar Azərbaycanın gələcəyinə, xalqımızın gələcək taleyinə də müsbət təsir göstərmək imkanına malikdir.

    Meydanda növbəti müsahibimiz olan tibb işçisi Tavat İsgəndərovanın dedikləri bunun əyani sübutudur: – Ulu öndərin cismani yoxluğundan 10 il keçib. Ötən 10 il ərzində Azərbaycan onun müəyyənləşdirdiyi ideyaların və siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilməsi nəticəsində böyük inkişaf yolundadır.

    İnsanlar ulu öndərin adını daşıyan meydana daxil olarkən başlarını vüqarla dik tuturlar, ulu öndərin əzəmətli heykəli qarşısında ehtiramla əyirlər. Onlardan biri 7 nömrəli tam orta məktəbin direktoru Rəşad Əsədov bunları söyləyir:  Yevlaxda silsilə tədbirlər bir-birini əvəz edir. Onların  kulminasiya nöqtəsidir həmyerlilərimizin bu sevgi, ehtiram dolu yürüşü. Belə zənn edirəm ki, ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini böyük azərbaycanlı sözü çox gözəl ifadə edər. Xalqımız xoşbəxtdir ki, XX əsr Azərbaycana, millətimizə iki böyük və əvəzolunmaz nemət bəxş etmişdir: dövlət müstəqilliyi və əbədi lider.

    Tale Əzimov, şəhər Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı: – Ulu öndər kiçik bir məmləkətin adını bütün dünyada tanıtmağa nail oldu. O, qəlbi daim bəşəri duyğularla döyünən ümummilli lider, böyük azərbaycanlı idi. Biz onu heç zaman unutmayacağıq.

    Bəli, doğrudan da Azərbaycanın memarı və qurucusu unudulmazdır, əbədiyaşardır. Çoxlarımız üçün müasirdir. Onu yaxından görmüşük, çıxışlarını dinləmişik. Gənclik isə ulu öndərin azərbaycançılıq fəlsəfəsi yönündə tərbiyə olunur. Müsahibə aldığımız soydaşlarımızın söylədiyi kimi, nə qədər Azərbaycan var, bu xalq var – ulu öndərin, azman siyasət nəhənginin adı dillərdə əzbər, əməlləri qəlblərdə əbədiyaşar olacaqdır.

      Afaq BAYRAMOVA.

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 12:07

Bir ismarıc

WP_Cloudy
  • Lamiye yazır:

    Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, vetenden cox uzaqlarda yasayiram. Mene cox sevindiricidir ki, sizin “KUR” qazetinin sayti vasitesi ile vetenimdeki yeniliklerle tanis oluram. Rehberliyiniz Emine Xanim basda olmaqla hamini bele bir saytin varligi munasibeti ile tebrik edirem. Mene ele gelir ki, eger men vetenimdeki yenilikleri xaricde oz evimde oturub sizin bu sayt vasitesi ile izleyib yeniliklerle tanis oluramsa bu tek sizin deyil hemde menim vetenimdeki muasir inkisafin ugurudu. Ugurlar Size. sag olun ki varsiniz. Hormetle hemyerliniz Lamiye Mustafayeva

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*