Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,123
Saytda ismarıcların sayı - 10

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 28Июн

    4 Bu gün də meşələrin qorunmasına, yeni yaşıllıq zolaqlarının salınmasına ehtiyac hər zamankı aktuallığını qoruyub saxlamaqdadır. Baxımsız və yararsız torpaqlarda təmizləmə işləri aparmaqla, yeni meşə zolaqları salmaqla ekoloji problemlərin qarşısını almaq olar.

    Beynəlxalq Valyuta Fondu Avropa İttifaqının maliyyə dəstəyi ilə  «Cənubi Qafqaz ölkələrində  meşə sistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması» layihəsini həyata keçirir. Layihənin icrasına ilkin olaraq Ağsu və Yevlax rayonlarında başlanılıb.  Belə ki, hər iki rayonun mərkəzindən kənarda yerləşən 75 hektarlıq torpaq sahəsində çürümüş və yararsız otlaqların təmizlənməsi işləri aparılıb. Onu da qeydə dəyər ki, Beynəlxalq Valyuta Fondu  bu layihəni icra etməklə ölkənin səmərəsiz və yararsız ərazilərindəki mövcud əngəlləri aradan qaldırmaq və bio- müxtəlifliyi, o cümlədən yerli əhalinin yaşayışını zənginləşdirmək üçün meşə ehtiyatlarının artırılması məqsədilə bir sıra işlər görməyə çalışır.

    Bu günlərdə Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin layihə rəhbəri Elşad Əsgərov Yevlaxda adıçəkilən layihənin həyata keçiriləcəyi ərazidə oldu.

    Müxbirimizlə söhbətində E.Əsgərov bildirdi ki, artıq 27 ölkə Cənubi Qafqaz ölkələrinin şəhər və rayonlarında meşə zolaqlarının salınmasına razılıq verib. Layihənin 50 il müddətinə uzadılması da nəzərdə tutulub. Təbiətin karbon qazlarından qorunması və atmosferin oksigenlə daha çox təmin olunması üçün meşələrin vacibliyini  diqqətə çatdıran layihə rəhbəri onu da qeyd etdi ki, Ağsu və Yevlax rayonlarında istifadəsiz olan 75 hektarlıq torpaq sahəsində artıq ilkin tədbirlər görülür. Yaşlı ağacların və yararsız otlaqların məhv edilməsindən sonra çəpərləmə işləri aparılacaq.  Yekunda isə yaxın 5 il ərzində həmin ərazidə tamamilə yeni meşə salınacaq.

    Onu da qeyd etmək istərdik ki, Avropa Komissiyasının reallaşdırdığı bu layihə Azərbaycandan sonra  Gürcüstan və digər respublika- da icra olunacaq.

    «KÜR»

     

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 10:21

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*