Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,126
Saytda ismarıcların sayı - 10

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 25Ноя

     2Noyabrın 13-də Sahil bulvar kompleksinin geniş akt zalında Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə «Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması» layihəsinin təqdimat mərasimi keçirmişdir.

    Şəhər İcra Hakimiyyəti Başçısının aqrar məsələlər üzrə müavini Zakir Rzayevin, Meşə mühafizəsi və bərpası müssisəsinin mütəxəsislərinin, digər rəsmi və ictimai qurumların nümayəndələrinin təmsil olunduğu tədbiri Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbayacan bölməsi üzrə direktoru Elşad Əsgərov açdı. O, ilk öncə fondun yaranması barədə məlumat verərək bildirdi ki, Ümumdünya Təbiəti Mühafizə Fondu ötən əsrin  60-cı illərində Almaniyada təsis olunub. Təbiətdə və ekologiyada baş verən iqlim dəyişiklikləri və digər kataklizmlər dünyanın hər bir yerində olduğu kimi bu ölkədə də kəskin fəsadlara səbəb olur, meşə və hevanlar aləmi məhv olmaq təhlükəsi ilə üz-üzə qalırdı. Fond loqotip kimi  Çindən bu ölkəyə gətirilmiş ayıya bənzər pandanı seçdi. Çünki bu heyvan məsum, müdafiəyə ehtiyacı olan canlı təsirini bağışlayır. Hazırda dünyanın 130 ölkəsi bu fondla əməkdaşlıq edir. Fondun 5 milyon  nəfər tərəfdaşı vardır. Orada 4 min nəfərdən çox əməkçi çalışır.

    Natiq onu da qeyd etdi ki, fondun əsas məqsədi meşələrin bio müxtəlifliyini qorumaq və bərpa etmək, sularda, okeanlarda, dənizlərdə kəskin iqlim dəyişiklikləri nəticəsində baş verən təhlükələrin qarşısını almaqdır. Fond tərəfindən hazırlanmış «Qırmızı kitab»a 40-a yaxın məməli heyvanın adı salınıb. Bu isə son illər nadir heyvanların insan təsiri və iqlim dəyişikləri nəticəsində getdikcə məhv olması deməkdir. Məhz ona görə də fond artıq Cənubi Qafqazda, o cümlədən onun dilbər guşələrindən olan Azərbaycanda da müxtəlif layihələr hazırlayıb həyata keçirir.

    Bu gün sizə təqdim etdiyimiz layihə 2011-ci ildə hazırlanmışdır. Məlum olduğu kimi, dünyanın bitki zənginlyinə görə seçilən 35 bölgəsindən biri də məhz Cənubi Qafqazdır. Burada 6500 dən çox ali bitki, 400-ə yaxın quş növü var. Həmçinin dünyanın heç bir yerində bu bölgədəki kimi  təbii meşələr yoxdur. Qafqaz həmçinin biomüxtəlifliyinə və zənginlyinə görə Cənubi Amerikanın Amazon hövzəsi ilə eyniləşdirilir.

    Biz layihə üzrə respublikanın Ağsu və Yevlax rayonlarının ərazilərini seçdik. Hazırda Kür çayının sol sahilində, vaxtı ilə təbii meşə örtükləri olmuş ərazidə yeni qarışıq meşələr salmağa üstünlük verdik. Çünki eynicinsli meşələr və ağaclar iqlim dəyişiklikləri zamanı məhv olur. Ancaq müxtəlif cinsli ağac növləri isə məhv olan ağacların yerini tutur və nəticədə ekoloji tarazlıq bərpa edilir.

    Sonra Almaniya Federal Nazirliyinin Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə bölməsinin nümayəndəsi  Mattias Lixtenberq, ÜTM-nin Gürcüstan regional rəhbəri Malxaz Dzneladze öz ölkələrinin bu sahədəki təcrübəsindən danışdılar. Gürcü qonaq şəhərimizin Kür çayı boyunun əsrarəngiz gözəlliyini yüksək dəyərləndirdi və burada salınmış Bulvar kompleksinə heyranlığıını gizlətmədi.

    Təqdimat mərasimi ağac əkmə aksiyası ilə başa çatdı.

     

    Ramiz HƏMİDOV.

     

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 17:20

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*