Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 04İyn

     Mayın 31-də ölkəmizin hər guşəsində olduğu kimi Yevlaxın bütün orta məktəblərində də son zəng tədbirləri keçirildi.

     Artıq son zəng ərəfəsində duyğulu anlar yaşayan təntənəli mərasimlərin iştirakçıları olan müəllimlər, məzunlar və onların valideynləri bu  kədər qarışıq sevincli dəqiqələrdə zəngin ovqata köklənmişdilər. Unudulmaz günün hərarətinə toplaşanlar arasından tribunalar önünə keçib çıxış edən mərasim iştirakçıları məzunlara könül dolusu uğurlar arzulayıb, sentyabrda sinif otaqlarına ilk addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol fərəh arzuladılar.

     Çıxışçılar o məqamı xüsusilə vurğuladılar ki, ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur. Hər bir sahəyə olduğu kimi təhsil sferasına da respublika Prezidenti cənab İlham Əliyevin və onun xanımının diqqət və qayğısı daim artır.

     Şəhərimizin ümumtəhsil məktəblərində baş tutan son zəng şənliklərində məzunların qonağı olan ŞİH Başçısının təhsil, səhiyyə, mədəniyyət üzrə müavini Zərifə Məmmədova onlara əziz gündə səmimi və xoş arzularını çatdırdı. Əmin olduğunu söylədi ki, məzunlar orta məktəbin buraxılış və ali məktəblərin qəbul imtahanlarında müvəffəqiyyət qazanacaqlar.

     Yeri gəlmişkən qeyd edək ki, 2009-2010-cu tədris ilində Yevlaxın 40 ümumtəhsil orta məktəbi üzrə 1333 nəfər XI sinfi bitirir. 49 məktəb üzrə isə 1737 şagird IX siniflərin buraxılış imtahanlarında iştirak edəcək. Şəhər Təhsil Şöbəsindən aldığımız məlumata görə, növbəti dərs ilində Yevlax məktəblərinə təxmini şəbəkə üzrə 1400 nəfərə yaxın birinci sinif şagirdinin gələcəyi proqnozlaşdırılır.

    ARZULAR DİLƏ GƏLDİ

    Şəhərin qocaman təhsil ocaqlarından olan 4 nömrəli orta məktəbdə son zəng mərasimi maraqlı və yaddaqalan keçdi. Tədbirdə məktəbin direktoru Mehriban İmanova çıxış edərək 68 nəfər məzunun həyata vəsiqə alacağını dedi. Bildirdi ki, təhsilin səviyyəsinin gündən-günə yüksəldilməsi məktəb islahatının vüsət alması uşaqların elmi biliklərə layiqincə yiyələnməsinə zəmin yaradır. Və sərbəst həyata qədəm qoyan məzunlara  göstərilən etimadı layiqincə doğrultmaq üçün  bu çətin və şərəfli yolda  böyük uğurlar arzuladı!

     Sonra söz Şəhər İcra Hakimmiyəti Başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərifə Məmmədovaya verildi. Natiq ilk öncə tədbir iştirakçılarına, xüsusi ilə məzunlara əlamətdar gün münasibətilə ŞİH Başçısının təbrikini çatdırdı. Ölkədə və gündən-günə gözəlləşən Yevlaxda da yeni-yeni məktəb binalarının in- şa olunmasını və onların hər cür avadanlıqla təmin edilməsini möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qayğısı kimi dəyərləndirdi.

     Son zəng tədbirində söz verilən “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı məktəbin məzunlarını ürəkdən salamlayaraq onlara qarşıdakı çətin sınaqlarda uğurlar arzuladı. Sonra söz musiqiyə, nəğməyə verildi. Gül-çiçək yağışına bələnmiş məktəbin geniş həyətində şənlik xeyli davam etdi.

    TƏƏSSÜRATLARLA DOLU

    5 nömrəli məktəbin həyəti də həmin gün bayramsayağı bəzədilmişdi. Mərasim iştirakçıları qarşısında çıxış edən məktəbin direktoru Şəhla Fərzəliyeva ilk öncə əlamətdar hadisə münasibətilə məktəbə gəlmiş rəsmi qonaqları, məzunları və valideynləri ürəkdən salamladı. Sonra qeyd etdi ki, bu il məktəbimizin yeddi 11-ci sinfini 93 məzun başa vurur. Həmişə olduğu kimi bu il də məzunlarımız onlara dövlət səviyyəsində göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə, vətənə sədaqətlilik nümayiş etdirməklə cavab verəcəklər. Sonra məktəblilər qarşısında çıxış edən Şəhər Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyev ölkədə təhsilə qayğının ildən-ilə gücləndiyini, bunun sayəsində müasir və yaraşıqlı məktəb binalarının inşa olunduğunu, tədrisin dünya standartlarına cavab verdiyini vurğuladı. Şəhərimizdə də bu sahəyə xüsusi önəm verildiyini, nəticədə yeni-yeni məktəb binalarının öz qapılarını şagirdlərin üzünə açdığını faktların dili ilə dinləyicilərə çatdırdı. O bir daha məzunlarımıza çətin sınaq yolunda uğurlar arzuladı.

     Sonra meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Onlar möhtərəm prezidentimiz İlham Əliyev cənablarına həyatımızın bütün sahələrində olduğu kimi, məktəblilərə də göstərdiyi böyük qayğıya görə ən səmimi arzularını və minnətdarlıqlarını bildirdilər. Musiqili-nəğməli son zəng mərasimi təəsssüratlarla dolu bir şəraitdə xeyli davam etdi.

    GƏLƏCƏYİN QURUCULARI

    Mayın 31-də Yevlaxın bütün orta məktəblərində son zəng mərasimləri keçirildi. Bu ənənəvi tədbir 11-ci sinfi bitirənlərin bayramıdır. Orta təhsili başa vurub sərbəst həyata atılan gənclərimiz mayın 31-i gününü hər il özlərinin ən dəyərli və yaddaqalan bayramı kimi qeyd edirlər.  Belə bayram tədbirlərindən biri də şəhərin qabaqcıl təhsil ocaqlarından sayılan Ş.Qurbanov adına 8 nömrəli məktəbdə oldu. Təntənəli marşın sədaları altında öz yerlərinə üz tutan onbirincilər sevincli və həyəcanlı görünürdülər.

     Məzunlar önündə ilk öncə məktəbin direktoru Mehriban Məcnunova söz alaraq ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın gələcəyini yaradan gənclərin sırasında bu günkü 46 nəfər məzunun da olduğunu vurğuladı və məktəbin son illərdə təhsilin keyfiyyətində qazandığı uğurlardan fəxrlə söz açdı. Məktəbin direktor müavini Azər Abdullayev 46 nəfər məzunla yenicə birinci sinfə qəbul olunan 80 nəfər məktəbli arasında olan müsbət dinamikanı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

     “Biz məktəbimizin adına layiq olacağıq”. Məzunlardan Orxan Məmmədlinin, Fuad Adıgözəlovun, Saleh İsmayılzadənin, Elvin Süleymanovun, Humay Məhərrəmovanın etdiyi inamlı çıxışlar, ürək sözləri məhz bu məzmunda prioritetdən qaynaqlanırdı.

    HƏYATA ÇAĞIRIŞ ZƏNGİ

    Bu zəngin qəlbləri titrədən, kövrəldən və eyni zamanda qürurla döyündürən sədaları 9 nömrəli məktəbdə düzənlənən tədbirdə də  səsləndi.

     Tədbirə məzunlar, onların müəllimləri və valideynləri ilə yanaşı ictimaiyyət nümayəndələri də toplaşmışdı.

     Tədbirdə məktəbin direktoru Şükür Mehdiyev çıxış edərək onbirinciləri məktəbi bitirmələri münasibətilə təbrik etdi, onlara qarşıdan gələn buraxılış və ali məktəblərə qəbul imtahanlarında uğurlar dilədi, xoşbəxt həyat arzuladı.

     Sonra söz mərasimin səbəbkarlarına verildi. Məktəbi bu il qurtaran 59 məzunun hər biri öz ürək sözünü onlara elmin əsaslarını öyrətmiş müəllimlərinə, əziyyətlərini çəkən valideynlərinə çatdırdı.

     Tədbirdə  iştirak edən Şəhər İcra Hakimiyyəti Başçısının səhiyyə, mədəniyyət və təhsil üzrə müavini Zərifə Məmmədova da onbirinciləri təbrik etdi, qüdrətli vətənimizin bundan sonrakı inkişafında onların da üzərinə böyük vəzifələr düşdüyünü bildirdi, müstəqil həyatda xoşbəxtlik və uğur arzuladı.

     Üç saat davam edən mərasimdə oxumaq estafetini qəbul edən gələcək birincilər də şeir, rəqs, mahnılarla çıxış etdilər.

      Xoş melodiyalar səslənir-məzunlar müəllimlərini böyük sevinclə rəqsə dəvət edirlər. Son zəngin kövrək sədaları ətrafı bürüyür. Daha bir ilin son zəngi də bununla bitir və neçə-neçə gəncimiz yeni həyat yollarına üz tutur. 

    “KÜR”

     

    Məqaləni sosial şəbəkələrdə paylaşın:

    Share to Google Plus
    Share to LiveJournal
    Share to MyWorld
    Share to Odnoklassniki

    Məqalənin çap versiyası Məqalənin çap versiyası

    Müəllif: jurnalist, 10:29

Sizin ismarıc

Diqqət: İsmarıcınız saytın administratoru tərəfindən yoxlandıqdan sonra dərc ediləcək.

*