Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters

Yevlax mətbuatının  tarixi  Yevlax rayonunun təşkili ilə eyni ilə təsadüf edir. 1935-ci ilin fevralında Yevlax rayonu təşkil edildikdən sonra rayon icraiyyə komitəsinin ilk qərarlarından biri rayon qəzetinin buraxılması haqqında, 1935-ci il  26 fevral tarixli qərarı oldu.

Beləliklə, Azərbaycan K / b / P Yevlax rayon firqəsi və rayon icraiyyə komitəsinin birgə orqanı olan “Yeni Yevlax” qəzetinin ilk  sayı 1935-ci il martın 6-da işıq üzü görsə də onun tarixi rəmzi  olaraq fevralın  20-si  Yevlax rayonunun təşkili günü yazılmışdır.

Qəzetin ilk redaktoru İbrahim Əliyev olmuşdur.Sonralar “Yeni Yevlax” qəzetinə Əli Bünyadzadə, Ağamirzyev,Adil Elçiyev, Sədrəddin Civəzadə redaktorluq etmişlər.1959-cu ilin iyununda qəzet öz fəaliyyətini dayandırana qədər Bala Yusifov ona başçılıq etmişdir.

1962-ci ilin iyun ayından Qasım İsmayılov /Goranboy/, Mingəçevir və Yevlax rayonlarının  birləşmiş qəzeti olan “Qələbə” qəzeti nəşrə başlamışdır. “Qələbə” qəzeti  bir müddət “Mübariz” adı ilə buraxılmış və  3 il fəaliyyət göstərdikdən sonra fəaliyyəti dayandırılmışdır.

1965-ci ilin yanvarında Yevlax rayonunun yenidən təşkili ilə əlaqədar olaraq və şəhər, eləcə də rayon qəzetlərinin nəşri yenidən bərpa olunduğundan Yevlaxda “Təşəbbüs” qəzeti fəaliyyətə başladı.

Qəzetin ilk sayı 1965-ci il iyunun 22-də işıq üzü gördü. “Təşəbbüs” qəzetinin ilk redaktoru İsrail Rzayev olmuşdur.

1986-1991-ci illərdə “Təşəbbüs”  qəzetinə Mustafa Əhmədov redaktorluq etmişdir.

1991-ci ildə “Təşəbbüs” qəzetinin fəaliyyətinə xitam verildi və əsası “Yeni Yevlax”la qoyulan Yevlax mətbuatının sələfi kimi 1992-ci il yanvarın 1-dən  “Kür” qəzeti nəşrə başladı. Və həmin ildən qəzetə “Təşəbbüs” qəzetində 1976-cı ildən fəaliyyətə başlamış  Əminə Yusif qızı Əhmədova rəhbərlik edir.

“Kür” qəzeti hazırda 7100 tirajla çıxır.

Əminə YUSİFQIZI respublika mətbuatında  uzun illər səmərəli fəaliyyətinə görə “Qızıl Qələm” mükafatına /1970-ci il/ iki dəfə H.B.Zərdabi  adına mükafata /1993, 2001-ci illər/, Məhsəti Gəncəvi adına mükafata /1995-ci il/  layiq bilinmişdir. 1991-ci ildən respublikanın əməkdar jurnalistidir. 2005-ci ildə ölkə prezidentinin sərancamı ilə “Tərəqqi” medalına layiq bilinib.

Məqaləni sosial şəbəkələrdə paylaşın:

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki

Səhifənin çap versiyası Səhifənin çap versiyası