Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters

Salam əziz oxucu!

Oxuduğun «Kür»qəzeti haqqında daha çox məlumatlı olmaq istədiyini bilirəm. Odur ki, bu qeydləri saytda yerləşdirməklə sənə olan diqqətimi ifadə etdiyim qənaətindəyəm.

Yevlax mətbuatının tarixi Yevlax rayonunun təşkili ilə eyni vaxta təsadüf edir. 1935-ci ilin fevralında Yevlax rayonu təşkil edildikdən sonra Rayon İcraiyyə Komitəsinin ilk qərarlarından biri rayon qəzetinin buraxılması haqqında  1935-ci ilin 26 fevral tarixli qərarı olur.

«Yeni Yevlax» adlanan qəzetin ilk sayı 1935-ci ilin 6 martında işıq üzü görür.

1962-ci ilin iyun ayından Qasım İsmayılov (indiki Goranboy), Mingəçevir və Yevlax rayonlarının birləşmiş qəzeti olan «Qələbə» nəşrə başlamışdır. Bu qəzet bir müddət «Mübariz»adı ilə buraxılmış və 3 il fəaliyyət göstərdikdən sonra fəaliyyəti dayandırılmışdır.

1965-ci ilin yanvarında Yevlax rayonunun yenidən təşkili ilə əlaqədar olaraq və şəhər, eləcə də rayon qəzetlərinin nəşri yenidən bərpa olunduğundan Yevlaxda «Təşəbbüs» qəzeti fəaliyyətə başlamışdır.

Əsası «Yeni Yevlax»la qoyulan Yevlax mətbuatının sələfi kimi 1992-ci il yanvarın 1-dən «Kür» qəzeti nəşrə başlamışdır.

Qəzetin fəaliyyətinin elə illəri olmuşdur ki, əməkdaşlarımız çox ağır şərtlər altında işləmək məcburiyyətində qalmışlar. Dövrilik və tiraj azalmış, bunun da nəticəsində qəzetin maddi durumu kəskin şəkildə pisləşmişdir. Təbii ki, bunun da nəticəsində əməkdaşların sosial durumu ağırlaşmışdır. Amma fədakar, öz işinin fanatı olan jurnalistlər qəzeti tərk etməmişlər.

2004-cü ildən sonrakı müddəti biz «Kür»ün «qızıl dövrü»adlandırırıq. Məhz o tarixdən qəzetimizin tirajı artdı, dövriliyi təmin olundu. Şəhər rəhbərliyinə yeni təyinat qəzetin fəaliyyətində də yeniliyin başlanğıcı oldu. Redaksiyanın nəzdində kompüter mərkəzi yaradıldı. Xidmətimizə xarici markalı minik maşını verildi. Uzun illər çalışdığımız, şəhərin mərkəzində yerləşən ikimərtəbəli bina Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə qəzetin balansına keçirildi. Əməkdaşlarımız yüksək əmək haqqı ilə təmin olundu.

Bu gün maddi durumumuzun yaxşılaşması bizə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edərək səsimizi daha uzaqlara çatdırmaq, oxucu auditoriyamızı şəhərimiz, respublikamız miqyasından  çıxararaq, dünya boyunca genişləndirmək imkanı verir. İstərdik ki, qəzetimizi dünyanın harasında yaşamasından asılı olmayaraq bütün həmvətənlərimiz oxusunlar və  ölkə Prezidenti İlham Əliyevin təbirincə desək, Yevlaxın Azərbaycanın ən inkişaf etmiş rayonları sırasında olmasından xəbərdar  olsunlar.

«Kür» 7100 tirajla nəşr olunur.

Yevlax çox dəyişib, böyüyüb, gözəlləşib, inqkişaf edib. Bu proses indi də davam edir. Demək, bizim üçün də mövzu bolluğudur. Haradan, necə yazmağı özümüz müəyyənləşdiririk. Yaradıcılıq sərbəstliyimizi məhdudlaşdıran heç nə yoxdur.

Bu gün ölkəmizdəki demokratik şərait mətbuat bolluğu yaradıb. Demək oxucunun seçim imkanları genişdir. Onun rəğbətini və sevgisini qazanmaq o qədər də asan deyil. Bu isə yazarlardan böyük bacarıq və bilik tələb edir. Amma inanırıq ki, «Kür» sənin sevdiyin qəzet olacaq və belə də qalacaq.

Səndən bir oxucu və dost kimi də istəyim var. Fikir və təkliflərini, qəzetimizdə daha nələr görmək istədiyini bizə yaz. Bununçün sənə əvvəlcədən təşəkkürlərimi bildirirəm. 

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti.

Məqaləni sosial şəbəkələrdə paylaşın:

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki

Səhifənin çap versiyası Səhifənin çap versiyası