Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 05Apr
    Səhiyyə NOVRUZ RAYİHƏLİ  BİR GÜN üçün şərhlər bağlıdır

    2 Həmin gün Şəhər Mərkəzi  Xəstəxanasının akt salonu sanki bahar təravətinə bürünmüşdü. Stolların üstü xalqımızın Novruzda sevə-sevə bişirdiyi dadlı şirniyyatlarla – paxlava, şəkərbura, qoğallarla bəzədilmişdi. Güllər, çiçəklər Novruzun atributu  yaşıl səməninin ətrafını dövrələyərək salona bir bahar duyğusu gətirmişdi.

    Sözügedən Novruz şənliyini Səhiyyə İşçiləri Həmkarlar Şurasının sədri Nurlana Məmmədova təşkil etmişdi. Bayramın xalqımız üçün qiymətli və əvəzolunmaz olduğunu vurğulayan N.Məmmədova şən və maraqlı tədbiri də elə bu sözlərlə açaraq, hamıya Novruz ətirli günlər dilədi.

    Musiqili, çal-çağırlı bu bayram şənliyinə qatılan ŞİH rəsmisi Vaqif Əliyev, “Kür” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin rəsmisi Şahin Hüseynov, ağ xalat sahiblərindən Niyaz Hüseynov, Saleh Səfərov, Aydın Ellazov bu qədim və unudulmaz bayramın özəlliklərindən söz açmaqla yanaşı, İcbari Tibbi Sığortanın Yevlax səhiyyəsinə gətirdiyi yeniliklərdən, müsbət irəliləyişlərdən, tibb işçilərinin rifah halının yüksəlməsindən də bəhs etdilər. Daha ətraflı »

  • 05Apr
    Mədəniyyət BAYRAM TƏDBİRLƏRİ YADDAQALAN OLDU üçün şərhlər bağlıdır

    5 Artıq Novruz bayramı ilə bağlı tətil günləri arxada qalıb. Çoxları üçün bu günlər istirahət olsa da, biz mədəniyyət işçiləri üçün yeni-yeni görüşlər, səfərlər, həmyerlilərimizə mədəni istirahət zövqünü yaşatmaq zamanı idi. Fəaliyyətimizə ümumşəhər tədbiri ilə start verdik. Bizim Mədəniyyət Mərkəzinin əməkdaşları  geniş meydanda Kosa və Keçəl oldular, Dədə Qorqud və Bahar qızı simasında insanları əyləndirdilər, zövqlərini oxşadılar. Sonra səfərimiz cəbhə bölgəsi sayılan Tərtər rayonuna idi. Kukla Teatrımız burada məktəblilər qarşısında çıxış etdilər, sözügedən rayonda B.Səfəroğlu adına Xalq Teatrı öz səhnəcikləri ilə el şənliyinə qatıldı. Sonra bizi Ağsu şəhərinin “Az.Qranata” müəssisəsində təşkil edilmiş bayram tədbirinin iştirakçıları gözləyirdilər. Burada da Xalq Teatrımız özünün repertuarında olan tamaşalardan kiçik səhnəcikləri məharətlə ifa edərək seyrçi alqışı qazandı. Həvəskar sənətçilərimiz paytaxtımızda təşkil edilən unudulmaz bayram tədbirinin iştirakçısı oldular. Bayram şousu yaşıl, təravətli Sabir bağında düzənlənmişdi. Burada biz özümüzə qarşı hörmət və diqqəti onda gördük ki,  başqa bölgələrin teatrlarına 15 dəqiqə, bizə isə tam bir saat ayrılmışdı. Bu bir saatın 45 dəqiqəsində repertuarımızıda olan “Tülkünün uçuşu” adlı tamaşanı oynadıq. Tamaşa o qədər böyük maraqla qarşılandı ki… Burada Novruz bayramını Bakıda qeyd edən, Cənubi Azərbaycandan olan qan qardaşlarımız bizi olduqca səmimiyyətlə izlədilər, alqışlarla müşayiət etdilər. Bakılı valideynlərin uşaqlarını məhz bizim tamaşaya yönləndirməsini də heç vaxt unutmaq olmaz. Seyrçilər önündə bədii qiraət ustası, respublikanın əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev istedadlı şairimz Cabir Novruzun “Sevin Azərbaycan” şeiri ilə çıxış etdi. Bu çıxış İrandan gəlmiş azərbaycanlıların gur alqışlarına, saxlaya bilmədikləri göz yaşlarına səbəb oldu. Tətilin son günlərini  Sərhəd Qoşunlarının uşaq bağçasında tamamladıq. Sənətçilərimiz sərhəd qoşunlarında çalışan hərbçilərin övladlarına, valideynlərə Kukla Teatrının tamaşası və Novruz personajları ilə əsl bayram ovqatı, bayram sevinci yaşatdılar. Bir sözlə, Novruz tətili günləri biz mədəniyyət işçiləri üçün həyəcanlı, maraqlı, insanlara mədəni xidmət göstərmək arzumuzun reallaşması sevinci ilə başa çatdı. Daha ətraflı »

  • 05Apr
    Təhsil TƏDBİR KEÇİRİLMİŞDİR üçün şərhlər bağlıdır

     Bərdə Regional Mədəniyyət və Turizm Şöbəsinin şəhərimizdəki 2 saylı musiqi məktəbinin “Pöhrə” ansamblı  Novruz bayramı münasibəti ilə şəhər 4 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi qarşısında əlvan proqramlı konsertlə  çıxış etmişdir. Xalqımızın milli, mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramına həsr olunmuş tədbiri məktəbin direktoru Mehriban İmanova açaraq bayram  şənliklərini rövnəqləndirmək məqsədi ilə gəlmiş musiqili – nəğməli qonaqları salamlamış, tədbirin  bütün  iştirakçılarını bayram münasibətilə təbrik edərək onlara ən xoş arzularını ünvanlamışdır. Musiqi məktəbinin direktoru Allahverdi Cəbrayılov çıxış edərək   məktəbin nəzdində yeni yaradılmış “Pöhrə” ansamblının istedadlı üzvləri ilə iştirakçıları tanış etdikdən sonra bayram şənliyi başlamışdır. Ansamblın ifasında bir-birinin ardınca səsləndirilən muğam, xalq mahnıları, rəqs  havaları dəfələrlə alqışlarla qarşılanmış, şənlik iştirakçılarına əsl bayram ovqatı yaşatmışdır. Bahara, Novruza həsr olunmuş tədbirdə 4 nömrəli tam orta məktəbin istedadlı şagirdləri də folklor nümunələri, Novruz atributları ilə bağlı hazırladıqları  proqramla çıxış etmişlər. Daha ətraflı »

  • 05Apr
    Təhsil “ÖLKƏMİZİ  TANIYAQ!” TUR-AKSİYASI üçün şərhlər bağlıdır

    ŞİMAL BÖLGƏSİNDƏN  ZƏNGİN  TƏƏSSÜRATLA…

     Yurdumuza Bahar fəslinin, Novruzun qədəm basdığı bir ərəfədə  rayonumuzun ümumtəhsil məktəblərinin 40 nəfər IX- XI sinif şagirdi “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən növbəti tur – aksiyanın iştirakçısı olmuşdur.

    Səfər öncəsi təşkil olunmuş yolasalma mərasimində Şəhər İcra Hakimiyyəti  Başçısının müavini Elnarə Məmmədova möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının humanist təşəbbüsü, diqqət və qayğısı ilə həyata keçirilən ənənəvi  tur-aksiyaya qoşulanlar qarşısında çıxış etmiş, gənc nəslin doğma vətənimizi  daha yaxından tanımasında, Vətənə daha dərin tellərlə bağlanmasında bu aksiyanın əhəmiyyətini dəyərləndirmişdir.

    Sonra şagirdlər və səyahət zamanı onlara bələdçilik edəcək tur-aksiyanın rəhbəri Tural Həsənov, ŞİHB Aparatnda məsləhətçi Ayaz Həsənov, Şəhər Təhsil Şöbəsində məsləhətçi Etibar Məmmədov, 5 nömrəli tam orta məktəbin   müəllimi Elman Əlibəyli və qrupun digər üzvləri rahat avtobusa əyləşərək  yola düşmüşlər. Daha ətraflı »

  • 05Apr
    Təhsil MƏKTƏB HƏYATI üçün şərhlər bağlıdır

    SARA MÜƏLLİMƏ VƏ ŞAGİRDLƏRİ “ABC PARTİSİ” VERDİ

    1 Üstündən günlər keçir, amma o tədbirin iştirakçıları məqam düşəndə öz təəssüratlarını həvəslə bölüşürlər. “ABC parti”-“Əlifba” bütün elmlərə aparan yolun açarıdır” mövzusuna həsr edilmişdi. Tədbirlə bağlı ilk təşəbbüs səslənəndən III “c” sinfinin bütün uşaqları təkcə sevinməklə qalmadılar, həm də  ciddi hazırlıqlara başladılar. Bəs necə? İngilis dilindən üç il ərzində nə öyrəndiklərini sərgiləməli idi balacalar. Sevimli müəllimləri Sara Mustafayevanın zəhməti sayəsində isə onlar çox şey öyrənmişdilər. Ona görə də “ABC parti”yə hazırlıqlar mərhələsi çətinliklərsiz, amma olduqca maraqlı keçdi.

    …Zövqlə tərtibat verilmiş sinif otağında start götürən tədbiri də elə Sara müəllimə açdı. O, üçüncülərin ingilis dilinə sevgisindən danışdı, balacalarda dilə olan bu münasibəti yaratmaqdan məmnun olduğunu söylədi, bugünkü tədbirin çox rəngarəng olacağı anonsunu verdi.

    Şagirdlər “Hello” mahnısı ilə tədbir iştirakçılarını salamlayıb, “Əlifba”ya həsr olunmuş nəğmənin ifasından sonra digər bir maraqlı mərhələyə başladılar. Hər  şagird “Əlifba”nın bir hərfi kimi səhnədə yer aldı. Nəbi Tahirli şeir söylədi. “Colours” adlı şeirdə rənglərin gözəlliyi vəsf olunurdu. Aqşin Hüseynli “Numbers”, Mehrin Şükürova “Different languages”, Zəhra Məmmədli, Aysu Mirzəzadə, Emin İbrahimli və Nail İsgəndərli “I Want to be”, Nəbi, Arzu, Şamama, Sübhan, Aysu və Aqşin “Öz ana dilini bilməyənlərə”,  Kənan, Nail, Emin, Babək və Ayxan da “Bayraq” şeirlərini böyük şövqlə və ürəyəyatan intonasiya ilə söylədilər. Daha ətraflı »

  • 05Apr
    Digər UNUDULMAYANLAR üçün şərhlər bağlıdır

    ŞƏHİDİN ANIM GÜNÜ

    Torpaqlarımızın erməni işğalından müdafiə savaşında nakam ömürləri bahasına ŞƏHİD adı qazanmış həmyerlilərimiz xalqımızın bu gün və sabah yazılacaq qəhrəmanlıq salnaməsində öz müqəddəs adlarını həkk etdirmişlər. Şəhid oğullarımızın doğum gününü qəlbən yad edib, onların ruhu  qarşısında baş əyirik.

    1.Məmmədov Fəyyaz Əhliman oğlu

     1 aprel 1974-cü ildə Yevlax şəhərində anadan olub.

    2.Həsənov Natiq Əyyub oğlu

     2 aprel 1969-cu ildə Səmədabad kəndində anadan olub.

    3.Baxşıyev Əhmədağa Mirzəağa oğlu

    4 aprel 1958-ci ildə Yevlax şəhərində anadan olub.

    4.Məmmədov Alim Hümbət oğlu

    7 aprel 1959-cu ildə Yevlax şəhərində anadan olub.

    5.Cabbarov Söhrab Sahib oğlu

    7 aprel 1979-cu ildə Yevlax şəhərində anadan olub. Daha ətraflı »

  • 05Apr
    Digər AZƏRBAYCANDA ƏHALİNİN SAYI İLƏ BAĞLI YENİ PROQNOZ üçün şərhlər bağlıdır

     Ötən il Azərbaycanda əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artıb, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılıb.

    Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.

    Nazir bildirib ki, 1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb: “Bu illər ərzində  kiçik, yəni 0-14 yaş  qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin  sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir. Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir”. Daha ətraflı »

  • 05Apr
    Digər NƏSRƏDDİN TUSİNİN HƏYATI VƏ İCTİMAİ – SİYASİ BAXIŞLARI üçün şərhlər bağlıdır

     Əvvəli ötən saylarımızda

     İkinci zümrə tacirlərdir. Tusi ticarətdə tamahkarlığı təhlil edir. Tamahkarlıq ağılsızlıqdır. O, tacirləri tamahsız olmağa çağırır. Tamahkarlar aqillərin yanında hörmətsiz olur. Tamahkarlıq insan ağlının düşmənidir. Ticarət sahibinin özbaşınalığı, yəni ticarət qaydalarının pozulması sahibkarları varlandırır, xalqı isə müflisləşdirir, dövlətdən narazı salır. Tusiyə görə istehsal və istehlak prosesinin ziddiyətləri özbaşınalıq yaradır. Ticarət dövlət nəzarətindən kənarda qalırsa, xalqın güzəranı ağırlaşır və dövlətə inam itir.

    N.Tusi sənətkarların həyatdakı rolundan geniş söhbət açır. Sənətkarlar özünə və başqasına fayda verir. Sənət əldə mal – dövlət toplamaqdan daha faydalıdır (sənətkarlar ordunu silah, əkinçiləri iş alətləri, insanları geyim, yaşayış yerləri, qab – qacaq, adamları su ilə təmin edirlər, kankanlar su quyusu qazırlar), yük daşımaq üçün arabalar düzəldir, iş at və ulaqlarına nalbəndlik edirlər.

    Sənətkarlıq dövlətin əsasını təşkil edən amildir (Müasir baxımdan əmək sexləri, fabrik, zavod, istehsalatın müxtəlif sahələrinə təkan verən qurğu və mexanizmlərin faydalı istifadəsi). Daha ətraflı »

  • 05Apr
    Digər YEVLAXI VƏSF EDİRLƏR üçün şərhlər bağlıdır

     Bu təkzib olunmaz faktdır ki,son bir neçə il ərzində aparılmış genişmiqyaslı tikinti-quruculuq, abadlıq, yaşıllıq və səliqə-sahman işləri sayəsində Yevlaxın siması büsbütün dəyişmiş, memarlığın və arxitekturanın ən müasir elementlərini özündə cəmləşdirən yaraşıqlı şəhərə çevrilmişdir. Yevlaxın gözəlliyini görüb heyranlığını gizlədə bilməyənlərdən biri də Ağcabədi şəhər sakini Adil Əhmədovdur. O, Yevlax haqqında ürək sözlərini “Aranda dağ havası” sərlövhəli məktubunda ifadə edərək redaksiyamıza ünvanlamışdır. Həmin məktubun mətni ilə oxucularımızı tanış edirik. Daha ətraflı »

  • 05Apr
    Digər NASAZ NƏQLİYYAT VASİTƏLƏRİ İSTİSMARDAN KƏNARLAŞDIRILACAQ üçün şərhlər bağlıdır

     Ölkədə aparılan abadlıq və quruculuq işləri ilə bağlı tikinti materiallarının, eləcə də yaz mövsümü ilə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı məhsullarının tədarük və satış məntəqələrinə müxtəlif nəqliyyat vasitələrindən (yük və ya minik) istifadə etməklə daşınması işləri geniş vüsət almışdır. Bu da öz növbəsində avtomobil yollarında hərəkət intensivliyinin artmasına səbəb olur.

    Müşahidələr göstərir ki, avtomobil yollarında bəzi şəxslər tərəfindən müvafiq materialların və kənd təsərrüfatı məhsullarının daşınmasında texniki cəhətdən nasaz və istismar müddəti başa çatmış nəqliyyat vasitələrindən istifadə edilir. Bir sıra hallarda isə belə nəqliyyat vasitələri xarab olaraq yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar da hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol – nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Qeyd olunan hallar xüsusən sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində yerinə yetirildikdə daha ağır nəticələrə gətirib çıxarır. 

    Daha ətraflı »

Səhifə 10 cəmi 392« Birinci...6789101112131415...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...