Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 19мая
    Digər “BERLİNƏ QƏDƏR GETMİŞƏM” üçün şərhlər bağlıdır

    3 Abdulla kişi isə bizi təsadüfən yaşadığı evin əl darvazasının qarşısında  qarşıladı. Gəlişimizin səbəbini bildikdə sevnicini gizlədə bilmədi. Evin gəlinini haylayaraq – A bala, mənim o medallı pencəyimi  gətir. Axı bu gün biz veteranların bayramıdır, – dedi. 1921-ci il təvəllüdlü Abdulla Abdullayev elə müharibə başlayan ili – 1941 – ci ildə cəbhəyə yollanıb. Belorusiya cəbhəsinə düşüb. Artilleriyada xidmət edib. Berlinə qədər getmişəm, – deyir. 1946-cı ildə ordudan tərxis olunub. Yaşına baxanda xeyli gümrah görünən Abdulla kişi də  müstəqil dövlətimizin, doğma Yevlaxımızın bu günkü növrağından, iqtisadi inkişafdan, insanların sosial güzəranlarının ildən-ilə yaxşılaşmasından, topraq islahatından sonra əkən-biçənlərin, torpağa bağlı insanların sayının  durmadan atmasından razılıqla danışdı. Onlara göstərilən qayğıya gəldikdə  isə dedi ki, ayda 300 manata yaxın pensiya alıram. Üstəlik dövlət biz veteranlara əlavə imtiyaz və güzəştlər edir, hər ilin 9 may günündə birdəfəlik 1000 (Bir min) manat maddi yardım göstərir. Allah Prezidentimizin canını sağ, dövlətimizin bayrağını uca eləsin! Siz deyin, belə hökumətdən kim inciyər?! Daha ətraflı »

  • 19мая
    Digər “BİR QƏLƏBƏ BAYRAĞININ DA QARABAĞDA ASILDIĞINI GÖRMƏK QİSMƏTİM OLSUN” üçün şərhlər bağlıdır

     7Veteran Vəli dayı söylədi bu sözləri. Vəli Şükürov. Yaşın yaratdığı yaddaş zəifliyi üzündən onunla da keçdiyi döyüş yolu, yolun təxmini də olsa xəritəsi haqqında məlumat almaq mümkünsüzdü. Amma həyatı bütünlüklə Yevlaxla bağlı olan Vəli dayını hər kəs tanıyır. Hamı bilir ki, onun da gəncliyinin ilk çağları mənfur müharibə üzündən od-alov içərisində keçib, yaxın illərə qədər sinəsində bunu təsdiq edən mükafatlar da gəzdirib.

    Amma söhbət bugünümüzdən düşəndə Vəli dayı yaşına uyğun olmayan bir ahənglə dedi: -Bir cəbhəçi kimi xatirələrimi kiminləsə paylaşanda həmişə arzulamışdım ki, o günlər bir daha geri qayıtmasın, müharibə dəhşətli bir şeydir. Amma təəssüf ki, Qarabağ müharibəsi başlandı və illərdir ki, bitmək bilmir. Bu sinnimdə bir arzum var. Bir qələbə bayrağının da Qarabağda asıldığını görmək istərdim. Daha ətraflı »

  • 19мая
    Digər TEZLİKLƏ SAĞLAMLIĞINIZA QOVUŞUN üçün şərhlər bağlıdır

     Rüstəmli kəndinə səfərimiz bizi məyus etdi. Böyük Vətən Müharibəsi iştirakçısı, II qrup əlil Bahadur Quliyev bizi yataqda qarşıladı. Səbəb xəstəliyi idi. Onu rahatsız etməmək üçün oğlu ilə həmsöhbət olduq. O,atasının 1941-ci ildə müharibəyə yollandığı, Belorusiyada döyüşlərdə iştirak etdiyini söylədi. Bildirdi ki, müharibə  qələbə ilə bitdikdən sonra doğma kəndə qayıdan atası burada da layiqli bir həyat sürüb. Səkkiz övlad sahibi olub. Halal zəhməti ilə ailəsini saxlayıb, kənd camaatının xətir-hörmətini qazanıb. Daha ətraflı »

  • 19мая
    Digər SİZİ AĞDAMDA TƏBRİK EDƏRİK, RƏHİM KİŞİ üçün şərhlər bağlıdır

     Rəhim kişinin evində bizi oğlu Dilavər qarşıladı. Və atasının evdə olmadığını bildirdi. Sən demə Rəhim Yaqubov və ailəsi mənfur erməni təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkün soydaşlarımızdan biridir. O, Ağdam işğal olunan gündən rayonumuzun Xaldan kəndinə pənah gətirib. Rəhim kişinin ailəsinə lazımi sığınacaq verilməsinə, hərtərəfli şərait yaradılmasına baxmayaraq o, bir yerdə qərar tuta bilmir. Həftə səkkiz, mən doqquz, Ağdamın Quzanlı kəndinə gedib doğma ata  ocaqlarına tərəf intizarla boylanır. O torpaqlara bir də qayıtmaq arzusu ilə yaşayır. Daha ətraflı »

  • 19мая
    Təhsil “AĞ ÖLÜMƏ, NARKOMANİYAYA “YOX” DEYİRİK” üçün şərhlər bağlıdır

    2  3Bu günlərdə 1 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri qarşısında “Ağ ölümə, narkomaniyaya “yox” deyirik” mövzusuna həsr olunmuş növbəti tədbir keçirilmişdir. YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin Rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbiri YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı açaraq məktəbli gəncləri salamladı. Müzakirəyə çıxarılmış mövzunun aktuallığını vurğulayan Əminə xanım ilk öncə narkomaniyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi və ictimai asayişin qorunması istiqamətindəki xidmətlərinə görə başda Şöbənin rəisi, polis polkovniki Vaqif Müslümov olmaqla RPŞ- nin əməkdaşlarına minnətdarlığını ünvanladı, onlara şərəfli və son dərəcə məsuliyyətli vəzifələrində uğurlar arzuladı.


    Çıxış üçün söz verilən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vaqif Müslümov tədbirin məqsədi barədə ğeniş məlumat verdi. Bildirdi ki, bir çox cinayətlərin kökü məhz erkən yaşlarından narkomaniyaya aludə olmaqdan, cəmiyyətimiz üçün təhlükəli və zərərli ünsürlərin təsiri altına düşməkdən başlayır. Ona görə də tövsiyəm budur ki, bütün gücünüzü və sağlam enerjinizi əsl vətəndaş, elmli, bilikli, ləyaqətli insan kimi  formalaşmağa sərv edəsiniz.
    Daha ətraflı »

  • 19мая
    Digər PENSİYA YAŞININ ARTIRILMASI İLƏ BAĞLI QANUN TƏSDİQLƏNDİ üçün şərhlər bağlıdır

    PREZİDENT İLHAM ƏLİYEV BUNUNLA BAĞLI FƏRMAN İMZALAYIB

    Dövlətimizin başçısı “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə fərman imzalayıb. Qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib. Qanuna 98 dəyişiklik təklif olunub.

    Dəyişikliklərə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Pensiya yaşı artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılıb. Bundan başqa pensiyanın baza hissəsi ləğv edilib. Daha ətraflı »

  • 19мая
    Digər MÜSAHİBƏ üçün şərhlər bağlıdır

    SƏRİYYƏ MÜSLÜMQIZI: “YENİDƏN HƏYATA GƏLSƏYDİM YENƏ DƏ JURNALİST OLMAQ İSTƏRDİM”

    1Səriyyə Cəfərova: yazıçı, publisist, müstəqil jurnalist, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, hərbi reportyor. Amma Səriyyə Müslümqızı imzasının bütün bu əlavələrə ehtiyacı yoxdur. Onu hər kəs elə bu imza ilə tanıyır.

    Düşmənin əli ilə qanına qəltan edilmiş, şəhidlər vermiş, əsirlikdə olan torpaqlarımızın tarixə görünməmiş bir faciəyə meydan olmuş ərazisi kimi düşmüş Xoacalıda dünyaya gələn, pedaqoji təhsil alsa da, jurnalist kimi ikinci bir ixtisasa yiyələnərək həyatını mətbuata bağlayan bu xanım qələmindən çıxan ilk yazılardan yaxşı bir jurnalist olmaq iddiasını sərgiləyə bilib.

    Yenicə şəhər statusu almış Xocalıda yenicə fəaliyyətə başlayan “Xocalının səsi”ndə dərc olunan yazılarında o, nöqsanları cəsarətlə tənqid edib, rüşvətxorlara, el malını talayanlara, haqsızlara qarşı barışmaz mövqeyini ortaya qoyub, nə kimlərinsə “görüm-baxım”  tələsinə düşüb, nə də ki, “asıb-kəsmək” hədəsindən geri çəkilib, mövqeyini dəyişib.

    Ermənilərin əsassız torpaq iddialarının xalqımızın başına gətirdiyi müsibətlərdən əziyyət çəkən Xocalıda Səriyyənin qələmi dayanmayıb. Ta şəhər erməni-rus ordu birləşmələrinin qanlı hücumlarına məruz qaldığı, işğal  gününədək. Daha ətraflı »

  • 19мая
    Digər AQRAR SAHƏ üçün şərhlər bağlıdır

    REGİONAL MÜŞAVİRƏ

    1 Mayın 12-də şəhərimizdə Respublika Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC “2016-cı ilin taxıl biçininin yekunları, 2017-ci il biçin mövsümünə hazırlığın vəziyyəti”nə həsr olunmuş müşavirə keçirmişdir. Xalq teatrının binasında keçirilən müşavirəni Şəhər  İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov açaraq iştirakçıları salamlamış,  müşavirənin gedişinə uğurlar arzulamışdır.

    “Aqrolizinq” ASC-nin mərkəzi aparatının şöbə müdirlərinin. 9 reqional nümayndəliyin direktorlarının, baş mühəndislərin, baş mühasiblərin, rayon bölmələrinin rəhbərlərinin və təcrübəli  mexanizatorların qatıldığı müşavirədə “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov geniş  məruzə ilə çıxış etmiş, ölkədə 2017-ci ilin taxıl biçini mövsümünə hazırlığın vəziyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, hazırda “Aqrolizinq” üzrə rayon bölmələrinin istifadəsində olan 794 ədəd kombayn, hüquqi və fiziki şəxslərə verilmiş 700-ə yaxın kombayn mövsümə tam  hazırdır. Daha ətraflı »

  • 19мая
    Digər BÖYÜK AZƏRBAYCAN ŞAİRİ – QAZİ BÜRHANƏDDİN üçün şərhlər bağlıdır

     Əvvəli ötən saylarımızda.

     Son qeydlərimizdə söyləmişdik ki,  Osmanlı sultanı I Bayazid,  Qızıl Orda xanı Toxtamış, Əmir Teymur kimi təhlükəli rəqiblərin və onlarla xırda əmirlərin əhatəsində qalan Bürhanəddin düz 17 il öz ölkəsində sülhü və əmin-amanlığı qoruya bilir. Siyasi vəziyyət tələb edəndə o I  Bayazidlə, yaxud Teymurla açıq mübarizəyə girir, zərurət yarandıqda keçmiş rəqibləri Toxtamış xan, yaxud da məmlük sultanı Barqutla ittifaq bağlayır.

    Bürhanəddin ölkəni Teymurun işğalından azad edir və qonşu əmirlərlə uğurlu müharibələr aparır. Ölkə möhkəmlənir və çiçəklənir. Bürhanəddin ticarət, maarif və elmin inkişafına yardım edir, mədrəsələr, karvansaralar açdırır, körpülər saldırır.

    Qazi Bürhanəddin Azərbaycan tarixi və ədəbiyyatı ilə yanaşı Osmanlı tarixində də  silinməz iz qoymuşdur. Belə ki, 1392-ci ildə Q.Bürhanəddin Osmanlı imperiyasının ordusunu Çorum yaxınlığında Qırxdilim adlı yerdə  yenmiş və bu savaşda İldırım Bayazidin varisi – oğlu Ərtoğrul öldürülmüşdür. Daha ətraflı »

  • 19мая
    Digər “MİNİK AVTOMOBİLLƏRİ İLƏ SƏRNİŞİNDAŞIMA SAHƏSİNDƏ TƏHLÜKƏSİZLİK QAYDALARINA RİAYƏT EDƏK” üçün şərhlər bağlıdır

     Yevlax rayonu ərazisində minik avtomobilləri ilə sərnişin daşımalarla məşğul olan vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, minik avtomobilləri ilə sərnişin daşıma sahəsində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə rayon ərazisində Nəqliyyat Departamentinin əməkdaşları ilə birlikdə, tərəfimizdən reydlər keçiriləcəkdir. Reydlər zamanı “Fərqlənmənişanı”, “taksi” tanınma nişanı, taksometri olmayan, texniki cəhətdən nasaz olan, təhlükəsizlik tədbirlərinə cavab verməyən, köhnə və istismar müddəti bitmiş avtomobilləri bu növ fəaliyyətdən kənarlaşdıracaq, aşkar edilmiş qanun pozuntuları qanunvericiliyə uyğun olaraq sənədləşdirilərək, təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər. Əhalinin yaşlı təbəqələrindən olan şəxslərdən belə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmalarını, bu növ daşınmaların, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən minik avtomobilləri ilə həyata keçirməsini Yevlax rayonu əhalisindən xahiş edirik. Daha ətraflı »

Səhifə 2 cəmi 39212345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...