Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 19мая
    Digər “AZƏRBAYCAN DİNC BİRGƏYAŞAYIŞIN MODELİ KİMİ” üçün şərhlər bağlıdır

     Əvvəli ötən sayımızda

     Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb.

    IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamında qeyd olunur ki, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədilə 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilsin. Daha ətraflı »

  • 15мая
    Digər SİZ HƏMİŞƏ BİZİMLƏSİZ, ULU ÖNDƏR! üçün şərhlər bağlıdır

    TARİXİMİZİN HEYDƏR ƏLİYEV DÖVRÜ

    1 Yaxın keçmişdə Azərbaycanın ali idarəçilik sükanının arxasında qüdrətli bir siyasətçi dururdu – düşmənlərin min bir hiyləsindən, məkrli oyunlarından baş çıxaran, onların dayanmadan dolaşdırdıqları siyasət kələfinin ucunu əldən verməyən, siyasi dühası ilə onilləri, yüz illəri qabaqlayan, qalın siyasət divarlarının arxasında nələr baş verdiyini ovcunun içi kimi görən Heydər Əliyev başçılıq edirdi Azərbaycana! Müxtəlif tarixi dövrlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilən, xalqımızı qan içərisində boğmağa çalışan qüvvələrin, onların bitib-tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bilirdi! Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi idi. Bütün bunlar bir dəyər altında birləşirdi: Heydər Əliyev Böyük Azərbaycanlı idi!

    Azərbaycanın XX əsr tarixinin 50 ildən çox dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev Yeni Azərbaycanın Qurucusudur! Ulu öndərin XX yüzilliyin 70-80-ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Azərbaycan o zaman dağılmağa başlamış böyük SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü, qabaqcadan götür-qoy edilmiş, dərindən ölçülüb-biçilmiş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin parlaq nəticəsi idi. Bütün bu quruculuq işlərini həyata keçirərkən Heydər Əliyev gələcəyi çox aydın görürdü. O yaxşı bilirdi ki, yaxın gələcəkdə SSRİ dağılacaqdır, onun Vətəni müstəqilliyə qovuşacaqdır. Azərbaycanı müstəqil yaşamağa hazırlamaq lazımdır. Özünün dediyi kimi: “Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki,  həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”. Doğma xalqı, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya “irəli çəkilib” müəmmalı şəkildə həyat çırağı söndürülən, sonra da “millətçi” damğası yapışdırılan və adının çəkilməsi belə yasaq olunan Nəriman Nərimanovun əzəmətli heykəlinin ucaldılması Heydər Əliyev şəxsiyyətinin Vətən qarşısında böyük xidməti idi.

    Ulu öndərin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunarkən Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi. Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş bir dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, Naxçıvan Muxtar Respublikasının adından “sovet, sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunması, 1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, 31 dekabr gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması, digər olaylar böyük şəxsiyyətin Naxçıvanda göstərdiyi fəaliyyətin qısa yekunudur. Daha ətraflı »

  • 15мая
    Digər “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ” üçün şərhlər bağlıdır

    4 YAP Yevlax rayon təşkilatının və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi. Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuşdu.

    Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzində ulu öndərin büstü önünə gül dəstələri qoyub onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Sonra Heydər Əliyevin Azərbaycan gəncliyi haqqında söylədiyi fikirlər və bununla bağlı filmlərdən ibarət videoçarx nümayiş etdirildi.

    3Tədbiri YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq bildirdi ki, dövlət gənclər siyasəti dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlayıb.

    Qeyd etdi ki, bu gün ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində gənclərin hərtərəfli iştirakı təmin olunub, onlar cəmiyyətin fəal təbəqəsinə çevrilib.

    Sonra çıxış edənlər – Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Kənan Əlizadə, Yevlax Şəhər Təhsil Şöbəsinin mühasibi Fərid Qasımov, 6 nömrəli tam orta məktəbin direktor müavini Şəfaqət İsmayılova və başqaları ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısından söz açdılar, qeyd etdilər ki, əsası ümummilli lider tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Daha ətraflı »

  • 15мая
    Mədəniyyət ULU ÖNDƏRİN ANADAN OLMASININ 94-CÜ İLDÖNÜMÜ üçün şərhlər bağlıdır

    MÜNASİBƏTİLƏ KİTAB BAYRAMI KEÇİRİLDİ

     Bayrama qatılanlar ilk öncə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fortosərgiyə tamaşa etdilər. Görkəmli şəxsiyyətlərin kitab və vətənpərvərlik barədə fikirləri toplanmış pannolar da onların diqqətindən qaçmadı.

    Elektron kitabxananın önündə “Uşaqların nağıl dünyası”, “Yevlax yüksəliş yollarında”, “Dünyaya sülh gərəkdir”, “Qələbə – 72”, “Azərbaycan dünyam – mənim”, “Müasir Azərbaycanın memarı”, “2017-ci il İslam Həmprəyliyi ilidir”, “Xalqın Mübariz oğlu” adlı kompozisiylar da seyrçilərdə maraq doğurdu.

    Kitab bayramını MKS-nin direktoru Vüsalə Məmmədova açaraq, kitabın insanların həyatında əvəzolunmazlığından, mütaliənin ən yaxşı və mənalı istirahət vasitəsi olduğundan danışdı. O, həmçinin bildirdi ki,  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatının nümunələrinin latın qrafikası ilə çap olunması gənc nəslin dünyagörüşündə mühüm əhəmiyyətə malikdir. Daha ətraflı »

  • 15мая
    Mədəniyyət “HEYDƏR  ƏLİYEV – 94”  DEVİZİ  ALTINDA  TƏDBİRLƏR  DAVAM   EDİR üçün şərhlər bağlıdır

    2 Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Mədəniyyət Mərkəzinin birgə təşkilat dəstəyi ilə xalqımızın ümummilli liderinin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı praktik konfrans baş tutmuşdur.

    Konfransın işində ŞİH Başçısının müavini Elnarə Məmmədova və çoxsaylı partiya fəalları iştirak etmişlər.

    İlk öncə ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Konfransı giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev dahinin Azərbaycan naminə həyata keçirdiyi əzəmətli işlərdən, layihələrdən söz açmışdır. Sonra iştirakçılar ümummilli liderin tarixi faktlarla zəngin olan həyat və yaradıcı – qurucu fəaliyyətini canlandıran filmə tamaşa etmişlər. Daha ətraflı »

  • 15мая
    Digər 5 MAY -ƏLİLLİYİ OLAN İNSANLARIN HÜQUQLARINI MÜDAFİƏ GÜNÜNDƏ üçün şərhlər bağlıdır

    “ƏLİLLİYİ OLAN İNSANLARA BƏRABƏRLİK ÜZRƏ VƏKİLLİK: MANEƏSİZ MÜHİT”

     1“Müstəqil həyat” İnkişaf və Dəstək Mərkəzi İctimai Birliyi Avrasiya Əməkdaşlıq Fondunun maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi və “BUTA” Humanitar Uşaq Fondunun əməkdaşlığı ilə “Əlilliyi olan insanlara bərabərlik üzrə vəkillik: Maneəsiz mühit” layihəsi çərçivəsində şəhərimizdəki  Məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzində “dəyirmi masa” təşkil etdi.

    “Müstəqil həyat” İnkişaf və Dəstək İB-nin rəhbəri Aydın Xəlilov tədbiri açıq elan edərək ilk əvvəl layihənin məqsədi barədə auditoriyanı məlumatlandırdı. Bildirdi ki, layihə iqtisadiyyatın və  cəmiyyətin bütün səviyyələrində diskriminasiyaya məruz qalan əlilliyi olan insanların və sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarını müdafiə məqsədi daşıyır.  Daha ətraflı »

  • 15мая
    Digər ŞUŞANIN İŞĞALINDAN 25 İL KEÇİR üçün şərhlər bağlıdır

    QƏLBİMİZƏ KÖÇƏN ŞUŞA

    1 Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunduğu gündən 25 il ötür. Ermənilər Şuşanı işğal etməklə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər. Azərbaycanın bölgədəki mühüm strateji mövqeyinin əldən getməsi sonrakı itkilərə zəmin yaratdı. Həmin vaxt, 1992-ci il mayın 8-də 300 kvadratkilometr ərazisi olan bu şəhərin 24.900 nəfər əhalisi var idi. Şuşa, sadəcə olaraq, coğrafi baxımdan Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi əhəmiyyət kəsb edən bir bölgə deyil. Şuşa Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçilərin, memar, rəssam, yazıçı, dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş nadir şəxsiyyətlərin vətənidir. Şuşa məsafəcə o qədər də uzaqda deyil. Onu Bakıdan 400 kilometr ayırır. Araya sədd çəkən erməni vandalizminin törətdiyi işğalçılıq siyasəti, namərd qonşumuzun bu müqəddəs torpaqlarımızı müvəqqəti zəbt etməsidir.  Bəli, müvəqqəti! Çünki özünün Cıdır düzü, Topxana meşəsi, Qırxqız yaylağı, İsa bulağı və neçə-neçə cənnət guşəsi ilə hər birimizin qəlbində məskən salan bu şəhər heç vaxt yad tapdağında qala bilməz. Biz uzaqda olmayan o günlərə və o şəhərə doğru gedirik…

    Şuşa Azərbaycanın konservatoriyasıdır. Üzeyir Hacıbəylinin, Bülbülün, Xan Şuşinskinin, Seyid Şuşinskinin, Cabbar Qaryağdıoğlunun, Mütəllim Mütəllimovun, Məcid Behbudovun vətənidir, neçə belə sənətçinin soy-kökü Şuşa şəhərinə bağlıdır. Şuşa hər şeydən öncə gözəlliklər məskəni, ecazkar təbiət mənzərələrinin məkanıdır. Çoxlarımızın yuxusuna girir Şuşa, sanki bizləri yenə də həmişəki kimi öz gözəl qoynuna səsləyir. Daha ətraflı »

  • 15мая
    Digər FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏDƏN 72 İL KEÇİR üçün şərhlər bağlıdır

    YAZILSIN  TARİXƏ  BİR  QIZIL  XƏTLƏ, 45-Cİ  İLİN  9  MAY  GÜNÜ

     

     Sevimli şairimiz Səməd Vurğun bu sətirləri məhz o Qələbə münasibətilə, məhz o günlərdə qələmə almışdı. Düz 72 il əvvəl. İndi zaman o zaman deyil. SSRİ adlı dövlət artıq yoxdur. 25 ildir ki, müstəqillik şəraitində yaşayırıq. Amma hər il  mayın 9-nu faşizm üzərində Qələbə günü kimi qeyd edirik. Bu da səbəbsiz deyil. İkinci Dünya Müharibəsi Azərbaycan xalqının tarixində də çox parlaq igidlik və qəhrəmanlıq nümunələri ilə zəngin səhifələrlə yer alıb. İnsanlarımız həm arxa cəbhədə-əmək meydanlarında, həm də ön cəbhədə-odun-alovun içərisində  xalqımın adına layiq fəaliyyət göstərdilər, xidmət etdilər. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstələri yaradıldı. Müharibənin başladığı ilk günlərdən 600 mindən çox oğul və qızlarımız cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçdilər. Həmvətənlərimizdən təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdi. Bundan başqa, 170 min əsgər və zabitimiz SSRİ-nin müxtəlif orden və medallarına layiq görülmüşdü.

    Daha ətraflı »

  • 15мая
    Digər “AZƏRBAYCAN DİNC BİRGƏYAŞAYIŞIN MODELİ KİMİ” üçün şərhlər bağlıdır

     Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e.ə.586_cı il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudiya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır.

    Daha ətraflı »

  • 15мая
    Digər UNUDULMAYANLAR üçün şərhlər bağlıdır

    ŞƏHİDİN ANIM GÜNÜ

     Torpaqlarımızın erməni işğalından müdafiə savaşında ölümləri bahasına ŞƏHİD adı qazanmış həmyerlilərimiz xalqımızın bugün və sabah yazılacaq qəhrəmanlıq salnaməsinə öz müqəddəs adlarını həkk etdirmişlər. Şəhid oğullarımızın doğum gününü qəlbən yad edib, onların ruhu qarşısında baş əyirik.

    1.Mehdiyev Məhəmmədəli Mayıl oğlu 

    1 may 1972-ci ildə Yevlax şəhərində anadan olub.

    2.Ələsgərov Araz Xanbaba oğlu

    2 may 1971-ci ildə Qaraoğlan kəndində anadan olub.

    3.Əliyev Elnur Nazim oğlu

    3 may 1976-cı ildə Yevlax şəhərində anadan olub.

    4.Məmmədov Pərviz Aşıralı oğlu

    4 may 1973-cü ildə Xaldan kəndində anadan olub.

    5.Rzayev Rövşən Qaraoğlan oğlu

    4 may 1971-ci ildə Qoyunbinəsi kəndində anadan olub. Daha ətraflı »

Səhifə 3 cəmi 39212345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...