Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 23İyl

     Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı aparatının kollektivi Milli Mətbuatımızın 135-ci yubiley günündə “Kür” qəzeti redaksiyasına baş cəkdi.

     YAP rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov qəzetimizin əməkdaşlarını bayram münasibətilə təbrik etdi. Söylədi ki, “Kür” rayonumuzun sosial-iqtisadi, mədəni həyatının işıqlandırılmasında müstəsna rol oynayır.

     Partiyanın rayon təşkilatının aparat sədri Əli Quliyev kollektiv adından redaksiya heyətinə gül buketi və nəfis tərtibatlı rəsm əsəri hədiyyə etdi.

     Çay süfrəsi arxasında davam edən görüşdə “Kür” qəzetinin baş redaktoru, Respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı diqqət və ehtirama görə YAP rayon təşkilatının kollektivinə dərin minnətdarlığını çatdırdı.

    “KÜR”

     

  • 23İyl

     

    TANIŞ OLUN, BU BİZİK-«KÜR»ÇÜLƏR

    Əslində tanıyırsınız, zarafat deyil, qəzetimizin tirajı 7200-ü keçib. Bu o deməkdir ki, minlərlə oxucumuz var. Az qala hər bir yazını müəllifinə baxmadan müəyyən edə bilirsiniz ki, onu kim yazıb. Bütün bunlar böyük diqqətdir, bunun üçün hər birinizə çox-çox minnətdarıq. Amma biz də insanıq və adi insanların keçirdiyi günlərin sevinci, kədəri, zarafatları, bəzən giley-güzarı, problemləri, çətinlkiləri bizdən də yan deyil. Fikirləşirəm ki, bax bu nöqteyi-nəzərdən bizləri tanımamanızda qeyri-adi heç nə yoxdur. Bu gün bu missiyanı üzərimə götürürəm. Bacarsam, yəni, bizi necə var, təqdim edə bilsəm… Bircə xahişim var, oxuduqlarınız barədə təəssüratlarınızı, elə bizim stilimizdə, bərsiz-bəzəksiz, təmtəraqsız-filansız yazıb bizə göndərin. İstəsəniz, qeydlərinizi dədə-baba qaydasında, məktubla yollayarsınız, istəsəniz  elektron poçt ünvanımıza göndərərsiniz KUR @ box.az

     Bu artıq bir tendensiya şəklini alıb. Harda “Kür” qəzeti sözü işlənsə, “Əminə Yusifqızının qəzeti” sözünü eşidərsən. İnanmayan, yoxlasın. Onda elə başlayaq qəzetimizin baş redaktoru Əminə YUSİFQIZINDAN.

     Çoxları zahiri görkəminə baxıb elə zənn edir ki, Əminə xanım ədası yerə-göyə sığmayan bir insandır. Bu fikri söyləyənlər onu da əlavə edirlər ki, gör neçə illərdir jurnalist işləyir, həm də o qədər mükafatın-filanın yiyəsi, bəs necə olmalıdır. Biz durub başlasaq onun xarakteri barədə sicilləmə ki, əslində elə deyil, belədir, bu etik cəhətdən qüsurlu olar. Biri bir dərdini götürüb gəlsin onun qəbuluna. O adam gedəndən sonra girin otağa. Bəli, heyrətə gələcəksiniz. Əda zənn etdiyiniz o ciddi görkəmin yerində bir insan dərdinə ürəkdən şərik olmanın əlamətlərinin şahidi olarsınız. Ağlamaqdan şişmiş gözlər və eşitdiklərini sənə da anladarkən kövrəlmiş, həlimləşmiş titrək səs.   O necə rəhbərdir? İşə münasi- bətdə ciddiliyini heç bir münasibət üstələyə bilməz. Əsəbiləşəndə səsini qaldırdığı məqamlar çox olur. Amma yaxşı ki, bu hal tez ötüşür. Onunla hər bir mövzuda danışmaq, zarafatlaşmaq gündəlik münasibətlərimizdə yer alır. Amma ən ləzzət edəni müdirimizin (biz ona elə beləçə də müraciət edirik) gülüşüdür. İş bir az ləngiyəndə çağırdığı iclası vallah elə qəzəblə başlayır ki, deyirsən, ta aşağısı kiminsə bir töhməti nağdıdır, amma iclas novellasayağı gözlənilməz sonluqla başa çatır. Yaranmış gərginliyin istiqamətini  elə təbii şəkildə dəyişir və elə ürəkdən gülür ki, səsi yalançıların sözü olmasın, pəncərə şüşələrini  silkələyir və təbii ki, biz də otağı o ovqatla tərk edirik. Daha ətraflı »

  • 23İyl

    Qiyas QULİYEV

     -Gənclik həvəsi ilə… Çox işlənən bir ifadədir. Amma yerində deyiləndə təzəymiş kimi gəlir adama . Məsələn, ilk dəfə qəzetimizə 54 il əvvəl yazmağa başlayan Qiyas Quliyev barədə bu cür deyim çox uğurludur.  Qiyas müəllim əvvəllər əsasən elmi, pedaqoji, metodiki yazılara üstünlük verib, 1990-cı ildən isə o, həm də bədii-publisistik materiallarla “Kür”ün oxucularının görüşünə gəlib. Ömrünün 8-ci onilliyini yaşayan ağsaqqal ziyalı əsasən gördüklərini, şahidi olduqlarını, bir sözlə, həyat həqiqətlərini qələmə alır. Yazdıqları isə inandırıcı, oxunaqlı və təsirli olur.

     Qiyas Quliyev imzası respublikanın başqa mətbu nəşrlərində də yer alıb.

     Bu gün də Qiyas Quliyevi “Kür” qəzeti redaksiyasında tez-tez görmək olar. Onun gəlişi hər zaman “Kür”çülər üçün arzuolunandır. Bu gəlişdə yaxşı yazılarla tanışlıq da var, bir-birindən maraqlı söhbətləri dinləmək də.

    Şölə ƏLİYEVA

     -O, ixtisas etibarı ilə hüquqşünasdır. Amma bəzən bu insanın qələmə aldığı yazıları oxuyanda,  qeydlərində özünə yer alan cümlələrin quruluşuna, fikirlərin sərrastlığına, dilin axıcılığına diqqət yetirəndə, onun qəlbində həm də bir yazarın yaşadığının fərqinə varmaq olur. Şölə Əliyeva haqda söz açmışam. Uzun illərdir ki, Yevlax Qeydiyyat İdarəsinin rəisi işləyir. Öz işi haqda danışanda zarafatyana tərzdə deyir ki, insanlar doğulandan ölənədək bütün əlamətdar günlərini onunla, başçılıq etdiyi kollektivlə birgə keçirlər, insan dünyaya gəlir, ailə qurur, bəzən boşanır və nəhayət bu dünyadan köç edəndə də bizim iştirakımız vacibdən vacib olur. Daha ətraflı »

  • 23İyl

    ÇOX VACİB BİLDİYİM TƏBRİK

     Yerli qəzetimiz müxtəlif vaxtlarda müxtəlif adlarla nəşr olunub və təbii ki, ona rəhbərlik edənlər də zaman-zaman ayrı-ayrı adamlar olub. Dünyasını dəyişənlərə Tanrıdan rəhmətlər diləməyi borc bilir və bu gün sağ olanlar haqqında da söz deməyi bir həmkar kimi vəzifəm hesab edirəm. Və Mustafa Əhmədovu yada salıram. O insanı ki, 1986-1991-ci illər ərzində (qəzetimiz o zaman “Təşəbbüs” adı ilə nəşr olunurdu) qəzetin redaktoru vəzifəsində çalışıb.

     Gözəl qələmi vardı Mustafa müəllimin. Hansı mövzuda yazırdısa yazsın, maraqlı idi, oxunurdu.

     O zaman həftədə 3 dəfə nəşr olunub olduqca tələbkar oxucunun görüşünə gəlirdik. Amma hər sayımızda da kəsərli sözlə, bir-birindən oxunaqlı, vacib məsələlərin işıqlandırılması baxımından gərəkli yazılarla. Olurdu ki, aramızda işlə bağlı müəyyən anlaşılmazlıqlar ortaya çıxırdı, bəzən bir-birimizlə giley-güzarımız da, umu-küsümüz də olurdu. Amma bütün bunlar çox tez unudulurdu.

     İndi Mustafa müəllim yenə də rəhbər işdədir. Amma  başqa bir sahədə çalışır. Bununla belə Mustafa Əhmədovu da onun üçün hər zaman doğma, əziz olan milli mətbuatımızın yaranması günü münasibətilə təbrik etməyi, ona uzun ömür, cansağlığı arzulamağı vacib bildim. Onu da qeyd edim ki, Mustafa müəllim, bugün “Kür”çülər bir həmkar kimi sizi öz sıralarında görürlər və qəzetin əməkdaşlarına ünvanlanan təbrik və xoş sözləri sizə də aid edirlər.

    Əminə YUSİFQIZI,

     Respublikanın əməkdar jurnalisti.

  • 23İyl

     Milli mətbuatımızın 135-ci ildönümü və peşə bayramımız münasibəti ilə biz “Kür”çüləri ilkin təbrik edənlərdən biri də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax rayon Komitəsinin sədri Zöhrə Adıgözəlova oldu. O, nəinki biz mətbuat işçilərini, eləcə də rəhbərlik etdiyi komitənin öhdəsində olan bütün xidmət və mədəniyyət sahəsinin əməkçilərini həmişə əlamətdar günlər, tarixi hadisələr kontekstində unutmur, hər birinə əlindən gələn diqqət və qayğını göstərir. Bu dəfə də ənənəsinə sadiq qalan Zöhrə Adıgözəlova redaksiyaya gələrək başda Əminə xanım Yusifqızı olmaqla kollektivimizin bütün üzvlərini səmimi təbrik edərək bizi Komitə adından mükafatlandırdı. 

     Biz də ona öz vəzifəsində məsuliyyətli, hamıya qarşı diqqətli və həssas olduğuna görə minnətdarlıq edirik.

    “KÜR”

  • 23İyl

    I SİNFƏ QƏBUL QAYDALARI DƏYİŞDİRİLİB

    Növbəti dərs ilində Yevlax məktəblərinə təxmini şəbəkə üzrə 1400 nəfərə yaxın birinci sinif şagirdinin qəbul olacağı gözlənilir.

     Elə  bugünkü söhbətimizin  obyekti də onlardır-I sinif şagirdləri. Onlar ilk dəfə əllərinə çanta alaraq  məktəbə gələcəklər, necə ciddi bir həyata başladıqlarından ilk günlər xəbərsiz olsalar da, sonralar müəllimləri bu kiçik fidanların qəlbinə yol taparaq onlara oxumağı, yazmağı öyrətməklə  bu kiçik insanları məktəb adlanan, 11 il sürən, qayğı, sevgi, inad yolu ilə biliklərin, etikanın, davranışın əsaslarını bəxş edən bir dünyaya aid edəcəklər.

     Adı Elm, Bilik, Səviyyə, Davranış qaydaları olan bu böyük dünya yuxarıda qeyd etdiyim kimi 1400 nəfərə yaxın kiçik yevlaxlı soydaşlarımızın yolunu səbirsizliklə gözləyir.

      Bu aləmə daxil olmaq üçün gələcək birincilərin valideynləri nə etməli, hansı işləri görməlidir, hansı qaydalara əməl etməlidirlər? Daha ətraflı »

  • 23İyl

    ŞƏHİDİN ANIM GÜNÜ

     Torpaqlarımızın erməni işğalından müdafiə savaşında ölümləri bahasına ŞƏHİD adı qazanmış həmyerlilərimiz xalqımızın bu gün və sabah yazılacaq qəhrəmanlıq salnaməsinə öz müqəddəs adlarını həkk etdirmişlər. Şəhid oğullarımızın doğum gününü qəlbən yad edib, onların ruhu qarşısında baş əyirik.

    1.Əsgərov Faiq Vaqif oğlu

    3 iyul 1973-cü ildə Qoyunbinəsi kəndində anadan olub.

    2.Salmanov İsa Surxay oğlu

    3 iyul 1973-cü ildə Nəmərli kəndində anadan olub.

    3.Xəlilov İsa Bayram oğlu

    7 iyul 1971-ci ildə Qoyubinəsi kəndində anadan olub.

    4.Quliyev Ələddin Vəliyəddin oğlu

    10 iyul 1974-cü ildə Qoyunbinəsi kəndində anadan olub.

    5.Həmidov Bəxtiyar Fazil oğlu

    13 iyul 1973-cü ildə Xanabad kəndində  anadan olub.

    6.Quliyev  Habil Səhliyar oğlu

    19 iyul 1969-cu ildə Qaraməmmədli kəndində anadan olub.

    7.Məçidov Elxan Əlibala oğlu

    23 iyul 1969-cu ildə Yevlax şəhərində anadan olub.

    8.Əsədov Nazim Şamil oğlu

    26 iyul 1968-ci ildə Havarlı kəndində anadan olub.

    9.Qurbanov Saleh Tahir oğlu.

    27 iyul 1970-c ildə Yevlax şəhərində anadan olub.

    10.Qasımov Məzahir Məhyəddin oğlu

    29 iyul 1971-ci ildə Nurallar kəndində anadan olub.

     

     

  • 23İyl

     İlin yay fəslidir. Havaların çox isti keçdiyi indiki vaxtda yaşıllıq və meşə massivlərinin yanğından qorunması hər birimizdən birgə fəaliyyət tələb edir. Şiddətli istilərin ağaclara və otlara yandırıcı təsiri yanğın baş verməsi ehtimalını artırır. Bu isə biz yanğınsöndürmə əməkdaşlarını daha sayıq olmağa vadar edir. Eyni zamanda qeyd etməliyik ki, meşə zolaqlarının oddan qorunması təkcə yanğından mühafizə orqanları əməkdaşlarının deyil, həmçinin meşə mühafizəsi və bərpası idarəsinin, digər əlaqədar təşkilatların  rəhbərlərinin də üzərinə böyük məsuliyyət qoyur. Adları çəkilən təşkilatlar və maddi-məsul şəxslər yanğına qarşı tədbirləri vaxtında, dürüst və dəqiq təşkil etməyə bilavasitə borcludurlar.

     Rayonumuzun sərvəti olan meşələrin yanğından və oddan qorunması meşə və meşə ətrafında əkinciliklə məşğul olan, mal-qara, qoyun-quzu saxlayan, fermer təsərrüfatında çalışan rəhbər işcilərin, o cümlədən bütün vətəndaşların ümdə vəzifəsidir. Bunun ücün ilk növbədə yanğın təhlükəsizliyinə qarşı aşağıdakı zəruri profilaktiki tədbirləri görmək lazımdır.

    -Meşə sahələrinin yaxınlığında yerləşən məntəqələrdə baş verə biləcək yanğınların tez və operativ söndürülməsi məqsədilə yanğınsöndürmə dayaq məntəqələri yaradılmalı, həmin məntəqələr yanğınsöndürmə ləvazimatları ilə təchiz olunmalıdır.  Daha ətraflı »

  • 16İyl

    DEMOKRATİK JURNALİSTİKANIN HİMAYƏDARI, SÖZ VƏ MƏTBUAT AZADLIĞININ BÖYÜK QAYĞIKEŞİ

     Azərbaycan milli jurnalistikası  öz tarixinin əlamətdar hadisəsini-ulu anadilli mətbu nəşr “Əkinçi”nin işıq üzü görməyə başlamasının 135-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. 1875-ci ilin 22 iyul günü, haqlı olaraq, həmin dövrdən milli mətbuatımızın  doğum tarixi sayılır.

     Milli mətbuat günü dövlət müstəqilliyi ərəfəsində elan olunmuşdur. 1995-ci ildən başlayaraq milli jurnalistikamızın 120, 125, 130 illik yubileyləri dövlət başçısının sərəncamı ilə respublikamızda ümumxalq bayramı kimi geniş qeyd olunmuşdur.

     Azərbayçan Prezidenti İlham Əliyevin yenicə imzaladığı “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” 17 iyun 2010-cu il tarixli sərəncamı bu demokratik ənənənin davamı kimi ölkə jurnalistlərini sevindirmişdir.

     Sənəddə 135 il əvvəl ilk milli  qəzetimizin nəşrə başlaması mədəniyyət tariximizin çiddi bir hadisəsi kimi dəyərləndirilir, “Əkinçi” qəzetinin “həqiqət carçısı olması”, “xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynaması” vurğulanır. Sərəncamda, bütövlükdə milli jurnalistikamızın 135 illik tarixinə yüksək qiymət verilərək bildirilir ki, “Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur”.

     Sərəncamda respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra demokratik cəmiyyətdə yeni tipli jurnalistikanın bərqərar olması ilə bağlı həyata keçirilən mühüm dövlət tədbirləri, qısa müddətdə qazanılmış uğurlar da əksini tapmışdır: “Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyi nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır”. Daha ətraflı »

  • 16İyl

    TAXIL BİÇİNİ BAŞA ÇATDI

     Yevlaxda cari ildə 11.303 hektarda taxıl becərilmişdi, o cümlədən 9569 hektarda buğda, 1734 hektarda da isə arpa yetişdirilmişdi.

     Artıq zəmilərdə taxıl biçini yekunlaşıb.  Qızılı zəmiləri yararaq sünbülləri təmizləyib kombaynın bunkerinə toplayan texnikanın köməyi ilə sahələrdən 29.954 ton məhsul yığılıb.  Hektarın məhsuldarlığı 26,5 sentner təşkil edib.

     Yevlaxın torpaq mülkiyyətçiləri olan taxılçılarımız bərəkət ünvanlı zəmilərdən 26.225 ton buğda, 3728 ton arpa biçiblər. Müvafiq olaraq buğda zəmisinin hər hektarından 27,4 sentner, arpa sahələrindən isə 21,5 sentner məhsuldarlıq əldə edilib.

     Bu rəqəmləri ötən illə müqayisə etsək nəticələr sevindirmir. Çünki ötən ilə nisbətən Yevlaxın taxıl zəmilərində 4,75 sentner az məhsul toplanıb. Səbəbləri ilə maraqlanırıq. Mütəxəssislər bu gerilməni qlobal iqlim dəyişikliyi, yazda daha çox yağışların düşməsi, sel sularının zəmilərə vurduğu ziyanla əlaqələndirir və bildirirlər ki, əlverişli olmayan iqlim nəticəsində taxılın mayalanması daha geç başa gəlib və aramsız yağan yağışlar taxıl zəmisinin bir cox sahələrində məhsulun zay olmasına gətirib çıxarıb. Onların sözlərinə görə bu il rayonun taxıl zəmilərində hektarlarla sahədə sünbüllər yetişib, amma bu sünbüllərin içərisində dən olmayıb. Belə hallar isə məhsuldarlığın aşağı düşməsində öz sözünü deyə bilib.

     Biçin dövründə zəmilərdə 63 taxılbiçən kombayn çalışıb. Qonşu Goranboy rayonundan da texnika alınıb yerli taxılçıların ixtiyarına verilib.

     Rayonun Malbinəsi, Qoyunbinəsi, Kövər, Qaraməmmədli kəndlərində fəaliyyət göstərən torpaq mülkiyyətçiləri olan taxılçılar biçin zamanı daha yaxşı nəticələr göstərə bilib, becərdikləri taxıl zəmilərinin hər hektarından daha yüksək məhsuldarlıq əldə ediblər.

     Havarlı, Bucaq, Aşağı Salamabad və s. kəndlərimizdə fəaliyyət göstərən taxılçılar isə bu ili daha aşağı göstəricilərlə başa vurublar.

     

    “KÜR”

     

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...