Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 07Apr

     Azərbaycanın milli maraqlarının təhlükəsizliyinin təmin olunmasında özünəməxsus yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 91 il ötür.

     Bu münasibətlə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Yevlax şöbəsinin rəisi Babək Məmmədov başda olmaqla şöbənin şəxsi heyəti ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, ehtiramlarını ifadə etdilər.

     Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Yevlax şöbəsinin əməkdaşları, rayon rəsmiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimi MTN-nin Yevlax şöbəsinin rəisi Babək Məmmədov açdı. Daha ətraflı »

  • 07Apr

     Baharın və milli bayramımız olan Novruzun gəlişi hər il olduğu kimi şəhərimizdə böyük təntənə ilə qeyd edildi.

     Şəhərin mərkəzi meydanına toplaşan yüzlərlə yevlaxlı bir daha el adət-ənənələrinin həmişəyaşar olduğunu təsdiqləyən  meydan tamaşalarında Novruzun atributu olan Keçəl, Kosa və Keçinin məzəli oyunlarını gördülər.

     Şəhər İcra Hakimiyyətinin Başçısı həmyerlilərimizi yurdumuza qədəm qoyan Bahar və Novruz bayramları münasibətilə təbrik etdi.

     Sonra müxtəlif kateqoriyadan 1500 nəfərdən artıq ehtiyacı olan insana bayram hədiyyələri təqdim olundu.

     Saatlarla davam edən el şənliyinin yaraşığı olan mahnı və musiqi ərməğanını Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən ansamblların kollektivləri təqdim etdilər.

     

    “KÜR”

  • 07Apr

     Daim yeniləşən gözəl şəhərimiz Yevlaxda Novruz bayramı günlərində daha bir tədris ocağının təməli qoyuldu. Şəhərimizin cənub-qərb istiqamətində, Yevlax-Bərdə magistral yolunun sol tərəfində 3,5 hektarlıq ərazini əhatə edəcək Birləşmiş Avtomobil Məktəbinin inşasının sifarişçisi Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətidir. Bu münasibətlə düzənlənən tədbiri Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qoca Səmədov açaraq qeyd etdi ki, möhtərəm Prezidentimizin uğurlu daxili və xarici siyasəti sayə- sində regionların sosial-iqtisadi inkişafı durmadan geniş vüsət alır. Bu  kontekstdə şəhərimizdə də irimiqyaslı yenidənqurma işləri aparılır. Həmçinin əhalinin tələbatına uyğun mühüm xidmət və tədris obyektlərinin tikintisinə də böyük önəm verilir. Bu gün şəhərimizin təhsil, mədəniyyət, digər sosial obyektlərinin sırasını zənginləş- dirəcək daha bir tədris ocağının təməlqoyma mərasimi dediklərimizə real sübutdur. Yevlaxda belə bir mühüm tədris müəssisəsinin tikilməsi  dövlət başçısının  qayğısının əyani təzahürüdür. Daha ətraflı »

  • 07Apr

    QANLA YAZILMIŞ TARİXİMİZ

     

     Bu günə qədər bir çox kitablar oxumuşam. Lakin xalqımızın qan yaddaşını özündə əks etdirən “Qanla yazılmış tariximiz” kitabı qədər diqqətimi calb edən olmamışdır. 1918-1920-ci illərdə Naxçıvan erməni təcavüzünə məruz qaldığı zaman Naxçıvan Müsəlman Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Yusif oğlu Əliyev tərəfindən ərəb əlifbası ilə gündəlik şəklində yazılmış bu tarixi qeydləri Respublika Əlyazmaları Fondundan götürən tarix elmləri namizədi, dosent Gülnarə Məmmədqızı tərtib edərək kitab halına salmış, tarix elmləri doktoru, professor Şamil Hacıyev isə elmi rəy yazaraq  onu geniş oxucu kütləsinə çatdırmaqla olduqca xeyirxah bir iş görmüşlər. Daha ətraflı »

  • 07Apr

    YOXLAMA İMTAHANLARI KEÇİRİLMİŞDİR

     

     Bu günlərdə 2009-2010-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarının aparılması “Qaydalar”ına uyğun olaraq yoxlama imtahanları keçirilmişdir. Hər iki təhsil kursu üzrə dərs ili ərzində bir dəfə keçirilməsi nəzərdə tutulan bu imtahanların keçirilmə tarixləri Təhsil Nazirliyi tərəfindən bir qayda olaraq qabaqcadan müəyyən  edilir. Və yoxlama imtahanları adətən respublikanın Təhsil Nazirliyinin nümayəndələri tərəfindən aparılır, alınan nəticələr sözügedən Nazirlik tərəfindən yoxlanılıb yerlərə göndərilir. Daha ətraflı »

  • 07Apr

    FAYDALI LAYİHƏ

     

     Bir-birinin ardınca kənd adamına, kənd həyatına çox faydalı və gərəkli layihələr həyata keçirib araya-ərsəyə gətirən “Ulduz” icması Nemətabad kəndində  olduqca populyardır. Onu da qeydə dəyər ki, bizim “Ulduz” icması hədəflərin müəyyənləşdirilməsi üçün keçirilən ilin seçimində əməkdaşlıq istiqamətindəki cəhdləri qiymətləndirilmiş  14 kənd icma siyahısında yer almışdır. Sözügedən siyahıda adı işgüzar kimi çəkilən “Ulduz” icması USAİD, BP və belə tanınmış beynəlxalq təşkilat və korporasiyaların, eləcə də onların tərəfdaşlarının maliyyə dəstəyi ilə son zamanlarda “Süd və süd məhsulları istehsalçılarına əsaslı dəstək” layihəsini  qəbul etməyə müvəffəq olmuşdur. Bu layihə “Ümid-98” adlаnır və bununla da hökumət icmalar, eləcə də özəl sektorun iştirakı ilə südçülük sahəsinin rəqabətə davamlı inkişaf etdirilməsini reallaşdıracaq, həm də  milli iqtisadiyyatımızın dirçəlişinə yardım edəcəkdir. Bəs, bu layihə özündə hansı məqsəd və inkişaf parametrlərini nəzərdə tutur? Bu sualın cavabı olaraq onu vurğulamağa dəyər ki, burada məqsəd kiçik və orta ölçülü fermer təsərrüfatlarının süd və süd məhsulları istehsalını artırmaq və mövcud südçülük sahəsinin, eləcə də fermer təsərrüfatlarının davamlı və müntəzəm inkişaf etməsi üçün regional toplama mərkəzlərinin emal müəssisələri ilə əlaqələndirilməsinə yardım etməkdir. Təklif olunan bu layihənin birbaşa faydaları süd və süd məhsullarının istehsalı və emalı ilə məşğul olan müəssisələr, sahibkarlar, fermerlər, kiçik süd assosiasiyaları və eləcə də fərdi təsərrüfatlarda mal-qara bəsləyib süd istehsalı ilə məşğul olanlara aid olacaqdır. Daha ətraflı »

  • 07Apr

     Müəllif poemada Qarabağın ermənilər tərəfindən işğalından, bu işğala qarşı qəhrəman övladlarımızın rəşadətindən və vətən yanğısından söhbət açır.

     

    (poemadan parça)

    Odlar diyarında ulu bir dağ var,

    Cənnətə dönərdi gələndə bahar.

    Sinəsindən neçə bulaqlar axır,

    Sanki bir gözəldi, boylanıb baxır.

    İxtiyar qocatək xəyala dalıb,

    Neçə qərinələr o yola salıb.

    Dost-qonaq gələndə üzü gülərdi,

    Düşmən gəlsə zimistana dönərdi.

    Çoxdan tanıyıbdı, o dostu, yadı,

    Bu qocaman dağın Murovdur adı.

    Murov ağ örpəyin başından atdı,

    Düşündü nə qayğı, yaz gəlib çatdı.

    İndi pay alaram güldən-çiçəkdən,

    Qızarsın yanağım lalə, ləçəkdən.

    Tərtər layla desin, bülbül oxusun,

    Bahar sinəm üstə xalı toxusun.

    Durna naz eyləsin, oynasın maral,

    Zirvəmdə öyünsün qürurlu qartal. Daha ətraflı »

  • 07Apr

    YAŞILLIQ QƏNİMİ

     Bəlkə də bu yazını oxuyub ağız-burnunu sağa-sola oynadanlar da olacaq ki, çox böyük iş olub bəyəm? Odur ki, gözdə-qulaqda olmaq, nəzarət etmək lazımdır. Olaya bu cür reaksiya verənlərin də bir gün eynən bu sayaq yaramazlıqlar etməyəcəyinə kim zəmanət verə bilər?

     Nə isə, türklər demiş, lafı çox da uzatmayıb keçək mətləbə.

     Şəhərimizin Rəşid Behbudov küçəsindəki 39 saylı ünvanda yaşayan Nodar Əbülfət oğlu Kərimov sən demə baharın ilk günlərində, daha dəqiq desək, martın 28-də anadan olub. Tanrı həmişə könlünü şad, kefini-damağını çağ eləsin, görünür dünyamıza gəlişindən çox məmnunluğuna işarətdir, bu cavan   ömrünün 32-ci ilinin tamam olduğu günlərdə öz hesabınamı, dost-tanış hesabınamı, bilmirik, yeyib, içib, həm də elə-belə yox ha,  elə içib ki, hətta üstündən bir həftəyə yaxın vaxt keçməsinə baxmayaraq etdiklərini xatırlaya bilmir ki, bilmir.

     Bəs nə edib bu cavan? Sərxoş vəziyyətdə şəhərin Heydər Əliyev prospektində, “Vasif” marketin qarşısındakı ərazidə salınmış yaşıllıq sahəsində sözün həqiqi mənasında şumlama aparıb. Burada insanların günlərlə zəhmət çəkib əkdikləri yaşıllığı viran qoyub. Neçə-neçə ionium kolunu, palma ağacını, necə deyərlər, torpağıynan birgə şəllənib ki, aparıram həyətimdə əkməyə. Amma ona başa salıblar ki, ağaclara bu sayaq qəsdi cinayət tərkibli bir əməldir.

     Polis işçiləri  “yaşıllıq dostu”nu əməli üstündə anındaca yaxalayıb və şöbəyə gətirib.

     Nodar müəllim  ayılıb və  əməlindən peşmanlığını bildirir.

    Amma burada bir qeydsiz ötüşə bilmirəm. Tez-tez ali təhsilli adam olduğunu söyləyən Nodar bilmir ki, təbiəti sevmək, yaradılana qiymət vermək diplomla verilən bir qabiliyyət deyil. Həm də müdriklərimiz söyləyib ki, gözəllik önündə əyilməyən başda müdriklik ola bilməz. Nə isə…

    Hazırda Rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.

     

    Nail QASIMOV.

  • 07Apr

    MÜSABİQƏ UĞURLA YEKUNLAŞDI

     Bu günlərdə Mingəçevir şəhərində uşaq və yeniyetmələrin Elmi-Texniki Yaradıcılıq müsabiqəsinin zona müsabiqəsi keçirilmişdir. Sözügedən müsabiqənin əsas məqsədi uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, eləcə də yaradıcılıqlarının inkişaf etdirilməsi, kiçikyaşlı konstruktorların əllərindən çıxan zərif və texniki cəhətdən diqqətçəkən işlərin sərgilənməsi, həmçinin layiqli dəyər və qiymətini almasından ibarət idi.

     Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş balaca konstruktorlar yaratdıqları modelləri həvəslə nümayiş etdirirlər.

     Yarış çox maraqla və həyəcanla başa çatır. Modellərini yarışdan sonra səliqə ilə düzərək münsiflər heyətinin qərarlarını gözləyən balaca konstruktorların üzlərindən yaşadıqları həyəcan aydınca sezilir.

     Bu da bayaqdan gözlənilən son məqam. Respublikanın Təhsil Nazirliyinin əməkdaşları yarışların nəticələrinə aid  qiymətləndirməni açıqlayırlar. Qaliblərin arasında Yevlaxı təmsil edən balaca konstruktorların adları da çəkilir. Onlarla sizi də tanış edirik. Bizim Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Cavid Məmmədov radio ilə idarə olunan “Merkuri” hərbi gəmi nominasiyasında fəxri ilk yeri tutur və Mingəçevir Təhsil Şöbəsinin diplom və hədiyyəsinə layiq görülür. Daha ətraflı »

  • 07Apr

    VƏRƏMDƏN NECƏ QORUNMALI?

     Yer kürəsində ən qədim və ən çox yayılmış xəstəliklərdən biri də vərəm xəstəliyidir. Bu xəstəlik barədə nə bilirik?

     Sözügedən xəstəlik vərəm bakteriyaları tərəfindən törədilən yoluxucu xəstəlikdir. Xəstəliyin daşıyıcıları öskürərkən, asqırarkən, yaxud ucadan danışarkən vərəm bakteriyaları havaya yayılır və beləliklə də sağlam insanlar da nəfəs alarkən bu xəstəliyə yoluxa bilirlər. Bir müddət keçdikdən sonra bu bakteriyalar ağ ciyərlərdə iltihab törədərək vərəmlə xəstələnməyə səbəb ola bilir. Xəstəliyin əsas əlamətləri haqda bilgi vermək yerinə düşər.

    -İki həftədən artıq davamlı öskürək, tez yorulma, iştahsızlıq, arıqlama, gecə tərləməsi, nəhayət iki həftədən artıq davam edən qızdırma bu xəstəliyin əsas əlamətləridir.

     Vərəmin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi DOTS müalicə üsulu ilə aparılır. Əgər xəstə vərəmdən sağala bilmirsə o zaman nə baş verir? Bu cür xəstələrdə vərəm üçün müəyyən edilmiş preparatlara rezistentlik yaranır,  yəni müalicə yarımçıq dayandırılarsa, bədəndə olan və xəstəlik törədən bakteriyaların hamısı məhv olmur. Eyni zamanda sağ qalmış bakteriyalarda dərman preparatlarına qarşı dözümlülük yaranır və bir müddət keçdikdən sonra xəstəlik daha kəskin formada inkişaf edə bilir. Daha ətraflı »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...