Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 07Mar
    Digər UĞUR OLSUN, MEHRİBAN XANIM! üçün şərhlər bağlıdır

    1 Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

    Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanı dünyada tanıtdırıb. O, Azərbaycanın inkişafı, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin zənginliyinin dünyaya çatdırılması üçün yorulmadan fəaliyyət göstərir. Xalqımız Mehriban xanımın yeni vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə və Azərbaycan naminə daha böyük işlər görəcəyinə əmindir.

     

  • 07Mar
    Yevlax ŞİH-də AZƏRBAYCAN-3 MƏHƏLLİ İLK PARTİYA TƏŞKİLATININ HESABAT-SEÇKİ YIĞINCAĞI üçün şərhlər bağlıdır

    2 Bu günlərdə Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində növbəti hesabat-seçki yığıncağı keçirilmişdir. Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının geniş akt zalında keçirilmiş yığıncaqdan öncə  müstəqil Azərbaycanımızın memarı və qurucusu, xalqımızın  ümummilli lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilmişdir. Hesabat  yığıncağında geniş məruzə ilə çıxış  edən Azərbaycan-3 məhəlli ilk partiya təşkilatının  sədri Taleh Rəşidov təşkilatın fəaliyyəti barədə məlumat  vermişdir. Bildirmişdir  ki, ətrafında 50 nəfər  partiya üzvünü birləşdirən təşkilatımız həmişə olduğu kimi bu hesabat dövründə də öz işini günün  tələbləri səviyyəsində  qurmuş, ictimai-siyasi fəallığı ilə fərqlənmiş, dövlət başçısının, bütövlükdə partiyanın qarşımızda qoyduğu  mühüm  vəzifələrin  icrasında nümunə göstərmişdir. Onu da qeyd etmişdir ki, təşkilatın boy sırası fəal gənclər hesabına getdikcə artır və qısa  zaman ərzində 19 nəfər gənc sədri  möhtərəm Prezidentimiz, ölkəmizi dünyada və regionda super dövlət kimi tanıtmış İlham Əliyev  cənabları olan dünənin, bu günün  və gələcəyin partiyasının üzvü olmağı  özlərinə şərəf bilmiş, partiya sıralarına daxil olmuşdur. Natiq çıxışının sonunda onu da qeyd etmişdir  ki, təşkilatın uçot-hesabat işləri, protokolların tərtibatı və üzvlük haqlarının ödənilməsi  əməliyyatları da dəqiqliklə öz həllini  tapmışdır.

    Sonra məruzə ətrafında çıxışlar olmuşdur. YAP Yevlax rayon təşkilatı idarə heyətinin üzvü ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, ŞİHB Aparatının baş məsləhətçisi Vaqif Əliyev və başqaları çıxış edərək partiyanın yaranması tarixindən, ölkəmizin ictimai-siyasi və iqtisadi həyatındakı möhtəşəm rolundan danışmış, Azərbaycan-3 məhəlli  ilk  partiya təşkilatının hesabat dövründəki fəaliyyətini müsbət dəyərləndirərək bu təşkilatın partiyamızın  aktiv təbliğatçıları olduğunu bildirmişlər.

    Daha ətraflı »

  • 07Mar
    Digər KÜL OLMUŞ ŞƏHƏR üçün şərhlər bağlıdır

    XOCALI SOYQIRIMINDAN 25 İL KEÇİR

     25 il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən  qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi. 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecədə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə yeksan etdilər.

    Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi beynəlxalq hüquqa əsasən, Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.

    Daha ətraflı »

  • 07Mar
    Digər XOCALI FACİƏSİ – 25 üçün şərhlər bağlıdır

    ÜRƏKLƏRDƏ YAŞAYAN KƏDƏR

     Hər ilin fevralı gələndə hamımız Xocalı ovqatına köklənir, kül olmuş şəhərin dərdi, onun əzabkeş, müsibətlərə düçar olmuş şəhidlərinin xatirəsi ilə yaşayır, sağ qalmış və bir ömrə neçə kədərli ömür qatanların söylədikləri, 25 il bundan öncə gördükləri, dözdükləri dəhşətləri hələ də unutmadıqları anlarının təsiri altına düşürük.

    Əslində, biz Xocalını bütün ilboyu, daim xatırlamalıyıq, heç unutmamalıyıq. Bilirsiz niyə? Çünki başımıza zaman-zaman gələnlər millətimizin unutqan, kinsiz-küdurətsiz, keçmişə kompromiss nəzərlərlə baxmağından irəli gəlir bəlkə…

    Amma, bu biz azırbaycanlıların bəxtinə düşüb. Tariximiz beləcə ağrı-acılarla, müsibətlərlə, erməni əli ilə kürəyimizə arxadan saplanan xəncər zərbələri ilə doludur. Lakin yenə, yenə də biz bütün bunları unutmaqda davam etmişik.

    Xocalı faciəsində  ermənilər Xankəndində yerləşən 366-cı polkun erməni xislətli əsgər və zabitləri ilə birgə xalqımıza qarşı soyqırım törətdilər.

    Ağılları donduran, şüurları şoka salan, insanlıq qanunlarına, bəşər fəlsəfəsinə sığmayan bu faciədə düşmənin qanlı əli, çirkli, murdar vicdanları ilə 613 nəfər Xocalı sakini öldürüldü, 1275 nəfər əsir və girov götürüldü, onlardan bir çoxunun taleyi hələ də müəmmalıdır, minlərlə insan müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu, onların 76 nəfəri yetkinlik yaşına çatmamışdı.

    Daha ətraflı »

  • 07Mar
    Təhsil XOCALI SOYQIRIMI UNUDULMAZ, YADDAN ÇIXMAZ! üçün şərhlər bağlıdır

     Heç bir xalqın başına gətirilməmiş ağlasığılmaz bir qəddarlıqmı, vəhşilikmi, cinayətmi, bilmirəm? Onu bilirəm ki, həmin gecə günahsız insanların-ağsaqqal qocaların, ağbirçək anaların, südəmər körpələrin, ismətli qızların, gəlinlərin haraylarını, ahlarını, fəryadlarını eşidən olmadı! Sinələrdən qopan ah-nalələr qaranlıq, ayazlı-şaxtalı qış gecəsinin vahiməsinə qarışdı.

    Xocalı qırğını dövründə erməni faşistlərinin bu qanlı cinayətlərinin üstünü açmaq, onu dünya xalqlarına çatdırmaq üçün xalqımızın qəhrəman oğlu Çingiz Mustafayev misilsiz hünər göstərdi. Çingiz Mustafayevin fədakarlığı nəticəsində xarici jurnalistlər də baş vermiş qırğın yerinə getmiş və ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görmüşdülər. Onlardan biri-fransız jurnalisti demişdi ki, mən müharibədə alman faşistlərinin qəddarlığı haqqında çox şey eşitmişəm. Lakin 5-6 yaşlı uşaqları, qocaları, dinc əhalini qırmaqda ermənilər onları ötüb keçmiş, arxada qoymuşlar.

    Dünyada erməni qəddarlığı, erməni vəhşiliyi deyilən bir qorxu var. Bu faşizm qorxusundan daha dəhşətlidir.

    Bu dəhşətli faciəni-soyqırımı unutmaqmı olar? Əsla! Unutqanlıq özü gələcək üçün növbəti bir faciədir. Elə isə faciənin üstünə faciə gətirməyək! Bu soyqırım bizim heç bir zaman unudulmayan, bağışlanmayan  yaddaşımızdır.

    Daha ətraflı »

  • 07Mar
    Təhsil “ŞƏHİD ŞƏHƏR – XOCALIM” üçün şərhlər bağlıdır

     Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan faciədən 25 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017 – ci il tarixli və buna müvafiq Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamları xeyli müddət idi ki, pedaqoji kollektivimizin diqqət mərkəzində idi.

    1988 – ci ildən başlamış Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və faciəli hadisələrindən biridir. Xocalı faciəsi tarixdə bizə məlum olan Badbiyar, Xatın, Liditge, Sonqmi faciələri ilə eyni səviyyədə durur. Tariximizin qan yaddaşı olan Xocalı təkcə Azərbaycan xalqının yox, bütün türk – müsəlman dünyasının Kərbəlası, Məkkəsi, Mədinəsi, qibləgahı, namusu, qeyrəti idi.

    Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar keçirilən “Şəhid şəhər – Xocalım” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlandı. Məktəbin direktoru Mehriban İmanova, bu qeydlərin müəllifi, müəllimlərdən Zərdanə İmanova, Səkinə Əliyeva çıxış edərək gənclərə Xocalı soyqırımını unutmamağı tövsiyə etdilər, şəhid şəhərdə  yaşamış insanların başına gələn müsibətlərdən danışdılar.

    Daha ətraflı »

  • 07Mar
    Digər TÖKÜLƏN QAN YERDƏ QALMAYACAQ üçün şərhlər bağlıdır

     Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər Mədəniyyət Mərkəzi YAP Yevlax rayon təşkilatı ilə birgə Xocalı soyqırımının 25-ci  ildönümünə həsr olunmuş “Unutsaq unudularıq” adlı tədbir keçirmişlər. Mədəniyyət Mərkəzində keçirilən tədbir Xocalı şəhidlərinin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad  olunduqdan sonra başlamışdır.

    Tədbirdə Mərkəzin direktoru Eldəniz Mustafayev, YAP Yevlax rayon  təşkilatının  aparat rəhbəri Əli Quliyev, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax nümayəndəliyinin baş məsləhətçisi Rafiq Məmmədov, Heydər Əliyev Sarayının metodisti Aida Nəbiyeva və başqaları kövrək  notlar üzərində köklənmiş çıxışları ilə ötən əsrin ən qanlı və dəhşətli faciəsi kimi tarixə düşmüş Xocalı soyqırımını xatırlamış, həmin faciəni törətmiş faşist xislətli ermənilərin murdar simasını və iç üzünü tutarlı faktlarla bir daha ifşa edərək cəlladların ünvanına ən ağır ittihamlar səsləndirmiş, tökülən nahaq qanların  qisasının qətiyyən yerdə qalmayacağını vurğulamışlar.

    Daha ətraflı »

  • 07Mar
    Digər YAP YEVLAX RAYON TƏŞKİLATINDA HESABAT SEÇKİLƏR DAVAM EDİR üçün şərhlər bağlıdır

     Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının Hava limanı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

    Yığıncağı ərazi ilk partiya təşkilatının sədr əvəzi Ələddin Rzayev açaraq, keçən konfransdan bu günədək görülmüş işlər barədə ətraflı məruzə edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının nüfuzundan və respublikamızın ictimai-siyasi həyatındakı avanqard rolundan geniş danışıb. O, bildirib ki, ötən ildə dünyada və yaşadığımız bölgədə iqtisadi böhranın olmasına baxmayaraq, Azərbaycan öz inamlı inkişafını davam etdirmiş, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşamışdır. Bu inkişaf şəhərimizin sosial-iqtisadi həyatına da öz müsbət təsirini göstərmişdir. Yığıncaqda çıxış edən partiya üzvləri Mahir Əmirov, Tofiq Şükürov və Murad Həsənov qeyd etdilər ki, rayonun sosial-iqtisadi və ictimai həyatında fəal iştirak etməklə bərabər, partiya üzvlərimizin bir vəzifəsi də milli ideologiyamızın, maarifçiliyin, müstəqillik ideyalarımızın fəal daşıyıcısı və fəal təbliğatçısı olmaqdır.

    Daha ətraflı »

  • 07Mar
    Digər HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI TƏLİMATİ VƏ ÖYRƏDİCİ SEMİNAR KEÇİRDİ üçün şərhlər bağlıdır

     2Bu günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası şəhərimizdə üzv təşkilatlarda hesabat-seçki yığıncaqlarının (konfranslarının) hazırlanması və keçirilməsi üçün təlimati və öyrədici xarakterli seminar keçirmişdir.

    Sözügedən seminara Yevlax, Ağcabədi, Ağdam, Bərdə və Füzuli rayon və şəhərlərini təmsil edən həmkarlar ittifaqları rəsmiləri qatılmışdılar.

    Tədbir iştirakçıları önündə AHİK-in Təşkilat işləri və Məlumat şöbəsinin müdir müavini Əli Cəfərov məruzə etdi.

    Məruzəsində o həmkarlar ittifaqları rəsmilərinə hesabat-seçki yığıncaqlarının (konfranslarının) hazırlanması və keçirilməsi üçün tövsiyələr verdi.

    Təlimati seminar canlı dialoq şəraitində reallaşdı. 5 rayon və şəhəri təmsil edən həmkarlar ittifaqı rəsmiləri məruzəçiyə maraqlı suallar ünvanladılar, özləri üçün aydın olmayan nüanslara açıqlıq gətirilməsinə nail oldular.

    Daha ətraflı »

  • 07Mar
    Yevlax ŞİH-də KİÇİK VƏ ORTA SAHİBKARLARLA TƏLİMATİ GÖRÜŞ üçün şərhlər bağlıdır

    DSC_0060 Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün sahibkarlara dəstək olan Azexport.az portalı  bölgələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarlarla  görüşünü və iş birliyini davam etdirir. Fevralın 18-də  belə bir  görüş  Xalq Teatrının  binasında keçirilmişdir. Təlimati görüşə Yevlax da daxil olmaqla respublikanın Mingəçevir, Ağcabədi, Ağdaş, Bərdə, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından  130-dan  çox sahibkar dəvət olunmuşdur. Qeyd  etmək  lazımdır  ki, görüşün keçirilməsində məqsəd ölkə Prezidenti İlham Əliyev cənablarının “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı il tarixli Sərəncamı əsasında yaradılmış Azexport.az portalının iş prinsipi, həmin  portala  daxil olma  və  istifadə qaydaları barədə sahibkarlara  geniş  məlumat  verməkdən  ibarətdir.

    DSC_0103Məhsul  istehsalçılarının  emal etdikləri və hazırladıqları  məhsulların dünya bazarlarına ixrac imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuş Azexport.az  portalından  istifadə qaydalarına həsr olunmuş təlimati  görüşü Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov açaraq ilk öncə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlını, bütövlükdə   tədbir işirakçılarını yevlaxlılar  adından salamlamış, mühüm dövlət əhəmiyyətli  tədbirin fəaliyyətinə  uğurlar arzulamışdır.

    Görüşdə çıxış edən Mərkəzin icraçı direktoru Vüsal Qasımlı tədbirin mahiyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, son dövrlər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və bu prosesin fonunda sahibkarların ixrac imkanları xeyli çoxalmışdır. Vurğulamışdır ki, kiçik və orta sahibkarlıq yeni iş yerlərinin yaranması, ölkələrdə iqtisadi inkişafı dəstəkləmək naminə böyük əhəmiyyət  kəsb edir. Və  Azexport.az portalı da məhz bu baxımdan sahibkarlara real imkanlar və şərait yaradır. V.Qasımli  çıxışının  sonunda sahibkarlara dövlət başçısı tərəfindən onlara yaradılmış  hərtərəfli şəraitdən səmərəli  istifadə etməyin vacibilyini də  vurğulamışdır.

    Daha ətraflı »

Səhifə 4 cəmi 38212345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...