Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,824
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 07Mar
    Digər UNUDULMAYANLAR üçün şərhlər bağlıdır

    ŞƏHİDİN ANIM GÜNÜ

     Torpaqlarımızın erməni işğalından müdafiə savaşında ölümləri bahasına ŞƏHİD adı qazanmış həmyerlilərimiz xalqımızın bu gün və sabah yazılacaq qəhrəmanlıq salnaməsinə öz müqəddəs adlarını həkk etdirmişlər.
    Şəhid oğullarımızın doğum gününü qəlbən yad edib, onların ruhu qarşısında baş əyirik.
    1.Salahov Kamil Valeh oğlu
    1 mart 1973-cü ildə Aran qəsəbəsində anadan olub.
    2.Babayev  Sərxan Səyyad oğlu
    2 mart 1975-ci ildə Havarlı kəndində anadan olub.
    3.Cumayev Albert Maarif oğlu
    3 mart 1971-ci ildə Yuxarı Qarxun kəndində anadan olub.
    4.Nəbiyev Vidadi Salman oğlu
    3 mart 1960-cı ildə Yevlax şəhərində anadan olub.
    5.Rəsulov Yasəf Ağasəf oğlu
    6 mart 1975-ci ildə Varvara kəndində anadan olub.

    Daha ətraflı »

  • 07Mar
    Digər FEVRALIN 21-İ İLK NOVRUZ MÜJDƏÇİSİ, SU ÇƏRŞƏNBƏSİ YURDUMUZA QƏDƏM BASDI üçün şərhlər bağlıdır

     Çərşənbələr Novruz bayramının əvəzolunmaz atributlarındandır. Hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə insanların təsəvvürlərində ilaxır çərşənbələr, yaxud ilin axır çərşənbələri şəklində formalaşmışdır.

    İlaxır çərşənbələrin birincisi – Su çərşənbəsidir. Su çərşənbəsi Boz Ayın 4 müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi idi. Su çərşənbəsi günü axar Sudan keçənlər azar-bezardan xilas olar, xalq arasında belə deyər, belə düşünərdilər.

    Bu çərşənbə günü xalqımızda belə sınamalar vardı : ilk çərşənbədən başlayaraq qonşuya axşamçağı ələk, maya, od verilməz. Əgər bunları istəməyə qapına gəliblərsə, onda gələnin başından örpəyini götürüb sonra vermək olar. Hətta söylərdilər ki, çərşənbədə evə süpürgə çəkmək olmaz.

    Əski inanc və etiqadlara görə 4 çərşənbənin hər birində  bir  həyat varlığı “dirilir”, oyanır, təzələnir və bununla bağlı olaraq xalq arasında müxtəlif ayinlər, mərasimlər keçirilmişdir.

    Daha ətraflı »

  • 07Mar
    Digər RAYONUN 2016-CI İLDƏ SƏNAYE İSTEHSALI HAQQINDA MƏLUMAT üçün şərhlər bağlıdır

     Bu gün ölkənin sosial – iqtisadi inkişafı Azərbaycan Prezidentinin daxili siyasət xəttində təzahür edən əsas istiqamətlərdən biridir. Xalqın sosial vəziyyətinin və maddi rifah halının daha da yaxşılaşmasını fəaliyyətində prioritetə çevirən ölkə başçımızın imzaladığı dövlət proqramları hesabına bu yöndə əsaslı irəliləyişlər əldə edilmiş, Azərbaycan sosial – iqtisadi inkişafın parametrlərinə, əhatə dairəsinə görə yeni bir mərhələyə qədəm qoymuşdur.

    2016 – cı ildə rayonun iqtisadi, sosial, mədəni inkişafı istiqamətində həyata keçirilən tədbirlər məqsədyönlü və ünvanlı olmuşdur. Mövcud potensialın, əmək ehtiyatlarının və digər resursların sosial tərəqqi yönümündə işə salınması, eləcə də rayonun sosial – iqtisadi inkişafı planının dəqiq icrası həm kəmiyyət, həm də keyfiyyət dəyişikliklərinə görə uğurlu sayıla bilər.

    2016 – cı ildə rayonun sənaye müəssisələrində faktiki qiymətlərlə 10617,4 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ondan da 718,9 min manatı fərdi sahibkarların payına düşür.

    Daha ətraflı »

  • 07Mar
    Digər NƏSRƏDDİN TUSİNİN HƏYATI VƏ İCTİMAİ – SİYASİ BAXIŞLARI üçün şərhlər bağlıdır

     Azərbaycan xalqının dahi alim və filosofu Nəsrəddin Tusi 17 fevral 1201 – ci ildə Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Dahi mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. (Bəzi ədəbiyyatda onun adı Xacə Nəsrəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən kimi yazılır. Tusi onun ləqəbidir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin adını vermişdir (xalq arasında Nəsr kimi də işlədilmişdir). O, mənşə etibarı ilə Həmədanlıdır. N.Tusinin nəslindən Bakıda, Ordubadda, Gəncədə, Cənubi Azərbaycanda yaşayanlar var. Şair İslam Səfərli də onun nəslindəndir.

    Tusinin fizika, astronomiya, riyaziyyat elmlərinə aid çox kəşfləri olmuşdur. (Binomun ilk yaradıcısı Tusi olmuşdur. Sonra elmə gətirilən bu yenilik Nyutonun Binomu adlandırılmışdır. O, sinuslar, tangenslər teoremi, qeyri – Evklig həndəsəsinin ilk yaradıcısı olmuşdur. Onun elmi işlərindən Kepler, Nyuton, Loboçevski və digər görkəmli alimlər istifadə etmişlər. Dahi alimin verdiyi coğrafi kordinatlardan (xəritədən) istifadə edərək Kolumb Amerikanı kəşf etmişdir).

    N.Tusi Marağa rəsədxanasını yaratmışdır. O, ömrünün 45 ilini rəsədxanaya rəhbərlik etmişdir. Böyük alim Bağdad şəhərinə ziyarətə getmiş, 25 iyun 1274 – cü ildə elə orda da vəfat etmişdir. Onun məzarı İmam Müseyi Kazımın qəbrinin ayaq tərəfindədir. Onun başdaşına yazılmışdır: – “Dinin köməkçisi, elm ölkəsinin şahı, dövr anası belə oğul hələ doğmamışdır”.

    Daha ətraflı »

  • 07Mar
    Mədəniyyət YARADICILIQ EVİNDƏ XOCALI SOYQIRIMINA AİD TƏDBİR KEÇİRİLƏCƏK üçün şərhlər bağlıdır

     Şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Yaradıcılıq Evində xalqımızın qan yaddaşına çevrilən Xocalı qətliamının 25-ci ildönümünə həsr edilmiş ədəbi -bədii kompozisiya səhnə alacaq.

    Tədbir haqda qəzetimizə ədəbi-bədii kompozisiyanın ssenari müəllifi Zöhrə Adgözəlova məlumat verir.Onun dediklərindən: Bu faciə 25 ildir ki, qəlbimizdə açılan və heç sağalmayan bir yaradır. Kollektivimizdə birləşən yaradıcı ruhlu insanlar bu faciəni, bu ümumbəşəri kədəri qəlbində yaşadan insanlardır. Ona görə də ssenaridə Vətən, onun başına erməni əli ilə gətirilən müsibətlər, torpağımızı, yurdumuzu qoruyaraq şəhid olan mərd igidlər, sabaha inamla baxan, Xocalıyıya qayıdacağımıza inam bəsləyən  soydaşlarımız təsvir olunub.

    Daha ətraflı »

  • 07Mar

    Mədəniyyət üçün şərhlər bağlıdır

    2 İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Ana Vətən səninləyik” iki hissəli dramatik dastan tamaşasını Xocalı soyqrımının 25-ci il dönümünə həsr etmişdir. Yevlax teatrsevərləri müəllifi və quruluşcu rejissoru İftixar Piriyev olan tamaşaya baxmışlar.

  • 07Mar
    İdman İDMAN: XOCALI  ŞƏHİDLƏRİNİN  XATİRƏSİNƏ  HƏSR OLUNMUŞ SƏRBƏST GÜLƏŞ  ÜZRƏ  AÇIQ BİRİNCİLİK üçün şərhlər bağlıdır

    İLK YARIŞIN  YAŞATDIĞI SEVİNC

     1Bu günlərdə dahi Nizaminin vətəni Gəncə şəhərində Xocalı şəhidlərinin  xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilmişdir. Respublikanın 10 rayonunun Uşaq – Gənclər İdman məktəblərindən gəlmiş 100-ə yaxın idmançı “Zenit” idman klubunun bazasında öz qüvvələrini  sınağa çəkmişlər. Açıq birincilikdə şəhərimizi sərbəst güləş üzrə dərəcəli  idman ustası Saleh Talıbovun komandası təmsil etmişdir. Altı nəfər  yeniyetmə pəhləvanla yarışlarda iştirak edən komandamızın tərkibində cəmi bir neçə ay bundan öncə məşqlərə qatılmış idmansevərələr də var idi. Sevindirci haldır ki, komandamızın 3 nəfər üzvü həyatlarında ilk dəfə mötəbər yarışda iştirak etmiş və hər üçü də uğurlu nəticə göstərmişdir. Əli Əliyev 8 nömrəli tam orta məktəbin VIII “b” sinfində oxuyur. Gənc həmyerliz bütün qarşılaşmalarda öz çəki dərəcəsinə uyğun gələn rəqiblərinə qalib gələrək açıq birincilikdə fəxri kürsünün ən yüksək pilləsinə yiyələnmişdir. 2 nömrəli tam orta məktəbin IV “a” sinif şagirdi Elgün Talıblı ilə 8 nömrəli tam orta məktəbin şagirdi Şəmil Rəcəbli üçüncü nəticəni göstərmişlər.

    Daha ətraflı »

  • 07Mar
    İdman ZONA BİRİNCİLİYİ üçün şərhlər bağlıdır

     Yurdumuza baharın gəlişi yaxınlaşdıqca ictimai-kütləvi tədbirlərin-xüsusilə idman yarışlarının miqyası daha da genişlənir. Məhz belə bir maraqlı yarış respublikamızın şimal bölgəsində, uca dağlar əhatəsində qərar tutmuş Balakən şəhərinin olimpiya idman kompleksində keçirilmişdir. Uşaq – Gənclər İdman  məktəblərinin 14-16 yaşlı idmançılardan ibarət komandaları sərbəst cüləş  üzrə Balakəndə keçirilmiş zona birinciliyində öz qüvvələrini nümayiş etdirmişlər. İki gün davam etmiş zona birinciliyində şəhərimizin idman şərəfini keçmiş SSRİ-nin idman ustası Tofiq Tağıyevin rəhbərlik etdiyi yeniyetmə güləşçilərdən  ibarət komandanın üzvləri qorumuşlar. Həmişə olduğu kimi bu mötəbər  yarışda da komandamız qələbə əzmi ilə çıxış etmiş, öz çəki dərəcələrində fəxri yerləri tutmuşlar. Şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Müşfiq Ocayev və 7 nömrəli tam orta məktəbin IX sinif şagirdi Vüqar Paşayev daha istedadlı və texnikalı fənd tətbiq edərək rəqiblərinə üstün gəlmiş və öz çəki dərəcələrində fəxri kürsünün birinci pilləsini fəth etmişlər. Sərbəst güləşçilərimizdən Qasım Nəcəfov (4 nömrəli tam orta məktəb) və Sənan Əlizadə (9 nömrəli tam orta məktəb) isə müvafiq olaraq ikinci yerlə kifayətlənmişlər.

    Daha ətraflı »

  • 07Mar
    Digər BAHAR AZƏRBAYCANA MARTIN 20-DƏ GƏLƏCƏK üçün şərhlər bağlıdır

     Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

    Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. O deyib ki, həmin an Günəş Yerin hərəkət  müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

    Qeyd olunub ki, fevralın 21-də Azərbaycanda ilk çərşənbə, martın 14-ü isə axır çərşənbədir.

  • 07Mar
    Digər VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır

     “Kür” qəzeti redaksiyası nəzərinizə çatdırır ki, 2017-ci ildə Sizin sifarişiniz əsasında qəzetimizdə dərc olunacaq elanların qiyməti aşağıdakı kimidir.

    1.Sənədlərin itməsi (etibarsız sayılır)-10 manat

    2.Ad günlərinin təbriki-20 manat

    3.Nekroloq-20 manat

    4.Başsağlığı-5 manat

    QEYD: Əlavə məlumatı saytımızdan öyrənə bilərsiniz:

    www.kur-yevlax.com “KÜR” QƏZETİ REDAKSİYASI

Səhifə 5 cəmi 38212345678910...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...