Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 08Fev
    Təhsil “20 YANVAR-QAN YADDAŞIMIZ” üçün şərhlər bağlıdır

     “Biz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik. Onların xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır”.

    Şəhid Q.Məhərrəmov adına 4 nömrəli tam orta məktəbdə düzənlənən “20 Yanvar-qan yaddaşımız” adlı tədbir ulu öndər Heydər Əliyevin bu kəlamları ilə başlamışdır.

    Sonra faciənin ildöünümü ilə bağlı məktəb üzrə keçirilmiş inşa yazı müsabiqəsinin qalibi, X “a” sinfinin şagirdi Aysel Mustafayeva çıxış etmişdir. O, “20 Yanvar-qanlı Yanvar” adlandırdığı çıxışında 1990-cı ilin 20 yanvarında törədilmiş qətliam barədə danışmışdır.

    Məktəbin şagirdləri Gülnurun, Fidanın, Nigarın, Ülviyyənin, Elmirin, Lalənin, Nərgizin, Aytənin, Türkanın və başqalarının  hazırladıqları ədəbi-bədii kompozisiya tədbiri daha təsirli etmişdir.

    Daha ətraflı »

  • 08Fev
    Təhsil ŞƏHİD AİLƏLƏRİNƏ BAŞ ÇƏKDİLƏR üçün şərhlər bağlıdır

     Yuxarı Qarxun kənd tam orta məktəbin müəllim və şagird kollektivi 20 Yanvar faciəsinin 27-ci ildönümü ərəfəsində  humanist bir təşəbbüsü həyata keçiriblər. Onlar Qarabağ uğrundakı döyüşlərdə həlak olmuş həmyerlilərindən – yuxarı qarxunlu ilk şəhid Albert Cumayev və Teymur Həmidovun ailələrinin qonağı olublar.

    Məktəbin kollektivi şəhid soraqlı ünvanlara gündəlik ərzaq mallarından hazırlanmış yardımla bərabər onların böyüdülmüş və qərənfillərlə bəzədilmiş şəkillərini də aparıblar. Görüşdə Albert və Teymurun ruhu yad edilmiş, doğmaları ilə xatirələrini bölüşmüşlər.

    Şəhid ailələrinin üzvləri bu diqqət və qayğıdan razı qalmış, məktəbin kollektivinə minnətdarlıqlarını bildirmişlər.

    Daha ətraflı »

  • 08Fev
    Digər “QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN STATUSU” üçün şərhlər bağlıdır

     Azərbaycan Prezidenti İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 484-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

    Sərəncamla Nazirlər Kabineti 1.1 Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı fikirlərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Daha ətraflı »

  • 08Fev
    Digər “MİNİMUM ƏMƏK HAQQININ ARTIRILMASI 145 MİN NƏFƏRİ ƏHATƏ EDƏCƏK” üçün şərhlər bağlıdır

     Bu sözləri də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov  səsləndirib. Bildirib ki, hazırda təqribən 71 min nəfərin  maaşı minimum əməkhaqqı səviyyəsindən aşağıdır: “Bu kateqoriyaya aid olan vəətəndaşlar əsasən yarımştat və saathesabı çalışanlardır, ona görə də onların maaşı 105 manatdan azdır”.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il yanvarın 1-dən minimum aylıq əmək haqqı 105 manatdan 116 manatadək artırılıb.

     

  • 08Fev
    Digər PENSİYA ÜÇÜN STAJ TƏLƏBİ LƏĞV EDİLİR üçün şərhlər bağlıdır

     Azərbaycanda pensiya üçün tətbiq edilən staj tələbi aradan götürülür. Yeni qanun layihəsinə görə, işçi sosial sığorta üçün daha çox pul ödəyərsə, istədiyi zaman pensiyaya çıxa biləcək.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında bildirib.

    S.Müslümov hazırda Azərbaycanda 20 min manatdan çox maaş alan şəxslərin olduğunu və bu yenilik sayəsində yüksək maaş alanların daha tez pensiyaya çıxa biləcəyini bildirib. Nazir əmək pensiyalarının sığorta hissəsinin indeksləşməsindən də danışaraq qeyd edib ki, ötən il istehlak qiymətlərində 12,4 faizlik  inflyasiya qeydə alındığından, əmək pensiyalarının sığorta olunan, yəni 110 manatdan yuxarı olan hissəsinə 12,4 faizlik artım ediləcək.

    Bu artım isə ümumi pensiyaçıların 94 faizi- nə, başqa sözlə, 1 milyon 240 min nəfərə şamil olunacaq. Hərbçilər, sabiq millət vəkilləri və bu kimi pensiyalarına əlavə alan şəxslər isə bu artımdan yararlana bilməyəcəklər. Onların pensiyası, xidmət etdikləri qurumlarda maaş artımı olanda artırılacaq.

     

  • 08Fev
    Digər MÜAVİNƏT ALMAYACAQ MƏCBURİ KÖÇKÜN KATEQORİYALARI AÇIQLANIB üçün şərhlər bağlıdır

     Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, öz ailələrini maddi baxımdan təmin edən məcburi köçkün iş adamları var və bu insanların müavinət alması, güzəştlərdən istifadə etməsi düzgün deyil.

    Dövlət Komitəsinin sədri bu sahədə qənaət olunan vəsait ehtiyacı olan məcburi köçkünlər üçün yeni mənzillərin tikintisinə, yaxud mənzillərin alınmasına yönəldiləcək: “Bəzi məcburi köçkünlər var ki, böyük vəzifədədirlər. Onlar nə üçün bu imtiyazdan istifadə etməlidirlər? Dövlət təminatında, yəni əsgərlikdə, həbsdə olanlar üçün də bu güzəştlər ləğv ediləcək. Hüquq- mühafizə orqanlarında olan zabitlər də bu kateqoriyadan çıxarılacaq”.

    Daha ətraflı »

  • 08Fev
    Digər UNUDULMAYANLAR üçün şərhlər bağlıdır

    ŞƏHİDİN ANIM GÜNÜ

     

     Torpaqlarımızın erməni işğalından müdafiə savaşında ölümləri bahasına ŞƏHİD adı qazanmış həmyerlilərimiz xalqımızın bu gün və sabah yazılacaq qəhrəmanlıq salnaməsinə öz müqəddəs adlarını həkk etdirmişlər. Şəhid oğullarımızın doğum gününü qəlbən yad edib, onların ruhu qarşısında baş əyirik.

    1.Həmidov Teymur Həzi oğlu

    1 fevral 1974-cü ildə Yuxarı Qarxun kəndində anadan olub.

    2.Tatanov Cəlil Xəlil oğlu

    2 fevral 1971-ci ildə Kolanı kəndində anadan olub.

    3.Hacıyev Əfrasim Alı oğlu

    3 fevral 1964-cü ildə Xaldan kəndində anadan olub.

    4.Mehdiyev Rövşən Cəmil oğlu

    5 fevral 1969-cu ildə Tanrıqulular kəndində anadan olub.

    5.Quliyev Yaşar Cəlal oğlu

    5 fevral 1971-ci ildə Yevlax şəhərində anadan olub.

    Daha ətraflı »

  • 08Fev
    Digər ŞƏRQLƏ QƏRBİ BİRLƏŞDİRƏN DƏMİRYOLU… üçün şərhlər bağlıdır

    1 Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra müstəqil ölkəmizin dəmiryol təsərrüfatında da yeniliyə və müasirliyə uyğun əsaslı dəyişikliklərə start verildi. Artıq Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti kimi tanınan  nəqliyyatımızın arteriyası o vaxtdan bəri böyük inkişaf yolundadır. Şəhərimizin ərazisindən keçən, şərqlə qərbi birləşdirən və gələcəyi daha  perspektivli olan bu polad magistral Avropa ilə Asiya ölkələri arasında ticarətin, iqtisadi əməkdaşlığın daha da genişlənməsində, sərnişindaşıma sahəsində mühüm rol oynayır.

    Təzəcə qədəm qoyduğumuz ildə dəmiryolu nəqliyyatında daha nə kimi yeniliklər həyata keçiriləcəyini öyrənmək məqsədi ilə Azərbaycan Dəmiryolları QSC-nin İnfrastruktur Departamentinin şəhərimizdəki 13 saylı yol sahəsinə yollandıq. Sahə rəisi, dəmiryol təsərrüfatında 40 illik təcrübəsi olan Ramiz  Cavadov rəhbərlik etdiyi  kollektivin fəaliyyəti barədə daha ətraflı məlumat verdi. Onu da bildirdi ki, möhtərəm Prezidentimz İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində Azərbaycanın Dəmiryolu təsərrüfatı güclü   islahatlar aparılmaqla tamamilə dünya standartlarına uyğun yenidən qurulur. Ölkəmiz həm də böyük nəqliyyat qovşağı və dəhlizi kimi tanınır. Mövcud dəmiryolu həm də uzun illərdir ki, ölkə daxilində yük və  sərnişindaşınmasına xidmət göstərir. Ona görə də qatarlar vasitəsilə yük və sərnişin daşınmasının sürət və keyfiyyətini yüksəltmək dövlət başçısının  daim diqqət  mərkəzindədir və bu istiqamətdə intensiv işlər aparılır.

    Daha ətraflı »

  • 08Fev
    Digər DAHİLƏRİN HƏYATINDAN üçün şərhlər bağlıdır

    ÇARLİ ÇAPLİNİN QIZINA MƏKTUBU

     Bundan sonra qəzetimizdə yer alacaq “Dahilərin həyatından” rubrikasının yaranmasına bir oxucu müraciəti səbəb oldu. Telefonla zəng edən dəyərli oxucumuz bildirirdi: “Gecikdiyim bir məclisdə sonuna çatdığım söhbət dünyaca məşhur Çarli Çaplindən, daha doğrusu onun öz qızına məktubuna aid idi. Çox az hissəsindən məlumatlı olduğum bu məktubla daha ətraflı tanış olmaq istərdim. Bunun üçün “Kür” qəzeti redaksiyasına zəng etməyi qərarlaşdırdım. Mümkünsə, həmin məktubu qəzetinizdə çap edərdiniz”.

    Oxuduqca insanı duyğulandıran, düşündürən həmin məktubu araşdırdıq, tapdıq.

    Yer üzündə yalnız valideynlərin öz övladlarına qarşı olan sevgisi təmannasızdır. 12 uşaq atası Çarli Çaplin 1965-ci ildə 76 yaşındaykən öz iyirmi bir yaşlı qızına Ceraldinaya məktub yazır. Ceraldina Paris səhnələrində rəqs etmək istəyirdi. Məktub emosional, yetərincə şəxsi, lakin bizim hər birimizə aid edilə biləcək bir məktubdur.

    Bu məktub ata sevgisinin və qayğısının, kədərin və sevincin, fəxr hissinin və narahatlığın, illər ərzində əldə edilmiş müdrikliyin nümunəsidir. “Mən heç bir zaman mələk olmamışam,- deyə kinematoqrafiyanın dahisi yazırdı,- lakin daim insan olmağa çalışmışam. Sən də buna çalış”.

    Daha ətraflı »

  • 08Fev
    Digər VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır

     Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinmişdir.

    Qanunun 2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:

    Daha ətraflı »

Səhifə 6 cəmi 377« Birinci...234567891011...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...