Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 18Apr
    Digər PREZİDENT İLHAM ƏLİYEV: …BİZ HAQQ YOLUNDAYIQ üçün şərhlər bağlıdır

    ÖLKƏ BAŞÇISININ SƏDRLİYİ İLƏ NAZİRLƏR KABİNETİNİN İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNAN İCLASI KEÇİRİLİB

    1 Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    İclası dövlət başçısı giriş nitqi ilə açıb.

    2017-ci ilin birinci rübündə  ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini bildirən Prezident 2017-ci ilin də Azərbaycan üçün düşərli olacağını bildirib. Dövlət başçısı təəssüf  hissilə  beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını qeyd edib. O, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görüldüyünü də söyləyib.

    Bu ilin ilk 3 ayı ərzində  xarici ölkələrə 7 dəfə səfər etdiyini vurğulayan və beynəlxalq tədbirlərdə iştirakından danışan Prezident İlham Əliyev bu səfərlərin böyük əhəmiyyət daşıdığını, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı baxımından önəmini vurğulayıb. 2017-ci ilin ilk 3 ayında Azərbaycana 7  dövlət başçısının səfər etdiyini xatırladan dövlət başçısı bunu ölkəmizə olan hörmətin göstəricisi kimi qiymətləndirib. Prezident qeyd edib ki, bu ilin birinci rübündə Bakıda keçirilən, 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət  və hökumət başçısının iştirak etdiyi V Qlobal Forum, ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin görüşü Azərbaycanın dünyadakı rolunu, dünya miqyasında etibarlı tərəfdaş olduğunu əks etdirir. Daha ətraflı »

  • 18Apr
    Yevlax ŞİH-də “İSLAM HƏMRƏYLİYİ VƏ ZAMANIN ÇAĞIRIŞI”» MÖVZUSUNA HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    1 Aprelin 7-də YAP Yevlax rayon təşkilatının konfrans zalında 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar “İslam həmrəyliyi və zamanın  çağırışı” mövzusunda tədbir keçirilmişdir.

    Şəhər İcra Hakimiyyəti ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax regional şöbəsinin birgə keçirdikləri tədbirə təhsil, mədəniyyət, gənclər, bir sıra ictimai qurumların nümayəndələri və din  xadimləri dəvət olunmuşdu.

    Tədbiri  giriş  sözü  ilə  ŞİH Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Elnarə Məmmədova açmışdır. O, xalqımızın 14 əsrdən bəri inanc gətirdiyi İslam  dininin, müqəddəs Quranın milli-mənəvi və dünyəvi dəyərlərə söykəndiyindən danışmış, dinindən, dilindən və irqindən asılı olmayaraq müqəddəs Quranın, İslam dininin yarandığı və nazil olunduğu gündən bütün insanların inancına, əqidəsinə  hörmətlə yanaşmağı təbliğ etdiyini vurğulamışdır. Buna canlı misal  olaraq ölkəmizi nümunə  göstərən natiq möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi məqsədyönlü, xeyirxah və humanist siyasət sayəsində Azərbaycanın dünyada, multikultural, tolerant dövlət kimi tanındığını, ölkə daxilində dini etiqad azadlığının tam hökm sürdüyünü  yüksək dəyərləndirmiş, insanların dini ibadətlərini yerinə yetirmələri üçün məscid, məbəd, kilsə, müqəddəs ibadət və ziyarətgahların inşasına xüsusi önəm verildiyini demişdir. Daha ətraflı »

  • 18Apr
    Digər “N” HƏRBİ  HİSSƏSİNDƏN  MƏKTUB üçün şərhlər bağlıdır

    KOMANDİR MİNNƏTDARLIĞI

     Ali Baş Komandanı möhtərəm Prezidentimiz İlham Əliyev cənabları olan Silahlı Qüvvələrimizin sıralarında nümunəvi xidmət etməyi ölkəmizin hər bir vətəndaşı özünə  böyük şərəf sayır. Hətta vətən qarşısında həqiqi  hərbi xidməti borcunu ləyaqətlə yerinə yetirmiş gənclərimizin çoxu yenidən müddətdən artıq hərbi xidmətdə qulluq etmək istəyində olurlar. Bu onu göstərir ki, Ali Baş Komandanın rəhbərliyi ilə müstəqil Azərbacan Respublikasının Milli Ordusunun, silahlı birləşmələrinin, qoşun hissələrinin gücü, qüdrəti döyüş qabiliyyəti, hərbi peşəkarlığı, hücum və müdafiə potensialı müasir ordu  quruculuğunun tələblərinə cavab verir. Məhz keçən ilin aprel  ayında düşmən təcavüzünün qarşısnı alarkən keçirdiyi uğurlu əməliyyat bu ordunun  şöhrətini, nəyə qadir olduğunu ortaya qoydu. Vətənimizin  ərazi  bütövlüyünü qorumaq uğrunda döyüşlərə atılaraq sinəsini sipər edən cəsur və qəhrəman oğullarımızın hərbi  vətənpərvərlik ruhunda böyüyüb tərbiyə almasında söz  yox ki, rayon rəhbərlərinin, valideynlərin, müharibə və əmək veteranlarının, gənclər təşkilatlarının, ümumtəhsil  məktəblərinin  pedaqoji  kollektivlərinin, bir sözlə ictimaiyyətin böyük rolu var. Belə nümunəvi əsgəri xidməti ilə başımızı uca  edən həmyerlilərimizdən biri də müddətdən artıq hərbi qulluq edən Xanabad kənd sakini BİNNƏTOV QİYAS AŞUR oğludur. Daha ətraflı »

  • 18Apr
    Təhsil TƏHSİL XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

    YEVLAXLI MÜƏLLİMLƏR DƏ DİAQNOSTİK  QİYMƏTLƏNDİRMƏDƏN KEÇƏCƏKLƏR

    Yevlaxlı müəllimlər də diaqnostik qiymətləndirmədən keçəcəklər. 12-17 may 2017-ci il tarixlərində Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Ağdam, Xocalı və Laçın rayonlarının ümumtəhsil məktəblərinin də müəllimləri iştirak edəcəklər.

    Daha ətraflı »

  • 18Apr
    Təhsil APREL ŞƏHİDLƏRİ ANILDI üçün şərhlər bağlıdır

     Ötən ilin aprelini heç kəs unutmayıb və unutmayacaq da. Məkrli düşmənlərimiz bu dəfə də atəşkəsi pozaraq cəbhə bölgəsində gərginlik yaratdılar. Həmin günlərin həyəcanını bütün xalq yaşadı, hər birimizin ürəyi əlində silah düşmənə qarşı igidliklə döyüşən oğullarımızın yanındaydı, onların qəlbi ilə birgə vururdu qəlbimiz. Və Azərbaycan ordusunun amansız zərbələri tezliklə düşmənə həddini bildirdi, onu itkilər verərək işğal etdiyi  ərazilərdən geri çəkilməyə məcbur etdi. Bu qanlı döyüşlərdə ordumuz da itkilər verdi, amma həm də qazandığı qələbə ilə 2016-cı ilin aprel ayını xalqımızın tarixinə Qələbə ayı kimi daxil etdi.

    Bir il sonra ölkəmizin hər yerində aprel qələbəsi qeyd edildi, o günlərin şəhidlərinin əziz xatirəsi hörmətlə, ehtiramla anıldı. Daha ətraflı »

  • 18Apr
    Digər 12 APREL KOSMONAVTİKA GÜNÜDÜR üçün şərhlər bağlıdır

    KOSMOSA UÇAN İLK İNSAN-YURİ QAQARİN HAQQINDA HEÇ VAXT EŞİTMƏDİYİMİZ FAKTLAR

    12 aprel 1961-ci il Yuri Qaqarin kosmosa uçan ilk kosmonavt kimi tarixə düşdü. Bu gün həmin tarixdən 56 il keçir. Kosmonavtika deyiləndə ilk ağla gələn isim Yuri Qaqarin olduğu üçün onun haqqında maraqlı olan və bu günə qədər bilmədiyimiz faktları diqqətinizə çatdırırıq.

    «««

    * Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında  27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam etmişdi. Uçuşun ən pik nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Qaqarinin şifrəli ləqəbi “Kedr” olmuşdu. Daha ətraflı »

  • 18Apr
    Mədəniyyət 15 APREL-BEYNƏLXALQ MƏDƏNİYYƏT GÜNÜDÜR üçün şərhlər bağlıdır

    BAYRAMI YÜKSƏK ƏHVAL-RUHİYYƏ İLƏ QEYD ETDİLƏR

    1Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax nümayəndəliyinin Mədəniyyət Mərkəzinin və  Yaradıcılıq Evinin Beynəlxalq Mədəniyyət Günü münasibətilə hazırladığı ədəbi-bədii kompozisiyalı tədbirə “Sahil” şadlıq sarayı ev sahibliyi etdi.

    Tədbirə qonşu Mingəçevir şəhər, Bərdə və Tərtər rayonlarının mədəniyyət kollektivlərinin nümayəndələri də dəvətli idilər.

    Azərbaycan mətbəxinin bir-birindən dadlı-ləzzətli təamlarının düzüldüyü süfrələr arxasında əyləşən tədbir iştirakçılarını əməkdar mədəniyyət işçiləri Zöhrə Adgözəlova və Eldəniz Mustafayev salamladılar. Daha ətraflı »

  • 18Apr
    Təhsil QAFQAZ ALBANİYASI VƏ QARABAĞ üçün şərhlər bağlıdır

    QARABAĞIN SİYASİ TARİXİNƏ ÜMUMİ NƏZƏR

     (Əvvəli ötən saylarımızda)

     Deyildiyi kimi, “Qarabağ” sözü “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir (“qara” sözü türk dillərində, o cümlədən Azərbaycan dilində rəng bildirməklə yanaşı, “böyük”, “qalın”, “sıx” mənasında da işlənir). Hər iki komponent sırf türk – Azərbaycan mənşəli sözdür. İkinci tarixi adı Arsak (Arsaq) olmuşdur. Yəni “ər” və “sak”. Saklar, massagetlər qədim Qarabağın sakinləri olmuşlar. Ermənilər “Artsak” deyib, milyon dəfə yazsalar da, Qarabağ Azərbaycanın bir parçasıdır, ürəyidir ! Daha ətraflı »

  • 18Apr
    Digər “2019 – CU İLDƏ KEÇİRİLƏCƏK ÜMUMRESPUBLİKA  ÜZRƏ ƏHALİNİN SİYAHIYAALINMASI” üçün şərhlər bağlıdır

     Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının məlum sərəncamına əsasən, keçiriləcək iri həcmli işlərdən biri də 2019 – cu ildə ümumrespublika üzrə əhalinin siyahıyaalınmasına hazırlıqdır. Bu məqsədlə Prezident Adminstrasiyasının rəhbəri cənab R.Mehdiyevin göstərişinə əsasən, 2017 – ci ilin əvvəlindən Şəhər İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 2016 – cı il tarixli 517 saylı Qərarının icrasını təmin etmək məqsədilə 2019 – cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar tədbirlər planına” uyğun olaraq yardım komissiyası yaradılmışdır.

    Bu məqsədlə Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan işlərdən biri də bütün yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. Təsərrüfatbaşına uçot sənədlərinin düzgün aparılması bir sıra uyğunsuzluqları aradan qaldırır. Daha ətraflı »

  • 18Apr
    Digər F.M.DOSTOYEVSKİNİN İLİYİMİZƏ İŞLƏYƏN DAHİYANƏ AFORİZMLƏRİ üçün şərhlər bağlıdır

    İnsanların səadət qədər fəlakətə də ehtiyacları var.

    «««

    Acı, ya da şirin, fərq eləməz, xatirələr həmişə əzab verir.

    «««

    Böyük insanlar bu dünyada  böyük əzablar çəkməlidir.

    «««

    Sevdiyimiz adamın hər yalanında həqiqət, sevmədiyimiz insanın hər həqiqətində yalan axtarmağımız necə də qəribədir.

    «««

    İnsanı ağrıdan xəyalların suya düşməsi yox, yaşanması mümkün olan xoşbəxtlikləri yaşamamaqdır. Daha ətraflı »

Səhifə 7 cəmi 392« Birinci...3456789101112...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...