Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,774
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 24Yan
    Digər “…ÖTƏN İL  MƏNİM  ÜÇÜN DƏ DÜŞƏRLİ OLDU” üçün şərhlər bağlıdır

     Çörəyi torpaqdan, sudan, alın tərindən çıxan, torpağa bağlı zəhmət  adamının yola saldığımız  ilin onun  həyatında nə kimi əlamətdar hadisələrlə yaddaqalan olması barədə təəssüratlarını “Kür”ün çoxsaylı  oxucularına çatdırmağı qərara aldıq. Elə bu niyyətlə ilk öncə “MKT-İK” ASC Yevlax məntəqəsinin baş mühasibi  Süleyman Süleymanova müraciət etdik. O, bizə Bünyadabad kənd sakini, pay torpaq sahibi Mahir Əsgərovu istinad verdi. Əlavə etdi ki, Mahir hələ sovet dönəmində pambıq əkib becərərək bol məhsul yetişdirməkdə ad- san qazanan  Əsgərovlar ailəsinin  üzvüdür.  İllər  ötsə də bu ailə keçmiş ata-baba  məşğuliyyətlərindən ayrılmır, pambığın gəlirli  bitki olduğunu, heç vaxt əlləri boşda qalmadığını, çəkdikləri zəhmətin qətiyyən hədər getmədiyini düzgün başa düşürlər.

    Ötən ilin fevral ayında möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə pambıq, barama, tütün, çəltik və üzümçülüyün  daha da inkişaf etdirilməsinə önəm verilməsinin vacibliyini vurğulaması aqrar sahədə çalışan və  zəngin təcrübəsi olan insanların əl-qolunu daha da açdı. Əsgərovlar kimi minlərlə kəndli ailəsini toprağa daha  dərin  tellərlə bağladı. Üstəlik bu sahənin inkişafına dövlətimizin hərtərəfli diqqət və qayğısını, müəyyən güzəşt və imtiyazları görən insanlar daha böyük  həvəslə torpaqdan  yapışdılar. Bunu  elə rayonumuzun timsalında da görmək olar. Pambıqçılıqla məşğul olan kəndli-fermer təsərrüfatları və pay torpaq  sahibləri ötən il pambıq əkini  sahələrini 1415 hektara çatdırdılar. Sevindirici haldır  ki, Yevlax pambıqçıları 3700 tona yaxın “ağ qızıl” yetişdirib tədarük məntəqələrinə təhvil verməyə müvəffəq  oldular ki, bu da nəzərdə tutulduğundan 700 ton artıq qiymətli texniki bitki əldə etmək deməkdir. Daha bir təqdirəlayiq  fakt  isə  hər  hektardan  götürülən məhsula görə pambıqçılarımızın respublikada ən yüksək göstəriciyə imza  atmalarıdır.

    Daha ətraflı »

  • 24Yan
    Təhsil “QAFQAZ ALBANİYASI VƏ QARABAĞ” üçün şərhlər bağlıdır

     (Əvvəli ötən saylarımızda)

     Qaraçı tayfası haqqında nə demək olar? Onlar mənşəcə Hindistandan gəlmə hesab olunurlar. Öz – özlərini “poma” adlandıran qaraçılar farslar içərisində koulu, türk xalqları içərisində “qırışmal” adlanırlar. Onlara “sığan” da deyilir (bəzi rus mənbələrində “sıqan” adlandırılırlar). Qaraçılar Azərbaycan ərazisində köçəri həyat sürürdülər. Toponimlərdən Qaraçı dərəsi (Zəngilan, Ağakişilər kəndi), Qaraçı kəndi (Xaçmaz rayonu), Qaraçı karvansarası (Hacıqabul yaxınlığında), Qaraçı təpəsi (Ağdaş, Mollalar kəndi), Qaraçıbulaq ( İsmayıllı, Nuran və Güyüm kəndləri arasında), Qaraçı boynu (Gədəbəy, Səbətkeçməz kəndi), Qaraçı təpəsi (Gədəbəy, Arısu kəndi), Qaraçı çuxuru (Zəngilan, Keçikli kəndi), Qaraçı dərə (Xanlar, Lahıc kəndi), Qaraçı çökəyi (Xanlar, Lahıc kəndi) və digərləri qaraçı tayfasının adı ilə bağlıdır.

    Qıpçaqlar Azərbaycan xalqının etnogenezində mühüm rol oynamışlar. Onlar qədim türkdilli tayfalardan daha doğrusu xalqlarından biridir. Azərbaycana gəlmələri hələ ilk orta əsrlərlə bağlıdır. Qax rayonu Cəlayir kəndi ərazisində Qıpçaq düzü, habelə Qıpçaq kəndi ərazisində Qıpçaq dərəsi, Qıpçaq təpəsi və s. oronimlər qeydə alınmışdır.

    Zəngəzur dağları silsilələrindən biri Qırxlar dağı adlanır. Bu dağ adı oğuz mənşəlidir. Belə ki, qeydə alınmış adı oğuz oğlu Uruz xanın nəslindən olan kırık tayfasının adını tarixi bir abidə kimi qoruyub saxlamışdır.

    Daha ətraflı »

  • 24Yan
    Səhiyyə YEVLAX RAYON MƏRKƏZİ XƏSTƏXANASINA DİREKTOR TƏYİN EDİLİB üçün şərhlər bağlıdır

    1 Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin əmri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb.

    Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə Azər İsmayılov direktor təyin edilib.

    Azər İsmayılov Azərbaycan Tibb Universitetinin məzunudur, daha sonra təhsilini Türkiyənin Ege Universitetində davam etdirmişdir.

    Qeyd edək ki, icbari tibbi sığorta sisteminin həyata keçiriləcəyi  Mingəçevir və Yevlaxdakı dövlət tibb müəssisələrinə təyin edilən direktorlar inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcəklər.

  • 24Yan
    Digər KAMAL ABDULLAYEV: “2017-Cİ İLİN AZƏRBAYCANDA “İSLAM HƏMRƏYLİYİ İLİ” ELAN EDİLMƏSİ “MULTİKULTURALİZM İLİ”NİN MƏNTİQİ DAVAMIDIR üçün şərhlər bağlıdır

     Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” nin yekunları və 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması ilə bağlı mətbuat konfransı keçirib.

    Kamal Abdullayev “Multikulturalizm ili” çərçivəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışdı. Dövlət müşaviri qeyd etdi ki, ən böyük layihə bütün Azərbaycan cəmiyyətinin, dövlət qurumlarının bir istiqamətdə, bir ahəngdə “Multikulturalizm ili”ni uğurla başa vurmasıdır. Bütün xalqın bu prosesdə yaxından iştirak etməsi bizim ən böyük layihəmiz oldu. Prezidentin təsdiq etdiyi Tədbirlər Planında qeyd olunan bütün dövlət qurumları, cəmiyyətimizin bütün təbəqələri faktiki olaraq əllərindən gələni etdilər ki, Azərbaycan dünya səviyyəsində son dərəcə yüksək, alicənab mövqedə özünü göstərə bilsin.

    Kamal Abdullayev bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsini “Multikulturalizm ili” nin məntiqi davamı hesab etmək olar. Prezident İlham Əliyev bütün siyasi addımlarını son dərəcə sistemli və bir-birini tamamlayan məqamlarda irəli sürür. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır: “İslam həmrəyliyi deyəndə biz Prezident İlham Əliyevin bu ideyaya daxil etdiyi son dərəcə həssas və dərin mətləbləri nəzərə almalıyıq. İslam həmrəyliyi ancaq İslam aləmi daxilində olan həmrəyliyi nəzərdə tutmur, bu, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında həmrəyliyin də harmoniyası deməkdir. Dövlətimizin başçısının Azərbaycanı bu il bu ideyaların, idealların mərkəzində duran, onları həyata keçirən bir ölkə kimi təsəvvür etməsi və o hədəflərə doğru cəmiyyəti, qurumları, sadə azərbaycanlıları dəvət etməsi ölkə daxilində də, beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, dünyamız üçün son dərəcə vacib siyasi, ideoloji, mənəvi addımdır”, – deyə dövlət müşaviri əlavə edib.

    Daha ətraflı »

  • 24Yan
    Digər DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINDA DAHA BİR YENİLİK üçün şərhlər bağlıdır

    “ƏMLAKIN QEYDİYYATI KALKULYATORU”VƏTƏNDAŞLARIN İSTİFADƏSİNƏ VERİLİB

     Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və əmlakla bağlı xidmətlər sahəsində daha bir yenilik baş verib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində (emdk.qov.az) ilk dəfə olaraq “Əmlakın qeydiyyatı kalkulyatoru”yaradılaraq əhalinin istifadəsinə verilib.

    Daha ətraflı »

  • 24Yan
    İdman İ D M A N üçün şərhlər bağlıdır

    İLK SƏFƏR, İLK QƏLƏBƏ

     Şəhərimizdə yenicə fəaliyyətə başlamış şəhid Zöhrab Cabbarovun adını daşıyan Bütün döyüş növləri (BÜDO) üzrə idman klubunun yeniyetmə və gənc pəhləvanları ilk rəsmi görüşlərini paytaxtın Qobustan rayonunda reallaşdırmışlar. Belə ki, yanvarın 15-də Respublika Kontakt Karate Federasiyasının Qobustandakı idman kompleksində təşkil etdiyi birincilikdə ölkəmizin 17 şəhər və rayonunun idmançıları ilə yanaşı həmyerlilərimiz də iştirak etmişlər. Baş məşqçi Xaləddin Şirinov və məşqçilərdən Abdulla  Abdullazadənin yetirmələrindən 15 nəfər həmin qarşılaşmada şəhərimizi təmsil etmişlər. Sevindirici haldır ki, yeni ilin ilk idman yarışında həmyerlilərimiz daha mübariz və məhsuldar çıxış edərək doğma şəhərə 7 qızıl medalla  qayıtmış, bu qələbələri ilə şəhid adını daşıyan klubun nüfuzunu daha da artırmışlar.

    Daha ətraflı »

  • 24Yan
    Digər MARAQLIDIR üçün şərhlər bağlıdır

    GÖZÜN RƏNGİ İSTEDADDAN XƏBƏR VERİR

     İnsanın gözlərinin rəngi ilə onun hansı istedada malik olduğunu müəyyən etmək mümkündür. ABŞ-ın Luisvill Universitetinin əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, gözünün rəngi mavi olanlar ən istedadlı və ən uğurlu insanlar hesab edilirlər. Qəhvəyi rəngli gözlərə sahib olanlar isə mavi gözlü insanlarla müqayisədə daha az istedada malik olur. Onlar karyera və maddi vəziyyətlərindən məmnun qalmırlar. Alimlər müəyyən edib ki, mavi gözlü insanlar ağır peşəyə daha tez yiyələnir və təhsil sahəsində daha yüksək nəticələr göstərirlər.

    Daha ətraflı »

  • 17Yan
    Digər PREZİDENT İLHAM ƏLİYEV 2017-Cİ İLİ AZƏRBAYCANDA “İSLAM HƏMRƏYLİYİ İLİ” ELAN EDİB üçün şərhlər bağlıdır

    1 Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  iclası keçirilib.

    Prezident İlham Əliyev iclasda giriş nitqi söyləyərək 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını deyib. Bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb.

    “Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir”,- deyən dövlət başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhranlı vəziyyətdən çıxış yolu tapıldığını  bildirib.

    2016-cı ilin  ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan Prezident İlham Əliyev qəbul edilən qərarlar nəticəsində bundan sonra da  qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd edib. Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub.

    Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə qoyulduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna nail olunub. Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edilib. Azərbaycanda görülən işlərin beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini, Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını deyən dövlət başçısı böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını vurğulayıb.

    Prezident İlham Əliyev bildirib ki, ötən il sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub, maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət  prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb. Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib, 41 tibb müəssisəsi tikilib və ya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Bundan əlavə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb. “ASAN viza”nın fəaliyyətə başlaması ölkəmizə turist axınının sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb.

    Daha ətraflı »

  • 17Yan
    Yevlax ŞİH-də ŞİH BAŞÇISI 20 YANVAR FACİƏSİNİN İYİRMİ YEDDİNCİ İLDÖNÜMÜ İLƏ BAĞLI SƏRƏNCAM İMZALAYIB üçün şərhlər bağlıdır

    2 Sərəncamla 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün  keçirilməsi ilə bağlı geniş tədbirlər planı təsdiq edilmişdir.

    Rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar gününün Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlərin keçirilməsi, faciə ilə bağlı toplantıların, mühazirələrin, dəyirmi masaların, rayonun təhsil müəssisələrində Qanlı Yanvara həsr olunmuş dərslərin, məktəblilər arasında inşa və rəsm müsabiqələrinin keçirilməsi, mədəniyyət ocaqlarında tamaşaların, xatirə gecələrinin təşkil edilməsi, Şəhidlər Xiyabanında təmizlik və abadlıq işlərinin aparılması və s. tədbirlər planında əksini tapır.

    Daha ətraflı »

  • 17Yan
    Digər YENİ AZƏRBAYCAN PARTİYASI YEVLAX RAYON TƏŞKİLATININ IX KONFRANSINA HAZIRLIQLAR BAŞLAYIB üçün şərhlər bağlıdır

    5 Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının IX konfransına hazırlıqla əlaqədar ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlanmışdır.

    Bu günlərdə YAP Yevlax rayon təşkilatının qərargahında “Mərkəz” məhəlli ilk partiya təşkilatının yığıncağını təşkilatın aparat rəhbəri Əli Quliyev açdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda aparıcı siyasi qüvvədir və müstəqil  Azərbaycanın əbədiliyini təmin edib.

    Daha sonra partiyanın rayon təşkilatının fəaliyyətindən danışan aparat rəhbəri onu da xüsusi vurğuladı ki, bu gün Yeni Azərbaycan Partiyasına üzv olan yevlaxlıların böyük əksəriyyətinin gənclər olması ürəkaçan bir faktdır. Gənclər Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti bəyənir və dəstəkləyir, onun ətrafında sıx birləşərək ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal iştirak edir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər.

    Sonra “Mərkəz” məhəlli ilk partiya təşkilatının sədri Vidadi Qarayev hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, təşkilatın hesabat-seçki yığıncağı çox əlamətdar və məsul dövrə təsadüf edir. Belə ki, qarşıdan partiya təşkilatının IX konfransı gəlir.

    Daha ətraflı »

Səhifə 8 cəmi 377« Birinci...45678910111213...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...