Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,924
Saytda ismarıcların sayı - 8

Bölmələr

Arxiv

Sayğac

Ziyarətçilərimiz

free counters
  • 12Apr
    Təhsil QANLA YAZILMIŞ TARİXİMİZ üçün şərhlər bağlıdır

     Şəhər 4 saylı tam orta məktəbdə 31 Mart Azərbaycanlılarının Soyqırımı Gününə həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbiri məktəbin direktoru Mehriban İmanova açmışdır. O, məktəblilərə 99 il bundan öncə – 1918-ci ildə mənfur ermənilər tərəfindən xalqımızın başına gətirilən dəhşətli işgəncələrdən,  dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən, körpələrə, uşaqlara, böyüklərə qarşı edilən amansızlıqlardan tarixi  faktların dili ilə söhbət açmışdır.

    Tədbirdə həmçinin məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Kamil Həmzəyev, müəllimlərdən Aybəniz Səfərova və Rəşadə Teymurova qanlı soyqırım haqqında geniş  çıxış etmiş və şagirdlərə tariximizə, soykökümüzə sadiq qalmağı tövsiyə etmişlər. Daha ətraflı »

  • 12Apr
    Digər RƏSMİ XRONİKA üçün şərhlər bağlıdır

    TİKİNTİ OBYEKTLƏRİNİN ELEKTRİK ENERJİSİ İLƏ TƏCHİZATI PROSEDURU SADƏLƏŞDİRİLİR

    Azərbaycan Prezidenti İlham Əliyev sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında fərman imzalayıb.

    Bu fərmanla ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji  təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflıq və istehlakçı məmnunluğunu təmin etmək məqsədilə “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla  mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilir. Daha ətraflı »

  • 12Apr
    Digər NƏSRƏDDİN TUSİNİN HƏYATI VƏ İCTİMAİ – SİYASİ BAXIŞLARI üçün şərhlər bağlıdır

     Əvvəli ötən saylarımızda

     Tusi yazmışdır: “Padşahın iki cür xərci olmalıdır: Birinci – özünəməxsus işlərə, ikinci – zəruri işlərə. Zəruri xərclər dörd qaydada sərf olunmalıdır: Birinci qoşuna, ikinci müsafirlərə, üçüncü kasıblara, dərvişlərə, atasız uşaqlara, ərsiz arvadlara, şəhərlərin və vilayətlərin abadlığına, dördüncü xarab olmuş yolların təmirinə.

    Əgər padşah ayrılan pula – mala tamah edərsə, onun şahlığı heç vaxt möhkəm olmaz. Tusi yaşmışdı: “Xeyirxah adamların, yetimlərin, sahibsizlərin və vəqf (sahibkarın) mallarına göz dikən padşahların heç vaxt cah – cəlalı uzun sürməz. Vəzifənin yüksəkliyindən və adiliyindən (ailənin pul xərcləməsi, idarə edilməsi) asılı olmayaraq idarə edənlərdən böyük iradə tələb edir. Bütün xərclər, istər dövlət başçısı, istərsə də kəndi, şəhəri idarə edənlər, hətta ailə başçıları gəlir və çıxarı nəzərə alaraq pulu xərcləməlidir. Atam deyərdi: “Var – dövlət, – pul qazanmaq çətin, xərcləmək isə ondan da çətindir”. Daha ətraflı »

  • 12Apr
    İdman İDMAN: SƏRBƏST GÜLƏŞ üçün şərhlər bağlıdır

    ZONA BİRİNCİLİYİNİN QALİBİ

    1Mart ayının son günlərində respublikamızın paytaxtı Bakı şəhərində keçirilmiş idmanın sərbəst güləş növü üzrə zona birinciliyinə qatılmış həmyerlimiz Müşfiq Ocayev uğurlu qələbəyə imza atmışdır. Respublikanın əməkdar məşqçisi Tofiq Tağıyevin yetirməsi olan Müşfiq 59 kiloqram çəki dərəcəsində bütün rəqiblərinin kürəyini  yerə vuraraq zona birinciliyinin qalibi olmuşdur.

    Şəhər 4 nömrəli tam orta məktəbin IX c sinif şagirdi Müşfiq aprelin sonlarında keçirilməsi nəzərdə tutulmuş final yarışlarında qalib gələrsə, sərbəst güləş üzrə  Avropa birinciliynə vəsiqə qazanacaq və həmin mötəbər idman mübarizəsində öz qüvvəsini sınaya biləcəkdir. Daha ətraflı »

  • 12Apr
    Digər YERKÖKÜNÜN BİLMƏDİYİNİZ BİTİB-TÜKƏNMƏYƏN FAYDALARI… üçün şərhlər bağlıdır

     Yerkökü ən faydalı tərəvəzlərdən biri sayılır. Yerkökü beta-karotinin miqdarına görə tərəvəzlər arasında birinci yerlərdən birini tutur. Beta – karotindən insan orqanizmində A vitamini sintez olunur. Bu vitamin orqanizmin bir çox orqan və sistemlərinin normal fəaliyyətində böyük rol oynayır. Belə hesab olunur ki, 2 orta ölçüdə yerkökü orqanizmi A vitaminin gündəlik norması ilə təmin edir. A vitaminin daha yaxşı mənimsənilməsi üçün yerkökünü bitki yağı ilə (məsələn, salatlar tərkibində) qəbul etmək lazımdır.

    Məhz A vitaminin çox olmasına görə yerkökü görmə üçün olduqca xeyirlidir. Bu vitaminin çatışmazlığı toyuq korluğu və digər göz xəstəliklərinin inkişafına təkan verə bilər.

    Elmdə sübut olunub ki, beta-karotin onkoloji xəstəliklərin inkişafının qarşısını alır. Bu səbəbdən beta – karotinlə zəngin olan yerkökünün daim qəbulu xərçəng xəstəliyinin effektli profilaktikası sayıla bilər. Daha ətraflı »

  • 12Apr
    Mədəniyyət “DAN ULDUZU” ƏDƏBİ BİRLİYİNİN YIĞINCAĞI üçün şərhlər bağlıdır

     Şəhərimizdəki elektron kitabxananın qiraət zalında “Dan ulduzu” ədəbi birliyinin növbəti yığıncağı keçirilmişdir. Şeirlərin müzakirəsinə başlamazdan öncə birliyin rəhbəri Səttar Pənahlının təklifi ilə dünyasını dəyişmiş yazarların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra ədəbi birliyin üzvlərindən Gilə Zəkəriyyəyeva, Zülfiyyə Həsənəliyeva, Zəfər Məmmədov, Yusif Məmmədov, Araz Süleymanov, Həsən Kədərli şeir nümunələri və ədəbi – bədii yaradıcılıqları əsas müzakirə mövzusu olmuşdur. Bəyənilən şeirlər “Kür” qəzetinin növbəti saylarının birində dərc olunacaqdır.

  • 05Apr
    Digər PREZİDENTİN SƏDRLİYİ İLƏ SAATLI RAYONUNDA PAMBIQÇILIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİNƏ DAİR RESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    CARİ İLDƏ YEVLAXDA 2 MİN HEKTARA YAXIN ƏRAZİDƏ PAMBIQ ƏKİLƏCƏK

    1 Saatlıda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirildi. Dövlət başçısı müşavirədə iştirak etdi.

    Müşavirədə giriş nitqi söyləyən Prezident İlham Əliyev bildirdi ki, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır: “Uzun fasilədən sonra pambıqçılığa dair birinci müşavirəni keçən il Sabirabad şəhərində keçirdik. Bu il Saatlı şəhərində keçiririk… biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük”.

    Prezident vurğuladı ki, Azərbaycanda pambıqçılığın ənənələri böyükdür: “Əfsuslar olsun ki, Ulu öndər Azərbaycandan Moskvaya gedəndən sonra  bütün sahələrdə olduğu kimi, biz pambıqçılıqda da tənəzzüllə qarşılaşdıq. İldən-ilə diqqət azalırdı, ildən-ilə pambıq sahələri kiçilirdi və bu proses əfsuslar olsun ki, son illərə qədər davam edirdi.

    …Hesab edirəm  ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olmuşdur. 2015-ci il  demək olar ki,  bizim müasir tariximizdə  pambıqçılıqda ən pis olmuşdur, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdir. Keçən il qısa müddət ərzində,-düzdür, bir qədər vaxt itirdik,-bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik. Çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur.

    Ancaq bu il biz daha da ciddi hazırlaşmışıq. Bu il bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilmişdir”.

    Prezident diqqətə çatdırdı ki, bu il və keçən il I Dövlət İnvestisiya Proqramında pambıqçılığın inkişafı ilə bağlı böyük vəsait nəzərdə tutulmuşdur: “Kompleks tədbirlər görülmüşdür. İlk növbədə biz özümüzü texnika ilə təmin etməliydik və bunu etdik. Keçən il və bu il  Azərbaycana minlərlə  yeni texnika gətirilib. Keçən il 100-ə yaxın pambıqyığan kombayn gətirilmişdir. Bu il 200-dən çox müasir kombayn sifariş verilmişdir”. Daha ətraflı »

  • 05Apr
    Yevlax ŞİH-də 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNDƏ üçün şərhlər bağlıdır

    ŞƏHİDLƏR XİYABANINDA ANIM MƏRASİMİ KEÇİRİLDİ

     

    2 Səhər saatlarında artıq yüzlərlə yevlaxlı torpaqlarımızın azadlığı uğrundakı döyüşlərdə şəhid olan həmyerlilərimizin uyuduğu Xiyabanda idi.

    Anım mərasimi Şəhər  İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov, şəhərin hüquq-mühafizə orqanlarının, ayrı-ayrı qurumların rəhbərlərinin iştirakı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı abidəsini ziyarətlə başladı. Ziyarətçilər ehtiramlarını ifadə etdilər, abidə önünə gül dəstələri qoydular.

    Tədbir Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının binasında davam etdirildi.

    Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov rəsmi anım mərasimini açdı və  xalqımızın  tarixinə qanla yazılmış səhifə-31 mart  soyqırımından danışdı. Qeyd etdi ki,yalnız ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı barədə   həqiqətlər üzə çıxdı, bu hadisələr siyasi və hüquqi qiymətini aldı. O,Ulu öndərin sərəncamı ilə 31 martın hər il ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsini də  ümummilli liderin Vətənimizin və xalqımızın tarixinə diqqətinin nümunəsi kimi dəyərləndirdi. Daha ətraflı »

  • 05Apr
    Digər TARİXİMİZİN QANLI  SƏHİFƏLƏRİ üçün şərhlər bağlıdır

     “Müasir dünyada günəş altında daha geniş yer axtaranlar, böyük Ermənistan xülyası ilə başqa xalqlara nifrət və total müharibə ideologiyasını təbliğ edənlər, qonşularına qarşı təcavüzkar siyasət yeridənlər nə zamansa tarix və bəşəriyyət qarşısında cavab verməli olacaqlar”.

    Heydər ƏLİYEV,

    Ümummilli lider 

     Xalqımız ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il mart ayının 31-ni dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir. Milləti ucdantutma qırıb, onun kökünü kəsmə siyasətinin ən dəhşətli forması olan vəhşi soyqırımının Yer kürəsində ilk  törədicilərinin ermənilər olduğu artıq dünya ictimaiyyətinə yaxşı məlumdur. Məşhur Amerika alimi Samuel Uimz hədər yerə yazmırdı ki, “dünyada ermənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir”. Bir çox ölkələrin əhalisi erməni terrorundan əzab çəkmişdir. Son iki əsrdə “dənizdən dənizə böyük Ermənistan” xülyası ilə yaşayan mənfur daşnakların bədnam soyqırımı siyasətindən ən çox əzab çəkən isə türklər və azərbaycanlılar olmuşdur. Onlar xalqımıza qarşı deportasiya və soyqırımı proseslərini düşünülmüş plan əsasında, mərhələ-mərhələ həyata keçirmişlər. Ermənilər himayədarlarının köməyi ilə məkrli niyyətlərini həyata keçirmişlər. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” yaradılmış. 1828-1830-cu illərdə Türkiyədən 84 min 600, İrandan isə 40 min erməni köçürülüb Naxçıvan, İrəvan və Qarabağ ərazilərində yerləşdirilmişdi. Sonradan isə ermənilər daha böyük iddialara düşmüş və bunun üçün soyqırımı  törətməkdən belə çəkinməmişlər. Daha ətraflı »

  • 05Apr
    Yevlax ŞİH-də HƏRBİ HİSSƏDƏ “NOVRUZ” ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    3 Novruz bayramını vətənimizin keşiyini çəkənlərlə birgə qeyd etmək ənənəsinə bu dəfə də sadiq qalan şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri bayram xonçaları və hədiyyələri ilə “N” saylı hərbi hissədə olmuşlar. Dövlət himnimizin  ifasından və vətənimizin düşmən təcavüzündən müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələnlərin əziz xatirəsi yad olunduqdan sonra hissə komandiri, polkovnik Oruc Abdullayev şəxsi heyəti və qonaqları Novruz bayramı münasbəti ilə təbrik etmiş, memarı ümummilli liderimiz Heydər Əliyev olan müstəqil ölkəmizdə Ali Baş Komandan möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən ordu quruculuğuna daim yüksək  önəm  verildiyini, Azərbaycan Ordusunun maddi – texniki bazasının getdikcə möhkəmləndiyini qürur  hissi  ilə vurğulamış, bu qayğının bariz nümunəsi kimi komandiri olduğu hərbi  hissənin müasir standartlara uyğun inşa olunaraq onların istifadəsinə verildiyini diqqətə çatdırmışdır.

    Müdafiə nazirliyinin nümayəndəsi polkovnik-leytenant Mənsur İbadov, Hərbi prokurorluğun əməkdaşı, ədliyyə polkovniki Toğrul Hüseynov vətənimzin sərhədlərini düşmən təcavüzündən və təxribatından qorumaq, həmçinin  işğal olunmuş ərazilərimizi azad etmək kimi ən ümdə, ən şərəfli vəzifə etibar olunmuş qoşun bölmələrimizi əlamətdar el bayramı münasibətilə təbrik edərək onlara möhkəm can sağlığı və qələbə sevinci  arzulamışdır.    Daha ətraflı »

Səhifə 9 cəmi 392« Birinci...567891011121314...Sonuncu »

Yeni ismarıclar

  • Salam eziz yerlilerim. Mende Yevlaxliyam, baxmayaraq ki, ve...
  • tebrik edirem. daha boyuk uqurlar arzulayiram...
  • Uğurlarınız axarıncı olsun!!!...
  • Təbriklər!...
  • Ş.Qurbanov adına 8 saylı orta məktəbin "İlin ən yaxşı məktəb...